Ədliyyə sisteminin PENİTENSİAR YARASI... - “sovet şineli”ndən xilas olmadan...
Tarix: 16-06-2022, 12:08 | Çap et
 İyun ayının 10-da Ceyhun Həsənovun Ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin olunmasının 6-cı ili tamam oldu. C.Həsənovun Penitensiar Xidmətə rəhbərlik etdiyi bu dövrü ölkənin “həbsxana tarixi”nin ən ziddiyətli və maraqlı səhifələrindən biri hesab etmək olar. Bu müddət ərzində o, qüsursuz fəaliyyətinə görə dəfələrlə təltif olunub və 2018-ci ildə general-leytenant ali xüsusi rütbəsi alıb. Şübhəsiz, bu təltifləri siyasi sistemin onun fəaliyyətinə olan müsbət və dəstəkləyici münasibətinin ifadəsi kimi də qəbul edə bilərik.
Amma hazırda Azərbaycanda hər min nəfərdən ikisi həbsxanadadır.
Çox ciddi siyasi əlaqələrə malik olan C.Həsənovun illərdir bu vəzifədə qalmasının əsas səbəbi onun müxtəlif və mötəbər kabinetlərə olan bağlılığıdır. Hazırda etimadı doğrultmuş məmurların siyahısında ilk yerlərdən birində qərarlaşan C.Həsənovun hələ uzun müddət Penitensiar Xidmətin rəisi vəzifəsində işləyəcəyi də şübhə doğurmur. Penitensiar Xidmətdə təkzibolunmaz nöqsanlar və qanunsuzluqlar mövcuddur, amma C.Həsənov da işinin başındadır və işləyir.
Penitensiar Xidmətin rəisi vəzifəsində işləmiş şəxslərin vəzifədə olma müddətinin xronologiyası maraqlı detalları üzə çıxarır.
2006-cı il aprel ayında Ədliyyə nazirinin müavini – Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi (Penitensiar Xidmət əvvəl belə adlandırdı) vəzifəsinə təyinat alan Nazim Ələkbərov 2011-ci il fevral ayına qədər bu vəzifədə işləyib.
2011-ci il fevralın 14-də isə Mədət Quliyev Ədliyyə nazirinin müavini – Penitensiar Xidmətinin rəisi vəzifəsinə təyin edilib və 2015-ci ilin sonuna qədər bu postda çalışıb.
N.Ələkbərov və M.Quliyev Penitensiar Xidmətə ayrı-ayrılıqda təxminən 5 il rəhbərlik ediblər. C.Həsənovun Penitensiar Xidmətdəki rəhbərliyi isə artıq 7-ci ilə daxil olub.
Məlumdur ki, regionda, dünyada yeni reallıqlar və fərqli münasibətlər sistemi formalaşmaqdadır. Təsadüfi deyil ki, Azərbaycanın bütün sahələr üzrə Qərbə inteqrasiyası əsas prioritetlərimizdəndir. Son aylar ABŞ-Azərbaycan, Avropa-Azərbaycan münasibətlərinin daha perspektivli və strateji mərhələyə qədəm qoyması Qərbə inteqrasiyanın qətiyyətli konturlarını da müəyyənləşdirib. Yəni, geriyə qol yoxdur…
Bəs belə bir situasiyada bütün sahələr üzrə Qərbə inteqrasiyanın şəffaf relslərini qura biləcəyikmi? Qərb üçün “qırmızı xətt” sayılan insan hüquq və azadlıqlarının (eləcə də cəzaçəkmə müəssisələrində) təminatını reallaşdırmadan bu, mümkün ola bilərmi?
Heç kəsə sirr deyil ki, hazırda Azərbaycan penitensiar sistemində baş verən proseslər keçmiş post-sovet ölkələrinin penitensiar sistemindəki gedən proseslərlə eynilik təşkil edir. Azərbaycan isə Qərbə inteqrasiya yolunu tutub. Bütün sahələr üzrə, eləcə də pentensiar xidmət sahəsində “sovet şineli”ndən xilas olmadan Qərbə inteqrasiya çətinləşəcək.
Müəllif: Samir Feyruzov

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Ermənistandan Azərbaycana ilk ixrac həyata keçirilib” - Paşinyan AÇIQLADI
Bu gün, 15:40 |
|
|
|
| • Sədrin köməkçisi idi, şöbə müdiri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:35 |
|
|
|
| • Bu agentlikdə yeni departamentlər yaradıldı - Təyinatlar oldu
Bu gün, 15:33 |
|
|
|
| • Dövlət Neft Fondunun səhm investisiyalarından gəliri 11 mlrd. dollara yaxınlaşıb
Bu gün, 15:30 |
|
|
|
| • Əhməd Davudoğlu barəsində araşdırma başlanılıb
Bu gün, 15:28 |
|
|
|
| • Ronaldo ayaqlarını, Carey səsini SIĞORTALAYIR - Azərbaycanda bədən üzvlərini sığortalayan varmı?
Bu gün, 13:09 |
|
|
|
| • 75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atan şəxslərlə bağlı QƏRAR
Bu gün, 13:06 |
|
|
|
| • “Qarabağ məsələsini xaricdə qaldırırıq, amma bizə ciddi baxmırlar”
Bu gün, 13:03 |
|
|
|
| • Alen Simonyan Azərbaycana gələcək
Bu gün, 13:00 |
|
|
|
| • Məşğulluq Agentliyi İlqar Əmirova ofisin icarəsi üçün 42 min manat ödəyəcək - DETALLAR
Bu gün, 12:59 |
|
|
|
| • Rusiya bazası bizim üçün vacib deyil, çıxarmaq istəsələr, etiraz etməyəcəyik - Paşinyan
Bu gün, 12:56 |
|
|
|
| • “BOA Agency” dividend verəcək – səhmdarları iclasa çağırdı
Bu gün, 12:54 |
|
|
|
| • “Azərpoçt”un departament direktoru vəzifəsindən ayrıldı - “AzerGold”da işə başladı
Bu gün, 12:50 |
|
|
|
| • Ermənistan vətəndaşı həbs edildi - Rusiyaya işləyirmiş
Bu gün, 12:44 |
|
|
|
| • Su Meliorasiya Xidmətinin tenderində maraqlı tarix: Qalib elandan iki gün əvvəl işə başlayıb? - BU NƏDİ BELƏ?
Bu gün, 12:29 |
|
|
|
| • YAP-ın altı ay gecikən qurultayı - payız SON tarix...
Bu gün, 12:24 |
|
|
|
| • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına hökm oxundu - Həbs olundu
Bu gün, 12:22 |
|
|
|
| • Erməni məhsulları Azərbaycan bazarına daxil olarsa... — İqtisadçı mümkün nəticələri açıqladı
Bu gün, 12:20 |
|
|
|
| • Şəmkirdə Türkmənistan vətəndaşını bıçaqlayan şəxsə cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 12:18 |
|
|
|
| • Tiflisə biletləri tur firmalar satır? – Vətəndaşlar narazıdır
Bu gün, 12:09 |
|
|
|
| • Tanınmış yazıçıdan sərt QINAQ: - “Burun, dodaq oxşar, sanki eyni sexdən çıxıblar”
Bu gün, 12:07 |
|
|
|
| • Ramiz Mehdiyevlə Köçəryanı NƏ BAĞLAYIR?
Bu gün, 12:03 |
|
|
|
| • "İşgüzar Kredit İttifaqı"nın lisenziyası ləğv olunub
Bu gün, 11:58 |
|
|
|
| • Azərbaycanda BOKT-un sahibi oğlunu özünə şərik etdi – Yeni payçı gəlib
Bu gün, 11:53 |
|
|
|
| • Azərbaycanda eyni sahədə çalışan daha 11 ŞİRKƏT LƏĞV EDİLDİ - SİYAHI
Bu gün, 11:51 |
|
|
|
| • “Din qoruyuculuğu adı ilə vəhşiliyə yol vermək olmaz” - deputat
Bu gün, 11:46 |
|
|
|
| • Torpaq uğrunda canını qıyana BİR QARIŞ TORPAĞI DA QIYMIRLAR... - GİLEY
Bu gün, 11:39 |
|
|
|
| • “Ya bəhanədir, ya da həqiqətən...” – Yaşar Nurinin xanımından ETİRAZ
Bu gün, 11:31 |
|
|
|
| • Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi - Amma işinə qaytarılmadı
Bu gün, 11:23 |
|
|
|
| • İdxal olunmuş radikallıq – məqsəd məqsədləri susdurmaq olmamalıdır
Bu gün, 11:21 |
|
|
|
| • Ermənistan Rusiya vətəndaşlarından viza tələb edəcək? – Zaxarovadan reaksiya
Bu gün, 11:12 |
|
|
|
| • ABŞ-ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var - İran Səhiyyə Nazirliyi
Bu gün, 11:11 |
|
|
|
| • “Azəridmanservis” üç ay ərzində “ÇANAQÇI” MMC-yə 6 tender verdi – Nəyə, yaxud da, kimə görə…
Bu gün, 10:59 |
|
|
|
| • Masazır və Xırdalandakı “şəhərcik”lərə niyə çıxarış verilmir? - AÇIQLAMA
Bu gün, 10:57 |
|
|
|
| • Bacısından ayrıldığına görə xalası oğlunu ov tüfəngi ilə güllələyən şəxslə bağlı QƏRAR
Bu gün, 10:52 |
|
|
|
| • Keçmiş icra başçısı hədələndiyini İDDİA EDİR... - "...bizə qarşı çox agır ifadələr işlədirlər"
Bu gün, 10:46 |
|
|
|
| • Melburnda oxuyan azərbaycanlı tələbə kömək istəyir - MÜRACİƏT
Bu gün, 10:42 |
|
|
|
| • Bişkekdən verilən siqnal: - Azərbaycan artıq yeni geosiyasət üçün icazə istəmir
Bu gün, 10:33 |
|
|
|
| • “ASAN Xidmət” Sevinc İbadovadan 660 min manata ofis icarəyə götürüb - İcazə verin, şübhələnək...
Bu gün, 10:32 |
|
|
|
| • AB-yə üzvlük qərarı İrəvanın hüququdur - Overçuk
Bu gün, 10:30 |
|
|
|
| • Azərbaycanda 4 yol istismarı şirkəti bağlanır - SİYAHI
Bu gün, 10:28 |
|
|
|
| • Mərkəzi Bankda yeni departament rəhbəri təyin edilib - DOSYE
Bu gün, 10:27 |
|
|
|
| • Əli ətçəkən maşında qalan uşağı əməliyyat etdilər - Azərbaycanda
Bu gün, 10:19 |
|
|
|
| • Təhsil şirkəti necə oldu ki, tikinti şirkətinə çevrildi? - “Robospace”dən “Avenza”ya... (FAKTLAR, FOTOLAR)
Bu gün, 10:14 |
|
|
|
| • "Guya yoxlanılır və məhsul uyğunsuz məhsul çıxarılır..." - NARAZILIQ VAR...
Bu gün, 10:04 |
|
|
|
| • Nazirlik əməkdaşı vəfat etdi
Bu gün, 10:00 |
|
|
|
| • Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov belə deyir...
Bu gün, 09:57 |
|
|
|
| • Bakıda müştəri səhvən sürücünün kartına 633 dollar pul köçürdü və... - MÜRACİƏT
Bu gün, 09:50 |
|
|
|
| • Kəmaləddin Heydərova və Anar Quliyevə meydan oxuyan kimdir - İLGİNC
Bu gün, 09:43 |
|
|
|
| • Bazarlarımızda bu erməni MƏHSULLARI satılacaq - SİYAHI
Bu gün, 08:32 |
|
|
|
|