Bazarlarımızda bu erməni MƏHSULLARI satılacaq .....                     “X Petrol”da müştəri necə aldadılır? .....                     167 saylı məktəbdə təmir üçün valideynlərdən pul yığılır? .....                     SOCAR-da DOVŞANIN SUYUNUN SUYU... .....                     Ermənistanda “azərbaycanlılar gəlir” PANİKASI .....                     Paşinyanı Moskvada gözləyirlər: “Qərar anı” yaxınlaşır! .....                     Vüsal Nəsirlinin "optimallaşdırma siyasəti" böyük problemlərə yol açır: idarələr ləğv edilib, bəs... .....                     Putindən Ermənistana təhdid mesajı: Təhlükəsizlik zəmanətinə son .....                     Sülh artıq kağız üzərindədir, bəs imza niyə yoxdur? .....                     Küveyt ərazisinə yönələn hava hücumunun qarşısını alır .....                     Qobustanda TENDER qazanır, amma DÖVLƏTƏ... .....                     Macarıstan Ukraynanın Aİ-yə sürətləndirilmiş qəbulunu dəstəkləməyəcək .....                     ABŞ ilə Səudiyyə Ərəbistanı arasında saziş uranın 20%-dək zənginləşdirilməsinə imkan verir .....                     "İşləri abonentlərin ciblərinə girməkdir..." .....                     Beynəlxalq Bankın MİN BİR OYUNU .....                     Tez-tez çağırıb yoxlamağın məntiqi nədir? .....                     Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində “yarpaq tökümü” .....                     "Belə, məntiq işləməyən ölkədə yaşayırıq..." .....                     "Əmək haqları yenə üç aydır ki, ödənilmir..." .....                     Güney Qafqaz YENİDƏN QARIŞIR? .....                     Bu, düşüncə əxlaqıdır... .....                     Keçmiş mer nəyin güdazına getdi? .....                     Zardakı tikinti xaosuna görə PREZİDENTƏ MÜRACİƏT OLUNDU .....                     Bu ölkədə QİYMƏT BAZARINA nəzarət edən varmı? .....                     Türkmənistanda ŞİMALİ KOREYA AB-HAVASI... .....                     15 min həkimin maaşı artırıldı: BƏS YERDƏ QALANI? .....                     Dinə ÇEVİK MÜDAXİLƏ... .....                     Expressbankda 2 yeni təyinat olub .....                     26 illik şirkət ləğv olunur .....                     Tibb işçilərinin maaşlarının artırılması səhiyyədə hansı nəticələrə yol açacaq? .....                     MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş .....                     Dilqəm Əsgərovla oğlu arasında məhkəmə çəkişməsi: .....                     Moskvadan İrəvanın dəmir yolu iddialarına cavab: .....                     Putinlə Trampın gözlənilən görüşünün tarixi və məkanı açıqlanıb .....                     Rusiya gizli şəkildə İrana kömək edir .....                     Vergidən yayınmada ittiham olunan sahibkarın istəyi reallaşmadı .....                     “Bu gün sülhə əvvəlkindən daha yaxınıq” .....                     “AFB Bank”ın İdarə Heyətinə təyinat olub .....                     Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu .....                     Azərbaycan Rusiya ilə ticarət strukturunu dəyişir: Moskva mövqelərini itirir .....                 

Vüsal Nəsirlinin "optimallaşdırma siyasəti" böyük problemlərə yol açır: idarələr ləğv edilib, bəs... - yol kənarlarındakı ağaclar necə olacaq?
Tarix: Bu gün, 07:58 | Çap et

Qurumları ləğv etmək asandır, illərlə böyüdülmüş ağacı yaşatmaq isə məsuliyyətdir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) aparılan struktur dəyişiklikləri və optimallaşdırma prosesinin nəticələrindən biri də yol kənarlarının yaşıllaşdırılması ilə məşğul olan idarələr ləğvi olub.

Mia.az-ın məlumatına əsasən, 2026-cı ilin mayından başlayaraq AAYDA-nin tabeliyində olan və regionlarü üzrə “Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-lərin hamısı ləğv edilib.

Halbuki, həmin müəssisələr 2003–2004-cü illərdə yol kənarlarının yaşıllaşdırılamsı məqsədiylə yaradılmış və kifayət qədər də öz müsbət təsirini göstərmişdi.

İndi isə əsas sual budur: ləğv edilən bu qurumların gördüyü işi bundan sonra kim görəcək?

Həmin müəssisələrdə çalışan insanların taleyi ilə yanaşı avtomobil yollarının kənarlarında salınmış yaşıllıqların, ağacların, qazonların və meşə zolaqlarının taleyi də narahatlıq doğurur. Çünki yol yalnız asfalt, beton və yol nişanlarından ibarət deyil.

Yolun kənarındakı ağaclar, qazonlar da həmin infrastrukturun bir hissəsidir. Həmin ağac sürücünü günəşdən qoruyur, tozun və küləyin qarşısını alır, ətraf mühitə töhfə verir və yolun landşaftını formalaşdırır.

Ağac əkmək isə işin başlanğıcıdır, sonu deyil.

Bir ağacı yaşatmaq üçün illərlə su, budama, qulluq, xəstəliklərə qarşı mübarizə və mühafizə lazımdır.

Bu baxımdan Bakı-Lənkəran, Bakı-Şamaxı, Bakı-Quba magistralında çəkilən fotolardakı ağacların vəziyyəti ciddi suallar doğurur. Yolun müxtəlif hissələrində yaşıllıqların quruması ilə bağlı narahatlıqlar varsa, bunun səbəbi açıq şəkildə araşdırılmalıdır. Yolun kənarında qazonlar quruyaraq qudumuş ot sahəsini xatırladır. O ağaclara və qazonlara dövlət büdcəsindən ayrılan pulların hesabı soruşulmur, monitorinqlər aparılmır.

Kim suvarmalıdır? Kim nəzarət etməlidir? Kim məsuliyyət daşıyır?

Vaxtilə Heydər Əliyevin ağac sevgisi bir ənənə idi. Ulu öndər Heydər Əliyevin Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması və ağacların qorunması istiqamətində gördüyü işlər dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdi.

Bu ənənə sonrakı illərdə də davam etdirildi. Prezident İlham Əliyev və ailə üzvlərinin iştirakı ilə müxtəlif vaxtlarda magistral yolların ətrafında genişmiqyaslı ağacəkmə aksiyaları keçirilib.

Məsələn, 2016-cı ildə Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral yolunun ətrafında 969 hektar ərazidə yaşıllıq salındığı və burada bir milyondan artıq ağac əkildi.

Deməli, söhbət təsadüfi ağac əkməkdən yox, illərlə formalaşdırılmış dövlət siyasətindən gedir.

Bu gün Azərbaycanın ekoloji gündəliyində Leyla Əliyevanın fəaliyyəti də xüsusi yer tutur.

IDEA-nın təşəbbüsü ilə ölkənin müxtəlif bölgələrində ağacəkmə, yaşıllıqların qorunması və ətraf mühitin mühafizəsi istiqamətində layihələr həyata keçirilib. Rəsmi məlumatlarda da Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən ekoloji layihələrin yeni yaşıllıqların salınmasına və mövcud yaşıllıqların qorunmasına töhfə verdiyi xüsusi vurğulanır.

Bu baxımdan ortaya çox sadə, amma ciddi bir sual çıxır: Biz yeni ağaclar əkirik, bəs artıq böyümüş ağacları kim qoruyacaq?

Çünki əkilən tingin fotosunu çəkmək asandır. Onu beş, on, iyirmi il yaşatmaq isə sistemli iş tələb edir.

“Optimallaşdırma” peşəkarlığı itirmək hesabına aparılmamalıdır. AAYDA-da yeni rəhbəri Vüsal Nəsirovun dövründə struktur və kadr dəyişiklikləri ilə bağlı narazılıqların səsləndirilməsi də diqqətdən kənarda qalmamalıdır. Xüsusilə Vüsal Nəsirovun rəhbərliyə gəldiyi ilk dövrdən etibarən uzun illər bu sahədə çalışmış, yol yaşıllaşdırılması və qulluq işində təcrübəsi olan peşəkar əməkdaşların uzaqlaşdırılması ilə bağlı iddialar cəmiyyətə və aidiyyəti qurumlara aydınlaşdırılmalıdır.

Əgər təcrübəli mütəxəssislər kənarlaşdırılırsa, onların yerinə kimlər gətirilir? Yaşıllıqların aqrotexniki qulluq qaydalarını bilən mütəxəssislər varmı? Yol kənarındakı ağacların inventarlaşdırılması, xəstəliklərə nəzarət, suvarma və bərpa işləri üzrə konkret plan mövcuddurmu?

“10 min ağac əkdik” demək kifayət deyil

Əgər dövlət vəsaiti hesabına minlərlə ağac əkilir, lakin bir müddət sonra onların bir hissəsi quruyursa, onda yalnız əkilən ağacların sayı ilə hesabat vermək kifayət deyil.

Hər ağacın taleyi də hesabatın bir hissəsi olmalıdır:

Neçə ağac əkildi?

Neçəsi yaşadı?

Neçəsi qurudu?

Niyə qurudu?

Suvarmaya nə qədər vəsait ayrıldı?

Hansı yol hissələrində suvarma sistemi işləyir?

Hansı ərazilərdə problem var?

Yaşıllaşdırma qurumları ləğv edildikdən sonra bu işlərə kim nəzarət edir?

Bunlar çox sadə suallardır. Amma cavabları Azərbaycanın yol kənarındakı yaşıllıqlarının gələcəyi üçün olduqca vacibdir.

Aşağıda təqdim olunan fotolarda görünən ağaclar Bakı-Şamaxı magistralında çəkilib. Əgər yol kənarındakı yaşıllıqlarda quruma halları varsa, AAYDA və aidiyyəti dövlət qurumları respublika üzrə monitorinq aparmalıdır.

Amma yaşıllığa qulluq funksiyası ləğv edilə bilməz. Əgər ayrıca qurumun fəaliyyəti dayandırılıbsa, onun funksiyası başqa struktur tərəfindən daha peşəkar və daha effektiv həyata keçirilməlidir.

Əks halda “optimallaşdırma” adı altında sadəcə struktur dəyişir, problem isə yerində qalır.

Bu gün cəmiyyətin AAYDA-dan gözləntisi də məhz budur: yaşıllaşdırma qurumlarının ləğvindən sonra yol kənarındakı ağacların taleyi ilə bağlı konkret və aydın mexanizm açıqlansın.

Kim cavabdehdir?

Nə qədər vəsait ayrılıb?

Hansı ərazilərə su verilir?

Monitorinq necə aparılır?

Quruyan ağacların yerinə kim cavabdeh olacaq?

Və ən əsası – illərlə bu sahədə çalışan peşəkarların təcrübəsindən niyə və necə istifadə olunur?

Heydər Əliyevin qoyduğu yaşıllaşdırma ənənəsi, Leyla Əliyevanın ekoloji təşəbbüsləri və Azərbaycanın bu gün elan etdiyi yaşıl inkişaf hədəfləri fonunda bu suallar cavabsız qala bilməz.

Çünki qurumu ləğv etmək bir qərardır. Ağacı yaşatmaq isə məsuliyyətdir.

