Burada sərnişin məmnuniyyətindən söhbət belə gedə bilməz... - ETİRAZ
Tarix: 2-06-2022, 09:58 | Çap et
 “Xaliq Faiqoğlu” şirkətinin baş direktoru Faiq Seyidovun əməlləri barədə kifayət qədər yazmışıq. Və hər dəfə də Faiq Seyidova bildirmişik ki, bizim səninlə şəxsi müstəvidə heç bir problemimiz yoxdur. Sən bizi məhkəmə ilə hədələməklə problem həll olunmur. Bu gün də bir daha Faiq Seyidova deyirik ki, havanın 32 dərəcə isti olduğu bir zamanda 300 min sərnişini niyə bişirə-bişirə mənzil başına aparırsan. Axı, adamın bir insafı olar. 32 dərəcə isti bayırdadır, avtobusun içində bir o qədər insanın nəfəsi və s…deməli 40 dərəcədə sərnişinlər qan tərin içində gedirlər. Faiq Seyidov, sənin özünü, ailə üzvlərini avtobusa mindirsələr gedə bilərsənmi…? Nə üçün bu dərəcədə istidə avtobusdakı kondisionerlərin işləməsinə imkan vermirsən..? Bunun səbəbini öyrənmək üçün dəfələrlə sənə məxsus şirkətin 012-430-85-85 nömrəsinə zəng etsək də normal cavab verməyiblər. Amma biz bunun səbəbini bilirik. Faiq Seyidov, sənin sərnişinin təhükəsizliyi, rahatlığı düşündürmür, səni pul düşündürür. Bilirsən ki, kondisionerlər işləyəndə benzin, yəni pul gedir. Onu da qeyd edək ki, xaricdən gətirdiyin ucuz avtobuslarda heç pəncərə də yoxdur, hamısı bağlı şüşələrdir. İndi istəyirsənsə, bizi ver məhkəməyə, bu sənin hüququndur. Amma bu yolla problem həll olunmayacaq. Biz sənə bir daha xəbərdarlıq edirik ki, Faiq Seyidov, belə davam eləsən, təkcə sərnişinlər deyil, hətta sürücülər də sənə qarşı aksiya keçirəcək. Axı, insanların hüquqlarını nə dərəcədə pozmaq olar. Biz Gündəlik-Bakı olaraq əbəs yerə yazmadıq ki, səni sərnişinlərin talehi maraqlandırmır. Bəli, sürücülər xəttə çıxmazdan qabaq tibbi baxışdan keçməlidirlər... Paytaxt sərnişilərinin həyatını etibar etdiyi sürücülərin tibbi müayinəsi sizin şirkətinizdə formal olaraq həyata keçirilir. Hər gün sahibi olduğunuz sərnişin daşıma şirkətinin sürücüləri həkim tərəfindən yoxlanılmadan kitabçasına yalandan möhür vurulur. Və hər gün sürücülərdən 1 manat yığılır sonra “peçat” vurulur və bu pul guya həkimə çatır… Sürücü hətta sağlam olsa belə, 1 manat verməsə, möhür vurulmur... Cənab Seyidov, bilmirsənsə, nəzərinə çatdırırıq ki, dövlətin müəyyən etdiyi qaydaya əsasən sürücü xəttə çıxmazdan öncə onun durumu həkim tərəfindən yoxlanılmalıdır. Təzyiqi ölçülməli, ürəyin fəaliyyətinə diqqət yetirilməlidir. Bundan sonra sürücünün tibbi müayinə kitabına onun sağlam olduğunu təsdiqləyən həkim möhürü vurulur. Amma təəssüf ki, 300 min sərnişinin taleyinin məsuliyyətini daşıyan şirkətiniz bu qaydaya əməl etmir. Deməli hər gün 300 min sərnişini təhlükə ilə üzbəüz qoyursunuz. Faiq Seyidov, özün öz dilinlə sonuncu müsahibəndə deyirsən ki, hər gün 300 min sərnişin daşıyırsınız. Yəqin ki, orta məktəbdə riyaziyyat oxumusan. 300 min X 30 qəpik = 90 min manat, bir gündə. Deməli, hər ay 3 milyon, hər il 36 milyon gəlir əldə edirsən. Zəhmət olmasa, illik 36 milyonun vergisinin nə qədər olduğunu ictimaiyyətə açıqlayardın. Biz belə bir qənaətə gəlirik ki, sizin vergidən yayınma probleminiz də var. Bu başqa bir yazının mövzusudur. Cənab Faiq Seyidov, bir media olaraq bizim sizinlə problemimiz yoxdur. Sizin şirkəti cərimə edən, şirkətinizə sanksiya tətbiq edən də Gündəlik-Baklı deyil, adam. Başa düşdünmü..? Bakı Nəqliyat Agentliyi vətəndaşlar tərəfindən ən çox şikayət olunan marşrut xətlərini müəyyənləşdirib. Bu barədə BNA özü xəbər yayıb. Gözün aydın, Faiq Seyidov, ən çox şikayət olunan marşrut xətləri siyahısında sahibi olduğun “Faiqoğlu” şirkətinin adı 1-ci yerdədir. Buna nə deyirsən, Faiq Seyidov ? Oğlunuz Xaliq Seyidovun piyadanı vurub öldürməsindən, Ramiz Mehdiyevin “oxrana”sının rəisi Təhməzin bütün günü “Faiq Xaliqoğlu” şirkətinin ofisinin qabağında dolaşmasından yazmadıq ki..? Biz sizin özəl həyatınızla bağlı çox şey yaza bilərik. Amma yazmırıq. Bizi sizin gündə 300 min insanı dövlətdən narazı salmağınız maraqlandırır. Axı, niyə insanları bezdirisiniz, narazı salırsınız..? Axı, dövlət sizə hər cürə şərait yaradıb və milyonlar qazanırsınız. Qazanın, amma insanlara zülm etməyin. Xidmətinizdən istifadə edən vətəndaş kimi, sizdən xahiş edirik ki, sürücülərinizə tapşırıq verin soyutma sistemlərini işə salsınlar və hərəkətin təhlükəsizliyini təmin etsinlər. Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq. //gundelik-baku.com//

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Ermənistandan Azərbaycana ilk ixrac həyata keçirilib” - Paşinyan AÇIQLADI
Bu gün, 15:40 |
|
|
|
| • Sədrin köməkçisi idi, şöbə müdiri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:35 |
|
|
|
| • Bu agentlikdə yeni departamentlər yaradıldı - Təyinatlar oldu
Bu gün, 15:33 |
|
|
|
| • Dövlət Neft Fondunun səhm investisiyalarından gəliri 11 mlrd. dollara yaxınlaşıb
Bu gün, 15:30 |
|
|
|
| • Əhməd Davudoğlu barəsində araşdırma başlanılıb
Bu gün, 15:28 |
|
|
|
| • Ronaldo ayaqlarını, Carey səsini SIĞORTALAYIR - Azərbaycanda bədən üzvlərini sığortalayan varmı?
Bu gün, 13:09 |
|
|
|
| • 75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atan şəxslərlə bağlı QƏRAR
Bu gün, 13:06 |
|
|
|
| • “Qarabağ məsələsini xaricdə qaldırırıq, amma bizə ciddi baxmırlar”
Bu gün, 13:03 |
|
|
|
| • Alen Simonyan Azərbaycana gələcək
Bu gün, 13:00 |
|
|
|
| • Məşğulluq Agentliyi İlqar Əmirova ofisin icarəsi üçün 42 min manat ödəyəcək - DETALLAR
Bu gün, 12:59 |
|
|
|
| • Rusiya bazası bizim üçün vacib deyil, çıxarmaq istəsələr, etiraz etməyəcəyik - Paşinyan
Bu gün, 12:56 |
|
|
|
| • “BOA Agency” dividend verəcək – səhmdarları iclasa çağırdı
Bu gün, 12:54 |
|
|
|
| • “Azərpoçt”un departament direktoru vəzifəsindən ayrıldı - “AzerGold”da işə başladı
Bu gün, 12:50 |
|
|
|
| • Ermənistan vətəndaşı həbs edildi - Rusiyaya işləyirmiş
Bu gün, 12:44 |
|
|
|
| • Su Meliorasiya Xidmətinin tenderində maraqlı tarix: Qalib elandan iki gün əvvəl işə başlayıb? - BU NƏDİ BELƏ?
Bu gün, 12:29 |
|
|
|
| • YAP-ın altı ay gecikən qurultayı - payız SON tarix...
Bu gün, 12:24 |
|
|
|
| • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına hökm oxundu - Həbs olundu
Bu gün, 12:22 |
|
|
|
| • Erməni məhsulları Azərbaycan bazarına daxil olarsa... — İqtisadçı mümkün nəticələri açıqladı
Bu gün, 12:20 |
|
|
|
| • Şəmkirdə Türkmənistan vətəndaşını bıçaqlayan şəxsə cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 12:18 |
|
|
|
| • Tiflisə biletləri tur firmalar satır? – Vətəndaşlar narazıdır
Bu gün, 12:09 |
|
|
|
| • Tanınmış yazıçıdan sərt QINAQ: - “Burun, dodaq oxşar, sanki eyni sexdən çıxıblar”
Bu gün, 12:07 |
|
|
|
| • Ramiz Mehdiyevlə Köçəryanı NƏ BAĞLAYIR?
Bu gün, 12:03 |
|
|
|
| • "İşgüzar Kredit İttifaqı"nın lisenziyası ləğv olunub
Bu gün, 11:58 |
|
|
|
| • Azərbaycanda BOKT-un sahibi oğlunu özünə şərik etdi – Yeni payçı gəlib
Bu gün, 11:53 |
|
|
|
| • Azərbaycanda eyni sahədə çalışan daha 11 ŞİRKƏT LƏĞV EDİLDİ - SİYAHI
Bu gün, 11:51 |
|
|
|
| • “Din qoruyuculuğu adı ilə vəhşiliyə yol vermək olmaz” - deputat
Bu gün, 11:46 |
|
|
|
| • Torpaq uğrunda canını qıyana BİR QARIŞ TORPAĞI DA QIYMIRLAR... - GİLEY
Bu gün, 11:39 |
|
|
|
| • “Ya bəhanədir, ya da həqiqətən...” – Yaşar Nurinin xanımından ETİRAZ
Bu gün, 11:31 |
|
|
|
| • Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi - Amma işinə qaytarılmadı
Bu gün, 11:23 |
|
|
|
| • İdxal olunmuş radikallıq – məqsəd məqsədləri susdurmaq olmamalıdır
Bu gün, 11:21 |
|
|
|
| • Ermənistan Rusiya vətəndaşlarından viza tələb edəcək? – Zaxarovadan reaksiya
Bu gün, 11:12 |
|
|
|
| • ABŞ-ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var - İran Səhiyyə Nazirliyi
Bu gün, 11:11 |
|
|
|
| • “Azəridmanservis” üç ay ərzində “ÇANAQÇI” MMC-yə 6 tender verdi – Nəyə, yaxud da, kimə görə…
Bu gün, 10:59 |
|
|
|
| • Masazır və Xırdalandakı “şəhərcik”lərə niyə çıxarış verilmir? - AÇIQLAMA
Bu gün, 10:57 |
|
|
|
| • Bacısından ayrıldığına görə xalası oğlunu ov tüfəngi ilə güllələyən şəxslə bağlı QƏRAR
Bu gün, 10:52 |
|
|
|
| • Keçmiş icra başçısı hədələndiyini İDDİA EDİR... - "...bizə qarşı çox agır ifadələr işlədirlər"
Bu gün, 10:46 |
|
|
|
| • Melburnda oxuyan azərbaycanlı tələbə kömək istəyir - MÜRACİƏT
Bu gün, 10:42 |
|
|
|
| • Bişkekdən verilən siqnal: - Azərbaycan artıq yeni geosiyasət üçün icazə istəmir
Bu gün, 10:33 |
|
|
|
| • “ASAN Xidmət” Sevinc İbadovadan 660 min manata ofis icarəyə götürüb - İcazə verin, şübhələnək...
Bu gün, 10:32 |
|
|
|
| • AB-yə üzvlük qərarı İrəvanın hüququdur - Overçuk
Bu gün, 10:30 |
|
|
|
| • Azərbaycanda 4 yol istismarı şirkəti bağlanır - SİYAHI
Bu gün, 10:28 |
|
|
|
| • Mərkəzi Bankda yeni departament rəhbəri təyin edilib - DOSYE
Bu gün, 10:27 |
|
|
|
| • Əli ətçəkən maşında qalan uşağı əməliyyat etdilər - Azərbaycanda
Bu gün, 10:19 |
|
|
|
| • Təhsil şirkəti necə oldu ki, tikinti şirkətinə çevrildi? - “Robospace”dən “Avenza”ya... (FAKTLAR, FOTOLAR)
Bu gün, 10:14 |
|
|
|
| • "Guya yoxlanılır və məhsul uyğunsuz məhsul çıxarılır..." - NARAZILIQ VAR...
Bu gün, 10:04 |
|
|
|
| • Nazirlik əməkdaşı vəfat etdi
Bu gün, 10:00 |
|
|
|
| • Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov belə deyir...
Bu gün, 09:57 |
|
|
|
| • Bakıda müştəri səhvən sürücünün kartına 633 dollar pul köçürdü və... - MÜRACİƏT
Bu gün, 09:50 |
|
|
|
| • Kəmaləddin Heydərova və Anar Quliyevə meydan oxuyan kimdir - İLGİNC
Bu gün, 09:43 |
|
|
|
| • Bazarlarımızda bu erməni MƏHSULLARI satılacaq - SİYAHI
Bu gün, 08:32 |
|
|
|
|