“Natavan xanım 20 yaşında bizim orkestırda çalışmağa başladı. Konservatoriyanın 3-cü kurs tələbəsi idi. Onu ilk gördüyüm gündən ürəyimdə dedim ki, bu xanım mənim həyat yoldaşım olacaq. Dostumu göndərdim ki, get ona da de Rafiq səninlə evlənəcək. Elə də oldu, evləndik. Bizim ömür boyu həyatımızda əsas bir-birimizə hörmətimiz olub. Bəzən deyirlər ki, kişi nə etsə də kişidir. Xeyr, necə ki, kişinin xoşuna gələn məqamlar var, həmçinin də qadın kimi onun da sevdiyi nələrəsə hörmətlə yanaşmaq lazımdır. Ömür birlikdə bölünməlidir”
Bunu Moderator.az-a açıqlamasında Əməkdar İncəsənət xadimi Rafiq Seyidzadə deyib. O daha sonra əlavə edib:
“Kişi kişidir də. Köpəkoğlu.. (gülür). Burada deyirlər ee, kişi deyilik?! Kişi kişiliyində qalmalıdır da. Kişini bir az boş buraxmaq lazımdır. Gözü orada-burada ola bilər. Mən demirəm bu yaxşı şeydir. Kişinin təbiəti belə yaranıb. Dədə-babamız da belə olub. Tarixə nəzər salanda da bunu görmək olar. Amma hər şey çərçivədə olmalıdır. Kişi kənarda gedib nəsə qələt edir, ailəsini həmin qadına satırsa, bu artıq alçaqlıdır. Ailə birinci olmalıdır. Kişi bəlkə də yüngülvari nəsə edə bilər, amma qadın əsla edə bilməz. Qadın anadır, qeyrət ağacıdır, təmiz qalmalıdır. Qadınlar dünyaya dahi insanlar gətirir. Kişi dəndir, qadın isə torpaq. Torpaq yaxşı şeyi becərə bilir, pis şey də becərir bəzən. Kişi də əlbəttə ki, çərçivəsindən çıxmamalıdır, insaniyyətliyində qalmalıdır. Qadınına vəfalı olmalıdır. Mən demirəm ki, kişilər gedib xəyanət etsinlər.
Mənim dediklərimin xəyanətlə əlaqəsi yoxdur. Onsuz da bu dəqiqə boşanmaların əksər səbəbi xəyanətdir. Kişi pak, təmiz qızı pis yola da sala bilər, pis yoldakını gətirib özünə xanım da edə bilər. Bunlar kişidən asılıdır. Heç vaxt qadını təhqir edib, ona əxlaqsız demək olmaz. Kişi qadınına əxlaqsız deyirsə, demək ki, özü elə ən böyük əxlaqsızdır” deyə o bildirib.








