“Finans Kredit BOKT” MMC-nin nizamnamə kapitalı artımından sonra şirkətin təsisçilərinin pay bölgüsündə də dəyişiklik baş verib.
Banker.az-ın əldə etdiyi məlumatda bildirilir.
Belə ki, Məhəmmədbəyli Elşad Rəmiyəddin oğlu 211 min manatlıq payla və ya 20%-lik iştirak payı ilə “Finans Kredit BOKT” MMC-nin yeni payçısı olub.
Kapital artımından sonra şirkətin ümumi nizamnamə kapitalı 1 055 ədəd paydan ibarətdir və hər bir payın nominal dəyəri 1 000 manatdır. Payların 844 ədədi və ya 80%-i Məmmədov Rəmiyəddin Hüseyn oğluna, 211 ədədi və ya 20%-i isə Məhəmmədbəyli Elşad Rəmiyəddin oğluna məxsusdur.
2024-cü ildə Məmmədov Rəmiyəddin Hüseyn oğlu şirkətin 100%-lik payına sahib yeganə təsisçi idi.
Qeyd edək ki, Məhəmmədbəyli Elşad Rəmiyəddin oğlu 203 min manatlıq yeni pay əldə etməklə yanaşı, mövcud paylardan da 8 min manatlıq hissəni əldə edib.
BOKT 1 yanvar 2026-cı il tarixinə 2.77 mln. manatlıq aktivə malik olub. Bunun 2.52 mln. manatı kredit portfelidir. Ötən ili 132 min manat xalis mənfəət (2024: 203 min manat)əldə edib.






