Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsindən Azərbaycana ilk ixrac əməliyyatının artıq baş tutduğunu bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın teleqram kanalları yayıb.
“İlk müqavilə (Ermənistandan Azərbaycana ixrac – red.) artıq baş tutub. Düşünürəm ki, şirkətlər özü bu barədə məlumatı açıqlayar”, - deyə Paşinyan qeyd edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan XİN rəhbəri Ararat Mirzoyan yaxın günlərdə ölkəsindən Azərbaycana ilk ixrac barədə məlumat veriləcəyini açıqlamışdı.






