"Maliyyə Nazirliyi: "Bu ilin I yarısında Azərbaycan işğaldan azad olunmuş ərazilərinin (Qarabağ və Şərqi Zəngəzur) yenidən qurulmasına və bərpasına 1 milyard 64,1 milyon manat vəsait yönəldib"..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Xəbərin özü gözəldir, torpaqlarımız işğaldan azad edilib, indi qurub-yaradırıq.
Rəsmi məlumatın davamı: "Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,45 % azdır. Məbləğ illik nəzərdə tutulmuş vəsaitin 30,4 %-i qədər olub".
Bax burada suallar yaranır:
1) İlk 6 ayda nəzəedə tutulan vəsaitin 30%-i ayrılıbsa, növbəti 6 ayda 70% olacaq - belə yanaşna doğrudurmu? Niyə ilin əvvəlində nazirlik bir neçə ay maliyyələşməni açmır, işlər durma nöqtəsinə gəlir? Bu qənaət deyil axı - bu yanlış planlaşdırmadır,
2) Nazirlik açıqlaya bilərmi - bu vəsait xərclənərkən nə qədər yeni iş yeri yaranıb? Neçə kiçik-orta sahibkarlıq obyekti bu layihələrə cəlb edilib? Xərclərin multiplikativ effekti hesablanıbmı?
3) Vəsaitin hansı hissəsi yerli mal-matirial alınmasına sərf edilib?
Bu sualları niyə yazdım - istənilən ölkədə belə böyük təmir-bərpa işləri aparılanda, iş düzgün təşkil olunursa, böyük iqtisadi effekt, canlanma yaradlr. Xərclər multiplikativ effekt yaradaraq yeni iş yerləri, dəyər yaradlr. Bizdə isə ÜDM artımı 0% ərtafındadır. Deməli həmin effekti yarada bilmirik..."






















