Bura təhsil ocağıdır, YOXSA BAZAR? .....                     Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı .....                     Buğda bahalaşdı: .....                     Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb .....                     "Qarabağ"a... .....                     Fransadan növbəti anti-Azərbaycan addım .....                     "20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" .....                     Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb .....                     “Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər .....                     Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB .....                     Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı .....                     Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? .....                     Jurnalist TƏBİB şefinə müraciət etdi .....                     Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik .....                     “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır .....                     Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür .....                     Təhsil haqqını artıran universitetlər: .....                     Ermənistan MN-də “cadugər ovu” .....                     Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi .....                     ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını .....                     Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı .....                     Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə .....                     Rusiya reaktiv mühərrikli dronlarla hücum edir .....                     Azərbaycanda un bahalaşa bilər .....                     Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? .....                     Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... .....                     Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər .....                     Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir .....                     "5 iş günü artıq bitdi, nəticə yoxdur" .....                     FETÖ Azərbaycan futboluna "əl" qoyur! .....                     Kremlin hədəfinə çevrilən İrəvan üçün BAKI NƏFƏSLİYİ... .....                     İranda müxalif fikirlilər üçün YENİ CƏZA .....                     Ünvanlı sosial yardım alanların sayı azalırsa... .....                     "Futbola keçici əyləncə kimi baxmasanız, əsəbi olacaqsınız" .....                     "Əslində cənab Qurbanov, Etibar müəllimə təşəkkür etsə, haqqı var..." .....                     "Ortada nə pul var, nə də televizor!" .....                     "Nədən nə nazirin, nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?" .....                     SOCAR-da YIRTICILARIN QAÇIŞ PLANI .....                     Qarabağa gedən partiya sədri hökumətə səsləndi .....                     “DƏSTƏK" Fonduna ŞÜBHƏ VAR! .....                 

"Bu, mədəniyyətimiz adına sadəcə biabırçılıqıdır!" - Adil Kərimliyə müraciət
Tarix: 7-01-2026, 11:43 | Çap et

Mədəniyyət naziri kimləri qəbul etməlidir, fermerləri, yoxsa mədəniyyət sahəsinə bağlı olanları?

Redaksiyamıza Kəlbəcər rayon Mollabayramlı kəndindən məcburi köçkün olan, hazırda Mingəçevir şəhərində müvəqqəti məskunlaşmış Orucov Səttar Rizvan oğlunun Mədəniyyət naziri cənab Adil Kərimliyə ünvanladığı müraciətin surəti daxil olub. Müəllif müraciətində Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin məsul şəxsləri tərəfindən qarşılaşdığı haqsızlıqlardan və qanunsuz olaraq vəzifəsindən kənarlaşdırılmasından bəhs edir. Biz Yenixeber.org olaraq müraciətdə yer alan iddialarla bağlı adları hallanan tərəfləri də, dinləmək istədik. Yazıda adı hallanan Orxan İbrahimov bizimlə telefon danışığında Orucov Səttar Rizvan oğlunun məktəbin direktoru yox, direktor vəzifəsi həvalə edilən şəxs olduğunu və bu vəzifədən də qanunauyğun olaraq kənarlaşdırıldığını bildirdi...
Aktuallığını nəzərə alıb, müəyyən düzəliş və ixtisarlarla müraciəti dərc edirik:
Qeyd edim ki, 2007-2010 -cu illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini, 2010-2014-cü illərdə Azərbaycan Milli Konservatoriyasının bakalavr, 2014-2016-cı illər də isə eyniadlı müəssisənin magistr pilləsini bitirmişəm. 2018-ci ildə imtahan vasitəsilə Mingəçevir şəhər Ü. Hacıbəyli adına 1 saylı onbirillik Musiqi məktəbində pedoqoji fəaliyyətə başlamışam.
Heç bir təmənna güdmədən, əqidəli şəkildə YAP sıralarına qoşulan, Azərbaycan mədəniyyətinə xidmət etməyi qarşısına məqsəd qoyan, tam ali təhsilli kadr kimi 02.06.2024-cü il tarixdə DİM və Mədəniyyət Nazirliyinin birgə həyata keçirdiyi imtahanda uğurlu nəticə əldə etmişəm. Daha sonra nazirin müşaviri hörmətli Cəsarət Valehovun da üzvü olduğu komissiya heyətindən “həvalə” müsahibəsindən müsbət rəy alıb, müvafiq Əmrə əsasən Mingəçevir şəhər Şəhid F. Qasımov adına Uşaq İncəsənət Məktəbinin direktoru vəzifəsini icra etməyə başlamışam. Bir ilə yaxın fəaliyyətimə baxmayaraq 29.09.2025 -ci il tarixdə mənə Regional İdarənin sektor müdirləri vəzifəsini müddətli müqavilə ilə idarə edən Orxan İbrahimov və Zəfər Hacıyev tərəfindən telefon zəngi edilərək heç bir əsas olmadan, anidən Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinə nazirlikdən “hər bir müəssisənin yalnız öz daxilində fəaliyyət göstərən kadrların vəzifəni müvəqqəti icra edə bilməsi” ilə bağlı özlərinin kəşf etdiyi, qondarma “Təlimat” gəldiyini, “müqavilə müddətimin Nazirlik tərəfindən uzadılmadığı” kimi əyani sübutu olmayan, heç bir reallığı özündə əks etdirməyən fikirlər səsləndirildi. Həmin gün saat 15:00-da növbədənkənar təşkil edilmiş Pedoqoji Şura iclasında tam ali təhsilli olmağıma baxmayaraq Qanunvericiliyin tələblərinə zidd şəkildə məni kənarlaşdırıb, son ana qədər gizli saxladıqları kadr-2021-ci ildə maliyyə pozuntusuna və ciddi nöqsanlarına görə “direktor müavini” vəzifəsindən uzaqlaşdırılmış, orta ixtisas təhsilli Əhmədova Aynur Qiyas qızını təyin etmişdilər. Halbuki Regionda fəaliyyət göstərən 15 uşaq incəsənət və musiqi məktəblərinin ən az 8-ində orta ixtisaslı və ərazi baxımından digər məktəblərin müəllimləri həvalə olaraq rəhbərlik edir. Nazirliyin adından istifadə edərək səsləndirdikləri rəsmi sübutu olmayan, dırnaqarası “Təlimat” yəqin ki, yalnız mənə aid imiş!!!
29 günün tamamında Əhmədova Aynur vəzifənin öhdəsindən layiqincə gələ bilmədiyi üçün könüllü ərizəsiylə kənarlaşdırılmış və 1 aya yaxın məktəb sektor müdirlərinin “Kadr tapılmır” iddialarıyla rəhbərsiz fəaliyyət göstərmişdir. Pedoqoji heyətin əmək haqlarının zamanında ala bilməməsi çoxsaylı şikayətlərə səbəb olmuşdur!
Nəhayət, 2023 -cü ildə Pedoqoji Şura qarşısında vəzifə öhdəliklərini düzgün icra etmədiyinə və təhsil yetməzliyinə görə uzaqlaşdırılmış Salamova Esmira Akif qızını yenidən müəyyən maraqlara söykənərək Şəhid F. Qasımov adına Uşaq İncəsənət Məktəbinə həvalə olaraq “direktor” təyin etmişdirlər. Bununla da 2021-ci ildən ən çox rəhbər dəyişkənliyinə məruz qalmış, Şəhid adını daşıyan məktəbi öz maraqları üçün oyun alətinə çevirmişlər. Atılan qeyri-qanuni, operativlikdən kənar addımlarla Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi kollektivin gözündə olan nüfuzunu da yerlə bir etmişdir.
Mədəniyyət Nazirliyinə çoxsaylı zənglərim və müraciətlərim təəssüf ki, nədənsə qarşılıqsız qalmış, ümumi şöbədə zənglərə cavab verən və qəbul məsələlərinə cavabdeh şəxs Aysel adlı xanım tərəfindən “tabe müəssisənin əməkdaşı olduğunuz üçün cənab nazirin qəbulunda olmanız mümkün deyil” kimi gülməli, absurd ifadələrlə cavablandırılmışdır. Birbaşa cənab Adil Kərimliyə qəbul üçün ünvanladığım təcili “Teleqram”a da yenə eyniadlı xanım “012-493-43-98” nömrəli, nazirliyə məxsus telefonla zəng edərək, həmin ifadələrlə qəbulun mümkünsüzlüyünü, məni müavinlərin qəbuluna yaza biləcəyini bildirmişdir. Səadət Yusifovanın qəbulu üçün qeydlər götürülsə də, 2 aydır hələ də heç bir reaksiya yoxdur. Nazirliyin rəsmi elektron ünvanına 1 aya yaxındır ki, ünvanladığım rəsmi müraciət də cavabsız olaraq qalır!
Yuxarıda adını qeyd etdiyim sektor müdiri Orxan İbrahimov 17.12.2025-ci il tarixdə gecə saatlarında mənə zəng edərək qəbula yazıldığımı soruşmuş, əgər bu gerçəkləşərsə ərizə yazaraq işdən çıxmalı olacağını və mənlə üz-üzə qalacağını və.s təhdid xarakterli fikirlər səsləndirmişdir. Nazirliyin adından istifadə edərək özündən qondarma “Təlimat” kəşf etmək, Azərbaycan qanunvericiliyini heçə sayaraq magistr dərəcəli kadrı qərəzli olaraq kənarlaşdırıb, əvəzində isə bütün Region mədəniyyətinin yaxşı tanıdığı,vaxtilə kollektivin gözü önündə fəaliyyətsizliyinə və korrupsiya iddialarına görə uzaqlaşdırılmış orta ixtisas təhsilli müəllimi yenidən vəzifəyə gətirmək nəinki Azərbaycan Mədəniyyətinə xəyanət, həm də böyük bir qanun pozunutusu faktıdır.Sektor müdiri atdıqları addımın cinayət məsuliyyəti olduğunu deyəsən hələ indi dərk edib!
Region rəhbərliyinin hadisələrə qeyri-obyektiv, qərəzli yanaşması, özlərinin kəşfi olan idaretmə sistemi, qurulan monopoliya AMK-nın magistratura pilləsini bitirmiş tam ali təhsilli kadrın heç bir əsas olmadan vəzifə icrasından uzaqlaşdırılması mədəniyyətimiz adına sadəcə biabırçılıqıdır.

Yenixeber.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bura təhsil ocağıdır, YOXSA BAZAR? - İLGİNC İDDİALAR
Bu gün, 11:46
Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı - 5 MİLYON VERMƏLİSƏN!
Bu gün, 11:33
Buğda bahalaşdı: - Çörəyin qiyməti ilə bağlı VACİB AÇIQLAMA
Bu gün, 11:18
Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb
Bu gün, 11:11
"Qarabağ"a... CAN QURBAN!
Bu gün, 11:10
Fransadan növbəti anti-Azərbaycan addım - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:02
"20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" - MÜRACİƏT
Bu gün, 10:47
Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb - FOTO
Bu gün, 10:36
“Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər - ARAŞDIRMA
Bu gün, 10:30
Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:33
Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı - ƏMR
Bu gün, 09:28
Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? - AÇIQLAMA
Bu gün, 09:19
Jurnalist TƏBİB şefinə müraciət etdi - NARAZILIQ VAR...
Bu gün, 09:13
Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik – Pezeşkian belə deyir...
Bu gün, 09:07
“Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır - Sahib Süleymanov çətin durumda
Bu gün, 09:05
Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür - İqtisadçıdan XƏBƏRDARLIQ
Bu gün, 09:03
Təhsil haqqını artıran universitetlər:
Bu gün, 09:01
Ermənistan MN-də “cadugər ovu” - Generallar yola salınır
Bu gün, 08:58
Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi — 427 minlik tender
Bu gün, 08:55
ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını Yaxın Şərqə qaytarmağa başlayıb
Bu gün, 08:50
Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı - Rəsmi qurumlar isə SEYR EDİR...
Bu gün, 08:49
Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:46
Rusiya reaktiv mühərrikli dronlarla hücum edir - İqnat
Bu gün, 08:44
Azərbaycanda un bahalaşa bilər – XƏBƏRDARLIQ
Bu gün, 08:42
Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? – Maxaçevin Qarabağ DOSYESİ
Bu gün, 08:40
Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... - Görünəni odur ki...
Bu gün, 08:36
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər – TARİX
Bu gün, 08:34
Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 08:32
"5 iş günü artıq bitdi, nəticə yoxdur" - "Kapital Bank" çiləsi davam edir...
Bu gün, 08:19
FETÖ Azərbaycan futboluna "əl" qoyur! - İTTİHAM VAR...
Bu gün, 08:12
Kremlin hədəfinə çevrilən İrəvan üçün BAKI NƏFƏSLİYİ... - İNCƏLƏMƏ
Bu gün, 07:56
İranda müxalif fikirlilər üçün YENİ CƏZA - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:53
Ünvanlı sosial yardım alanların sayı azalırsa... - AKTUAL
Bu gün, 07:51
"Futbola keçici əyləncə kimi baxmasanız, əsəbi olacaqsınız" - deputat
Bu gün, 07:47
"Əslində cənab Qurbanov, Etibar müəllimə təşəkkür etsə, haqqı var..." - REPLİKA
Bu gün, 07:44
"Ortada nə pul var, nə də televizor!" - GİLEY
Bu gün, 07:39
"Nədən nə nazirin, nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?" - ARKA-ya KORRUPSİYA İTTİHAMI
Bu gün, 07:33
SOCAR-da YIRTICILARIN QAÇIŞ PLANI - Batan gəmini ilk olaraq siçovullar tərk edir...
Bu gün, 07:19
Qarabağa gedən partiya sədri hökumətə səsləndi - "Fəxr dolu 2 gün keçirdik, amma..."
Bu gün, 06:55
“DƏSTƏK" Fonduna ŞÜBHƏ VAR! - Naxçıvanda NARAZILIQ!
Bu gün, 06:49
TƏBİB-in rəhbər sarıdan bəxti gətirmir - MALƏSƏF...
Bu gün, 06:33
İrəvanın mərkəzində "Artsax": - NİYƏ QALMALIDIR?
Dünən, 18:03
SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI - TƏFƏRRÜAT
Dünən, 18:02
Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi DƏRS
Dünən, 17:58
Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək - Tofiq Zülfüqarov
Dünən, 17:50
Abşeronda qəribə qəza - Qadın öldü, yeniyetmə sürücü qaçdı
Dünən, 17:38
“Mismarla gözünü çıxarmaq istəyirdim...” - Evli ola-ola elçi göndəribmiş
Dünən, 17:36
Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? - Moskvanın təhlükəli oyunu...
Dünən, 17:19
Bu şirkətin 150 min vergi borcu üzə çıxdı - DETALLAR
Dünən, 17:14
Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru