Azərbaycanda da dəhşətli istilər olacaq? .....                     O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” .....                     “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... .....                     Əli Mirəliyev kimləri hədəf aldı? .....                     Ermənistanda "dedovşina": .....                     Bakıda bu universitet BAĞLANIR? .....                     Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb .....                     Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar .....                     S-400-lər Rusiyaya qaytarılır? .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır .....                     "Həyatımdan narazıyam" .....                     Azərbaycanda xarici kapitallı şirkət .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? .....                     Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz .....                     Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı .....                     “Bakıdakı gizli görüşün məqsədi…” .....                     İlhamə Novruzova işdən çıxarıldı .....                     Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... .....                     ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir .....                     Azərbaycan bu ölkənin iş modelinə keçir .....                     "Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" .....                     Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu .....                     Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi .....                     İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... .....                     Günel Natiq Rüfətdən yazdı: .....                     Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... .....                     GL Group ABŞ üzrə biznesinə yeni rəhbər .....                     Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib .....                     İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? .....                     Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR .....                     Cənub-şərq küləyi əsəcək .....                     «Yasamal Residence» MTK .....                     GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB .....                     SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ .....                     Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi .....                     Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb .....                     ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər .....                     Hövsan sakinləri boğaza yığılıblar: .....                     “Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” .....                     İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi .....                 

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Tarix: Bu gün, 14:51 | Çap et

QHT-lərə Dövlət Dəstəyi Agentliyi rəsmilərinin hər fürsətdə, keçirdikləri tədbirlərdə və media qarşısında dilə gətirdiyi “fəaliyyətimizdə şəffaflıq və hesabatlılıq prinsiplərini əsas tuturuq” bəyanatı, sən demə, ictimaiyyəti aldatmaq üçün istifadə olunan növbəti pafoslu söz yığınından başqa bir şey deyilmiş. Əvvəlki yazılarımızda konkret faktlarla bu qurumdakı qanunsuzluqları, tenderlərdəki şübhəli məqamları və maliyyə əməliyyatlarını ictimailəşdirsək də, aidiyyəti nəzarət orqanlarının dərin susqunluğu baş verənlərin arxasında nə qədər böyük maraqların dayandığını göstərməkdədir. Görünən odur ki, Agentlikdə tüğyan edən maliyyə əməliyyatları məlum səbəblərdən böyük bir ustalıqla, sistemli şəkildə ört-bastır edilir.

Lakin dünən sosial şəbəkədə rezonans doğuran bir paylaşım Agentlik rəsmilərinin uydurduğu şəffaflıq nağıllarını darmadağın edərək bütün maskaları növbəti dəfə cırdı. “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızının ortaya qoyduğu kəskin və təkzibedilməz fakt dövlət satınalmalarındakı özbaşınalığın və maxinasiyaların hansı dəhşətli həddə çatdığını açıq-aşkar sübut edir.

Məsələnin ən biabırçı və absurd tərəfi odur ki, bu günlərdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə QHT-lərə Dövlət Dəstəyi Agentliyi birgə satınalma sahəsində dövlət və vətəndaş cəmiyyəti əməkdaşlığına dair tədbir keçirib. Öz daxili fəaliyyətində kütləvi qanun pozuntularına, saxtakarlıqlara yol verən, maliyyə şəffaflığı bərbad vəziyyətdə olan bir qurumun başqaları ilə şəffaflıq müzakirəsi aparması, dürüstlükdən mühazirə oxuması absurdun son həddidir. Mətanət xanım da haqlı olaraq sual edir ki, daxilində bu qədər ciddi satınalma problemləri, korrupsiya şübhələri olan bir qurum kimi QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə əməkdaşlıq hansı məntiqə sığır?

Ortadakı faktlar isə sadəcə sıradan bir prosedur pozuntusu deyil, birbaşa kütləvi və ağır cinayət qoxulu əməllərdir. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Tender Komissiyasının keçmiş üzvü və Agentliyin sabiq əməkdaşı Rövşən Həmidlinin təzyiqlərə baxmayaraq imzalamaqdan imtina etdiyi qanunsuz tender protokollarına şəxsən Agentliyin İcraçı direktoru Aygün Əliyeva onun yerinə imza atıb. Başqasının əvəzinə saxta imza atılması kimi kəskin sənəd saxtakarlığı barədə Rövşən Həmidli tərəfindən Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyinə rəsmi müraciətlər edilsə də, bu dəhşətli faktın qarşısında hələ də sirli bir sükut hökm sürür. Ortada bu qədər ciddi müraciət, canlı şahid və təkzibolunmaz sübut olduğu halda, məsələnin araşdırılmaması, araşdırmaların qarşısının alınması bu qanunsuzluqların bilərəkdən ört-bastır edildiyini aydın şəkildə göstərir.

