Konqres oktyabrın 1-dək federal hökumətin maliyyələşdirilməsi haqqında qanun layihəsini qəbul etməsə, sentyabr ayında "şatdaun" baş verə - hökumətin fəaliyyəti müvəqqəti dayandırıla bilər.
Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
"Hökumət sentyabrın 30-da, mövcud maliyyələşdirmə müddəti başa çatdıqdan sonra fəaliyyətinin dayandırılmasına hazırlaşır", – deyə Tramp qeyd edib.
"Şatdaun" (ing. Shutdown) ABŞ federal hökumətinin maliyyələşdirilməsi ilə bağlı Konqres və prezident razılığa gələ bilmədikdə baş verən hökumət fəaliyyətinin qismən dayandırılmasıdır. Bu zaman vacib olmayan dövlət qurumlarının işi müvəqqəti dayandırılır, yüz minlərlə dövlət qulluqçusu ya ödənişsiz məzuniyyətə göndərilir, ya da maaş almadan işləməyə davam edir. Müdafiə, sərhəd təhlükəsizliyi, hava hərəkətinə nəzarət və təcili tibbi xidmət kimi həyati əhəmiyyət daşıyan xidmətlər isə fəaliyyətini davam etdirir.
TREND