Azərbaycanın yaşıl gələcəyi yalnız yeni ağacların əkilməsi ilə ölçülməməlidir. Əsl göstərici illər əvvəl əkilmiş ağacların bu gün nə qədər sağlam və yaşıl olmasıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bazarlarımızda bu erməni MƏHSULLARI satılacaq - SİYAHI
Bu gün, 08:32
“X Petrol”da müştəri necə aldadılır? - ARAŞDIRMA
Bu gün, 08:28
167 saylı məktəbdə təmir üçün valideynlərdən pul yığılır? - İTTİHAM VAR...
Bu gün, 08:18
SOCAR-da DOVŞANIN SUYUNUN SUYU... - buralarda ƏMR VERƏN xirtdəyəcəndir....
Bu gün, 08:12
Ermənistanda “azərbaycanlılar gəlir” PANİKASI - ŞƏRH
Bu gün, 08:02
Paşinyanı Moskvada gözləyirlər: “Qərar anı” yaxınlaşır! - Kremlin ultimatumu və İrəvanın çətin seçimi
Bu gün, 08:00
Vüsal Nəsirlinin "optimallaşdırma siyasəti" böyük problemlərə yol açır: idarələr ləğv edilib, bəs... - yol kənarlarındakı ağaclar necə olacaq?
Bu gün, 07:58
Putindən Ermənistana təhdid mesajı: Təhlükəsizlik zəmanətinə son - NƏ BAŞ VERİR?
Bu gün, 07:44
Sülh artıq kağız üzərindədir, bəs imza niyə yoxdur? – Əliyev-Paşinyan görüşünün açdığı suallar
Bu gün, 07:35
Küveyt ərazisinə yönələn hava hücumunun qarşısını alır
Bu gün, 07:33
Qobustanda TENDER qazanır, amma DÖVLƏTƏ... - borcu var imiş....
Bu gün, 07:31
Macarıstan Ukraynanın Aİ-yə sürətləndirilmiş qəbulunu dəstəkləməyəcək - AÇIQLAMA
Bu gün, 07:26
ABŞ ilə Səudiyyə Ərəbistanı arasında saziş uranın 20%-dək zənginləşdirilməsinə imkan verir - “The Wall Street Journal”
Bu gün, 07:23
"İşləri abonentlərin ciblərinə girməkdir..." - İTTİHAM VAR...
Bu gün, 04:34
Beynəlxalq Bankın MİN BİR OYUNU - BU NƏDİ BELƏ?
Bu gün, 04:12
Tez-tez çağırıb yoxlamağın məntiqi nədir? - GİLEY
Bu gün, 03:59
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində “yarpaq tökümü” - İdarənin daha bir əməkdaşının işdən çıxarıldığı bildirilir
Bu gün, 03:49
"Belə, məntiq işləməyən ölkədə yaşayırıq..." - partiya sədri
Bu gün, 02:17
"Əmək haqları yenə üç aydır ki, ödənilmir..." - NARAZILIQ VAR...
Bu gün, 02:08
Güney Qafqaz YENİDƏN QARIŞIR? - GƏLİŞMƏ
Bu gün, 01:56
Bu, düşüncə əxlaqıdır... - REPLİKA
Bu gün, 01:50
Keçmiş mer nəyin güdazına getdi? - 25 İLLİK HAQQ-HESAB...
Bu gün, 01:44
Zardakı tikinti xaosuna görə PREZİDENTƏ MÜRACİƏT OLUNDU - "Sizdən xahiş edirəm..."
Bu gün, 01:36
Bu ölkədə QİYMƏT BAZARINA nəzarət edən varmı? - ETİRAZ
Bu gün, 01:21
Türkmənistanda ŞİMALİ KOREYA AB-HAVASI... - KİV
Bu gün, 01:17
15 min həkimin maaşı artırıldı: BƏS YERDƏ QALANI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:13
Dinə ÇEVİK MÜDAXİLƏ... - AKTUAL
Bu gün, 01:04
Expressbankda 2 yeni təyinat olub - DOSYE
Dünən, 18:30
26 illik şirkət ləğv olunur – Səhmdarların əmlakı bölüşdürüləcək
Dünən, 18:28
Tibb işçilərinin maaşlarının artırılması səhiyyədə hansı nəticələrə yol açacaq? - AÇIQLAMA
Dünən, 18:27
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş - VİDEO
Dünən, 18:18
Dilqəm Əsgərovla oğlu arasında məhkəmə çəkişməsi: - "Mənim əleyhimə danışan jurnalistlə gəlmişdi"
Dünən, 18:14
Moskvadan İrəvanın dəmir yolu iddialarına cavab: - Overçuk rəsmi müraciətin olmadığını açıqladı
Dünən, 18:09
Putinlə Trampın gözlənilən görüşünün tarixi və məkanı açıqlanıb
Dünən, 17:59
Rusiya gizli şəkildə İrana kömək edir - “The Financial Times”
Dünən, 17:52
Vergidən yayınmada ittiham olunan sahibkarın istəyi reallaşmadı - TƏFƏRRÜAT
Dünən, 17:49
“Bu gün sülhə əvvəlkindən daha yaxınıq” - Erməni politoloqdan ŞƏRH
Dünən, 17:27
“AFB Bank”ın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:24
Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu - SİYAHI
Dünən, 17:16
Azərbaycan Rusiya ilə ticarət strukturunu dəyişir: Moskva mövqelərini itirir - GƏLİŞMƏ
Dünən, 17:12
“Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıb
Dünən, 17:08
Kafe-restoranlarda təhsilə xərclədiyimizdən 5 dəfə çox pul xərcləyirik
Dünən, 16:59
Masazırda dövlətin QANUNLARI İŞLƏMİR... - Görünəni budur...
Dünən, 16:53
Ukrayna ICAO-nu Rusiya üzərindən uçuşları qadağan etməyə çağırıb
Dünən, 16:50
İçib gömrük qapısına uzanan iranlı həbs edildi
Dünən, 16:44
Bazarda mövqe qazanmaq üçün “vuruşan” BOKT-a yeni rəhbər gəlir - BUNDAN SONRA...
Dünən, 15:03
Gəncə Şəhər İcra Hakimiyyəti bu şirkətə 1 milyon ödəyəcək
Dünən, 15:00
Sülhün açarı İrəvanda: - Ermənistan bu addımı atmasa, yeni mərhələ başlamayacaq
Dünən, 14:58
Xaricdə qızı boğub öldürən azərbaycanlılara 15 il CƏZA TƏLƏBİ
Dünən, 14:50
Əməkdar artistə vəzifə verildi - ƏMR
Dünən, 14:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru