Hər həftə qırxılmış üzünün fotosunu polislərə yollayır .....                     "Deməli, həmin effekti yarada bilmirik..." .....                     Xəzər dənizinə savaşı RUSLAR GƏTİRİB .....                     Bu sistem yaşatmır... ÖLDÜRÜR! .....                     Hərbi-ruhani rejim UÇURUMA GEDİR... .....                     Gün ərzində 20 özəl xəbəri doğacaq qədər BÖYÜK DEYİLİK... .....                     MEDİA agentliyi ekspertlərə də qadağa qoymalıdır .....                     Bu addım çoxdan atılmalı idi... .....                     Türkiyəli sənətçi həm də belə qazanacaq... .....                     Abşeronda qadın ərini dişləyərək ona xəsarət yetirdi .....                     Korovinin iddialarına cavab gecikmədi .....                     Dövlət qurumu 3,4 milyon manatlıq tenderə bir həftə vaxt verdi .....                     “Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin” .....                     Arayik Harutyunyan və digərlərinin apellyasiya məhkəməsi prokurorların çıxışları ilə davam etdirilib .....                     Qadınlar üçün ən yaxşı ölkələr açıqlandı .....                     İki müharibə Azərbaycanın bir addımlığına çatdı .....                     Şəmsi Səmədzadə həbsdən AZAD OLDU .....                     "Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub .....                     "Tibb bacıları xalama su vermədilər ki, onsuz da ölürsən" .....                     Azərbaycanda botoks vurduranlar iflic olur? .....                     Ukraynanın Xəzər dənizində gəmiləri vurması son dərəcə təhlükəlidir .....                     “AzSığorta” ikinci rübdə zərər etdiyini açıqladı .....                     Toy qiymətimi iki dəfə artıracağam .....                     Deputatlar bu yay harada dincələcək? .....                     Matevosyan Paşinyanı .....                     Ruben Vardanyanın ofşor maliyyə şəbəkələri ilə əlaqələri barədə yeni faktlar ortaya çıxıb .....                     Ramiz Mehdiyevlə bağlı HANSI QƏRAR VERİLƏ BİLƏR... .....                     Bu şirkət bir ildə Elm və Təhsil Nazirliyindən 26,7 milyon manatlıq sifariş alıb .....                     Naxçıvanın ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub .....                     DİM-dən “sənət qətliamı" .....                     Bərdə Rayon Mərkəzi Xəstəxanasında ağır qəza xəstələri saatlarla gözlədilib? .....                     Həbsdəki baş redaktor müalicə müəssisəsinə köçürülüb .....                     Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir? .....                     Reanimasiyada olan Xalq şairinin SON DURUMU .....                     Nümayəndələr Palatası Azərbaycanla düşmənçilik yolu seçir? .....                     İstanbuldakı erməni kilsəsi yenidən açılır .....                     Mal-qaranı Gürcüstandan 458 manata alırıq, .....                     Qazi olduğunu deyən şəxs “Kapital Bank”ın onu intihar həddinə çatdırdığını bildirir .....                     Qaxda Vətən müharibəsi qazisi bıçaqlandı .....                     “Şapka Mamed”in ətrafında çəmbər daralır .....                 

Rayonları bir-bir gəzən “Proqress İnşaat EN” indi də... - İLGİNC FAKTLAR...
Tarix: 25-12-2024, 10:21 | Çap et
Rayonları bir-bir gəzən “Proqress İnşaat EN” indi də...
Ötən ayın sonlarında mediada daha bir korrupsiya faktı ictimailəşdi. 35 şirkətə rəhbərlik edən(?) şəxs həbs edildi. Rəsmi açıqlamalara görə, dövlət qurumlarının keçirdiyi tenderlərdə dəfələrlə qalib olan 35 şirkətin rəhbəri Fəqani Rəhimov külli miqdarda mənimsəmədə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham olunur. Məlum oldu ki, Fəqani Rəhimov bu “işgüzar aləm”də tək deyilmiş. Aparılan istintaqla bir neçə vəzifəli şəxslərin də qanunsuzluqlarının üstü açıldı. F. Rəhimov qanunsuz işlərinin çoxunu adı ilk dəfə eşidilən “İnşaat-F” MMC vasitəsilə həyata keçiribmiş.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalarla ümumilikdə Fəqani Rəhimovun şirkətlərinə dövlət müəssisələri tərəfindən 600 min manata yaxın pul köçürüldüyü və bu vəsaitin 62 min manatının həqiqi mənbəyinin gizlədilməsi məqsədilə leqallaşdırıldığı məlum olub. Söhbət dövlət satınalmaları – tenderlər, kotirovka sorğuları - adı ilə dövlət büdcəsinin talanmasından gedir...

Bu olayı səbəbsiz xatırlatmadıq... Təəssüf ki, korrupsiyaya, eləcə də dövlət satınalmalarında mənimsəməyə qarşı illərdir ki, aidiyyatı dövlət qurumlarının mübarizəsi hələ də, gözlənilən nəticəni vermir. Bu əməliyyatlarda isə daha çox tanınmayan, heç bir ünvanı, əlaqə vasitəsi olmayan şirkətlərdən istifadə edilir... Bəzən isə bir gün əvvəl təsis edilən, heç bir məlum bazası, potensialı olmayan şirkətlər “qalib” olur.

Beyləqan belə “PROQRES” edir...

Beyləqan Rayon İcra Hakimiyyəti də, silsilə tenderlər keçirib, dövlətin pulunu müxtəlif adlarla xərcləyən dövlət strukturlarındandır. Belə tenderlərdən biri də, yaxın günlərdə yekunlaşdırılıb. 17.12.2024-cü il tarixdə bu İcra Hakimiyyəti "PROQRESS İNŞAAT EN" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə müqavilə bağlayıb. Bu müqavilə ilə Beyləqan Rayon İcra Hakimiyyəti rayon ərazisində yolların əsaslı təmiri qarışılığında "PROQRESS İNŞAAT EN" MMC-nə 110.592 manat ödəməli olacaq.

Bu arada beyləqanlı oxucularımızın Yenixeber.org-a verdiyi məlumata görə, dəfələrlə dövlət vəsaitinin xərclənməsinə baxmayaraq, rayon ərazisində, hətta rayon mərkəzində yollar bərbad olaraq qalır.

Məlumat üçün onu da bildirək ki, tərəflər arasındakı bu müqavilə ilə rayonun 6 küçəsinin – M. Əsədov, Ə. Vahid, Z. Əliyeva, M. Ə. Rəsulzadə, Barat Quliyev və C. Naxçıvaniski – təmiri nəzərdə tutulur.

Bu əməkdaşlıqda diqqət çəkən faktorlardan birincisi Beyləqan Rayon İcra Hakimiyyətinin heç də az olmayan dövlət vəsaitini etbar etdiyi "PROQRESS İNŞAAT EN" MMC ilə bağlıdır. Heç də az olmayan dövlət vəsaitinin etibar edildiyi bu şirkətin nəinki Veb-saytı yoxdur, ümumiyyətlə internet üzərindən hansısa əlaqə vasitəsinə rast gəlmək mümkünsüzdür(?)

İnternet üzərindən araşdırmalarımızla yalnız o məlum oldu ki, "PROQRESS İNŞAAT EN" MMC Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000.00 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Pivə zavodu ev 24/6, qanuni təmsilçisi isə İslamov Nazim Əli oğludur. Dövlət Reyestrinə daxil edilmiş məlumata görə, 07.07.2022–ci il tarixədək MMC-nin qanuni təmsilçisi Şirinov Eldar Bəhlul oğlu olub.

***

Məlum olduğu kimi, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qaununda (maddə:23) təchizatçı tərəfin üzərinə müvafiq sahədə peşəkarlıq və təcrübə, maliyyə imkanları və ödəmə qabiliyyətinin olması, texniki imkanlarının və maddi-texniki bazasının olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması kimi öhdəliklər qoyulur.

Belə olan halda yumşaq desək "PROQRESS İNŞAAT EN" MMC-nin fəaliyyəti ciddi araşdırmaları zəruri edir... Necə olur ki, “izi-tozu bilinməyən” bir şirkətə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı kimi Əziz Əzizov dövlətin pulunu etibar edir? İlin-günün bu vaxtında internet üzərindən əlaqə telefonu belə olmayan şirkətin, yuxarıda sadaladığımız imkanlara malik olması nə dərəcədə mümkündür? Beyləqan Rayon İcra Hakimiyyətinin bu şirkəti “gündüz çıraqla tapması” hansı səbəb və maraqlardan qaynaqlanır? Və s.

Digər diqqət çəkən məqam isə tərəflər arasında bağlanmış müqavilə ilə bağlı Dövlət Satınalmaların Vahid İnternet Portalının “Ətraflı” bölməsində alınacaq malların, görüləcək işlərin hər birinin qiymətinin göstərilməməsidir(?)

Yazının girişində qeyd etdiyimiz kimi, bəzən dövlətin pulu şəxsi maraqların predmetinə çevriləndə daha çox tanınmayan, heç bir ünvanı, əlaqə vasitəsi olmayan şirkətlər “yada düşür”...

***

Biz Yenixeber.org olaraq bu və digər faktlarla bağlı Beyləqan Rayon İcra Hakimiyyətindən müəyyən suallarımıza cavab almaq istədik. Bu məqsədlə də, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizova 7 sualdan ibarət online sorğu ünvanladıq... Bu ayın 17-sində göndərdiyimiz online sorğumuza hələ ki, cavab ala bilməmişik(?) Baxmayaraq ki, qurum rəsmiləri tezliklə cavab verəcəklərini bildirdilər.

Cənab Əziz Əzizova xatırlatmaqda fayda var ki, hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur...

Təəssüf ki, hələ də, bəzi səlahiyyət sahibləri medianın sorğusuna cavab verməyin vəzifə borclarından biri olduğunu ya bilmir, ya da bilmək istəmirlər. Həm də onu bilmək istəmirlər ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb...

Yenixeber.org








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hər həftə qırxılmış üzünün fotosunu polislərə yollayır
Bu gün, 06:12
"Deməli, həmin effekti yarada bilmirik..." - partiya sədri
Bu gün, 06:08
Xəzər dənizinə savaşı RUSLAR GƏTİRİB - ONA GÖRƏ DƏ...
Bu gün, 06:02
Bu sistem yaşatmır... ÖLDÜRÜR! - MALƏSƏF...
Bu gün, 05:52
Hərbi-ruhani rejim UÇURUMA GEDİR... - FAKT BUDUR!
Bu gün, 05:45
Gün ərzində 20 özəl xəbəri doğacaq qədər BÖYÜK DEYİLİK... - MEDİA ABSURDU
Bu gün, 05:12
MEDİA agentliyi ekspertlərə də qadağa qoymalıdır - ÇAĞIRIŞ
Bu gün, 05:05
Bu addım çoxdan atılmalı idi... - ÇARŞABIN ALTINDAN PÜLƏNƏN ÇİRKAB...
Bu gün, 04:55
Türkiyəli sənətçi həm də belə qazanacaq...
Bu gün, 04:43
Abşeronda qadın ərini dişləyərək ona xəsarət yetirdi
Dünən, 19:05
Korovinin iddialarına cavab gecikmədi - Müşfiq Hətəmovun nümayəndəsi danışdı
Dünən, 18:59
Dövlət qurumu 3,4 milyon manatlıq tenderə bir həftə vaxt verdi – LƏĞV EDİLDİ
Dünən, 18:40
“Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin” - Fərhad Mehdiyev
Dünən, 18:36
Arayik Harutyunyan və digərlərinin apellyasiya məhkəməsi prokurorların çıxışları ilə davam etdirilib
Dünən, 18:30
Qadınlar üçün ən yaxşı ölkələr açıqlandı – Azərbaycan 111-ci sırada…
Dünən, 17:40
İki müharibə Azərbaycanın bir addımlığına çatdı – bizi nə gözləyir?
Dünən, 17:38
Şəmsi Səmədzadə həbsdən AZAD OLDU - AÇIQLAMA
Dünən, 17:36
"Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 17:31
"Tibb bacıları xalama su vermədilər ki, onsuz da ölürsən" – "Semaşko"dan şikayət
Dünən, 17:27
Azərbaycanda botoks vurduranlar iflic olur? – Həkim prosedurları dayandırdığını deyir
Dünən, 17:24
Ukraynanın Xəzər dənizində gəmiləri vurması son dərəcə təhlükəlidir - Peskov
Dünən, 17:22
“AzSığorta” ikinci rübdə zərər etdiyini açıqladı - DETALLAR
Dünən, 17:16
Toy qiymətimi iki dəfə artıracağam - Vüqar Muradov
Dünən, 17:10
Deputatlar bu yay harada dincələcək? - SORĞU
Dünən, 17:09
Matevosyan Paşinyanı İTTİHAM ETDİ
Dünən, 17:01
Ruben Vardanyanın ofşor maliyyə şəbəkələri ilə əlaqələri barədə yeni faktlar ortaya çıxıb - ARAŞDIRMA
Dünən, 16:52
Ramiz Mehdiyevlə bağlı HANSI QƏRAR VERİLƏ BİLƏR... - GƏLİŞMƏ
Dünən, 16:40
Bu şirkət bir ildə Elm və Təhsil Nazirliyindən 26,7 milyon manatlıq sifariş alıb - TƏFƏRRÜAT
Dünən, 16:36
Naxçıvanın ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:32
DİM-dən “sənət qətliamı" – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda
Dünən, 16:27
Bərdə Rayon Mərkəzi Xəstəxanasında ağır qəza xəstələri saatlarla gözlədilib? - NƏ BAŞ VERİR?
Dünən, 16:19
Həbsdəki baş redaktor müalicə müəssisəsinə köçürülüb
Dünən, 16:17
Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir? - İLGİNC FAKT
Dünən, 16:04
Reanimasiyada olan Xalq şairinin SON DURUMU – QIZI AÇIQLADI
Dünən, 16:00
Nümayəndələr Palatası Azərbaycanla düşmənçilik yolu seçir? - Görünəni odur ki...
Dünən, 15:56
İstanbuldakı erməni kilsəsi yenidən açılır - KİV
Dünən, 15:54
Mal-qaranı Gürcüstandan 458 manata alırıq, Türkiyəyə isə 5 937 manata satırıq
Dünən, 15:45
Qazi olduğunu deyən şəxs “Kapital Bank”ın onu intihar həddinə çatdırdığını bildirir – Video
Dünən, 15:42
Qaxda Vətən müharibəsi qazisi bıçaqlandı - TƏFƏRRÜAT
Dünən, 15:39
“Şapka Mamed”in ətrafında çəmbər daralır - 100 milyonluq kredit maxinasiyası
Dünən, 15:27
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb - “The Times of Israel”
Dünən, 15:23
Sevgi münasibəti oğurluqla nəticələndi: Qonaq getdiyi evlərdən pul və qızıl apardı - TƏFƏRRÜAT
Dünən, 14:24
Azərbaycanda işsizlərin sayı niyə artıb? - Deputatdan diqqətçəkən AÇIQLAMA
Dünən, 14:21
Rusiyadan pul göndərmək çətinləşdi? - Ekspert bütün alternativləri sadaladı
Dünən, 14:18
“Anklavların qaytarılması Ermənistan üçün minalanmış sahə deməkdir” - KİV
Dünən, 14:10
"Bir kanalizasiya qapağı Bakının acı reallığını üzə çıxardı" - MALƏSƏF...
Dünən, 14:01
“Tramp marşrutu” layihəsində şəxsən onun özü də iştirak edir - Sərkisyan
Dünən, 13:55
Putin Tokayevin planını rədd etdi - Zelenskidən Qazaxıstan liderinə gözlənilməz dəstək gəldi
Dünən, 13:46
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırılıb, yeniləri təyin edilib - SƏRƏNCAM
Dünən, 13:42
15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
Dünən, 13:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru