“Azərbaycan Sənaye Bankı”nın sədri vəzifəsindən ayrılır .....                     Niyaməddin Musayev sosial şəbəkələrdə yayılan görüntülərinə aydınlıq gətirdi .....                     Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı .....                     SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb .....                     Putin və Pezeşkian Tehran və Vaşinqton münasibətlərindəki problemləri müzakirə ediblər .....                     Lamiyyə Ələkbərovaya yeni vəzifə verildi .....                     "Xadimə və satıcı eyni adamdır" .....                     Müharibə iştirakçıları veteranlıq statusu tələb edir: .....                     Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü .....                     Tanınmış aparıcı “Azərcell”dən ŞİKAYƏTÇİDİR .....                     Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib .....                     Revanşistlərin “separatçı sevgisi” .....                     Suvarma suyu pullu oldu: Kəndlini nə gözləyir? .....                     Ermənistan müdafiə naziri ordunun mövqelərini yoxladı .....                     Putinlə görüşdə bunları müzakirə edəcəyik .....                     Qarşıdurmadan dialoqa: .....                     “Prior Leasing” şirkətinin dövlətə 230 min manata yaxın vergi borcu yaranıb .....                     İRİA-nın şöbə müdiri işdən çıxdı .....                     Bu qurumda yeni təyinatlar oldu .....                     "Məni ad gününə, toylarınıza da çağırmayın" .....                     İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı .....                     AZPROMO sığortaçı seçib .....                     İcra hakimiyyətlərinin “sevimli” şirkətinə məxsus əmlak müsadirə olunaraq hərraca çıxarılıb .....                     Atasını öldürüb meyitini “Bəkdəmir yalı”na aparıbmış .....                     Qazax-Tovuzda alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb .....                     Məşhur məmurun kürəkəni əliqandallı Bakıya gətirildi .....                     “Sabah”ın ÇL-də bu klublardan xal alması mümkünsüzdür” .....                     Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın .....                     İlham Əliyev Putinlə söhbətləşdi .....                     İran bu tarixdə BOMBARDMAN ediləcək .....                     "Vasifin ad günümə aldığı hədiyyəni deməyə utanıram" .....                     Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin .....                     Əməkdar jurnalistin 185 mini ələ keçirildi: Şöbə rəisi olmaq istəyirmiş .....                     Tanınmış şərhçi Nurlan Valehoğluya yeni vəzifə verildi .....                     Parkda tanışlarını döyərək bıçaqladı, cəzası artırıldı, istəyi reallaşmadı .....                     Kremldən Əliyev-Putin görüşü barədə .....                     İrandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq .....                     “300 şagirdin oxuduğu məktəbin tavanı çökmək üzrədir..” .....                     Naxçıvan İcra Hakimiyyəti 230 min manata işıq dirəkləri və park oturacaqları alır .....                     “Kişi xeylağıdır, hansısa qadınla istirahətə gedibsə, bu, evlənmək deməkdir?” .....                 

Suvarma suyu pullu oldu: Kəndlini nə gözləyir? - ARAŞDIRMA
Tarix: Bu gün, 15:57 | Çap et

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiqinə başlanılır.

Bu gündən qüvvəyə minəcək qərar əsasən, bu, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən texniki qurğu və avadanlıq tətbiq etməklə su obyektlərindən suyun götürülməsi, tullantı sularının təmizlənərək su obyektlərinə axıdılması və su akvatoriyasından istifadə olunması ilə əlaqədardır. Suyun götürülməsi zamanı su obyektindən və götürülmə məqsədindən asılı olaraq məbləğlər isə müxtəlifdir.

Bu gün kəndlini düşündürən odur ki, sentyabrın 1-dən qüvvəyə minən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti məqsədilə sudan istifadəsinə şamil edilirmi?

Məsələ ilə bağlı Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Cebeinfo.az”-a bildirib ki, Azərbaycanda sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlərin tətbiqinə başlanır və ilk baxışda bu dəyişiklik kənd təsərrüfatı üçün əlavə xərc, xüsusilə də suvarma suyunun bahalaşması kimi görünə bilər:

“Lakin müəyyən edilən ödəniş məbləğləri göstərir ki, əsas məsələ fermerin üzərinə böyük maliyyə yükünün qoyulması deyil. Yeni mexanizmin iqtisadi mahiyyəti suyun artıq yalnız fiziki resurs deyil, dəyəri və uçotu olan iqtisadi resurs kimi idarə edilməsinə keçiddir.

Kənd və meşə təsərrüfatı məqsədilə çay və göllərdən götürülən hər kubmetr su üçün müəyyən edilən ödəniş 0,001 manatdır. Bu, 1000 kubmetr suya görə cəmi 1 manat deməkdir. Deməli, yeni ödənişin özü fermerin istehsal xərclərini ciddi şəkildə artıracaq səviyyədə deyil.

Məsələn, 10 min kubmetr su istifadə edən təsərrüfat üçün ödəniş 10 manat, 100 min kubmetr üçün isə 100 manat təşkil edir. Bu rəqəmlərdən çıxan əsas nəticə odur ki, yaxın perspektivdə yeni su ödənişinin pomidor, kartof, soğan, tərəvəz və digər kənd təsərrüfatı məhsullarının qiymətində nəzərəçarpacaq artım yaratması gözlənilmir.

Məhsulun maya dəyərində yanacaq, gübrə, toxum, pestisid, texnika, əmək və logistika xərclərinin çəkisi suya görə ödənilən məbləğdən dəfələrlə böyükdür. Başqa sözlə, ərzaq bazarında bahalaşmanın əsas səbəbi suyun qiyməti olmayacaq”.

Onun sözlərinə görə, yeni mexanizmin iqtisadi əhəmiyyətini yalnız fermerin ödəyəcəyi məbləğlə ölçmək düzgün deyil:

“Azərbaycanın kənd təsərrüfatı qarşısında getdikcə daha ciddi su problemi dayanır. İqlim dəyişiklikləri, yağıntıların qeyri-sabitliyi, su ehtiyatlarının azalması və mövcud infrastrukturda itkilərin yüksək olması kənd təsərrüfatının gələcək inkişafını su resurslarının idarə edilməsindən asılı vəziyyətə gətirir.

Belə şəraitdə suyun tamamilə pulsuz resurs kimi qəbul edilməsi iqtisadi baxımdan səmərəli model deyil. Pulsuz və ya faktiki olaraq dəyərsiz resurs kimi qəbul edilən suya qənaət etmək üçün stimul da zəifləyir.

Fermer istifadə etdiyi suyun miqdarının iqtisadi nəticəsini hiss etmədikdə, daha çox su götürmək onun üçün əlavə xərc yaratmır. Yeni ödəniş mexanizmi məhz bu davranışı dəyişdirməyə yönəlib. Burada məqsəd fermerdən böyük məbləğ toplamaq deyil, suyun uçotunu və istifadəsini iqtisadi mexanizmə bağlamaqdır.

Su sərfinin ölçülməsi genişləndikcə hansı təsərrüfatın nə qədər su istifadə etdiyi, hansı məhsulun nə qədər su tələb etdiyi və suvarmada harada itkilərin yarandığı daha aydın görünəcək. Bu isə gələcəkdə kənd təsərrüfatı siyasətinin daha dəqiq qurulmasına imkan verə bilər.

Məsələn, eyni ərazidə bir fermer məhsul vahidinə görə daha az su sərf etməklə eyni və ya daha yüksək məhsuldarlıq əldə edirsə, onun texnologiyası iqtisadi baxımdan daha səmərəli hesab olunmalıdır. Belə yanaşma damcı suvarma, yağmurlama və digər müasir suvarma sistemlərinə keçidi sürətləndirə bilər”.

Ekspert deyir ki, əslində Azərbaycanın kənd təsərrüfatı üçün əsas məsələ suyun ucuz və ya baha olması deyil, bir kubmetr sudan nə qədər məhsul və gəlir əldə edilməsidir:

“Bu yanaşma kənd təsərrüfatında struktur dəyişikliklərini də sürətləndirə bilər. Su qıtlığı olan ərazilərdə çox su tələb edən məhsulların genişləndirilməsi əvəzinə daha az su tələb edən, lakin yüksək gəlir gətirən məhsulların seçilməsi iqtisadi baxımdan daha məqsədəuyğun ola bilər.

Ancaq burada dövlətin məsuliyyəti də artır. Fermerdən suya qənaət tələb edilirsə, ona suya qənaət etmək üçün texniki və maliyyə imkanları yaradılmalıdır. Damcı suvarma sistemlərinin alınmasına subsidiyaların, güzəştli kreditlərin və investisiya təşviqlərinin genişləndirilməsi bu siyasətin vacib hissəsi olmalıdır.

Əks halda suya ödəniş tətbiqi fermer üçün yalnız yeni xərc və əlavə inzibati prosedur kimi görünə bilər. Digər mühüm məsələ suvarma infrastrukturundakı itkilərdir. Fermerin istifadə etdiyi suyun bir hissəsi onun təsərrüfatına çatana qədər kanallarda və köhnə suvarma sistemlərində itirilirsə, suya qənaətin bütün məsuliyyətini fermerin üzərinə qoymaq düzgün olmaz.

Buna görə yeni ödəniş mexanizmi kanal və suvarma şəbəkələrinin modernləşdirilməsi ilə paralel getməlidir. Əks halda sistemdə paradoks yarana bilər, fermer sudan səmərəli istifadə etməyə çalışır, amma dövlət infrastrukturunda itkilər davam edir. Bu isə suyun real iqtisadi dəyərinin formalaşmasına mane olur.

Yeni qaydanın daha bir müsbət tərəfi su resurslarının uçotunun yaxşılaşması ola bilər. Azərbaycanda hansı rayonun, hansı məhsulun və hansı təsərrüfatın nə qədər su tələb etdiyinə dair daha dəqiq məlumat bazası formalaşdıqca, su bölgüsü də daha rasional aparıla bilər.

Bu, xüsusilə su qıtlığı yaşayan ərazilər üçün vacibdir. Bununla yanaşı, su ödənişlərinin gələcəkdə artırılması ehtimalı da iqtisadi baxımdan diqqətdə saxlanmalıdır. Hazırkı məbləğ olduqca aşağıdır və onun əsas funksiyası fiskal gəlir toplamaqdan çox uçot və səmərəli istifadə üçün stimul yaratmaqdır.

Lakin gələcəkdə su qıtlığı daha da dərinləşərsə, suyun qiymətləndirilməsi mexanizmlərinin dəyişdirilməsi mümkündür. Bu halda artıq fermerlərin maya dəyərinə təsir məsələsi daha ciddi əhəmiyyət kəsb edə bilər.

Ona görə də indiki mərhələdə yeni ödənişin özünü ərzaq inflyasiyasının yeni mənbəyi kimi qiymətləndirmək doğru deyil. 1000 kubmetr su üçün 1 manatlıq ödəniş kənd təsərrüfatı məhsullarının maya dəyərini əhəmiyyətli dərəcədə dəyişəcək səviyyədə deyil.

Əksinə, düzgün tətbiq edilərsə, yeni mexanizm uzunmüddətli dövrdə ərzaq qiymətlərinin sabitliyi üçün faydalı ola bilər. Çünki suya qənaət edən texnologiyaların yayılması məhsuldarlığı qoruyaraq su sərfini azaltmağa, su qıtlığı riskini aşağı salmağa və kənd təsərrüfatının iqlim dəyişikliklərinə davamlılığını artırmağa imkan verə bilər.

Burada əsas iqtisadi məntiq sadədir. Bu gün suya qənaət etməyin xərci sabah su çatışmazlığının yaratdığı məhsul itkisi və qiymət artımından daha aşağıdır”.

O bildirib ki, sentyabrın 1-dən tətbiq ediləcək su ödənişlərinin ilkin mərhələdə ərzaq qiymətlərinə ciddi təzyiq göstərməsi gözlənilmir:

“Əsas dəyişiklik fermerin ödəyəcəyi məbləğin artması deyil, suyun idarə olunmasına yanaşmanın dəyişməsidir. Əgər bu mexanizm müasir suvarma texnologiyalarına keçid, infrastrukturun yenilənməsi, dəqiq uçot və fermerlərə dövlət dəstəyi ilə tamamlanarsa, Azərbaycan kənd təsərrüfatında suyun daha məhsuldar istifadəsinə şərait yarana bilər.

Nəticədə suyun qiymətləndirilməsi ərzağı bahalaşdıran əlavə amilə deyil, əksinə, gələcəkdə su qıtlığının ərzaq istehsalına və qiymətlərə vura biləcəyi zərbəni azaltmağa xidmət edən iqtisadi alətə çevrilə bilər. Öz pay torpağında kənd təsərrüfatı məhsulu əkib-becərən kəndliyə bununla bağlı heç bir problem və məhdudiyyət yaradılmayacaq. Sahibkara isə bunu təsir cüzi olacaq.

Azərbaycanda suvarmada əsasən çay sularından istifadə olunur. Onsuzda indiyədək sahibkar “su pulu” adı ödəniş edirdi. Məsələn, 5 manat ödəyirdisə, indi ola bilər ki, 5,30 manat ödəsin. Ona görə də bunun o qədər də ciddi təsiri olmayacaq.

Ancaq 100 hektar əkin sahəsi olan sahibkar üçün müəyyən qədər artım ola bilər. Qərarın səslənməsi ajiotaj yaradan bir xəbərdir ki, “artıq suvarma suyu ödənişli olacaq”. Xəbərin mahiyyəti o qədər də ajiotaj doğurmur. Burada məqsəd suyun idarə olunması üçün suyun uçotunun aparılmasıdır.

Hazırda kimin nə qədər su istifadə etməsini də indiki infrastrukturla müəyyən etmək mümkün deyil. Ancaq indiki qərar suyun ölçülmə imkanlarını, kriteriyalarını yaratmaq üçün ilkin addımdır".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azərbaycan Sənaye Bankı”nın sədri vəzifəsindən ayrılır - BUNDAN SONRA...
Bu gün, 16:57
Niyaməddin Musayev sosial şəbəkələrdə yayılan görüntülərinə aydınlıq gətirdi - AÇIQLAMA
Bu gün, 16:52
Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı – Son qiymətlər
Bu gün, 16:50
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
Bu gün, 16:44
Putin və Pezeşkian Tehran və Vaşinqton münasibətlərindəki problemləri müzakirə ediblər - "İnterfaks"
Bu gün, 16:41
Lamiyyə Ələkbərovaya yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 16:33
"Xadimə və satıcı eyni adamdır" - "Bravo"dan şikayət
Bu gün, 16:24
Müharibə iştirakçıları veteranlıq statusu tələb edir: - Ziddiyyətlər aradan qaldırılmalıldır
Bu gün, 16:15
Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü – MƏHKƏMƏ
Bu gün, 16:08
Tanınmış aparıcı “Azərcell”dən ŞİKAYƏTÇİDİR - “Buna görə məndən etibarnamə tələb edirlər”
Bu gün, 16:04
Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib
Bu gün, 16:00
Revanşistlərin “separatçı sevgisi” -Parisdə sərgi, AHİM-ə şikayət, Zonabendin səfər istəyi
Bu gün, 15:58
Suvarma suyu pullu oldu: Kəndlini nə gözləyir? - ARAŞDIRMA
Bu gün, 15:57
Ermənistan müdafiə naziri ordunun mövqelərini yoxladı - nəyin TƏDARÜKÜDÜR?
Bu gün, 15:54
Putinlə görüşdə bunları müzakirə edəcəyik - Paşinyan
Bu gün, 15:52
Qarşıdurmadan dialoqa: - Ermənistan Dünya Köçəri Oyunlarında
Bu gün, 15:50
“Prior Leasing” şirkətinin dövlətə 230 min manata yaxın vergi borcu yaranıb - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 15:48
İRİA-nın şöbə müdiri işdən çıxdı - ƏMR
Bu gün, 15:46
Bu qurumda yeni təyinatlar oldu - ADLAR
Bu gün, 15:44
"Məni ad gününə, toylarınıza da çağırmayın" - Xalq artisti
Bu gün, 15:42
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - GƏLİŞMƏ
Bu gün, 15:37
AZPROMO sığortaçı seçib
Bu gün, 15:20
İcra hakimiyyətlərinin “sevimli” şirkətinə məxsus əmlak müsadirə olunaraq hərraca çıxarılıb - İLGİNC FAKTLAR...
Bu gün, 15:18
Atasını öldürüb meyitini “Bəkdəmir yalı”na aparıbmış - 34 il əvvəl törədilən qətlin TƏFƏRRÜATI
Bu gün, 15:14
Qazax-Tovuzda alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb – Rayonlar üzrə siyahı
Bu gün, 15:09
Məşhur məmurun kürəkəni əliqandallı Bakıya gətirildi – 13 il əvvəl törədilən qətl işi məhkəməyə göndərildi
Bu gün, 15:07
“Sabah”ın ÇL-də bu klublardan xal alması mümkünsüzdür” – Rəşad Ergün
Bu gün, 13:04
Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın həbsinə order verilib
Bu gün, 13:02
İlham Əliyev Putinlə söhbətləşdi - FOTO
Bu gün, 13:01
İran bu tarixdə BOMBARDMAN ediləcək – Azərbaycan üçün RİSKİ…
Bu gün, 12:57
"Vasifin ad günümə aldığı hədiyyəni deməyə utanıram" - Mətanət Əsədova
Bu gün, 12:51
Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR
Bu gün, 12:49
Əməkdar jurnalistin 185 mini ələ keçirildi: Şöbə rəisi olmaq istəyirmiş - TƏFƏRRÜAT
Bu gün, 12:47
Tanınmış şərhçi Nurlan Valehoğluya yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:42
Parkda tanışlarını döyərək bıçaqladı, cəzası artırıldı, istəyi reallaşmadı – QƏRAR
Bu gün, 12:38
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
Bu gün, 12:34
İrandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq - Zərdüşt Əlizadə belə deyir...
Bu gün, 12:23
“300 şagirdin oxuduğu məktəbin tavanı çökmək üzrədir..” - Video
Bu gün, 12:20
Naxçıvan İcra Hakimiyyəti 230 min manata işıq dirəkləri və park oturacaqları alır - DETALLAR
Bu gün, 12:12
“Kişi xeylağıdır, hansısa qadınla istirahətə gedibsə, bu, evlənmək deməkdir?” - Polad Bülbüloğlu ilə bağlı AÇIQLAMA
Bu gün, 12:11
Ermənistan dəmir yollarını Rusiyadan alıb Qazaxıstana vermək istəyir - KİV
Bu gün, 11:55
“Express Lombard” 2 dəfə kiçilib - Mənfəəti azalıb
Bu gün, 11:53
Avropada iş vədi ilə 171 nəfəri aldadıb 217 min manat aldı – MƏHKƏMƏ
Bu gün, 11:47
Fuad Muradov xüsusi təyinatlı “zon”a köçürülüb - Keçmiş məmurların yanına...
Bu gün, 11:45
Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da artıb - MƏQALƏ
Bu gün, 11:38
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir - İsrafil Kərimovun yazısı
Bu gün, 11:36
Tibb Universiteti nəqliyyat vasitələrinin təmirinə yeddi yüz min manatdan çox vəsait ayırdı – Bu pullar hara gedir
Bu gün, 11:33
Əmisi qızınızı küçədə öldürmək istəyən şəxs qərardan şikayətçidir
Bu gün, 11:32
Turizm şirkətinin rəhbəri Polşada həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30
Vüqar Qurbanovun qohumu işdən çıxarıldı - ƏMR
Bu gün, 11:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru