"Azərbaycanda Səhiyyə heç biznes kimi də deyil, məhəllə dükanı kimi idarə olunur.
Medpersonalı, həkimləri, tibb bacılarını qınamıayın. Onları idarə edən sahibkar sahəni alver əxlaqına kökləyib..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Orxan Fikrətoğlu yazıb.
O daha sonra fikrini belə davam etdirir: "Qəza keçirib təcili xəstəxanaya çatdırılan adamdan pambıq,iynə,həkim bantı nə bilim nə dərmanı tələb edib əvvəlcədən pul davası edən xəstəxanada şəfa yox cəfa taparsan.
Çünki yanaşma səhvdir.
Mərkəzdə insan amili,peşəyə sadiqlik,həkim vicdanı dayanmır.Məqsəd ancaq gəlir əldə etməkdir.
Heç bir vətəndaş hər hansı bir xəstəxanaya pul xərcləmədən müraciət etmək fikrində deyil.Hamı hansı ölkədə yaşadığını bilir.Və halal pulundan ona təqdim olunmuş istənilən qeyri-adi təkliflərə ianə ödəməklə başını salamat edir.
Sadəcə bu görməmişlik,vəhşilik,soyuqqanlı şəkildə əlacsız xəstədən aşırı pul qazanmaq cəhdi vicdan və şəfqət amilini gündəmə gətirir.
Belə səhiyyə ola bilməz.Belə heç bazar da ola bilməz.
Xəstənin puluyla işçi saxlamaq nə deməkdir?
Təcili yardım şöbəsində ən müasir və yekə xəstəxanaların birində artıq pul verməsinlər deyə bir həkim və bir tibb bacısı saxlayırlar.Gələn və gətirilən xəstələr təcili yardıma eytiyac duysalar da saatlarla həkim gözləməli olurlar.
Niyə?
İndi belədir də..İstəyirsən yaşa,istəyirsən öl.Amma öləndə də pulunu ödə sonra öl.
Yolu yenə necəsə başa düşdük.Tixacları,maşın çoxdur deyə düzgün tənzimləyə bilmirlər.Yaxşı bəs bu səhiyyə niyə düzgün təşkil olunmur?
Nə özəl nə də dövlət sektoru düzəlmir.
Azərbaycanda yaxşı həkimlər çoxdur.Sadəcə onlardan peşəyə yox,bazara xidmət tələb edilir.
Görəsən bu “xəstəliyin “diaqnozunu kim qoyacaq?"