Üstəlik, bu, Agentlikdəki ilk korrupsiya sxemi və maliyyə maxinasiyası da deyil. Əvvəlki yazılarımızda da diqqətə çatdırdığımız “Heydər Əliyevin Şuşa sevgisi” adlı tədbir üzrə keçirilən tenderdə rəsmi sənəd üzərində dövlətin külli miqdarda vəsaiti mənimsənilib. Hətta hesabatlara saxtalaşdırılmış, montaj edilmiş tədbir şəkilləri əlavə edilsə də, reallıqda həmin tədbir ümumiyyətlə icra olunmayıb. Müqəddəs Şuşamızın və Ulu öndərin adından istifadə edərək keçirilməyən tədbirlərə pul silinməsi, sənədlərin saxtalaşdırılması faktı mediada dəfələrlə işıqlandırılsa da, nəzarət qurumları bu özbaşınalığı araşdırmaqda maraqlı görünmür, əksinə, cinayətin izlərini itirməyə, məsələni gündəmdən çıxarmağa çalışırlar.

Bütün bu faktlar təkzibedilməz şəkildə tək bir həqiqəti ortaya qoyur: QHT-lərə Dövlət Dəstəyi Agentliyində dəhşətli miqyasda korrupsiya, dövlət əmlakının mənimsənilməsi və sistemli sənəd saxtakarlığı var. Bu istiqamətdə "Yenixeberorg"a ötürülən məlumata görə, korrupsiya piramidasını idarə edənlər, Agentliyə nəzarət etməli olan cavabdeh şəxslər və aidiyyəti qurumlar bu cinayətlərə bilərəkdən göz yumurlar. Çünki burada qurulan çirkin maliyyə mexanizmindən hər kəs öz payını alır. Şəxsi maliyyə maraqları dövlət maraqlarını üstələdiyi üçün bu dəhşətli korrupsiya faktları ört-bastır edilir.

Unutmaq olmaz ki, Cənab Prezident İlham Əliyev hər zaman korrupsiyaya, məmur özbaşınalığına və dövlət əmlakının mənimsənilməsinə qarşı barışmaz mövqe tutub, bu sahədə ən sərt və qətiyyətli tədbirlər görüb. İnanırıq ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyində baş verən bu biabırçı qanunsuzluqlar, tender saxtakarlıqları və korrupsiya faktları barədə Cənab Prezidentə tezliklə tam və obyektiv şəkildə ciddi məruzə olunacaq. Əks halda, dövlət büdcəsinin talanması, sənədlərin saxtalaşdırılması və bu cür ağır cinayət hərəkətlərinin ört-bastır edilməsi bilavasitə Cənab Prezidentin yürütdüyü dövlət siyasətinə və şəxsən Cənab Prezidentə qarşı açıq-aşkar xəyanətdir!

Yenixeberorg.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Bu gün, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Bu gün, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Bu gün, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Bu gün, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Bu gün, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Bu gün, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Bu gün, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Bu gün, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Bu gün, 15:12
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Bu gün, 15:09
"Həyatımdan narazıyam" - Əməkdar artist
Bu gün, 15:04
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Bu gün, 15:02
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Bu gün, 14:51
Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Bu gün, 14:48
Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Bu gün, 14:46
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Bu gün, 14:45
İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 14:42
Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Bu gün, 14:41
ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Bu gün, 14:36
Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Bu gün, 13:12
"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 13:05
Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Bu gün, 13:02
Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Bu gün, 12:49
İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Bu gün, 12:47
Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Bu gün, 12:44
Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Bu gün, 12:38
GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Bu gün, 12:28
Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Bu gün, 12:26
İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:24
Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:11
«Yasamal Residence» MTK – LƏĞV EDİLİR
Bu gün, 12:07
GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB - FOTO
Bu gün, 12:05
SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ - Reaksiya
Bu gün, 11:56
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi - MƏQALƏ
Bu gün, 11:53
Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb
Bu gün, 11:52
ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər - “The Washington Post”
Bu gün, 11:50
Hövsan sakinləri boğaza yığılıblar: - "Su yoxdur, gələndə də çirkli olur"
Bu gün, 11:49
“Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” - Hacı İsmayılov
Bu gün, 11:47
İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi - MƏHKƏMƏ
Bu gün, 11:35
Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər - Yasamalda yeni fırıldaq
Bu gün, 11:29
AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... - ETİRAZ!
Bu gün, 11:20
Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi - MƏHKƏMƏ
Bu gün, 11:13
“Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12
Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur?
Bu gün, 11:10
“Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” - Tahir Kərimli
Bu gün, 11:06
Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
Bu gün, 10:53
Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE
Bu gün, 10:46
Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:41
Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub - DOSYE
Bu gün, 10:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru