ABŞ-ın İrana son aviazərbələri nəticəsində 18 nəfər ölüb.
APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 30 avqust–2 sentyabr tarixləri arasında ABŞ-ın İrana qarşı həyata keçirdiyi yeni hücumlar nəticəsində 18 nəfər ölüb, 142 nəfər isə yaralanıb.
İran Səhiyyə Nazirliyi ölənlər arasında 2 qadın və 1 uşağın olduğunu bildirib.
Yaralılardan isə 61 nəfərin qadın, 44 nəfərin isə yaşının 18-dən aşağı olduğu qeyd edilib.






