Azərbaycanda BOKT-un sahibi oğlunu özünə şərik etdi .....                     Azərbaycanda eyni sahədə çalışan daha 11 ŞİRKƏT LƏĞV EDİLDİ .....                     “Din qoruyuculuğu adı ilə vəhşiliyə yol vermək olmaz” .....                     Torpaq uğrunda canını qıyana BİR QARIŞ TORPAĞI DA QIYMIRLAR... .....                     “Ya bəhanədir, ya da həqiqətən...” .....                     Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi .....                     İdxal olunmuş radikallıq .....                     Ermənistan Rusiya vətəndaşlarından viza tələb edəcək? .....                     ABŞ-ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var .....                     “Azəridmanservis” üç ay ərzində “ÇANAQÇI” MMC-yə 6 tender verdi .....                     Masazır və Xırdalandakı “şəhərcik”lərə niyə çıxarış verilmir? .....                     Bacısından ayrıldığına görə xalası oğlunu ov tüfəngi ilə güllələyən şəxslə bağlı .....                     Keçmiş icra başçısı hədələndiyini İDDİA EDİR... .....                     Melburnda oxuyan azərbaycanlı tələbə kömək istəyir .....                     Bişkekdən verilən siqnal: .....                     “ASAN Xidmət” Sevinc İbadovadan 660 min manata ofis icarəyə götürüb .....                     AB-yə üzvlük qərarı İrəvanın hüququdur .....                     Azərbaycanda 4 yol istismarı şirkəti bağlanır .....                     Mərkəzi Bankda yeni departament rəhbəri təyin edilib .....                     Əli ətçəkən maşında qalan uşağı əməliyyat etdilər .....                     Təhsil şirkəti necə oldu ki, tikinti şirkətinə çevrildi? .....                     "Guya yoxlanılır və məhsul uyğunsuz məhsul çıxarılır..." .....                     Nazirlik əməkdaşı vəfat etdi .....                     Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək .....                     Bakıda müştəri səhvən sürücünün kartına 633 dollar pul köçürdü və... .....                     Kəmaləddin Heydərova və Anar Quliyevə meydan oxuyan kimdir .....                     Bazarlarımızda bu erməni MƏHSULLARI satılacaq .....                     “X Petrol”da müştəri necə aldadılır? .....                     167 saylı məktəbdə təmir üçün valideynlərdən pul yığılır? .....                     SOCAR-da DOVŞANIN SUYUNUN SUYU... .....                     Ermənistanda “azərbaycanlılar gəlir” PANİKASI .....                     Paşinyanı Moskvada gözləyirlər: “Qərar anı” yaxınlaşır! .....                     Vüsal Nəsirlinin "optimallaşdırma siyasəti" böyük problemlərə yol açır: idarələr ləğv edilib, bəs... .....                     Putindən Ermənistana təhdid mesajı: Təhlükəsizlik zəmanətinə son .....                     Sülh artıq kağız üzərindədir, bəs imza niyə yoxdur? .....                     Küveyt ərazisinə yönələn hava hücumunun qarşısını alır .....                     Qobustanda TENDER qazanır, amma DÖVLƏTƏ... .....                     Macarıstan Ukraynanın Aİ-yə sürətləndirilmiş qəbulunu dəstəkləməyəcək .....                     ABŞ ilə Səudiyyə Ərəbistanı arasında saziş uranın 20%-dək zənginləşdirilməsinə imkan verir .....                     "İşləri abonentlərin ciblərinə girməkdir..." .....                 

Melburnda oxuyan azərbaycanlı tələbə kömək istəyir - MÜRACİƏT
Tarix: Bu gün, 10:42 | Çap et

Melburn Universitetinin Bədii və Sənədli Filmlər üzrə Prodüserlik magistr proqramında təhsil alan azərbaycanlı tələbə Afaq Yusifli təhsil haqqının bir hissəsinin aylardır universitetə köçürülmədiyini bildirib.

Modern.az xəbər verir ki, Afaq Yusifli bu barədə sosial şəbəkə hesabında geniş paylaşım edib.

Onun sözlərinə görə, 2026-cı ilin fevralından Melburn Universitetində təhsil alır və hazırda ikinci semestr üzrə ödənişlə bağlı ciddi problemlə üzləşib.

Yusifli bildirib ki, onun təhsil haqqının bir hissəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəni və Yaradıcı Sənayelər üzrə xüsusi təqaüd proqramı, digər hissəsi isə başqa maliyyə mənbələri hesabına qarşılanır.

Tələbənin sözlərinə görə, Azərbaycan Kinematoqrafçılar İttifaqına onun təhsil haqqının ödənilməsi məqsədilə ayrılmış 25 500 manat 2026-cı ilin martından universitetə köçürülməyib.

“Universitetdən artıq dördüncü xəbərdarlığı almışam. Mənə bildirilib ki, oktyabrın ilk həftəsinə qədər ikinci semestrin ödənişi həyata keçirilməsə, təhsilimlə bağlı sanksiya tətbiq oluna bilər”, – deyə o qeyd edib.

Afaq Yusifli vurğulayıb ki, problem dövlət tərəfindən nəzərdə tutulan dəstəyin olmaması ilə bağlı deyil:

“Azərbaycan dövləti mənim təhsil haqqımla bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirir. Təhsil haqqım iki qurum tərəfindən ödənilir. Birinci semestr üçün 19 485 ABŞ dolları, üçüncü semestr üçün isə 15 000 ABŞ dolları artıq universitetə ödənilib. Dördüncü semestr üzrə ödənişin də 2027-ci ilin birinci rübündə həyata keçirilməsi nəzərdə tutulur”.

Onun iddiasına görə, 25 500 manatlıq vəsait 2025-ci ilin dekabrından Azərbaycan Kinematoqrafçılar İttifaqında onun təhsil haqqı üçün ayrılıb.

Yusifli bildirib ki, İttifaqın sədri Rasim Balayevin vəfatından sonra ödəniş sənədlərinin imzalanması ilə bağlı proses dayanıb və məsələ indiyədək həll edilməyib.

Tələbənin sözlərinə görə, vəsaitin onun şəxsi hesabına köçürülməsi variantı da müzakirə olunub, lakin bu zaman universitetdə hüquqi suallar yaranıb:

“Avstraliyaya viza alarkən təqdim etdiyim rəsmi sənədlərdə təhsil haqqımın müvafiq qurumlar tərəfindən ödəniləcəyi göstərilib. İndi rəsmi qurumun hesabında olan vəsaitin tələbənin şəxsi hesabından universitetə ödənilməsi hüquqi baxımdan suallar yaradır. Beləliklə, pul var, amma universitetə köçürülə bilmir”.

Afaq Yusifli qeyd edib ki, daha əvvəl Azərbaycanın Avstraliyadakı səfirliyi məsələyə müdaxilə edib, universitetə rəsmi məktub göndərilib və nəticədə ona əlavə vaxt verilib.

Lakin tələbənin sözlərinə görə, hazırda həmin möhlət də başa çatmaq üzrədir.

O, ailəsinin 25 500 manatlıq təhsil haqqını ödəmək imkanında olmadığını bildirib. Yusifli həmçinin Avstraliyada yaşayış, kirayə və gündəlik xərclərinin yüksək olduğunu qeyd edib.

Tələbə ailə vəziyyətinin də çətin olduğunu vurğulayıb. Onun sözlərinə görə, atası Birinci Qarabağ müharibəsi veteranıdır, anası isə ağır xəstəliklə mübarizə aparır.

Afaq Yusifli paylaşımında Melburn Universitetində təhsil aldığı müddətdə Azərbaycan kino tarixi və Cəfər Cabbarlı barədə video hazırladığını, imtahan işlərindən birində Qarabağın işğalını vizual araşdırma mövzusu kimi seçdiyini də qeyd edib.

O bildirib ki, hazırda beynəlxalq tələbələrdən ibarət yaradıcı qruplarla altı film layihəsində müxtəlif vəzifələrdə çalışır. Bundan başqa, sentyabrın sonunda istehsalına başlanılması planlaşdırılan “Virtual Production” layihəsinin prodüserlərindən biridir.

“Məqsədim sadəcə xaricdə diplom almaq deyil. Azərbaycanda peşəkar və beynəlxalq səviyyədə təhsil almış kino prodüserlərindən birinə çevrilmək, qazandığım bilikləri Azərbaycan kino sənayesinə gətirmək istəyirəm”, – tələbə yazıb.

Afaq Yusifli bir sıra özəl qurumlara da müraciət etdiyini, lakin cavab ala bilmədiyini deyib.

O, ictimaiyyətə və məsələnin həllinə kömək edə biləcək qurumlara müraciət edib:

“Mən sizdən cib pulu istəmirəm, şəxsi həyatım üçün maddi yardım istəmirəm. Sadəcə bilmək istəyirəm ki, mən indi nə etməliyəm? Azərbaycan Kinematoqrafçılar İttifaqında mənim təhsil haqqım üçün ayrılmış vəsait var, amma aylar keçməsinə baxmayaraq universitetə köçürülmür”.

Yusiflinin sözlərinə görə, ödəniş problemi həll olunmasa, oktyabrın ilk həftəsində universitet tərəfindən onun təhsilinin davam etdirilməsinə məhdudiyyət tətbiq edilə bilər.

“Mən aylar ərzində gözləmişəm, səbr etmişəm, inanmışam. İndi isə sonuncu xəbərdarlığı almışam. Mən sadəcə bir tələbəyəm və təhsilimi davam etdirmək istəyirəm. Bu problemin həllinə kömək edə biləcək hər kəsdən xahiş edirəm: mənə yol göstərin”, – deyə Afaq Yusifli paylaşımını yekunlaşdırıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda BOKT-un sahibi oğlunu özünə şərik etdi – Yeni payçı gəlib
Bu gün, 11:53
Azərbaycanda eyni sahədə çalışan daha 11 ŞİRKƏT LƏĞV EDİLDİ - SİYAHI
Bu gün, 11:51
“Din qoruyuculuğu adı ilə vəhşiliyə yol vermək olmaz” - deputat
Bu gün, 11:46
Torpaq uğrunda canını qıyana BİR QARIŞ TORPAĞI DA QIYMIRLAR... - GİLEY
Bu gün, 11:39
“Ya bəhanədir, ya da həqiqətən...” – Yaşar Nurinin xanımından ETİRAZ
Bu gün, 11:31
Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi - Amma işinə qaytarılmadı
Bu gün, 11:23
İdxal olunmuş radikallıq – məqsəd məqsədləri susdurmaq olmamalıdır
Bu gün, 11:21
Ermənistan Rusiya vətəndaşlarından viza tələb edəcək? – Zaxarovadan reaksiya
Bu gün, 11:12
ABŞ-ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var - İran Səhiyyə Nazirliyi
Bu gün, 11:11
“Azəridmanservis” üç ay ərzində “ÇANAQÇI” MMC-yə 6 tender verdi – Nəyə, yaxud da, kimə görə…
Bu gün, 10:59
Masazır və Xırdalandakı “şəhərcik”lərə niyə çıxarış verilmir? - AÇIQLAMA
Bu gün, 10:57
Bacısından ayrıldığına görə xalası oğlunu ov tüfəngi ilə güllələyən şəxslə bağlı QƏRAR
Bu gün, 10:52
Keçmiş icra başçısı hədələndiyini İDDİA EDİR... - "...bizə qarşı çox agır ifadələr işlədirlər"
Bu gün, 10:46
Melburnda oxuyan azərbaycanlı tələbə kömək istəyir - MÜRACİƏT
Bu gün, 10:42
Bişkekdən verilən siqnal: - Azərbaycan artıq yeni geosiyasət üçün icazə istəmir
Bu gün, 10:33
“ASAN Xidmət” Sevinc İbadovadan 660 min manata ofis icarəyə götürüb - İcazə verin, şübhələnək...
Bu gün, 10:32
AB-yə üzvlük qərarı İrəvanın hüququdur - Overçuk
Bu gün, 10:30
Azərbaycanda 4 yol istismarı şirkəti bağlanır - SİYAHI
Bu gün, 10:28
Mərkəzi Bankda yeni departament rəhbəri təyin edilib - DOSYE
Bu gün, 10:27
Əli ətçəkən maşında qalan uşağı əməliyyat etdilər - Azərbaycanda
Bu gün, 10:19
Təhsil şirkəti necə oldu ki, tikinti şirkətinə çevrildi? - “Robospace”dən “Avenza”ya... (FAKTLAR, FOTOLAR)
Bu gün, 10:14
"Guya yoxlanılır və məhsul uyğunsuz məhsul çıxarılır..." - NARAZILIQ VAR...
Bu gün, 10:04
Nazirlik əməkdaşı vəfat etdi
Bu gün, 10:00
Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov belə deyir...
Bu gün, 09:57
Bakıda müştəri səhvən sürücünün kartına 633 dollar pul köçürdü və... - MÜRACİƏT
Bu gün, 09:50
Kəmaləddin Heydərova və Anar Quliyevə meydan oxuyan kimdir - İLGİNC
Bu gün, 09:43
Bazarlarımızda bu erməni MƏHSULLARI satılacaq - SİYAHI
Bu gün, 08:32
“X Petrol”da müştəri necə aldadılır? - ARAŞDIRMA
Bu gün, 08:28
167 saylı məktəbdə təmir üçün valideynlərdən pul yığılır? - İTTİHAM VAR...
Bu gün, 08:18
SOCAR-da DOVŞANIN SUYUNUN SUYU... - buralarda ƏMR VERƏN xirtdəyəcəndir....
Bu gün, 08:12
Ermənistanda “azərbaycanlılar gəlir” PANİKASI - ŞƏRH
Bu gün, 08:02
Paşinyanı Moskvada gözləyirlər: “Qərar anı” yaxınlaşır! - Kremlin ultimatumu və İrəvanın çətin seçimi
Bu gün, 08:00
Vüsal Nəsirlinin "optimallaşdırma siyasəti" böyük problemlərə yol açır: idarələr ləğv edilib, bəs... - yol kənarlarındakı ağaclar necə olacaq?
Bu gün, 07:58
Putindən Ermənistana təhdid mesajı: Təhlükəsizlik zəmanətinə son - NƏ BAŞ VERİR?
Bu gün, 07:44
Sülh artıq kağız üzərindədir, bəs imza niyə yoxdur? – Əliyev-Paşinyan görüşünün açdığı suallar
Bu gün, 07:35
Küveyt ərazisinə yönələn hava hücumunun qarşısını alır
Bu gün, 07:33
Qobustanda TENDER qazanır, amma DÖVLƏTƏ... - borcu var imiş....
Bu gün, 07:31
Macarıstan Ukraynanın Aİ-yə sürətləndirilmiş qəbulunu dəstəkləməyəcək - AÇIQLAMA
Bu gün, 07:26
ABŞ ilə Səudiyyə Ərəbistanı arasında saziş uranın 20%-dək zənginləşdirilməsinə imkan verir - “The Wall Street Journal”
Bu gün, 07:23
"İşləri abonentlərin ciblərinə girməkdir..." - İTTİHAM VAR...
Bu gün, 04:34
Beynəlxalq Bankın MİN BİR OYUNU - BU NƏDİ BELƏ?
Bu gün, 04:12
Tez-tez çağırıb yoxlamağın məntiqi nədir? - GİLEY
Bu gün, 03:59
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində “yarpaq tökümü” - İdarənin daha bir əməkdaşının işdən çıxarıldığı bildirilir
Bu gün, 03:49
"Belə, məntiq işləməyən ölkədə yaşayırıq..." - partiya sədri
Bu gün, 02:17
"Əmək haqları yenə üç aydır ki, ödənilmir..." - NARAZILIQ VAR...
Bu gün, 02:08
Güney Qafqaz YENİDƏN QARIŞIR? - GƏLİŞMƏ
Bu gün, 01:56
Bu, düşüncə əxlaqıdır... - REPLİKA
Bu gün, 01:50
Keçmiş mer nəyin güdazına getdi? - 25 İLLİK HAQQ-HESAB...
Bu gün, 01:44
Zardakı tikinti xaosuna görə PREZİDENTƏ MÜRACİƏT OLUNDU - "Sizdən xahiş edirəm..."
Bu gün, 01:36
Bu ölkədə QİYMƏT BAZARINA nəzarət edən varmı? - ETİRAZ
Bu gün, 01:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru