“Express Lombard” ASC son bir ildə 2 dəfə kiçilib, mənfəəti kəskin azalıb.
"DİA-AZ" şirkətin yarım illik hesabatına istinadən xəbər verir ki, ilk yarım ildə şirkətin faiz gəlirləri 674 min manat, faiz xərcləri 142 min manat, nəticədə xalis faix gəlirləri 531 min manat olub.
Şirkətin qeyri-faiz gəlirləri 53 min manat, qeyri-faiz xərcləri isə 309 min manat təşkil edib.
Nəticədə “Express Lombard” ASC 2026-cı ilin ilk yarısını 275 min manat xalis mənfəətlə tamamlayıb. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 53 min manat və ya 16% azdır.
2026-cı ilin ilk yarısında “Express Lombard” ASC-nin aktivləri də kəskin azalıb.
Belə ki, 2025-ci ilin birinci rübünün sonuna şirkətin aktivləri 5 milyon manat olduğu halda, 2026-cı ilin eyni dövründə bu rəqəm 2,5 milyon manata enib.
Belə ki, şirkətin hesablarındakı nağd pul ötən ilki 887 min manatdan bu il 2,5 min manata enib.
Kreit portfeli də kəskin kiçilib – ötən ilin eyni dövründə “Express Lombard” ASC-nin kreditləri 3 milyon 880 min manat idi. Bu il isə həmin kreditlər təqribən 2 dəfə azalaraq 2 milyon 50 min manata enib.
Qısamüddətli kreditlər 4 dəfə azalaraq 400 min manatdan 100 min manata, uzunmüddətli kreditlər isə 44% aşağı düşüb.
Bu dövrdə şirkətin cəmi kapitalı da azalaraq 1 milyon 330 min manatdan 1 milyon 275 min manata enib.
“Express Lombard” ASC-nin öhdəlikləri isə ötənilki 3 milyon 709 min manatdan 1 milyon 225 min manata enib.








