Bakıda gəncin ölümündə ittiham edilən rəis və müəllimin cəzaları yüngülləşdirilib .....                     İran Rusiya ilə iki strateji məsələdə anlaşdı: .....                     Türkiyədəki 2 300 azərbaycanlı həkim qazancdan məhrum qalır .....                     Lənkəranın icra başçısı özünə yeni qadın müavin təyin etdi .....                     Aktyora qarşı “sui-qəsdin” təşkilatçıları bilindi .....                     Müəllimlər kağız-kuğuz işlərindən qurtulacaq .....                     ADSEA Gəncə Cihazqayırma Zavoduna 2,5 milyon manat ödəyəcək .....                     Talehin reklamındakı aktrisa danışdı .....                     Beyləqanda “pambıqla baş kəsirlər” .....                     Səfirlikdə işə düzəlmək istədi, .....                     Azərbaycan və Rusiya XİN rəhbərləri Moskvada danışıqlar aparacaq .....                     Apteklərdə diazolin TAPILMIR .....                     Elm və təhsil nazirinə 5 sual... .....                     Bakıda 19 min manatlıq məhsulu saxta sifarişlə mənimsəyən satış təmsilçisi ilə bağlı .....                     14 il şiddət görən qadının əri saxlanıldı .....                     Ukraynanın adı dəyişdirilib Rus olacaq? .....                     "Müqavilədə göstərilən müddət keçsə də, avtomobil yoxdur" .....                     Mariana Vasileva yeni vəzifəyə təyin olundu .....                     Tramp Rusiyanın yaxın zamanda Ukrayna ilə razılaşma əldə etməyə hazır olduğunu bildirib .....                     Azərbaycandakı keçmiş səfir İranın planını açdı .....                     Təhsildə Keyfiyyət Təminat Agentliyində yeni təyinat .....                     Expressbankda yeni təyinat .....                     Azərbaycandan türk dünyasına özə qayıdış örnəyi: Göytürk yazısının dirçəlişi .....                     Azərbaycan–Slovakiya münasibətlərinin inkişafı və Qarabağın bərpasında əməkdaşlıq .....                     "Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü .....                     Bir vəkil pozuntuya görə kollegiyadan xaric edildi .....                     Prokurorluq şirkət rəhbərinin iddialarına .....                     Trampın “enerji zərbəsi” Kremli orta əsrlərə qaytaracaq: .....                     Azərbaycanın 6 ayda Ermənistana ixracının ümumi dəyəri .....                     CENTCOM İrana zərbələrin bərpa olunduğunu bəyan edib .....                     Tehranda elektrik enerjisi istehlakına məhdudiyyətlər tətbiq olunur .....                     Aİ və Ukrayna arasında dron sahəsində əməkdaşlıq razılaşması imzalanıb .....                     “Xalq Bank” 2026-cı ilin ilk yarısını ciddi AZALMALARLA başa vurub .....                     “Əksər ibtidai sinif müəllimləri riyaziyyatı YAXŞI BİLMİR” .....                     Dayılardan bacısı qızlarını sevən yeniyetməyə amansız davranış .....                     Hüseyndən Zaur Kamala: .....                     Zaur Kamaldan dələduzluq xəbərdarlığı .....                     Ermənistan hökuməti ABŞ-la TRIPP üzrə sazişin ratifikasiyasını .....                     Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıy barəsində qərar verilib .....                     Qaqauz Yerində gərginlik böyüyür: .....                 

Ermənistanın Azərbaycanla sərhəddə sülhə risk yaradan təlimi - NƏ BAŞ VERİR?
Tarix: 8-07-2026, 07:02 | Çap et

Ermənistanın mövcud sülh gündəliyi ilə bağlı verdiyi açıqlamalarla əməli addımları arasında ziddiyyətlər rəsmi İrəvanın mövqeyinə dair şübhələr yaradır. Xüsusilə Ermənistan Müdafiə Nazirliyinin “Qapalı Dövrə 2026” adlanan son təlimi bu şübələri gücləndirdi.

İyunun sonlarında keçirilən təlimin məqsədi aktiv döyüş əməliyyatları zamanı yerli media ilə ordu arasında koordinasiyanı təşkil etmək, informasiya yayımını idarə etməkdir. İlk baxışda bu, təəccüblü görünmyə bilər, hərçənd, açıq qalan məqamlar var.

Birincisi, sülh gündəliyinin mövcud olduğu dövrdə belə bir təlimlərin keçirilməsi hansı zərurətdən qaynaqlanır?

İkincisi, təlimlər Lori bölgəsində - Azərbaycanla sərhəddən qısa məsafədə keçirilib. Məlumatlar məkanın Tavuş bölgəsinin sərhəd əraziləri olduğu ehtimalını önə çıxarır. Niyə indi, niyə Azərbaycanla sərhəd?

Bu məqamlar Ermənistanın hərbi rəhbərliyinin bölgədəki sülh gündəliyi üçün gözlənilməz hesab ediləcək ssenarilərə hazırlaşdığı fikrini formlaşdırır. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryanın birbaşa nəzarət etdiyi təlimlərdə Azərbaycanla sərhəddə mümkün eskalasiya zamanı media nümayəndələrinin idarə olunmasının simulyasiyası həyata keçirilib.

Əsas diqqətçəkən məqamlardan biri Hərbi Polis bölmələrinin təlim ərazisində media nümayəndələrindən ibarət qrupların hərəkətini idarə etməsidir. Lori regional administrasiyasının məlumatında bildirilir: “Müdafiə Nazirliyinin təşəbbüsü ilə keçirilən “Qapalı Dövrə 2026” təlimi çərçivəsində hərbi polis 27 iyun tarixində Lori bölgəsinin bir neçə yaşayış məntəqəsində gücləndirilmiş patrul xidməti həyata keçirəcək. Bölgə əhalisindən bunu nəzərə almalarını xahiş edirik”.

Təlimlərdə iştirak edən jurnalistlər xüsusi nişanlarla hərbi polisin qurduğu postlardan keçərək, toplanış zonasına daxil olur. Bu o deməkdir ki, Ermənistan Baş Qərargahı X günündə tam karantin təşkil etməyi planlaşdırır: döyüş əməliyyatlarının olacağı ərazilərə giriş nəzarətə götürüləcək, yalnız Müdafiə Nazirliyinin nümayəndələri tərəfindən əvvəldən seçilmiş və təlimatlandırılmış şəxslərə icazə veriləcək. Hərbi karantin zamanı rabitə və internet bağlanır, informasiya axını nəzarətə götürülür. Məqsəd Müdafiə Nazirliyinin gələcək fəaliyyəti zamanı müxtəlif ssenarilərin işlənib hazırlanmasıdır.

O da xüsusi diqqət çəkir ki, telekanallar və digər media qurumlarının əməkdaşlarına verilən “PRESS” gödəkçələr neytral hesab olunan mavi yox, xaki rəngdədir. Bu isə uzaq məsafədən baxdıqda gülləkeçirməz jilet və dəbilqə geyinən şəxsin media işçisi, yoxsa döyüşçü olub-olmadığını müəyyənləşdirməyi mümkünsüz edir.

Ermənistanın hərbi-siyasi rəhbərliyinin bu təlimlə özlərinə bağlı olan və Müdafiə Nazirliyinin məlumatlarını yayacaq sadiq jurnalist ordusu yaratmaq istədiyi aydın görünür. Çünki 2016-cı il, 2020-ci il və 2023-cü il döyüşləri zamanı məlumat axınının nəzarətdən çıxması Ermənistan ordusunun imicinə ciddi zərbə vurdu və hesab etmək olar ki, rəsmi İrəvan analoji vəziyyətlə üzləşmək istəmir. Və bu məqsədlə döyüş zonasına məhdud, nəzarətli girişi təşkil edəcək komanda formalaşdırılır və jurnalistlərə təlimlər keçirilir.

Amma və lakin belə bir ssenarinin məşq edilməsi sülh gündəliyinə tamamilə ziddir. Çünki Ermənistan Müdafiə Nazirliyi potensial “döyüş nöqtələri”nin istiqamətini açıqlayır, buna uyğun təlimlər keçirir. Təlim ərazisinin sərhədyanı bölgələr olması Azərbaycanın yenidən potensial hədəf kimi göstərildiyini təsdiq edir. Rəsmi göntülərdə isə erməni jurnalistlərin döyüş postlarına, hətta Lori bölgəsində yerləşməyən yeni tikilmiş bunkerə baş çəkdiyi də diqqətdən yayınmır. Bütün bunlar Ermənistanın yeni döyüş əməliyyatlarına hazırlaşdığına dair təhlükəli ehtimalları aktuallaşdırır.

Müəllif: Asif Nərimanlı 









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda gəncin ölümündə ittiham edilən rəis və müəllimin cəzaları yüngülləşdirilib
Bu gün, 18:03
İran Rusiya ilə iki strateji məsələdə anlaşdı: -Azərbaycan nə qazanacaq?
Bu gün, 18:01
Türkiyədəki 2 300 azərbaycanlı həkim qazancdan məhrum qalır - MÜSAHİBƏ
Bu gün, 17:55
Lənkəranın icra başçısı özünə yeni qadın müavin təyin etdi - ƏMR
Bu gün, 17:52
Aktyora qarşı “sui-qəsdin” təşkilatçıları bilindi – Bakıdakı şəbəkə üzvləri görün kimlərdir
Bu gün, 17:46
Müəllimlər kağız-kuğuz işlərindən qurtulacaq - Təhsil ekspertindən İZAH
Bu gün, 17:44
ADSEA Gəncə Cihazqayırma Zavoduna 2,5 milyon manat ödəyəcək
Bu gün, 17:38
Talehin reklamındakı aktrisa danışdı - "Rahat olun"
Bu gün, 17:32
Beyləqanda “pambıqla baş kəsirlər” – Fermerlərə zərbə
Bu gün, 17:12
Səfirlikdə işə düzəlmək istədi, dələduzluğun QURBANI OLDU
Bu gün, 17:10
Azərbaycan və Rusiya XİN rəhbərləri Moskvada danışıqlar aparacaq - KİV
Bu gün, 17:08
Apteklərdə diazolin TAPILMIR - Hər evə lazım olan dərman niyə yoxa çıxıb?
Bu gün, 17:06
Elm və təhsil nazirinə 5 sual... -Yəqin ki, cavab verilməyəcək...
Bu gün, 17:03
Bakıda 19 min manatlıq məhsulu saxta sifarişlə mənimsəyən satış təmsilçisi ilə bağlı QƏRAR
Bu gün, 17:01
14 il şiddət görən qadının əri saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 16:59
Ukraynanın adı dəyişdirilib Rus olacaq? - Moskvadan ironik reaksiya
Bu gün, 16:57
"Müqavilədə göstərilən müddət keçsə də, avtomobil yoxdur" - “Caspian Global Auto”dan narazılıq
Bu gün, 16:50
Mariana Vasileva yeni vəzifəyə təyin olundu - Cavid Qurbanov SAHİBLƏNDİ
Bu gün, 16:44
Tramp Rusiyanın yaxın zamanda Ukrayna ilə razılaşma əldə etməyə hazır olduğunu bildirib
Bu gün, 16:12
Azərbaycandakı keçmiş səfir İranın planını açdı
Bu gün, 16:10
Təhsildə Keyfiyyət Təminat Agentliyində yeni təyinat - ƏMR
Bu gün, 16:04
Expressbankda yeni təyinat - DOSYE
Bu gün, 16:03
Azərbaycandan türk dünyasına özə qayıdış örnəyi: Göytürk yazısının dirçəlişi - AKTUAL
Bu gün, 15:58
Azərbaycan–Slovakiya münasibətlərinin inkişafı və Qarabağın bərpasında əməkdaşlıq - MƏQALƏ
Bu gün, 15:53
"Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü - 3 il müddətinə...
Bu gün, 15:45
Bir vəkil pozuntuya görə kollegiyadan xaric edildi
Bu gün, 15:34
Prokurorluq şirkət rəhbərinin iddialarına - Cavab verdi
Bu gün, 15:26
Trampın “enerji zərbəsi” Kremli orta əsrlərə qaytaracaq: - ABŞ-ın yeni “iqtisadi mühasirə planı” Rusiyanı iflasa aparır
Bu gün, 15:18
Azərbaycanın 6 ayda Ermənistana ixracının ümumi dəyəri AÇIQLANDI
Bu gün, 15:15
CENTCOM İrana zərbələrin bərpa olunduğunu bəyan edib - Bakı vaxtı ilə...
Bu gün, 15:04
Tehranda elektrik enerjisi istehlakına məhdudiyyətlər tətbiq olunur - KİV
Bu gün, 15:02
Aİ və Ukrayna arasında dron sahəsində əməkdaşlıq razılaşması imzalanıb
Bu gün, 14:30
“Xalq Bank” 2026-cı ilin ilk yarısını ciddi AZALMALARLA başa vurub - HESABAT
Bu gün, 14:26
“Əksər ibtidai sinif müəllimləri riyaziyyatı YAXŞI BİLMİR” - Şəmil Sadiqdən qalmaqallı açıqlama
Bu gün, 14:23
Dayılardan bacısı qızlarını sevən yeniyetməyə amansız davranış - TƏFƏRRÜAT
Bu gün, 14:19
Hüseyndən Zaur Kamala: - "Pulumu qaytar, 1500 manat..."
Bu gün, 14:09
Zaur Kamaldan dələduzluq xəbərdarlığı - "Oğlumun adından..."
Bu gün, 14:08
Ermənistan hökuməti ABŞ-la TRIPP üzrə sazişin ratifikasiyasını MÜZAKİRƏ EDƏCƏK
Bu gün, 14:05
Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıy barəsində qərar verilib - TƏFƏRRÜAT
Bu gün, 14:03
Qaqauz Yerində gərginlik böyüyür: - Türk Dünyası Gənclər Birliyindən Moldovaya sərt ittihamlar
Bu gün, 13:14
AZAL brendinin yeni vizual manifesti təqdim edilib
Bu gün, 13:12
Qadağa aradan qaldırıldı: - Azərbaycan millisinin üzvü 37 gün sonra Albaniyaya yollandı
Bu gün, 12:19
Netanyahu həftənin sonunda ABŞ-yə səfər edəcək
Bu gün, 12:11
Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?
Bu gün, 12:10
214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət
Bu gün, 11:55
"Svobodnaya pressa" tariximizə HƏQARƏT ETDİ... - Ruslar köhnə ampluada...
Bu gün, 11:54
“Sabah” 12 milyona stadion aldı, Masazırdan köçür - AÇIQLAMA
Bu gün, 11:49
Şahbuzun icra başçısı BİR OYUN EYLƏR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:41
"Ay haray, qoymayın, Paşinyan zindanda rusiyapərəst oliqarxlara işgəncə verdirir!.." - Görəcək günlərimiz var imiş...
Bu gün, 11:26
"Şəki Sukanal" ləğv olunur - RƏSMİ
Bu gün, 11:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru