Ermənistan Rusiya vətəndaşlarından viza tələb edəcək? .....                     ABŞ-ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var .....                     “Azəridmanservis” üç ay ərzində “ÇANAQÇI” MMC-yə 6 tender verdi .....                     Masazır və Xırdalandakı “şəhərcik”lərə niyə çıxarış verilmir? .....                     Bacısından ayrıldığına görə xalası oğlunu ov tüfəngi ilə güllələyən şəxslə bağlı .....                     Keçmiş icra başçısı hədələndiyini İDDİA EDİR... .....                     Melburnda oxuyan azərbaycanlı tələbə kömək istəyir .....                     Bişkekdən verilən siqnal: .....                     “ASAN Xidmət” Sevinc İbadovadan 660 min manata ofis icarəyə götürüb .....                     AB-yə üzvlük qərarı İrəvanın hüququdur .....                     Azərbaycanda 4 yol istismarı şirkəti bağlanır .....                     Mərkəzi Bankda yeni departament rəhbəri təyin edilib .....                     Əli ətçəkən maşında qalan uşağı əməliyyat etdilər .....                     Təhsil şirkəti necə oldu ki, tikinti şirkətinə çevrildi? .....                     "Guya yoxlanılır və məhsul uyğunsuz məhsul çıxarılır..." .....                     Nazirlik əməkdaşı vəfat etdi .....                     Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək .....                     Bakıda müştəri səhvən sürücünün kartına 633 dollar pul köçürdü və... .....                     Kəmaləddin Heydərova və Anar Quliyevə meydan oxuyan kimdir .....                     Bazarlarımızda bu erməni MƏHSULLARI satılacaq .....                     “X Petrol”da müştəri necə aldadılır? .....                     167 saylı məktəbdə təmir üçün valideynlərdən pul yığılır? .....                     SOCAR-da DOVŞANIN SUYUNUN SUYU... .....                     Ermənistanda “azərbaycanlılar gəlir” PANİKASI .....                     Paşinyanı Moskvada gözləyirlər: “Qərar anı” yaxınlaşır! .....                     Vüsal Nəsirlinin "optimallaşdırma siyasəti" böyük problemlərə yol açır: idarələr ləğv edilib, bəs... .....                     Putindən Ermənistana təhdid mesajı: Təhlükəsizlik zəmanətinə son .....                     Sülh artıq kağız üzərindədir, bəs imza niyə yoxdur? .....                     Küveyt ərazisinə yönələn hava hücumunun qarşısını alır .....                     Qobustanda TENDER qazanır, amma DÖVLƏTƏ... .....                     Macarıstan Ukraynanın Aİ-yə sürətləndirilmiş qəbulunu dəstəkləməyəcək .....                     ABŞ ilə Səudiyyə Ərəbistanı arasında saziş uranın 20%-dək zənginləşdirilməsinə imkan verir .....                     "İşləri abonentlərin ciblərinə girməkdir..." .....                     Beynəlxalq Bankın MİN BİR OYUNU .....                     Tez-tez çağırıb yoxlamağın məntiqi nədir? .....                     Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində “yarpaq tökümü” .....                     "Belə, məntiq işləməyən ölkədə yaşayırıq..." .....                     "Əmək haqları yenə üç aydır ki, ödənilmir..." .....                     Güney Qafqaz YENİDƏN QARIŞIR? .....                     Bu, düşüncə əxlaqıdır... .....                 

Təhsil şirkəti necə oldu ki, tikinti şirkətinə çevrildi? - “Robospace”dən “Avenza”ya... (FAKTLAR, FOTOLAR)
Tarix: Bu gün, 10:14 | Çap et

Dünən təhsil sahəsində çalışan şirkət bu gün heç bir izah verilmədən tikinti şirkətinə çevrilib...
Elm və Təhsil Nazirliyinin tabeliyindəki qurumların dövlət satınalmaları və STEAM layihələrinə ayrılan milyonlarla manatlıq vəsait ətrafında suallar və müəmmalar getdikcə artır. Apardığımız əvvəlki araşdırmalar, dövlət reyestri məlumatları, əsaslı şübhələr yaradan tender əməliyyatları, ortada son dayanacağı bilinməyən milyonlarla vəsaitin dövr etməsi və bu prosesdə iştirak edən şirkətlərin fəaliyyətinin təhlili göstərir ki, Elm və Təhsil Nazirliyinin yuxarı eşelonunda formalaşan şəbəkə var - bu şəbəkənin iradəsi ilə dövlətin təhsil büdcəsini dağıtmaq üçün mürəkkəb mexanizm qurulub.
Bir şirkət, iki profil - Dövlət pullarına gedən yol…
Təhsil və innovasiya adı altında fəaliyyət göstərən bəzi şirkət və layihələrin profili zamanla müəmmalı şəkildə dəyişir. Daha dəqiq desək, dünən təhsil sahəsində çalışan şirkət bu gün heç bir izah verilmədən tikinti şirkətinə çevrilir. Həmin şirkətlərin sosial şəbəkə hesablarında aparılan dəyişikliklər və əldə etdiyimiz məlumatlar bu transformasiyanın təsadüf olmadığını ortaya çıxarır.
Dövlət büdcəsini talayan şirkətlər - “ROBOSPACE” MMC və “İSTEAM” MMC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi reyestr çıxarışlarından görünür ki, "İSTEAM" MMC (VÖEN: 1504688781) 31 iyul 2019-cu ildə qeydiyyata alınıb. Təsisçisi və qanuni təmsilçisi Məmmədov Zamiq Əlövsət oğludur (Elm və Təhsil naziri Emin Əmrullayevin sinif yoldaşı).
“İSTEAM” MMC həm də 23 may 2024-cü ildə qeydiyyatdan keçmiş "Robospace" MMC-nin (VÖEN: 1506802461) nizamnamə kapitalındakı 2 təsisçidən biridir (1 pay). Digər təsisçi isə Məmmədov Namiq Əlövsət oğludur (1 pay).
Qanuni təmsilçisi isə Məmmədov Zamiq Əlövsət oğludur.
Rəsmi sənədlərdə Məmmədov qardaşlarının adları keçir, amma bu şirkətlərin faktiki idarəçiliyinin və biznes strategiyasının nazir E.Əmrullayevin qaynı Nihad Hənifəyev tərəfindən həyata keçirildiyi şübhə doğurmur.
“Robospace” təlim mərkəzidir, yoxsa tikinti şirkəti?
“Robospace” MMC fəaliyyətə başladığı dövrdə “Robospace İnnovativ Təlim Mərkəzi” kimi təqdim olunub. Şirkət 5-17 yaşlı uşaqlar və yeniyetmələr üçün STEAM, LEGO, VEX IQ, robototexnika və mühəndislik dərsləri təşkil edib. Şirkətin “@robospace.cit” sosial şəbəkə hesabında isə 8 mindən çox valideyn və məktəblidən ibarət auditoriya formalaşıb.
Lakin sonrakı mərhələdə şirkətin fəaliyyət istiqaməti kəskin şəkildə dəyişib. Sosial şəbəkə hesabında yayımlanan rəsmi açıqlamadan sonra “Robospace” təhsil və robototexnika ilə bağlı fəaliyyətini dayandıraraq, tikinti sahəsinə keçdiyini elan edib.
Sual çox sadədir: təhsil və STEAM mərkəzi kimi tanınan bir şirkət necə oldu ki, qısa müddətdə fəaliyyət profilini dəyişərək tikinti şirkətinə çevrildi?
Tikinti sahəsinə keçid elanından sonra Instagram hesabının adı @avenza.co.az olaraq dəyişdirilib, profilin təsvirinə isə “Tikinti, Memarlıq, Layihə idarəetməsi” yazılıb. Lakin əvvəlki fəaliyyətin izləri tam silinməyib. Hesabda hələ də “Robospace İnnovativ Təlim Mərkəzi, Baku, Azerbaijan” keçidi və əvvəlki telefon nömrəsi saxlanılıb.
Bununla yanaşı, yeni fəaliyyət istiqamətini təqdim etmək üçün avenza.co.az saytı yaradılıb. Saytda “Avenza” “Modern Construction Company” kimi təqdim olunur. Lakin saytın texniki məlumatlarında WordPress administrator müəllifi kimi raileyyubov@gmail.com elektron poçt ünvanı görünür. Rail Eyyubovun isə dünənə qədər “Robospace” MMC-nin SMM meneceri olması heç kəsə sir deyil.
@robospace.cit sosial media hesabı birbaşa rebranding prosesindən keçərək @avenza.co.az adı altında fəaliyyətini tikinti və memarlıq brendi kimi davam etdirir.
Həm “Robospace”in təlim mərkəzi profillərində, həm də avenza.co.az saytında eyni əlaqə nömrəsindən (+994 10 310 03 53) və ünvan məlumatlarından istifadə olunur.
Burada diqqət çəkən əsas məqam isə budur: həmin elektron poçt ünvanının sahibi Rail Eyyubov daha əvvəl “Robospace” MMC-də SMM meneceri kimi fəaliyyət göstərib. Yəni, söhbət tamamilə yeni və kənardan ortaya çıxmış bir şirkətdən deyil, “Robospace”in əvvəlki fəaliyyəti ilə yeni “Avenza” brendi arasında görünən əlaqədən gedir.
Bütün bu faktlar belə bir suala cavab axtarır: “Robospace”in təhsil və STEAM fəaliyyəti bitdikdən sonra onun sosial media hesabı, auditoriyası, əlaqə məlumatları və əvvəlki komanda üzvlərindən biri yeni tikinti şirkətinin təqdimatında niyə görünür?
Təhsil kursunun və minlərlə izləyicisi olan sosial media hesabının qəfildən “Avenza Modern Construction” adlı tikinti brendinə çevrilməsi bir sıra suallar və iddialar yaradır.
Nazir və dostları birləşərək təhsil mərkəzini tikinti şirkətinə çeviriblər. Niyə? Məktəb tikmək üçün. Nə üçün məktəb tikintintisi? Çünki orada daha böyük pullar var, dövlət büdcəsindən tikintiyə ayrılan vəsaitin həcmi daha böyükdür.
Etibarlılığı şübhə doğurmayan mənbələrdən əldə olunan məlumatlara görə, “Avenza” artıq şimal bölgələrində bir neçə məktəbin təmirinə başlayıb. Halbuki, şirkətin tikinti sahəsində əvvəlki təcrübəsi barədə heç bir açıq məlumat yoxdur. Təhsil kursu kimi fəaliyyət göstərən şirkət necə olub ki, dövlətin tikinti-təmir layihələrinə çıxıb?
Minlərlə valideyn və şagird təəccüb içindədir - Onlar niyə aldadılır?
Minlərlə valideyn və şagirdin izlədiyi “Robospace” hesabı indi tikinti şirkətini reklam edir. Dünən robototexnika, bu gün isə tikinti. Qəribədir, deyilmi?
STEAM avadanlıqları ilə bağlı ortaya çıxan sualların ardınca tikinti-təmir tenderlərinin də eyni çevrəyə yönəldilməsi ehtimalı ciddi araşdırılmalıdır.
Adı çəkilən şirkətin tikinti-inşaat sektorunda heç bir təcrübəsi yoxdur. Nihad Hənifəyevin təlim kursları üzərindən qazandığı “təcrübə” bu dəfə təmir-tikinti büdcələrinə çıxış əldə etmək məqsədilə inşaat sektoruna yönəldilib. O, kürəkənin mövqeyindən istifadə edərək daha da varlanmaq niyyətinə düşüb. Əlbəttə ki, bu işdə ona nazirin yaxın çevrəsinə daxil olan digər vəzifəli şəxslər - Valeh Mirzalıyev, Turtal Ayvazlı, Elnur Əliyev və s. tam dəstək göstərirlər.
Dövlət reyestri sənədləri və sosial media dəyişiklikləri ciddi və əsaslı şübhələr yaradan mənzərəni ortaya qoyur. Düşünürəm ki, əvvəlki araşdırmalarla yanaşı, aidiyyəti orqanlar bu araşırmadakı materialları da nəzərə almalıdır. Söhbət böyük bir şəbəkədən gedir, o şəbəkədən ki, dövlət büdcəsi bu şəbəkəyə daxil olan bir qrup vəzifəli şəxs tərəfindən müxtəlif şirkətlər və layihələr vasitəsilə amansızcasına talanır.
Təhsil sahəsinə aidiyyəti olmayan, nazirin yaxın çevrəsi və qohumlarından təşkil olunan şəbəkə ölkə təhsilinə ayrılan milyonlarla manatlıq vəsaitlərə çıxış əldə etmək üçün mümkün olan və olmayan bütün metodlardan istifadə edir.
Müəllif: Samir Feyruzov - "DİA-AZ"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan Rusiya vətəndaşlarından viza tələb edəcək? – Zaxarovadan reaksiya
Bu gün, 11:12
ABŞ-ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var - İran Səhiyyə Nazirliyi
Bu gün, 11:11
“Azəridmanservis” üç ay ərzində “ÇANAQÇI” MMC-yə 6 tender verdi – Nəyə, yaxud da, kimə görə…
Bu gün, 10:59
Masazır və Xırdalandakı “şəhərcik”lərə niyə çıxarış verilmir? - AÇIQLAMA
Bu gün, 10:57
Bacısından ayrıldığına görə xalası oğlunu ov tüfəngi ilə güllələyən şəxslə bağlı QƏRAR
Bu gün, 10:52
Keçmiş icra başçısı hədələndiyini İDDİA EDİR... - "...bizə qarşı çox agır ifadələr işlədirlər"
Bu gün, 10:46
Melburnda oxuyan azərbaycanlı tələbə kömək istəyir - MÜRACİƏT
Bu gün, 10:42
Bişkekdən verilən siqnal: - Azərbaycan artıq yeni geosiyasət üçün icazə istəmir
Bu gün, 10:33
“ASAN Xidmət” Sevinc İbadovadan 660 min manata ofis icarəyə götürüb - İcazə verin, şübhələnək...
Bu gün, 10:32
AB-yə üzvlük qərarı İrəvanın hüququdur - Overçuk
Bu gün, 10:30
Azərbaycanda 4 yol istismarı şirkəti bağlanır - SİYAHI
Bu gün, 10:28
Mərkəzi Bankda yeni departament rəhbəri təyin edilib - DOSYE
Bu gün, 10:27
Əli ətçəkən maşında qalan uşağı əməliyyat etdilər - Azərbaycanda
Bu gün, 10:19
Təhsil şirkəti necə oldu ki, tikinti şirkətinə çevrildi? - “Robospace”dən “Avenza”ya... (FAKTLAR, FOTOLAR)
Bu gün, 10:14
"Guya yoxlanılır və məhsul uyğunsuz məhsul çıxarılır..." - NARAZILIQ VAR...
Bu gün, 10:04
Nazirlik əməkdaşı vəfat etdi
Bu gün, 10:00
Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov belə deyir...
Bu gün, 09:57
Bakıda müştəri səhvən sürücünün kartına 633 dollar pul köçürdü və... - MÜRACİƏT
Bu gün, 09:50
Kəmaləddin Heydərova və Anar Quliyevə meydan oxuyan kimdir - İLGİNC
Bu gün, 09:43
Bazarlarımızda bu erməni MƏHSULLARI satılacaq - SİYAHI
Bu gün, 08:32
“X Petrol”da müştəri necə aldadılır? - ARAŞDIRMA
Bu gün, 08:28
167 saylı məktəbdə təmir üçün valideynlərdən pul yığılır? - İTTİHAM VAR...
Bu gün, 08:18
SOCAR-da DOVŞANIN SUYUNUN SUYU... - buralarda ƏMR VERƏN xirtdəyəcəndir....
Bu gün, 08:12
Ermənistanda “azərbaycanlılar gəlir” PANİKASI - ŞƏRH
Bu gün, 08:02
Paşinyanı Moskvada gözləyirlər: “Qərar anı” yaxınlaşır! - Kremlin ultimatumu və İrəvanın çətin seçimi
Bu gün, 08:00
Vüsal Nəsirlinin "optimallaşdırma siyasəti" böyük problemlərə yol açır: idarələr ləğv edilib, bəs... - yol kənarlarındakı ağaclar necə olacaq?
Bu gün, 07:58
Putindən Ermənistana təhdid mesajı: Təhlükəsizlik zəmanətinə son - NƏ BAŞ VERİR?
Bu gün, 07:44
Sülh artıq kağız üzərindədir, bəs imza niyə yoxdur? – Əliyev-Paşinyan görüşünün açdığı suallar
Bu gün, 07:35
Küveyt ərazisinə yönələn hava hücumunun qarşısını alır
Bu gün, 07:33
Qobustanda TENDER qazanır, amma DÖVLƏTƏ... - borcu var imiş....
Bu gün, 07:31
Macarıstan Ukraynanın Aİ-yə sürətləndirilmiş qəbulunu dəstəkləməyəcək - AÇIQLAMA
Bu gün, 07:26
ABŞ ilə Səudiyyə Ərəbistanı arasında saziş uranın 20%-dək zənginləşdirilməsinə imkan verir - “The Wall Street Journal”
Bu gün, 07:23
"İşləri abonentlərin ciblərinə girməkdir..." - İTTİHAM VAR...
Bu gün, 04:34
Beynəlxalq Bankın MİN BİR OYUNU - BU NƏDİ BELƏ?
Bu gün, 04:12
Tez-tez çağırıb yoxlamağın məntiqi nədir? - GİLEY
Bu gün, 03:59
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində “yarpaq tökümü” - İdarənin daha bir əməkdaşının işdən çıxarıldığı bildirilir
Bu gün, 03:49
"Belə, məntiq işləməyən ölkədə yaşayırıq..." - partiya sədri
Bu gün, 02:17
"Əmək haqları yenə üç aydır ki, ödənilmir..." - NARAZILIQ VAR...
Bu gün, 02:08
Güney Qafqaz YENİDƏN QARIŞIR? - GƏLİŞMƏ
Bu gün, 01:56
Bu, düşüncə əxlaqıdır... - REPLİKA
Bu gün, 01:50
Keçmiş mer nəyin güdazına getdi? - 25 İLLİK HAQQ-HESAB...
Bu gün, 01:44
Zardakı tikinti xaosuna görə PREZİDENTƏ MÜRACİƏT OLUNDU - "Sizdən xahiş edirəm..."
Bu gün, 01:36
Bu ölkədə QİYMƏT BAZARINA nəzarət edən varmı? - ETİRAZ
Bu gün, 01:21
Türkmənistanda ŞİMALİ KOREYA AB-HAVASI... - KİV
Bu gün, 01:17
15 min həkimin maaşı artırıldı: BƏS YERDƏ QALANI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:13
Dinə ÇEVİK MÜDAXİLƏ... - AKTUAL
Bu gün, 01:04
Expressbankda 2 yeni təyinat olub - DOSYE
Dünən, 18:30
26 illik şirkət ləğv olunur – Səhmdarların əmlakı bölüşdürüləcək
Dünən, 18:28
Tibb işçilərinin maaşlarının artırılması səhiyyədə hansı nəticələrə yol açacaq? - AÇIQLAMA
Dünən, 18:27
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş - VİDEO
Dünən, 18:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru