SOCAR Kulevi Neft Terminalından nə qədər qazanır? .....                     Ermənistanda küçə mübarizəsi mütləq olacaq .....                     Rusiyadakı benzin böhranı Azərbaycana necə təsir edəcək? .....                     Azərbaycanda hakim özü-özünə etiraz etdi .....                     Zelenski Ankarada NATO sammitində Azərbaycana təşəkkür edib .....                     Bakıda məhbus həbsxanadan qaçdı: Əməliyyat keçirilir .....                     AZAL Qars şəhərinə uçuşlara başlayır .....                     Xaçınçay su anbarında çimmək tamamilə qadağandır .....                     "Restoran biznesi mənlik olmadı" .....                     Trampın “Ərdoğanı sevindirəcək addım” mesajı nə vəd edir? .....                     Bakıda məşhur restoranın ətrafında QALMAQAL .....                     Xanəndənin atası yol qəzasında öldü .....                     “Rabitəbank”ın Marketinq departamentinə yeni rəhbər təyin olunub .....                     “Azərbaycan Sənaye Sığorta”da yeni təyinat olub .....                     Hərbi əməliyyatlar müvəqqəti dayandırılıb .....                     Şəki Şəhər İcra Hakimiyyəti başçısına birinci müavin təyin olunub .....                     Monqolustandan Azərbaycana ət neçəyə gətirilir? .....                     Vaşinqton artıq Cənubi Qafqaza əvvəlki prizmadan baxmır .....                     "Arzum"un apellyasiyası gündəmdə: Məlikov ölümcül qəzadan yayına bilərdi? .....                     Biləsuvarda əmi qardaşı oğlunu vurdu, .....                     "Bakı-Tbilisi-Bakı qatarında ciddi qiymət endirimləri müzakirə olunmur" .....                     Naxçıvan Səhiyyə Nazirliyi LƏĞV OLUNMALIDIR! .....                     Ermənistan müxalifəti Paşinyanı devirmək üçün planını açıqladı: .....                     “Rusiya qazı kəsərsə, Azərbaycan variantı var” .....                     Yevlaxda 35 yaşlı kişi ögey qardaşını öldürdü: “Anamla məni hədələyirdi” .....                     “TuranBank”ın borcları kəskin şəkildə artaraq .....                     Paşinyanın Avropa arzusu puç oldu: .....                     Ədliyyə Nazirliyinin qurumlarından .....                     Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib .....                     Generala yüksək vəzifə verildi .....                     Keçmiş nazirdən vahid müəllim formasına etiraz: .....                     Pensiya almaq çətinləşəcək? .....                     Bu xəstəxanaya müvəqqəti rəhbər təyin olundu .....                     Görün, millətə NƏ YEDİRİRLƏR... .....                     Köçəryanın bloku “qollarını çırmaladı”: .....                     Ləğv olunan dövlət şirkətinin 8,5 milyon manat vergi borcu var .....                     “MJ Financial Services BOKT” .....                     Bakı–Tiflis–Bakı qatarlarında sərnişin tutumu artırılır .....                     Makron Dəməşqdəki partlayışlardan sonra xəsarət almayıb .....                     SOS: Cəlilabadda heyvanlar kütləvi qırılır .....                 

Vaşinqton artıq Cənubi Qafqaza əvvəlki prizmadan baxmır - ŞƏRH
Tarix: Bu gün, 16:07 | Çap et

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 7-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsi qəbul edib.

Prezident İlham Əliyev Donald Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsindən sonra əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və bunun ölkələrimiz, eyni zamanda, region üçün çox önəmli olduğunu dedi. Dövlət başçısı ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfərini məmnunluqla xatırladı, həmin səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasının ikitərəfli əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyətinə toxundu.

Prezident İlham Əliyev Donald Trampla şəxsi münasibətlərinin də yüksək səviyyədə olduğunu deyərək, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında onun xüsusi rol oynadığını vurğuladı.

Stiv Deynsin ölkəmizə son səfərindən sonra tarixi hadisələrin baş verdiyini qeyd edən dövlət başçısı Azərbaycan-ABŞ əlaqələrinin inkişafı istiqamətində göstərdiyi səylərə görə qonağa təşəkkürünü bildirdi.

Senator Stiv Deyns də öz növbəsində son dövrlərdə ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini dedi, Azərbaycan Prezidentinin ötən ilin avqustunda Vaşinqtona səfərinin əlamətdar hadisə olduğunu vurğuladı. Qonaq, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın geosiyasi səviyyədə mühüm rolunu qeyd etdi. Stiv Deyns Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə əlaqədar nümayiş etdirdiyi liderliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Söhbət zamanı TRIPP dəhlizinin regional nəqliyyat bağlantıları baxımından əhəmiyyəti vurğulandı, Azərbaycanla ABŞ Senatı arasında dialoqun möhkəmləndirilməsi və tərəfdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Siyasi şərhçi Elçin Alıoğlu "Sherg.az"a deyib ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin nüfuzulu üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitənin sədri Stiv Deynsin Bakıya səfəri diplomatik təqvimdə adi hadisə sayıla bilməz:

“Bu səfər həm Vaşinqtonun Cənubi Qafqaza yanaşmasında baş verən dəyişiklikləri, həm də Azərbaycan-ABŞ münasibətlərinin yeni keyfiyyət mərhələsinə keçməsinin növbəti siyasi təsdiqi kimi dəyərləndirilməlidir. Azərbaycan Prezidenti İlham Əliyevin senatoru qəbul edən zaman səsləndirdiyi mesajlar göstərir ki, Bakı ilə Vaşinqton arasında dialoq artıq yalnız enerji, təhlükəsizlik və regional sabitlik məsələləri ilə məhdudlaşmır. Münasibətlər gettdikcə daha geniş geosiyasi gündəliyi əhatə edən strateji əməkdaşlıq modelinə çevrilir. İlham Əliyevin Donald Trampın ikinci prezidentlik dövründə Azərbaycan-ABŞ münasibətlərinin əməkdaşlıq və qarşılıqlı etimad əsasında uğurla inkişaf etdiyini vurğulaması da təsadüfü deyil. Bu bəyanat iki ölkə arasında son aylarda formalaşan siyasi dinamikanın mahiyyətini açıq şəkildə ifadə edir. Əslində, Vaşinqton artıq Cənubi Qafqaza əvvəlki prizmadan baxmır. Region yalnız təhlükəsizlik problemi deyil, Avropa logistikasının, enerji marşrutlarının, regional bağlantıların və yeni iqtisadi dəhlizlərin kəsişdiyi strateji məkan kimi dəyərləndirilir. Bu yeni baxışda Azərbaycan əsas tərəfdaşlardan biri deyil, əsas geosiyasi dayaqlardan birinə çevrilir. Prezident İlham Əliyevin münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulaması məhz bu dəyişən geosiyasi reallığın ifadəsidir”.

Analitik söyləyib ki, görüş zamanı İlham Əliyev Donald Trampla şəxsi münasibətlərinin yüksək səviyyədə olduğunu xüsusi qeyd edib:

“ Müasir beynəlxalq siyasətdə liderlər arasında formalaşan şəxsi etimad çox vaxt klassik diplomatik mexanizmlərdən daha effektiv və daha sürətli nəticələr verir. Vaşinqton administrasiyasının qərar qəbul etmə mexanizmlərində siyasi etimad amili getdikcə daha böyük rol oynamağa başlayır. Bu baxımdan Bakı ilə Vaşinqton arasında yalnız institusional deyil, həm də liderlər səviyyəsində qarşılıqlı etimadın mövcudluğu strateji tərəfdaşlığın dayanıqlığını artıran mühüm amildir. Prezident İlham Əliyevin Donald Trampın Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin irəli aparılmasındakı xüsusi rolunu vurğulaması da ciddi siyasi mesajdır. Bu bəyanat göstərir ki, Vaşinqton artıq regiondakı proseslərdə Azərbaycanın təqdim etdiyi siyasi gündəliyi daha yaxından qəbul edir. Son illərdə Azərbaycanın yaratdığı yeni regional reallıq beynəlxalq aktorların mövqelərinə də təsir göstərir. Artıq regionun gələcəyi keçmiş münaqişə modelindən deyil, nəqliyyat, iqtisadi inteqrasiya və təhlükəsizlik əməkdaşlığı prizmasından dəyərləndirilir. Sadalanan amillər isə ölkəmizin diplomatik təşəbbüslərinin beynəlxalq legitimliyini daha da gücləndirir”.

E.Alıoğlu vurğulayıb ki, görüş zamanı TRIPP dəhlizinin xüsusi vurğulanması təsadüfi deyil:

“Son illərdə qlobal iqtisadiyyatın əsas prioritetlərindən biri alternativ logistika marşrutlarının yaradılmasıdır. Enerji daşıyıcıları ilə yanaşı, məlumat axınları, rəqəmsal infrastruktur, yüksək texnologiyalar və beynəlxalq ticarət yeni nəqliyyat arteriyalarından asılı vəziyyətə gəlir. Ölkəmiz artıq yalnız Şərqlə Qərbi birləşdirən tranzit ölkəsi deyil. O, Avrasiyanın yeni bağlantı sisteminin əsas mərkəzlərindən biri kimi çıxış edir. Vaşinqtonun Orta Dəhlizə maraq göstərməsi regionda yalnız siyasi deyil, həm də iqtisadi və texnoloji iştirakını genişləndirmək niyyətindən xəbər verir. Həmçinin Stiv Deyns Azərbaycanın geosiyasi əhəmiyyətinin artmasını xüsüsi olaraq vurğulayıb. Bu ifadə sadəcə dimlomatik kompliment deyil. ABŞ senatında təmsil olunan siyasətçinin belə bir bəyanat verməsi Vaşinqtonun Azərbaycanın regional roluna verdiyi strateji dəyərin göstəricisidir. Bu görüş bir daha göstərdi ki, Bakı ilə Vaşinqton arasındakı münasibətlər artıq iqtisadi əməkdaşlıq mərhələsini geridə qoyub. Enerji təhlükəsizliyi, regional sabitlik, nəqliyyat dəhlizləri, rəqəmsal infrastruktur, siyasi dialoq və parlament diplomatiyası vahid strateji gündəmdə birləşib. Ölkəmizin artan beynəlxalq nüfuzu, Prezident İlham Əliyevin ardıcıl və praqmatik xarici siyasəti, eləcə də ABŞ administrasiyası ilə formalaşan qarşılıqlı etimad münasibətləri Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişən əsas amillərdən birinə çevrilib. Bakı artıq hadisələrin izləyicisi deyil, Azərbaycan regional proseslərin istiqamətini müəyyənləşdirən, yeni əməkdaşlıq platformaları yaradan və qloal güclərin strateji hesablamalarında mühüm yer tutan dövlətdir. Məhz bunlara görə də sözügedən səfər Vaşinqtonun Azərbaycana münasibətində formalaşan yeni strateji baxışın, qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın və uzunmüddətli geosiyasi əməkdaşlığın növbəti siyasi təsdiqi kimi qəbul edilməlidir”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SOCAR Kulevi Neft Terminalından nə qədər qazanır? - DETALLAR
Bu gün, 18:02
Ermənistanda küçə mübarizəsi mütləq olacaq - Samvel Karapetyan
Bu gün, 17:48
Rusiyadakı benzin böhranı Azərbaycana necə təsir edəcək? - MÜHÜM NÜANSLAR
Bu gün, 17:32
Azərbaycanda hakim özü-özünə etiraz etdi
Bu gün, 17:27
Zelenski Ankarada NATO sammitində Azərbaycana təşəkkür edib
Bu gün, 17:24
Bakıda məhbus həbsxanadan qaçdı: Əməliyyat keçirilir - 15 saylı cəzaçəkmə müəssisəsindən...
Bu gün, 17:21
AZAL Qars şəhərinə uçuşlara başlayır - DİQQƏT
Bu gün, 17:10
Xaçınçay su anbarında çimmək tamamilə qadağandır - Ekspertdən XƏBƏRDARLIQ
Bu gün, 17:01
"Restoran biznesi mənlik olmadı" - Eldəniz Məmmədov
Bu gün, 16:57
Trampın “Ərdoğanı sevindirəcək addım” mesajı nə vəd edir? - Türkiyə ilə bağlı ŞOK SSENARİ
Bu gün, 16:55
Bakıda məşhur restoranın ətrafında QALMAQAL - TƏFƏRRÜAT
Bu gün, 16:38
Xanəndənin atası yol qəzasında öldü
Bu gün, 16:29
“Rabitəbank”ın Marketinq departamentinə yeni rəhbər təyin olunub - DOSYE
Bu gün, 16:25
“Azərbaycan Sənaye Sığorta”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 16:23
Hərbi əməliyyatlar müvəqqəti dayandırılıb - Zülfüqarov
Bu gün, 16:22
Şəki Şəhər İcra Hakimiyyəti başçısına birinci müavin təyin olunub - FOTO
Bu gün, 16:16
Monqolustandan Azərbaycana ət neçəyə gətirilir? – MƏHSULLAR, QİYMƏTLƏR
Bu gün, 16:13
Vaşinqton artıq Cənubi Qafqaza əvvəlki prizmadan baxmır - ŞƏRH
Bu gün, 16:07
"Arzum"un apellyasiyası gündəmdə: Məlikov ölümcül qəzadan yayına bilərdi? - ARAŞDIRMA
Bu gün, 15:57
Biləsuvarda əmi qardaşı oğlunu vurdu, məhkəmə hökm çıxardı
Bu gün, 15:55
"Bakı-Tbilisi-Bakı qatarında ciddi qiymət endirimləri müzakirə olunmur" - ADY rəsmisi
Bu gün, 15:53
Naxçıvan Səhiyyə Nazirliyi LƏĞV OLUNMALIDIR! - ÇAĞIRIŞ...
Bu gün, 15:47
Ermənistan müxalifəti Paşinyanı devirmək üçün planını açıqladı: - Hərəkat başlayır
Bu gün, 15:24
“Rusiya qazı kəsərsə, Azərbaycan variantı var” - Miskaryan
Bu gün, 15:18
Yevlaxda 35 yaşlı kişi ögey qardaşını öldürdü: “Anamla məni hədələyirdi” - TƏFƏRRÜAT
Bu gün, 15:05
“TuranBank”ın borcları kəskin şəkildə artaraq 284 milyon manata çatıb
Bu gün, 15:00
Paşinyanın Avropa arzusu puç oldu: - Ermənistan yenə Rusiyanın "qapısını döyəcək"
Bu gün, 14:59
Ədliyyə Nazirliyinin qurumlarından - 4 YENİ TENDER
Bu gün, 14:57
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib
Bu gün, 14:55
Generala yüksək vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:51
Keçmiş nazirdən vahid müəllim formasına etiraz: - "Vallah, gülməlidir”
Bu gün, 14:48
Pensiya almaq çətinləşəcək? - Azərbaycana dair MÜHÜM PROQNOZ
Bu gün, 14:45
Bu xəstəxanaya müvəqqəti rəhbər təyin olundu - FOTO
Bu gün, 14:43
Görün, millətə NƏ YEDİRİRLƏR... - FOTO
Bu gün, 13:12
Köçəryanın bloku “qollarını çırmaladı”: - Konstitisiya dəyişikliyinə qarşı
Bu gün, 13:05
Ləğv olunan dövlət şirkətinin 8,5 milyon manat vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 13:01
“MJ Financial Services BOKT” – 2 MİLYON MANAT BORCLANIR
Bu gün, 12:56
Bakı–Tiflis–Bakı qatarlarında sərnişin tutumu artırılır - NƏHAYƏT...
Bu gün, 12:53
Makron Dəməşqdəki partlayışlardan sonra xəsarət almayıb - Yelisey sarayından AÇIQLAMA
Bu gün, 12:25
SOS: Cəlilabadda heyvanlar kütləvi qırılır - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 12:25
Erməni müxalifətindən Rusiyaya gözlənilməz İTTİHAM
Bu gün, 12:15
Aktrisadan Xalq artistinə DƏSTƏK: - “O sənəti olmayan istedadsızlar…”
Bu gün, 12:14
"Söhbət puldan düşəndə ayrılmışıq, hansısa rejissorun cibini doldurmaq üçün..."
Bu gün, 12:06
Qalmaqallı eks-direktorun işi Ali Məhkəmədə - DETALLAR
Bu gün, 12:02
Türkiyəyə zərbə, yoxsa... – Tarazlıq təhlükədə
Bu gün, 12:01
ABŞ-nin məşhur “çaypulu”su turistləri narahat edir – SSRİ-də qadağan edilmişdi
Bu gün, 11:55
Paşinyana qarşı məhkəmə iddiası qaldırıldı - KİV
Bu gün, 11:40
Boşandıqdan sonra başqası ilə evlənirmiş - Kürəkənin güllələnməsinin təfərrüatı
Bu gün, 11:38
Başçı rəssama olan borcunu icra nümayəndələrinə ÖDƏTDİRİR... - AXI NİYƏ?..
Bu gün, 11:30
Bu binada hərənin ən azı İKİ VƏZİFƏSİ VAR... - AY MAŞALLAH...
Bu gün, 11:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru