Bakının Mehdi Mehdizadə küçəsində yerləşən məşhur “Chaicity” restoranına elektrik enerjinin verilişi dayandırılıb.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, bu, sözügedən obyektin mülkiyyətçisi tərəfindən “Azərişıq” ASC-yə edilən müraciət əsasında baş verib.
Məlum olub ki, hazırda “Chaicity” restoranının rəhbərliyi ilə 808 kv.m ərazisi olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi arasında icarə müqaviləsi ilə bağlı mübahisə yaşanıb.
Məlumata görə, obyektin mülkiyyətçisi “Chaicity”nin sözügedən qeyri-yaşayış sahəsindən çıxarılmasını tələb edir. Restoran rəhbərliyi isə tərəflər arasında bağlanmış icarə müqaviləsinin qüvvədə olduğunu iddia edir.
“Chaicity” rəhbərliyi “Azərişıq” ASC-yə qarşı elektrik enerjinin bərpa edilməsi ilə bağlı məhkəmə iddiası qaldırıb. Qeyd olunub ki, elektrik enerjinin kəsilməsi nəticəsində obyektin fəaliyyəti iflic vəziyyətə düşüb.
Bakı İnzibati Məhkəməsi şikayət ərizəsini təmin etməyib.






