Ermənistan vətəndaşı həbs edildi .....                     Su Meliorasiya Xidmətinin tenderində maraqlı tarix: Qalib elandan iki gün əvvəl işə başlayıb? .....                     YAP-ın altı ay gecikən qurultayı .....                     Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına hökm oxundu .....                     Erməni məhsulları Azərbaycan bazarına daxil olarsa... .....                     Şəmkirdə Türkmənistan vətəndaşını bıçaqlayan şəxsə cəza verildi .....                     Tiflisə biletləri tur firmalar satır? .....                     Tanınmış yazıçıdan sərt QINAQ: .....                     Ramiz Mehdiyevlə Köçəryanı .....                     "İşgüzar Kredit İttifaqı"nın lisenziyası ləğv olunub .....                     Azərbaycanda BOKT-un sahibi oğlunu özünə şərik etdi .....                     Azərbaycanda eyni sahədə çalışan daha 11 ŞİRKƏT LƏĞV EDİLDİ .....                     “Din qoruyuculuğu adı ilə vəhşiliyə yol vermək olmaz” .....                     Torpaq uğrunda canını qıyana BİR QARIŞ TORPAĞI DA QIYMIRLAR... .....                     “Ya bəhanədir, ya da həqiqətən...” .....                     Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi .....                     İdxal olunmuş radikallıq .....                     Ermənistan Rusiya vətəndaşlarından viza tələb edəcək? .....                     ABŞ-ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var .....                     “Azəridmanservis” üç ay ərzində “ÇANAQÇI” MMC-yə 6 tender verdi .....                     Masazır və Xırdalandakı “şəhərcik”lərə niyə çıxarış verilmir? .....                     Bacısından ayrıldığına görə xalası oğlunu ov tüfəngi ilə güllələyən şəxslə bağlı .....                     Keçmiş icra başçısı hədələndiyini İDDİA EDİR... .....                     Melburnda oxuyan azərbaycanlı tələbə kömək istəyir .....                     Bişkekdən verilən siqnal: .....                     “ASAN Xidmət” Sevinc İbadovadan 660 min manata ofis icarəyə götürüb .....                     AB-yə üzvlük qərarı İrəvanın hüququdur .....                     Azərbaycanda 4 yol istismarı şirkəti bağlanır .....                     Mərkəzi Bankda yeni departament rəhbəri təyin edilib .....                     Əli ətçəkən maşında qalan uşağı əməliyyat etdilər .....                     Təhsil şirkəti necə oldu ki, tikinti şirkətinə çevrildi? .....                     "Guya yoxlanılır və məhsul uyğunsuz məhsul çıxarılır..." .....                     Nazirlik əməkdaşı vəfat etdi .....                     Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək .....                     Bakıda müştəri səhvən sürücünün kartına 633 dollar pul köçürdü və... .....                     Kəmaləddin Heydərova və Anar Quliyevə meydan oxuyan kimdir .....                     Bazarlarımızda bu erməni MƏHSULLARI satılacaq .....                     “X Petrol”da müştəri necə aldadılır? .....                     167 saylı məktəbdə təmir üçün valideynlərdən pul yığılır? .....                     SOCAR-da DOVŞANIN SUYUNUN SUYU... .....                 

İdxal olunmuş radikallıq – məqsəd məqsədləri susdurmaq olmamalıdır
Tarix: Bu gün, 11:21 | Çap et

Bu ölkədə dini etiqad həmişə olub. Hətta sovet -bolşevik hakimiyyətinin ilk 25 ilində mövhumat və xurafatla mübarizə adı altında dindarların təqib olunduğu, ruhanilərin repressiya edildiyi, məscidlərin bağlandığı dövrdə də möminlər dini ayinləri icra ediblər.

Ancaq sonrakı illərdə hakimiyyət orqanlarının dini ayinlərin icra edilməsinə münasibəti xeyli yumşaldıqda belə bu ölkədə dini fanatizmə, radikal islam cərəyanlarına yer olmayıb, sünni-şiə ayrımçılığı, demək olar ki, sıfırlanıb.

Azərbaycan müstəqillik qazandıqdan sonra isə dinə meyl açıq şəkil aldı, cəmiyyətdə dindarlara hörmət artdı, hətta onlar ciddi etimad yiyəsi oldular. “Filankəs ağzıdualı adamdır, ona güvənmək olar”, “Kişi Hacı adamdır, yalan deməz” kimi çoxişlək ifadələr meydana gəldi.

Amma bu işlər belə davam etmədi. Tezliklə qonşu ölkələrdən məmləkətə radikal islamçı cərəyanlar, təriqətçi qruplar sirayət etdi. Onlar güclü təbliğat və pul-para sayəsində burada şəbəkələr qurdular, tərəfdarlar topladılar. Biz bir də onda gördük ki, radikal şiələrlə radikal sələfilər bir-birilə amansız mübarizə aparırlar və xalq arada qalıb. Bəzi məscidlərin Suriyaya, İraqa döyüşçü göndərən hərbi komissarlıqlara, bəzilərinin siyasi partiya qərargahına döndüyünü də gördük.

Sonradan hakimiyyət orqanları onların, eləcə də “Yəhova şahidləri”nin, krişnaçıların, digər “gəlmə din-məzhəbçi”lərin əl-ayağını yığışdırdı. Fəqət onların ölkəmizə gətirdiyi dini radikalizm qalmaqdadır. İndi onlar sosial şəbəkələrdə qırışırlar. Bu saat sosial şəbəkələr, xüsusilə də Feysbukun milli seqmenti dini sekta üzv və tərəfdarlarının əsas mübarizə poliqonuna çevrilib. Heç bir mövzu adi dini mövzu qədər müzakirə və mübahisə doğurmur.

Qəbələdə “Çevik” təxəllüslü ateist Məqsəd Bağırovun iki dindar tərəfindən döyülməsi məhz dini radikalizm müstəvisində baş verib. Adamı evindən çağırıb kafeyə gətiriblər, çox da uzun mübahisəyə girişmədən döyüblər. Biri fiziki təzyiqi birbaşa göstərib, o biri isə zərərçəkənlə tanışlığından istifadə edərək onu “cəzaçəkmə yeri”nə gətirib. Cəfakeşin vəkilinin yazdığına görə, ortada fiziki xəsarətlə yanaşı, ölümlə hədələmə (“bunu aparın, yoxsa doğrayacağam”) faktı da var və bu, məsələnin şəklini dəyişir.

Bu, əlbəttə, hüquq-mühafizə orqanlarının ayırd edəcəyi, qiymət verəcəyi işdir.

Məqsəd Bağırovun dini mövzuda paylaşdığı videolarda, düzünə qalsa, elə bir dəhşətli şey yoxdur. Adi həqiqətlər və iddialardır və bunu böyük mütəfəkkirimiz Mirzə Fətəli Axundzadədən ta günümüzə qədər əksər maarifçi ədiblərimiz deyiblər, yazıblar. Məqsəd özündən mülahizə uydurmayıb, indiyədək deyilənləri təkrar edib.

Radikal dindarların yanlışı ondadır ki, belə mülahizələrə qarşı sözlə, arqumentlə cavab vermir, verə bilmir, söz deyəni zorla susdurmağa, qorxutmağa, cəzalandırmağa çalışırlar. Yazıçı Rafiq Tağının qətlə yetirilməsi bu düşüncə tərzindən doğmuşdu. Deputat Fazil Mustafanın baş tutmayan qətlinin halal buyrulması da rəqibin terror yolu ilə susdurulmasına cəhd vaqiəsi idi.

Bu xüsusda başqa nümunələr də var: yazıçı Salman Rüşdinin barəsində ölüm fətvası verilməsi və onun 40 il boyunca təqib edilməsi, Fransada karikatura dərc edən jurnal redaksiyasında qətliam törədilməsi, İsveçdə Quranı yandıran avantüristin qətli və sair və ilaxır.

Halbuki islama qarşı yönəlmiş hücumlara (tənqid və təhqir olmasından asılı olmayaraq) daha dözümlü, təmkinli reaksiya göstərmək hücumçuların tərksilah edilməsinin yarısı deməkdir. Avropa dövlətlərində fəaliyyət göstərən bəzi radikal islamofoblar əslində qəsdən islamçıları təxribata çəkir, onları radikal hərəkətlərə sövq edir və bütün dünyaya islamın sərt üzünü göstərərək məqsədlərinə çatırlar.

Müsəlman ölkələrinin rəhbərləri, dini təşkilatların liderləri nümunə göstərərək belə hallarda təmkin nümayiş etdirsələr, ortalığı qarışdırmağa çalışan islamofob qüvvələri öz baş tutmayan təxribatları ilə baş-başa buraxsalar, daha effektiv nəticəyə nail olarlar. Yoxsa biri bir söz deyən kimi haray-həşir qopur, mütləq bir radikal fətva verilir, ortaya onu icra etməyə çalışan fanatiklər çıxır, aləm bir-birinə qarışır.

Qəbələdə baş verən hadisə çox da dəhşətli bir şey deyil. Bundan daha dəhşətlisi yüzlərlə, bəlkə də minlərlə dindarın sosial şəbəkədə belə statuslar və şərhlər yazmasıdır: “Ona bu da azdır”; “Hələ az döyüblər, gərək canını alaydılar”; “Belə mürtədlərin kökü kəsilməlidir”; “Dini təhqir edəndə bilmirdi ki, cəzasını verəcəklər?” və s.

Hələ ortalıqda Məqsədə və digər ateistlərə ünvanlanmış yüzlərlə təhqiramiz ifadələr, açıq söyüşlər var. Elə buradanca aydın olur ki, onlar etiqad etdikləri dinin fəlsəfəsini və tələblərini anlamırlar. Əsl müsəlman mötədil, ağzıtəmiz olmalıdır, söyüşlə danışmamalıdır, radikal hərəkət və ifadələrdən çəkinməlidir.

Yoxsa islam nəinki dünyada, heç müsəlman ölkələrində də sevimli olmayacaq, insanları cəlb etməyəcək. Anlamaq lazımdır ki, dinin işğal, qılınc gücünə yayıldığı dövrlər keçmişdə qalıb, artıq heç pul-paranın da bu işə gücü yetmir. İndi onu yalnız xoş məramla, humanist üzü ilə, siyasətə alət etmədən, qəlblərə sirayət edərək yaşatmaq olar.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan vətəndaşı həbs edildi - Rusiyaya işləyirmiş
Bu gün, 12:44
Su Meliorasiya Xidmətinin tenderində maraqlı tarix: Qalib elandan iki gün əvvəl işə başlayıb? - BU NƏDİ BELƏ?
Bu gün, 12:29
YAP-ın altı ay gecikən qurultayı - payız SON tarix...
Bu gün, 12:24
Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına hökm oxundu - Həbs olundu
Bu gün, 12:22
Erməni məhsulları Azərbaycan bazarına daxil olarsa... — İqtisadçı mümkün nəticələri açıqladı
Bu gün, 12:20
Şəmkirdə Türkmənistan vətəndaşını bıçaqlayan şəxsə cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 12:18
Tiflisə biletləri tur firmalar satır? – Vətəndaşlar narazıdır
Bu gün, 12:09
Tanınmış yazıçıdan sərt QINAQ: - “Burun, dodaq oxşar, sanki eyni sexdən çıxıblar”
Bu gün, 12:07
Ramiz Mehdiyevlə Köçəryanı NƏ BAĞLAYIR?
Bu gün, 12:03
"İşgüzar Kredit İttifaqı"nın lisenziyası ləğv olunub
Bu gün, 11:58
Azərbaycanda BOKT-un sahibi oğlunu özünə şərik etdi – Yeni payçı gəlib
Bu gün, 11:53
Azərbaycanda eyni sahədə çalışan daha 11 ŞİRKƏT LƏĞV EDİLDİ - SİYAHI
Bu gün, 11:51
“Din qoruyuculuğu adı ilə vəhşiliyə yol vermək olmaz” - deputat
Bu gün, 11:46
Torpaq uğrunda canını qıyana BİR QARIŞ TORPAĞI DA QIYMIRLAR... - GİLEY
Bu gün, 11:39
“Ya bəhanədir, ya da həqiqətən...” – Yaşar Nurinin xanımından ETİRAZ
Bu gün, 11:31
Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi - Amma işinə qaytarılmadı
Bu gün, 11:23
İdxal olunmuş radikallıq – məqsəd məqsədləri susdurmaq olmamalıdır
Bu gün, 11:21
Ermənistan Rusiya vətəndaşlarından viza tələb edəcək? – Zaxarovadan reaksiya
Bu gün, 11:12
ABŞ-ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var - İran Səhiyyə Nazirliyi
Bu gün, 11:11
“Azəridmanservis” üç ay ərzində “ÇANAQÇI” MMC-yə 6 tender verdi – Nəyə, yaxud da, kimə görə…
Bu gün, 10:59
Masazır və Xırdalandakı “şəhərcik”lərə niyə çıxarış verilmir? - AÇIQLAMA
Bu gün, 10:57
Bacısından ayrıldığına görə xalası oğlunu ov tüfəngi ilə güllələyən şəxslə bağlı QƏRAR
Bu gün, 10:52
Keçmiş icra başçısı hədələndiyini İDDİA EDİR... - "...bizə qarşı çox agır ifadələr işlədirlər"
Bu gün, 10:46
Melburnda oxuyan azərbaycanlı tələbə kömək istəyir - MÜRACİƏT
Bu gün, 10:42
Bişkekdən verilən siqnal: - Azərbaycan artıq yeni geosiyasət üçün icazə istəmir
Bu gün, 10:33
“ASAN Xidmət” Sevinc İbadovadan 660 min manata ofis icarəyə götürüb - İcazə verin, şübhələnək...
Bu gün, 10:32
AB-yə üzvlük qərarı İrəvanın hüququdur - Overçuk
Bu gün, 10:30
Azərbaycanda 4 yol istismarı şirkəti bağlanır - SİYAHI
Bu gün, 10:28
Mərkəzi Bankda yeni departament rəhbəri təyin edilib - DOSYE
Bu gün, 10:27
Əli ətçəkən maşında qalan uşağı əməliyyat etdilər - Azərbaycanda
Bu gün, 10:19
Təhsil şirkəti necə oldu ki, tikinti şirkətinə çevrildi? - “Robospace”dən “Avenza”ya... (FAKTLAR, FOTOLAR)
Bu gün, 10:14
"Guya yoxlanılır və məhsul uyğunsuz məhsul çıxarılır..." - NARAZILIQ VAR...
Bu gün, 10:04
Nazirlik əməkdaşı vəfat etdi
Bu gün, 10:00
Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov belə deyir...
Bu gün, 09:57
Bakıda müştəri səhvən sürücünün kartına 633 dollar pul köçürdü və... - MÜRACİƏT
Bu gün, 09:50
Kəmaləddin Heydərova və Anar Quliyevə meydan oxuyan kimdir - İLGİNC
Bu gün, 09:43
Bazarlarımızda bu erməni MƏHSULLARI satılacaq - SİYAHI
Bu gün, 08:32
“X Petrol”da müştəri necə aldadılır? - ARAŞDIRMA
Bu gün, 08:28
167 saylı məktəbdə təmir üçün valideynlərdən pul yığılır? - İTTİHAM VAR...
Bu gün, 08:18
SOCAR-da DOVŞANIN SUYUNUN SUYU... - buralarda ƏMR VERƏN xirtdəyəcəndir....
Bu gün, 08:12
Ermənistanda “azərbaycanlılar gəlir” PANİKASI - ŞƏRH
Bu gün, 08:02
Paşinyanı Moskvada gözləyirlər: “Qərar anı” yaxınlaşır! - Kremlin ultimatumu və İrəvanın çətin seçimi
Bu gün, 08:00
Vüsal Nəsirlinin "optimallaşdırma siyasəti" böyük problemlərə yol açır: idarələr ləğv edilib, bəs... - yol kənarlarındakı ağaclar necə olacaq?
Bu gün, 07:58
Putindən Ermənistana təhdid mesajı: Təhlükəsizlik zəmanətinə son - NƏ BAŞ VERİR?
Bu gün, 07:44
Sülh artıq kağız üzərindədir, bəs imza niyə yoxdur? – Əliyev-Paşinyan görüşünün açdığı suallar
Bu gün, 07:35
Küveyt ərazisinə yönələn hava hücumunun qarşısını alır
Bu gün, 07:33
Qobustanda TENDER qazanır, amma DÖVLƏTƏ... - borcu var imiş....
Bu gün, 07:31
Macarıstan Ukraynanın Aİ-yə sürətləndirilmiş qəbulunu dəstəkləməyəcək - AÇIQLAMA
Bu gün, 07:26
ABŞ ilə Səudiyyə Ərəbistanı arasında saziş uranın 20%-dək zənginləşdirilməsinə imkan verir - “The Wall Street Journal”
Bu gün, 07:23
"İşləri abonentlərin ciblərinə girməkdir..." - İTTİHAM VAR...
Bu gün, 04:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru