""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır" .....                     "Bu kartlar qumarda istifadə üçün idi" .....                     “Vardanyanın işi” Avropa Məhkəməsində .....                     Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür .....                     7 körpənin ölümündə təqsirləndirilən şəxslər .....                     İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu .....                     Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq .....                     Bankomatlarda 1 və 5 manatlıq əskinaslar .....                     ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq .....                     İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? .....                     Azərbaycanda da dəhşətli istilər olacaq? .....                     O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” .....                     “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... .....                     Əli Mirəliyev kimləri hədəf aldı? .....                     Ermənistanda "dedovşina": .....                     Bakıda bu universitet BAĞLANIR? .....                     Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb .....                     Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar .....                     S-400-lər Rusiyaya qaytarılır? .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır .....                     "Həyatımdan narazıyam" .....                     Azərbaycanda xarici kapitallı şirkət .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? .....                     Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz .....                     Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı .....                     “Bakıdakı gizli görüşün məqsədi…” .....                     İlhamə Novruzova işdən çıxarıldı .....                     Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... .....                     ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir .....                     Azərbaycan bu ölkənin iş modelinə keçir .....                     "Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" .....                     Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu .....                     Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi .....                     İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... .....                     Günel Natiq Rüfətdən yazdı: .....                     Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... .....                     GL Group ABŞ üzrə biznesinə yeni rəhbər .....                     Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib .....                     İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? .....                     Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR .....                 

İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Tarix: Bu gün, 16:08 | Çap et

Bakıda fəaliyyət göstərən sahibkar Abbas Nəcəfli İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin qərarları nəticəsində uzun illər ərzində yaratdığı biznes fəaliyyətinin ciddi təhlükə ilə üz-üzə qaldığını bildirir.

E-huquq.az-a müraciət edən sahibkarın sözlərinə görə, son 15 il ərzində İçərişəhərdə yerləşən "Qız Qalası Çay Evi", "Old Mangal" və "Sehirli Təndir" ictimai iaşə obyektlərini icarə müqavilələri əsasında idarə edib.

O bildirir ki, bu illər ərzində həmin obyektlərə böyük həcmdə şəxsi investisiya yatırılıb, əsaslı təmir işləri aparılıb, bahalı avadanlıqlar alınıb, müasir xidmət infrastrukturu yaradılıb və minlərlə yerli sakinlə yanaşı, ölkəmizə gələn xarici turistlər üçün də tanınmış məkanlara çevrilib. Lakin bir müddət əvvəl İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həmin obyektlərin boşaldılması tələb olunub.

A.Nəcəfli deyir ki, ona obyektlərin dövlət layihəsi çərçivəsində istifadə olunacağı bildirilib: "Qoruğun rəhbərliyi mənə bildirdi ki, obyekt dövlət layihəsi üçün lazımdır. Mən də dövlət maraqlarını hər şeydən üstün tutaraq buna razılıq verdim. Sonradan isə gördüm ki, mənim illərlə yaratdığım obyekt - "Qız Qalası Çay Evi" başqa şəxslər tərəfindən istifadə olunur. Obyektin dizaynı, quruluşu və yaratdığım konsepsiya olduğu kimi saxlanılıb, sadəcə kosmetik dəyişikliklər edilib".

Onun sözlərinə görə, bu məsələ ilə bağlı ölkə rəhbərliyinə də müraciət edib: "Cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Prezident Administrasiyasına məktub yazaraq bildirdim ki, məni aldadaraq obyekti əlimdən alıblar. Dövlət layihəsi adı ilə obyekt götürülüb, lakin sonradan şəxsi maraqlar üçün istifadə edilir".

Sahibkar iddia edir ki, "Old Mangal" və "Sehirli Təndir" restoranları üzrə də analoji vəziyyət yaranıb. Əvvəllər mövcud olan uzunmüddətli əməkdaşlıq münasibətləri sonradan 6 aylıq müqavilələrlə əvəz olunub və müddət başa çatdıqdan sonra müqavilələrə xitam verildiyi bildirilib: "Səbəb kimi guya icarə haqqını gecikdirdiyimi göstərirlər. Halbuki mənim icarə haqqı üzrə borcum yoxdur. Mənə 3 gün vaxt verdilər ki, obyektləri boşaldım. Mən qanunun aliliyinə istinad edərək bildirdim ki, yalnız məhkəmə qərarı olduğu halda obyekti tərk edə bilərəm. Bundan sonra heç bir məhkəmə qərarı olmadan obyektlərin elektrik enerjisi kəsildi. Halbuki həmin vaxt restoranlarda həm yerli müştərilər, həm də xarici turistlər var idi".

A.Nəcəfli onu da bildirir ki, obyektlər üzrə icarə müqavilələri əvvəlcə onun adına bağlansa da, sonradan Qoruq İdarəsinin də razılığı ilə tərəfdaşlarının adına rəsmiləşdirilib. Onun sözlərinə görə, "Qız Qalası Çay Evi" Məzahir Məmmədlinin, "Old Mangal" Rauf Abdullayevin, "Sehirli Təndir" isə Nazim Əzizovun adına sənədləşdirilib: "Sadaladığım şəxslər mənim dostlarım, tərəfdaşlarımdır. Məzahir Məmmədli I Qarabağ müharibəsi veteranıdır, ikinci qrup əlildir. Mən adıçəkilən ictimai iaşə obyektlərinin təsisçisiyəm, lakin biz bu məkanları birgə idarə edirik".

O qeyd edir ki, rəhbərlik etdiyi restoranlar İçərişəhərin turistlərin ən çox üz tutduğu ərazilərindən birində yerləşir və illər ərzində ölkə rəhbərliyi, eləcə də xarici dövlət rəsmiləri tərəfindən də ziyarət olunub: "Cənab Prezident, Birinci vitse-prezident dəfələrlə "Sehirli Təndir" restoranımızın qonağı olublar. Eyni zamanda, müxtəlif xarici dövlətlərin yüksəkvəzifəli rəsmiləri və nümayəndə heyətləri də restoranımızda qonaq olaraq xidmətimizdən məmnun qalıblar".


Sahibkarın sözlərinə görə, İçərişəhərdə fəaliyyət göstərən sahibkarların əksəriyyəti formal olaraq qısamüddətli, adətən 6 aylıq icarə müqavilələri imzalasalar da, onlara uzunmüddətli fəaliyyət göstərəcəkləri barədə etimad yaradılıb: "Məhz bu inam nəticəsində sahibkarlar milyonlarla manat olmasa da, böyük həcmdə vəsait xərcləyərək obyektləri bərpa edir, dizaynını qurur, avadanlıq alır, müştəri bazası formalaşdırır və həmin məkanların turizm potensialını artırırlar. Lakin bütün bu investisiyalara baxmayaraq, son vaxtlar müxtəlif bəhanələrlə, hətta "yuxarıdan tapşırıq var" ifadəsi ilə icarə müqavilələrinə xitam verirlər. Müqavilə müddəti başa çatdıqdan sonra icarə haqları artırılır. Məsələn, 6 min manatlıq icarə haqqı 10 min manata, 10 min manatlıq icarə haqqı isə 15 min manata qaldırılır. Artan icarə haqları sahibkarları xidmət və məhsulların qiymətlərini artırmağa məcbur edir. Sahibkarın fəaliyyəti yalnız icarə haqqının ödənilməsindən ibarət deyil. Hər bir ictimai iaşə obyektinin gündəlik fəaliyyəti böyük maliyyə yükü tələb edir. Kommunal xidmətlər, ərzaq məhsullarının alınması, əməkhaqqı fondu, vergilər, sosial ödənişlər, avadanlıqların saxlanılması və digər cari xərclər sahibkarın üzərinə düşür. Bu səbəbdən icarə haqlarının qəfil və əsaslandırılmadan artırılması nəticə etibarilə xidmətlərin qiymətinə də təsir göstərir və həm sahibkara, həm də istehlakçıya əlavə yük yaradır. Qiymətlərin yüksəlməsi restoran və digər obyektlərə gələn müştərilərin, xüsusilə turistlərin sayının azalmasına səbəb olur. Mövcud vəziyyət səbəbindən bir çox sahibkar zərərlə işləmək məcburiyyətində qalır. Ümumiyyətlə, hesab edirəm ki, müqavilələrin belə qısa müddətə bağlanması sahibkarlar üçün risk yaradır. İcarə müqavilələrinin cəmi 6 aylıq müddətə bağlanması sahibkarlar üçün ciddi risk yaradır. Sahibkar hər hansı obyektə daxil olarkən təmirə, avadanlığa, məhsula və digər zəruri xərclərə böyük məbləğdə vəsait yatırır. Lakin 6 ay sonra ona obyektin boşaldılması tələb olunur ki, bu da sahibkarın çəkdiyi xərcləri və etdiyi sərmayəni geri qaytarmasına imkan vermir. Heç bir sahibkar bu qədər böyük maliyyə yükünü yalnız 6 aylıq fəaliyyət üçün üzərinə götürmək istəməz. 6 aylıq müddət biznesin qurulması və qoyulan investisiyanın geri qazanılması üçün kifayət qədər uzun müddət deyil və sahibkarlar üçün qeyri-müəyyənlik yaradır".

A.Nəcəfli deyir ki, narazılıq doğuran digər məsələ isə bütün icarəçilərə eyni yanaşmanın tətbiq edilməməsidir: "Bəzi sahibkarlara münasibətdə fərqli yanaşma mövcuddur. Tanış çevrələrivə daha aşağı icarə haqları tətbiq olunur, digər sahibkarlara isə daha yüksək məbləğlər müəyyən edilir. Bu da biznes mühitində bərabər rəqabət prinsipləri ilə bağlı suallar yaradır. Ona görə də bu yanaşmaya son qoyulmalı və bütün icarəçilərə ədalətli münasibət göstərilməlidir".

Sahibkar məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirərək hesab edir ki, yaranmış vəziyyət hüquqi qiymət almalıdır: "Bu obyektlərə illərlə öz vəsaitim hesabına böyük sərmayə yatırmışam. Vergilərimi, sığorta və digər ödənişləri vaxtında etmişəm, işçilərə əməkhaqqı vermişəm. Hazırda böyük kredit öhdəliklərim də var. Buna baxmayaraq, fəaliyyətimə maneələr yaradılır. Mən artıq bununla bağlı məhkəməyə müraciət edəcəyəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müxtəlif çıxışlarında sahibkarlığın inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, investisiyaların qorunmasının, hüquqi sabitliyin təmin edilməsinin və sahibkarlara qanunsuz müdaxilələrin yolverilməzliyinin dövlət siyasətinin əsas prinsiplərindən olduğunu dəfələrlə bəyan edib. Bu istiqamətdə çoxsaylı islahatlar aparılıb, biznes mühitinin yaxşılaşdırılması və sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi üçün mühüm qərarlar qəbul edilib. Hesab edirəm ki, mənimlə bağlı yaranmış vəziyyət də Prezidentin sahibkarların müdafiəsi ilə bağlı müəyyən etdiyi siyasətə və verdiyi tapşırıqlara uyğun şəkildə obyektiv araşdırılmalı, hüquqlarım bərpa olunmalıdır".

E-huquq.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Bu gün, 17:21
"Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Bu gün, 17:15
“Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Bu gün, 17:09
Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:07
7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Bu gün, 17:00
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Bu gün, 16:59
Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Bu gün, 16:54
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Bu gün, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Bu gün, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Bu gün, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Bu gün, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Bu gün, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Bu gün, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Bu gün, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Bu gün, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Bu gün, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Bu gün, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Bu gün, 15:12
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Bu gün, 15:09
"Həyatımdan narazıyam" - Əməkdar artist
Bu gün, 15:04
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Bu gün, 15:02
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Bu gün, 14:51
Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Bu gün, 14:48
Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Bu gün, 14:46
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Bu gün, 14:45
İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 14:42
Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Bu gün, 14:41
ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Bu gün, 14:36
Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Bu gün, 13:12
"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 13:05
Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Bu gün, 13:02
Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Bu gün, 12:49
İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Bu gün, 12:47
Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Bu gün, 12:44
Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Bu gün, 12:38
GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Bu gün, 12:28
Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Bu gün, 12:26
İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:24
Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:11
«Yasamal Residence» MTK – LƏĞV EDİLİR
Bu gün, 12:07
GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB - FOTO
Bu gün, 12:05
SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ - Reaksiya
Bu gün, 11:56
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi - MƏQALƏ
Bu gün, 11:53
Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb
Bu gün, 11:52
ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər - “The Washington Post”
Bu gün, 11:50
Hövsan sakinləri boğaza yığılıblar: - "Su yoxdur, gələndə də çirkli olur"
Bu gün, 11:49
“Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” - Hacı İsmayılov
Bu gün, 11:47
İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi - MƏHKƏMƏ
Bu gün, 11:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru