Toy olmayacaq .....                     Çindəki böhran Azərbaycanı da "vurdu"? .....                     Rusiya bazarının itirilməsi Paşinyan hökuməti üçün arzuolunan deyil .....                     Paşinyan: “Mənim Bakıda heykəlim qoyulmalıdır” .....                     Bakı və İrəvan arasında müharibə “mesajı”? .....                     Azərbaycanda bu iki şirkət birləşir .....                     Korrupsiyalaşmış “ağızların” qeyri-müəyyən müddətə təcridi .....                     Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var .....                     Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə 2,7 miyon manata anbar icarəyə götürdü .....                     Peskov Ukrayna məsələsi ilə bağlı ABŞ ilə yeni görüşlərin anonsunu verdi .....                     Ermənistan hərbi büdcəsini artırır: .....                     Kremllə İrəvan arasında QIRĞIN: .....                     Kişi qızına elçi göndərən şəxsi güllələdi: “Aralarında münasibət olub, övladımı şantaj edirdi” .....                     Peşə Təhsili Agentliyində mükafat qalmaqalı .....                     Armen Qriqoryanın yeni iş yeri məlum oldu .....                     Mehmandan meyxananı "GÖZDƏN SALANLARA": .....                     “FINCA Azərbaycan”da yeni təyinat .....                     Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər .....                     DOST Agentliyinin binalarının təmirinə başlanılır .....                     Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb .....                     İmişlidə iti asıb öldürən HƏBS OLUNDU .....                     Bakıdan İrəvana SON XƏBƏRDARLIQLAR .....                     Mehriban Xanlarovadan Elgizə cavab .....                     DOST Agentliyi 4 şəhərdə əsaslı təmir üçün .....                     Bank məlumatlarını dələduza özü verən şəxs xəbəri olmadan rəsmiləşdirilən kreditdən imtina edə bilməz .....                     Cənubi Qafqazda dönüş: .....                     Kreml Ukrayna danışıqları üçün hansı şəhəri prioritet hesab etdiyini açıqlayıb .....                     “Emin Əmrullayev “PISA 2025”in nəticələrini təqdim edərkən səhvə yol verib” .....                     Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib .....                     Pedaqoji stajı çatmayan şəxs məktəb direktoru vəzifəsinə necə gətirildi? .....                     19 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına STOP QOYULDU .....                     Qaziyə saxta sənədlə torpaq satanlar .....                     “Hər əkilən ağac havanı çirklənmədən qoruyur” .....                     Ölkəmizdə attraksionlara nəzarət zəifdir, təhlükəsizliyə riayət edilmir .....                     "O vaxt Ağdam toylarını Rəmiş idarə edirdi, indiki müğənnilər isə..." .....                     Deputatın qardaşına HÖKM OXUNDU .....                     Yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində deyilik .....                     İrəvanın “Metsamor” höcəti .....                     Ermənistana arpa və buğda göndəriləcək .....                     İçkiyə pulu olmadı, qonşusunun evini soydu .....                 

Bakıdan İrəvana SON XƏBƏRDARLIQLAR – Paşinyan üçün gerisayım başladı
Tarix: Dünən, 16:30 | Çap et

Xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən beynəlxalq tədbir çərçivəsində jurnalistlərə Ermənistanla münasibətlərin perspektivləri barədə mühüm açıqlamalar verib. Azərbaycan baş diplomatı bildirib ki, ermənistanlı həmkarı Ararat Mizoyanla Bişkekdəki son görüşündə ikitərəfli görüşlərin davam etdirilməsi razılaşdırılıb. Nazir eyni zamanda delimitasiya prosesi ilə bağlı Azərbaycan və Ermənistanda yaradılmış komissiyaların apardığı işlərdən bəhs edib. Bildirib ki, delimitasiyanın şimaldan cənuba doğru aparılması razılaşdırılıb, artıq bununla bağlı prinsipial qərarın olduğunu açıqlayıb.

XİN başçısının dediklərindən belə məlum olur ki, sərhədlərin təqribən 13 kilometrlik hissəsinin dəqiqləşdirilməsindən sonrakı uzun fasilədən sonra nəhayət, delimitasiyanın “don”u açılacaq və nəhs 13 rəqəminin səddi aşılacaq. Delimitasiya prosesinin şimal sərhədlərindən, Azərbaycan, Ermənistan və Kürdistanın kəsişmə nöqtəsindən başlaması, şimaldan cənuba doğru davam etdirilməsi çox mühüm məsələdir və bu, Cənubi Qafqaz ölkələrinin konsolidasiyası üçün də önəmli faktordur.

Azərbaycanın xarici işlər naziri həmçinin Ermənistanla sülh sazişinin paraflanmasından sonrakı proseslə bağlı vacib xatırlatmalar edib.

Beləliklə, Ermənistanda referendum keçirilməli, yeni konstitusiya qəbul edilməlidir! Nazirin bu xatırlatması ciddi məsələdir və rəsmi İrəvan məsələnin ciddiliyini nəzərə almalıdır!Çünki Azərbaycan xarici işlər nazirinin qeyd etdiyi kimi, rəsmi Bakı prosesin tam başa çatdırılması, sülh sazişinə son imzanın atılması üçün nəticəni gözləyir. Təbii ki, bu gözlənti sona qədər ola bilməz. O mənada rəsmi İrəvan maksimum say göstərməlidir ki, Azərbaycanın səbrini daşırmasın, dövlətimizin humanist mövqeyindən sui-istifadə etməsin.

Amma Ermənistan tərəfdən bir sıra hallarda cığallığın, məqsədli şəkildə süründürməçiliyin müşahidə olunması narahatlıqlar yaradır və ortaya suallar çıxarır. Bu mənada konkret detalları xatırlatmaqda fayda var. Məsələn, baş nazir Nikol Paşinyan vətəndaşlarına vətəni başqa ölkələrdə, Azərbaycan, Türkiyə, Gürcüstan, yaxud İranda deyil, Ermənistanın özündə axtarmağı tövsiyə edir. Bu, çox yaxşı haldır. Nəhayət ki, real Ermənistan qurmaq istiqamətində, bu ölkənin kadastr sənədi əldə etməsinə nail olmaqla bağlı doğru yol göstərilir. Amma gəlin görək ki, bu mövqedən irəli gələn hansı addımlar atılır? Ermənistan xüsusilə də Qərbdəki havadarlarından bəhrələnərək, Avropakı institutlardan, paytaxtlardan aldığı maliyyə hesabına, həmçinin ABŞ-dən əldə etdiyi vəsaitlərlə ordusunun gücləndirilməsinə səy göstərir. Təkcə Hindistandan 2 milyard dollarlıq silah-sursatın alınması faktdır. Eyni zamanda Ermənistanda PUA istehsalı və digər müasir silahların istehsalı ilə bağlı prosesə rəvac verilməsinin özü suallar yaradır.

Ermənistan sülhə hazırlaşır, yoxsa yeni müharibəyə?! Axı, biz unutmamışıq, tarixin sonuncu yüzilliyində Ermənistan vaxtaşırı Azərbaycanla əldə olunmuş anlaşmadan sui-stifadə edib. Hətta İrəvanın ermənilərə güzəşt edilməsindən sonra ermənilər Azərbaycana qarşı ərazi iddiası qaldırmayacağını bəyan etdikləri halda, sonradan Qərbi Zəngəzurun da ilhaqına nail olublar. Eyni zamanda 70 illik sovet imperiyası dönəmində azərbaycanlıların deportasiyasını həyata keçirdilər, sonuncu halda Qarabağda qanlı hadisələrə rəvac verdilər. Bu mənada Ermənistan rəhbərliyi necə təminat verə bilər ki, silahlanma şəraitində - özü də müasir silahlandırmadan söhbət gedir - Ermənistan bir daha Azərbaycana qarşı hər hansı xain addımlara rəvac verməyəcək?! Eyni zamanda son vaxtlar Ermənistan mediasında davamlı şəkildə Laçın tərəfdən, Həkəri çayı istiqamətindən Azərbaycan ordusunun guya Ermənistan ərazisinə doğru irəliləməsi barədə iddiaları tirajlayırlar və ictimai rəyi təxribatlara hazırlayırlar. Eyni zamanda Ermənistanın iddialarına hüquqi zəmin hazırladıqları görüntüsü də yaranır. Hələ Ermənistan Azərbaycandan özünün real ərazisi barədə təminat almadığı, sərhədlər şərti xarakterli olduğu halda - xüsusilə də söhbət Azərbaycan tarixi ərazilərində yaradılmış bir ölkədən gedir - Azərbaycana qarşı hansı iddialar ortaya çıxarıla bilər? Deməli, bu, məkrli niyyətdən xəbər verir.

Eyni zamanda Sədərək rayonunun 36 ildir işğal altında olan Kərki kəndinin Azərbaycandan qaytarılmaması ilə bağlı Ermənistandakı çağırışlar da diqqət çəkir. İddia olunur ki, strateji əhəmiyyətli yolun üzərində yerləşən kəndin qaytarılması Ermənistan həyatını iflic edə bilər. Diqqət edin, Azərbaycan Ermənistan üçün də həyati əhəmiyyət kəsb edən Zəngəzur dəhlizinin reallaşması üçün əlindən gələni edir, kommunikasiyaların açılmasına yönəlik siyasət yürüdür, dövlət başçımız Ermənistanı Metsamor bombasından imtina etməyə çağıraraq bu ölkəyə elektrik enerjisi vəd edir, ölkəmizin ərazisindən İrəvana taxıl, yanacaq daşınır, ermənilər isə Kərki xofundan xilas ola bilmirlər. Biz Zəngəzur dəhlizini onlara etibar ediriksə və vətəndaşlarımızın, yüklərimizin 42 km-lik məsafədən keçməsində dəhşətli heç nə görmürüksə, ermənilər 5-6 km-lik Kərki yolundan niyə qorxurlar? Sadəcə, erməni məkridir, maksimum qopartmağa çalışırlar...

Nazir Ceyhun Bayramov bildirib ki, Ermənistan üzərinə düşən öhdəliklərə əməl etməlidir. Bəli, Ermənistan konstitusiyasını dəyişdirməlidir, Azərbaycana qarşı ərazi iddialarına birdəfəlik yox deməlidir! Əks halda hər hansı sülh sazişindən söhbət gedə bilməz, necə ki, dövlətimizin başçısı bu barədə dəfələrlə xəbərdarlığını edib.

Ermənistan Konstitusiyasına və normativ hüquqi aktlara düzəlişlər qaçılmazdır! Eyni zamanda İrəvan Zəngəzur dəhlizi ilə bağlı İrandan, Rusiyadan gələn təhdidlərə cəsarətli mövqe bildirməlidir. Deyilməlidir ki, 42 km-lik ərazi mənə məxsusdur və sizin qarışmağa haqqınız yoxdur! Hələ də Zəngəzur dəhlizində tikinti işlərinə başlanılmayıbsa, bunun özü də suallar doğurur.

Bu arada, Nikol Paşinyanın Rusiyaya dəvət olunması heç şübhəsiz ki, həm Azərbaycanla imzalanmalı olan sülh sazişi, Zəngəzur dəhlizi ilə bağlı Rusiyanın bəlli narahatlıqlarından irəli gəlib. Moskvaya dəvət olunan Paşinyanın tez-tələsik Parisə uçması isə ondan xəbər verir ki, erməni baş nazir Rusiya və Avropa arasında hansısa seçimi etməli olduğunu Makronla təcili müzakirə etmək niyyətindədir. Bu səfərlərdən sonra Nikol Paşinyan hansı mövqedə dayanacaq, gözləyək... Amma zaman çox deyil, təcili qərar verilməlidir. Bu gün Bakıdan verilən mesajlar və xəbərdarlıqlar Paris-Moskva “havasızlığında” qalan Ermənistanın baş naziri üçün ciddi siqnaldır və bu siqnallardan nəticə çıxarmalıdır. Əks halda, sonra çox gec ola bilər...Paşinyan üçün gerisayım başladı...

Elşad PAŞASOY musavat.com








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Toy olmayacaq - "Bir oyun idi, bitdi"
Dünən, 18:02
Çindəki böhran Azərbaycanı da "vurdu"? - AKTUAL
Dünən, 18:00
Rusiya bazarının itirilməsi Paşinyan hökuməti üçün arzuolunan deyil - ONA GÖRƏ DƏ...
Dünən, 17:57
Paşinyan: “Mənim Bakıda heykəlim qoyulmalıdır” - “Hraparak”
Dünən, 17:54
Bakı və İrəvan arasında müharibə “mesajı”? – Bu görüntü təəccüb doğurdu
Dünən, 17:50
Azərbaycanda bu iki şirkət birləşir - DETALLAR
Dünən, 17:47
Korrupsiyalaşmış “ağızların” qeyri-müəyyən müddətə təcridi – Unudurlar ki, istənilən muzdlu təlxək gec-tez israfçı materiala çevrilir
Dünən, 17:46
Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var - SİYAHI
Dünən, 17:44
Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə 2,7 miyon manata anbar icarəyə götürdü - DETALLAR
Dünən, 17:38
Peskov Ukrayna məsələsi ilə bağlı ABŞ ilə yeni görüşlərin anonsunu verdi - TASS
Dünən, 17:32
Ermənistan hərbi büdcəsini artırır: - Yenə köhnə havalarına oynayacaqlar?
Dünən, 17:16
Kremllə İrəvan arasında QIRĞIN: - Paşinyana “qorxaq” dedi
Dünən, 17:11
Kişi qızına elçi göndərən şəxsi güllələdi: “Aralarında münasibət olub, övladımı şantaj edirdi” - TƏFƏRRÜAT
Dünən, 17:04
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
Dünən, 17:00
Armen Qriqoryanın yeni iş yeri məlum oldu - KİV
Dünən, 16:55
Mehmandan meyxananı "GÖZDƏN SALANLARA": - "Təki "TikTok"da "partlatsınlar", pul qazansınlar"
Dünən, 16:50
“FINCA Azərbaycan”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:48
Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər TƏYİN EDİLİB
Dünən, 16:43
DOST Agentliyinin binalarının təmirinə başlanılır – 2,8 mln. manat ayrıldı
Dünən, 16:41
Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb - FOTOLAR
Dünən, 16:40
İmişlidə iti asıb öldürən HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 16:35
Bakıdan İrəvana SON XƏBƏRDARLIQLAR – Paşinyan üçün gerisayım başladı
Dünən, 16:30
Mehriban Xanlarovadan Elgizə cavab
Dünən, 16:27
DOST Agentliyi 4 şəhərdə əsaslı təmir üçün 3 milyon manat ödəyəcək
Dünən, 16:14
Bank məlumatlarını dələduza özü verən şəxs xəbəri olmadan rəsmiləşdirilən kreditdən imtina edə bilməz - Tanınmış vəkildən XƏBƏRDARLIQ
Dünən, 16:10
Cənubi Qafqazda dönüş: - Əliyevlə Putin arasındakı söhbətin arxasında nə dayanır?
Dünən, 16:08
Kreml Ukrayna danışıqları üçün hansı şəhəri prioritet hesab etdiyini açıqlayıb
Dünən, 16:03
“Emin Əmrullayev “PISA 2025”in nəticələrini təqdim edərkən səhvə yol verib” - İTTİHAM VAR...
Dünən, 15:54
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
Dünən, 15:50
Pedaqoji stajı çatmayan şəxs məktəb direktoru vəzifəsinə necə gətirildi? - İLGİNC İDDİALAR
Dünən, 15:47
19 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına STOP QOYULDU - BUNA GÖRƏ...
Dünən, 15:40
Qaziyə saxta sənədlə torpaq satanlar HAKİM QARŞISINDA
Dünən, 15:38
“Hər əkilən ağac havanı çirklənmədən qoruyur” - FOTO
Dünən, 15:29
Ölkəmizdə attraksionlara nəzarət zəifdir, təhlükəsizliyə riayət edilmir - Şəki faciəsi
Dünən, 15:26
"O vaxt Ağdam toylarını Rəmiş idarə edirdi, indiki müğənnilər isə..." – Brilyant
Dünən, 15:13
Deputatın qardaşına HÖKM OXUNDU - TƏFƏRRÜAT
Dünən, 15:12
Yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində deyilik - Xandanyan
Dünən, 15:07
İrəvanın “Metsamor” höcəti - Bakıdan SƏRT xəbərdarlıq
Dünən, 15:05
Ermənistana arpa və buğda göndəriləcək
Dünən, 15:02
İçkiyə pulu olmadı, qonşusunun evini soydu - 17 minlik əşyanı 200 manata satdı
Dünən, 13:14
Rusiyada səfərbərlik başlayarsa, Azərbaycanın mənzil bazarını nə gözləyir? – Ekspertdən AÇIQLAMA
Dünən, 13:11
Ölkədə orta maaş 1176,7 manatdır – Rəsmi
Dünən, 13:09
"Aysun" gözəllik salonunun sahibi dələduzluqla üzləşib: "Yalan vədlər verdi" - TƏFƏRRÜAT
Dünən, 13:01
Xumar Qədimovanın adından yalan elan yayıldı - XƏBƏRDARLIQ
Dünən, 12:59
Lənkəranda abadlıq və təmir işlərinə 2 milyon manat ayrıldı
Dünən, 12:57
Azərbaycan gələcəyi Emin Əmrullayevin sisteminə uyğunlaşdırılır? - Köhnə talanın yeni modeli, yaxud statistika yalançıların maskasıdır
Dünən, 12:53
100 nəfərdən çox müştəri «Premium bank»ın kreditini qaytarmır - HESABAT
Dünən, 12:41
"PAŞA Həyat Sığorta"nın rəhbərinə müşavir təyin edildi - ƏMR
Dünən, 12:40
Pulsuzluq, vaxt azlığı, yoxsa... - Kinomuzun əsas bəlası nədir?
Dünən, 12:33
"Heç vaxt ad günümdə özümə hədiyyə almamışam" - Əməkdar artist
Dünən, 12:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru