Naxçıvan İcra Hakimiyyəti 230 min manata işıq dirəkləri və park oturacaqları alır .....                     “Kişi xeylağıdır, hansısa qadınla istirahətə gedibsə, bu, evlənmək deməkdir?” .....                     Ermənistan dəmir yollarını Rusiyadan alıb Qazaxıstana vermək istəyir .....                     “Express Lombard” 2 dəfə kiçilib .....                     Avropada iş vədi ilə 171 nəfəri aldadıb 217 min manat aldı .....                     Fuad Muradov xüsusi təyinatlı “zon”a köçürülüb .....                     Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da artıb .....                     Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir .....                     Tibb Universiteti nəqliyyat vasitələrinin təmirinə yeddi yüz min manatdan çox vəsait ayırdı .....                     Əmisi qızınızı küçədə öldürmək istəyən şəxs .....                     Turizm şirkətinin rəhbəri Polşada həbs edildi .....                     Vüqar Qurbanovun qohumu işdən çıxarıldı .....                     “Bu olayların yaşanmasında Əli İsa Cabbarovun əli var“ .....                     Estetik cərrahiyyənin iki üzü: Sertifikatı olmadan əməliyyat edənlər kimlərdir? .....                     “Qadın təmiz qalmalıdır; kişi kişidir də, gözü orda-burda ola bilər .....                     Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü .....                     Məktəbdən NARAZILIQ: “Bəs nazirlik nə işlə məşğuldur?” .....                     Rusiya ordusu Ukrayna ilə Rumıniya arasında sərhəd-keçid məntəqəsini vurub .....                     Paşinyandan Kərki ilə bağlı xüsusi tapşırıq... .....                     “Aqrarkredit” Bakıda 8 əmlakını satışa çıxarır .....                     "Azərbaycan mövcud olmayıb" .....                     "Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar..." .....                     Səhiyyə Nazirliyi 96 min manata “Hyundai” alır .....                     Yasamalda başçını gör... DÜNYANI DAĞIT... .....                     Goranboyun bu kəndi SANKİ 30 İL İŞĞALDA OLUB... .....                     “Ermənistan da Azərbaycana məhsul satacaq” .....                     Xəritədə mühüm dəyişiklik: Azərbaycanın 3 şəhərinin adı… .....                     Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı .....                     Keçmiş bələdiyyə sədri kassasiya şikayəti verdi .....                     Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? .....                     Sülh artıq kağız üzərindən praktik mərhələyə keçir .....                     5 aydır bağlı qalan yolun bəxti açılmır: İndi də yaponlar tədqiq edir .....                     Deputatın professor olan qudası ittihamları qəbul etmir .....                     Bağlanan "Bakı Sement Təmir" Kollektiv Müəssisəsinin 34 min manatdan çox vergi borcu var .....                     Moskvanın yenə Qarabağ “sancısı tutdu” .....                     Dünya bazarlarında neftin qiyməti 91 dolları ötüb .....                     Müharibə veteranına verilən söz yerinə yetirilməyib... .....                     "Azərbaycansayağı makkartizm küləyi əsirdi, mülayimindən..." .....                     Vətəndaşın hesabını bloklayıblar ki... .....                     "AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES" MMC-nin vergi borcu kəskin artıb .....                 

Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da artıb - MƏQALƏ
Tarix: Bu gün, 11:38 | Çap et

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nüfuzu, siyasi iradəsi, uzaqgörənliyi və strateji addımları ölkəmizin yeni dünya düzəninin formalaşdığı bir dövrdə orta güc dövlət kimi mövqeyinin möhkəmlənməsini təmin edir. Prezident İlham Əliyevin müstəqil, ardıcıl və prinsipial siyasəti nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.
Bu, müasir tariximizin ən böyük nailiyyətidir. Əslində, dövlətin gücü yalnız onun ərazisinin böyüklüyü, əhalisinin sayı və ya iqtisadi imkanları ilə ölçülmür. Dövlətin real gücü, eyni zamanda, milli maraqlarını necə qorumasından, müstəqil qərarlar qəbul etmək imkanından və beynəlxalq münasibətlər sistemində öz sözünü necə deməsindən asılıdır. Xalqımız xoşbəxtdir ki, Ulu Öndər Heydər Əliyevin siyasi məktəbinin layiqli davamçısı olan Prezident İlham Əliyev dövlətimizin rəhbərliyini milli maraqları əsas götürərək davam etdirir.
Son 23 ilin nəticələrinə nəzər saldıqda ilk növbədə 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın azad edilməsini görürük. Azərbaycan bir vaxtlar işğala məruz qalmış, yüz minlərlə insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, beynəlxalq platformalarda ərazilərinin azad olunması üçün dəstək axtaran ölkə idi. Bu gün isə Azərbaycan öz gücünə, hərbi və siyasi iradəsinə arxalanaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş qalib dövlətdir.
Bu tarixi nailiyyət Prezident İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Dövlət başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycan yalnız ərazilərini işğaldan azad etmədi, həm də həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başladı. Keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışının təmin olunması, şəhər və kəndlərin yenidən qurulması, müasir infrastrukturun yaradılması Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açır.
Eyni zamanda, Azərbaycanın yaratdığı yeni reallıqlar artıq yalnız regionumuzda deyil, bütün dünyada qəbul olunur. Azərbaycan bu gün qlobal proseslərin sadəcə iştirakçısı deyil, həm də bir sıra proseslərin istiqamətinə və nəticələrinə təsir göstərə bilən ölkəyə çevrilib.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın yerləşdiyi coğrafiyanın strateji əhəmiyyəti dəfələrlə artıb. Ölkəmizin Şərqlə Qərb, Şimalla Cənub arasında yerləşməsi düzgün dövlət siyasəti nəticəsində böyük geoiqtisadi üstünlüyə çevrilib.
Bu gün Azərbaycan müstəqil xarici siyasət yürüdür və bu siyasətin əsas dayaqlarından biri də iqtisadi müstəqilliyimizdir. Güclü iqtisadiyyat bizə həm müstəqil qərarlar qəbul etmək, həm də milli maraqlarımızı daha qətiyyətlə müdafiə etmək imkanı verir.
Ölkəmizdə yaradılan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Transxəzər nəqliyyat-logistika imkanları və digər layihələr Azərbaycanı təkcə regionda deyil, qitələrarası nəqliyyat və enerji əlaqələrində mühüm mərkəzlərdən birinə çevirib.
Azərbaycanın sözünün imzası qədər möhkəm olması, verdiyi vədlərə sadiqliyi və tərəfdaşlarına etibarlı münasibəti ölkəmizin beynəlxalq nüfuzunu daha da artırıb. Bu gün Azərbaycan dünyanın aparıcı dövlətləri, o cümlədən ABŞ, Çin, Rusiya, Türkiyə, və s. ilə qarşılıqlı maraqlara əsaslanan strateji və tərəfdaşlıq münasibətlərini inkişaf etdirir.
Azərbaycanın etibarlı və nüfuzlu tərəfdaş kimi qəbul olunması ölkəmizin beynəlxalq və regional platformalarda iştirakının genişlənməsinə də imkan yaradır. Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda Azərbaycanın mövqeyi və rolu getdikcə güclənir. Bu platformalarda ölkəmizin fəal iştirakı Azərbaycanın həm siyasi, həm də iqtisadi imkanlarının daha geniş coğrafiyada təqdim edilməsinə şərait yaradır.
Təbii ki, burada Prezident İlham Əliyevin dünya dövlətlərinin liderləri ilə qurduğu qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlərin də xüsusi rolu var. Dövlət başçısının şəxsi diplomatik nüfuzu və müxtəlif ölkələrin liderləri ilə formalaşdırdığı münasibətlər Azərbaycanla həmin dövlətlər arasında əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verir.
Bu gün Azərbaycan dünya dövlətləri sırasında özünəməxsus və hörmətli yerə malikdir. Ölkəmiz həm milli maraqlarını qoruyan, həm müstəqil siyasət yürüdən, həm də regional və qlobal əməkdaşlığa töhfə verən dövlət kimi tanınır.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qarşısında bundan sonra da daha böyük hədəflər dayanır. Yeni dünya nizamının formalaşdığı bir dövrdə Azərbaycan yalnız baş verən prosesləri izləyən deyil, həmin proseslərə təsir göstərən və öz milli maraqları doğrultusunda yeni imkanlar yaradan dövlət kimi mövqeyini daha da möhkəmləndirəcək.
Ən əsası isə budur ki, Azərbaycan artıq öz gücünə, siyasi iradəsinə və milli potensialına söykənən, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi qəbul olunan və yeni dünya düzəninin formalaşmasına öz töhfəsini verən orta güc dövlət kimi mövqeyini getdikcə daha da gücləndirir.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
"DİA-AZ"








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvan İcra Hakimiyyəti 230 min manata işıq dirəkləri və park oturacaqları alır - DETALLAR
Bu gün, 12:12
“Kişi xeylağıdır, hansısa qadınla istirahətə gedibsə, bu, evlənmək deməkdir?” - Polad Bülbüloğlu ilə bağlı AÇIQLAMA
Bu gün, 12:11
Ermənistan dəmir yollarını Rusiyadan alıb Qazaxıstana vermək istəyir - KİV
Bu gün, 11:55
“Express Lombard” 2 dəfə kiçilib - Mənfəəti azalıb
Bu gün, 11:53
Avropada iş vədi ilə 171 nəfəri aldadıb 217 min manat aldı – MƏHKƏMƏ
Bu gün, 11:47
Fuad Muradov xüsusi təyinatlı “zon”a köçürülüb - Keçmiş məmurların yanına...
Bu gün, 11:45
Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da artıb - MƏQALƏ
Bu gün, 11:38
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir - İsrafil Kərimovun yazısı
Bu gün, 11:36
Tibb Universiteti nəqliyyat vasitələrinin təmirinə yeddi yüz min manatdan çox vəsait ayırdı – Bu pullar hara gedir
Bu gün, 11:33
Əmisi qızınızı küçədə öldürmək istəyən şəxs qərardan şikayətçidir
Bu gün, 11:32
Turizm şirkətinin rəhbəri Polşada həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30
Vüqar Qurbanovun qohumu işdən çıxarıldı - ƏMR
Bu gün, 11:29
“Bu olayların yaşanmasında Əli İsa Cabbarovun əli var“ - Aydın Kazımzadə
Bu gün, 11:27
Estetik cərrahiyyənin iki üzü: Sertifikatı olmadan əməliyyat edənlər kimlərdir? - SİYAHI
Bu gün, 11:15
“Qadın təmiz qalmalıdır; kişi kişidir də, gözü orda-burda ola bilər - kişi deyilik?”
Bu gün, 11:10
Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü – MƏHKƏMƏ
Bu gün, 11:08
Məktəbdən NARAZILIQ: “Bəs nazirlik nə işlə məşğuldur?” – Video
Bu gün, 10:58
Rusiya ordusu Ukrayna ilə Rumıniya arasında sərhəd-keçid məntəqəsini vurub
Bu gün, 10:54
Paşinyandan Kərki ilə bağlı xüsusi tapşırıq... - “Oyun çıxarmayın…”
Bu gün, 10:52
“Aqrarkredit” Bakıda 8 əmlakını satışa çıxarır – qiymətlər açıqlandı
Bu gün, 10:49
"Azərbaycan mövcud olmayıb" - Axmaq iddiaya sənədin özü tərəfindən təkzib
Bu gün, 10:48
"Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar..." - Türkiyəli sürücülər İMDAD DİLƏYİR
Bu gün, 10:44
Səhiyyə Nazirliyi 96 min manata “Hyundai” alır - TENDER
Bu gün, 10:40
Yasamalda başçını gör... DÜNYANI DAĞIT... - BU DA FAKT...
Bu gün, 10:24
Goranboyun bu kəndi SANKİ 30 İL İŞĞALDA OLUB... - FOTOFAKT
Bu gün, 10:20
“Ermənistan da Azərbaycana məhsul satacaq” - AÇIQLAMA
Bu gün, 10:14
Xəritədə mühüm dəyişiklik: Azərbaycanın 3 şəhərinin adı… – FOTO
Bu gün, 10:10
Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı - 35 manata qarpız...
Bu gün, 08:57
Keçmiş bələdiyyə sədri kassasiya şikayəti verdi - DETALLAR
Bu gün, 08:54
Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:50
Sülh artıq kağız üzərindən praktik mərhələyə keçir - GƏLİŞMƏ
Bu gün, 08:39
5 aydır bağlı qalan yolun bəxti açılmır: İndi də yaponlar tədqiq edir - AXI NİYƏ?..
Bu gün, 08:37
Deputatın professor olan qudası ittihamları qəbul etmir - TƏFƏRRÜAT
Bu gün, 08:34
Bağlanan "Bakı Sement Təmir" Kollektiv Müəssisəsinin 34 min manatdan çox vergi borcu var - FOTO
Bu gün, 08:31
Moskvanın yenə Qarabağ “sancısı tutdu” – Bakıdan TƏPKİ
Bu gün, 08:28
Dünya bazarlarında neftin qiyməti 91 dolları ötüb
Bu gün, 08:25
Müharibə veteranına verilən söz yerinə yetirilməyib... - GİLEY
Bu gün, 08:14
"Azərbaycansayağı makkartizm küləyi əsirdi, mülayimindən..." - REPLİKA
Bu gün, 08:06
Vətəndaşın hesabını bloklayıblar ki... bəs PULU HARDAN ALMISAN...
Bu gün, 08:00
"AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES" MMC-nin vergi borcu kəskin artıb - FOTO
Bu gün, 07:53
Putin Köçəryanın həbsini bağışlamayacaq – Kremlin “ağır top”u hər şeyi açıqladı
Bu gün, 07:51
Peşə təhsilinin görünməyən üzü... - Pul xərclənir, bəs nəticə haradadır?
Bu gün, 07:48
Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır - İLGİNC
Bu gün, 07:45
Pensiyalarda artım oldu: 594 manat nədir? – DETALLAR
Bu gün, 07:43
Elnur Əliyevin layihə imperiyası... - Dövlət vəsaiti hara getdi, nəticə nə oldu?
Bu gün, 07:38
Rusiyada MİQRANT OVU... - 140-a yaxın əcnəbi saxlanılıb...
Bu gün, 07:35
Ana və xəstə övladına ZÜLFƏLİ ZÜLMÜ - "Harayına çatan yoxdur..."
Bu gün, 07:06
'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
Bu gün, 06:56
TƏBİB və AAYDA-da kadr təyinatı bitmir - Problemlərin bəxti nə zaman açıqlacaq?
Bu gün, 06:46
Nura Suri Roza Zərgərlinin müdafiəsinə qalxdı - "Başa düşə bilmirəm..."
Bu gün, 06:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru