Gülben Ergen Instagram-da ödənişli abunə (Subscriptions) funksiyasını aktiv edib. Türkiyə mətbuatında yayımlanan məlumata görə, ilk 24 saat ərzində təxminən 1.136–1.188 nəfər abunə olub. Aylıq 79,99 TL qarşılığında təqdim olunan eksklüziv məzmuna ilk gecənin özündə 1 136 nəfər abunə olub. Bu isə təxminən 100 min TL həcmində ümumi gəlir deməkdir. Qeyd edim ki, bu məbləğ platforma komissiyası və vergilər çıxılmamış hesablanıb. Gülben Ergen yeni funksiyanı sosial şəbəkədə paylaşdığı bikinili videolarla təqdim edib. Ödənişli abunə sisteminə qoşulan izləyicilər yalnız abunəçilər üçün nəzərdə tutulan xüsusi paylaşımlara, hekayələrə və digər eksklüziv məzmuna çıxış əldə edirlər.
Bu, rəqəmsal dövrün yeni iqtisadi modelidir: kim diqqəti daha uzun müddət özündə saxlaya bilirsə, o da daha çox qazanır. Sual isə budur: gələcəyin ən qiymətli sərvəti istedad olacaq, yoxsa insanların diqqətini cəlb etmək bacarığı?
Günel Qarayeva - "DİA-AZ"
.
.
.
Qeyd: istinad etmək vicdan işidir... ZOR DEYİL!















