Erməni müğənni Paşinyana qarşı çıxdı .....                     Tramp Omanı hədələyib, yeni bəyanat ölkələr arasında diplomatik gərginliyə səbəb olub .....                     9 min manat maaş deputatları qane edirmi? .....                     "Şəkillərin silinməsi müəllim fəaliyyətinin məhdudlaşdırılmasıdır" .....                     Ermənistanda seçkilər ikinci tura qala bilər .....                     "Ermənistan və Azərbaycanda getdikcə daha çox insan sülhün oyun deyil, gerçək olduğuna inanır..." .....                     Əhaliyə bəd xəbər: Bu məhsullar BAHALAŞACAQ .....                     Paşinyan iki stulda oturmaq siyasətinin qurbanına çevrilir .....                     Naxçıvanın sertifikasiya sərgüzəştləri... .....                     “Azərbaycanın yerində olsaydım...” .....                     “Taleyim belə gətirdi, peşman deyiləm” .....                     “Turan Tovuz” Konfrans Liqasına buraxılmayacaq? .....                     SEPAH ABŞ-ın daha bir PUA-sını vurdu .....                     "Sərhəd kəndini məhv etmək planınız varmı?" .....                     Yaponiyada tayfun təhlükəsi səbəbindən təxminən 300 aviareys ləğv edilib .....                     Fitsodan çağırış: .....                     Putin Paşinyana ermənilərlə bağlı nə deyib? .....                     Fars-molla rejimi artıq Tramp hakimiyyətinə inanmır... .....                     Putinin hədəsi işə yarayacaqmı? .....                     Səfər Mehdiyevin bacanağı yüksək vəzifəyə gətirilir... .....                     ADY sanki sərnişinləri aparmır... UÇURUR... .....                     Hippokrat andını SU KİMİ İÇƏNLƏR... .....                     SOCAR rəhbərliyi bir izahat versin, görək... .....                     Paşinyan niyə bir addım öndə görünür... .....                     Doğru-dürüst məlumat almaq da problemdir .....                     Burda müştəri məmnuniyyəti bir xəyaldır... .....                     ACI REALLIQLAR... .....                     "Biz niyə fikirlərimizi nifrət və təhqir olmadan deyə və yaza bilmirik?" .....                     FAİZSİZ KREDİT FIRILDAĞI... .....                     ADY-də pulu bax, belə qazanırlar... .....                     Yeni sorğu Paşinyanın partiyasının inamlı liderliyini göstərir .....                     "Vaxtım gedir, mən bu yaxşılıqdan heç nə qazanmıram" .....                     Rusiya Ermənistana satdığı qazın qiymətini artırmaq istəyir .....                     Türkiyə Hörmüz boğazının açılmasını əsas prioritet hesab edir .....                     “Kəmaləddin Heydərovla bir-birimizi yarım sözdən anlayırıq” .....                     "SF Azerbaijan" BOKT-un xalis mənfəəti 2 dəfədən çox azalıb .....                     Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb .....                     Paşinyan sevərlərə... .....                     Uşaqpulu verilsə... .....                     Rasim Balayevin qəbirüstü abidəsi ilə bağlı .....                 

Paşinyan iki stulda oturmaq siyasətinin qurbanına çevrilir - İNCƏLƏMƏ
Tarix: Bu gün, 10:46 | Çap et

Son zamanlar Ermənistanla Rusiya arasındakı münasibətlər kəskin hal alıb. 2015-ci ildə İrəvanın daxili iqtisadi zəifliyi, onları Avrasiya İqtisadi İttifaqına qoşulmağa məcbur etmişdi. Həmin dövrdə, Ermənistan üçün Rusiyanın hərbi və təhlükəsizlik çətiri həyati əhəmiyyət kəsb edirdi. İndi isə onlar Kremlin siyasi təzyiqləri ucbatından sığınmağa yer axtarırlar. Bu axtarışın bir ucu Avropa İttifaqına gedib çıxır.

Rus oliqarxiyasına məxsus ofislərdə aparılan reydlər və Moskvanın hibrid təzyiqlərinə qarşı Aİ missiyasının “sipər” olaraq bölgəyə dəvət edilməsi, Kremlin səbr kasasını daşırıb. Ötən gün Avrasiya İqtisadi İttifaqının Astanada keçirilən sammitində iştirak edən dörd ölkənin lideri, Ermənistanla bağlı bəyanat qəbul ediblər. Bu gün isə Rusiyanın Ermənistandakı səfiri İrəvanın Aİ-yə meyilli siyasi xətti ilə əlaqədar müzakirə aparmaq üçün Moskvaya çağırılıb.

Mövzu ilə bağlı politoloq Sahil İsgəndərov Sherg.az-a bildirib ki, Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca Rusiya dairələrinin kəskin ritorikaya əl atacağı gözlənilən idi:

"Avropa İttifaqına inteqrasiya xəttini seçən Paşinyan hökuməti, bu addımına görə Rusiyanın yüksək vəzifəli rəsmiləri tərəfindən dəfələrlə xəbərdarlıq alıb. Kreml Ermənistanın Qərblə münasibətləri dərinləşdirməsini onun suveren hüququ hesab etsə də, İrəvanın Aİİ-dən ciddi iqtisadi dividendlər aldığı şəraitdə Avropa İttifaqına inteqrasiya cəhdlərini strateji və iqtisadi xəta kimi qiymətləndirir. Ermənistan iqtisadiyyatının 80%-i birbaşa Rusiya şirkətlərinin nəzarəti altındadır. Ermənistanın qaz nəqli və paylanması sisteminə nəzarət edən “Gazprom Armenia” şirkətinin səhmlərinin 100%-i Moskvaya məxsusdur".

Politoloqun sözlərinə görə Rusiya Ermənistan üzərində iqtisadi rıçaqlarla, geosiyasi maraqlarını qoruyub saxlamağa çalışır:

“Ermənistan güc mərkəzlərinin layihəsi əsasında formalaşdırılmış “kvazi” dövlətdir. Tarixi reallıqlar da göstərir ki, ondan hər zaman geosiyasi alət kimi istifadə olunub. İrəvan Rusiyanın təsirindən qurtulmaq məqsədilə üzünü Qərbə çevirib. Lakin Ermənistan rəhbərliyi fərqinə varmır ki, onlar Qərb üçün regional mübarizədə maşa rolunu oynayır. Ermənistanın ən böyük strateji qüsuru, beynəlxalq münasibətlərdə qərarverici subyekt yox, güc mərkəzlərinin manipulyasiya etdiyi passiv bir obyekt olmasıdır. Erməni ideoloqları həmişə “asılılıq” statusunu böyük güclərə özləri təklif ediblər. Paşinyan hökuməti isə bu tarixi xəttin ziddinə gedərək, Rusiyanın vassallığından xilas olmağa çalışır”.

S.İsgəndərovun fikrincə, Ermənistanı yenidən orbitinə qaytarmaq istəyən Moskva eyni anda həm iqtisadi şantaj mexanizmlərini, həm də İrəvandakı siyasi emissarlarını dövriyyəyə buraxıb:

“Baş nazirliyə namizəd R.Köçaryan, Q.Sarukyan və R.Karapetyan üçlüyü, mahiyyət etibarilə ölkənin müstəqilliyini Moskvanın geosiyasi maraqlarına qurban verməyə hazır kadr korpusudur. Ermənistan daxilində Moskvanın siyasi kursunu dəstəkləyən xeyli qüvvə var. Paşinyan höküməti həqiqətən də çətin vəziyyətdədir. ABŞ dövlət katibi Marko Rubionun İrəvan səfərində imzalanan sazişlər Paşinyan hakimiyyətinin geosiyasi iflasından xəbər verir. ABŞ bu sənədlərlə Ermənistanın daxili iqtisadiyyatına dəstək vermək əvəzinə, ölkənin nadir torpaq metallarına əl qoydu. Təbii ki, ölkənin strateji resurslarının bu şəkildə güzəştə gedilməsi, Paşinyanın reytinqinə zərbə vuracaq”. 

Politoloq qeyd edib ki, Rusiyanın Ermənistanı Avrasiya İqtisadi İttifaqındakı imtiyazlardan məhrum edəcəyi təqdirdə, Paşinyana qarşı xalq etirazları baş qaldıra bilər:

“Ermənistanın eyni anda iki stolda əyləşmək siyasəti iflasa uğrayır. Təsəvvür edin ki, onlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından rəsmən çıxmayıblar, ancaq fəaliyyətlərini dayandırdıqlarını açıqlayırlar. Bunlara nəzərə aldıqda, Kremlin İrəvanın addımlarından doğan narahatlığı əsaslıdır. Sorğu anketlərinə görə Paşinyan hökuməti 30 faizdən yuxarı səs toplasa da, iqtisadi parametrlər seçkilər dönəmində onun üçün ciddi risklər və sınaqlar vəd edir. Çünki cəmiyyət üçün hər şeydən əvvəl iqtisadi rifah önəmlidir. Əsas məsələ ondan ibarətdir ki, Avropa İttifaqı Rusiyanın həm birbaşa, həm də Avrasiya İqtisadi İttifaqı çərçivəsində Ermənistana onilliklər boyu qazandırdığı iqtisadi mənfəətləri əvəzləyə biləcəkmi ? Məsələnin ən kritik tərəfi budur”.

S.İsgəndərovun qənaətinə görə Avrasiya İqtisadi İttifaqının Astandakı sammitində Ermənistanla bağlı qərarların verilməsi gözlənilən idi:

“Həqiqətən də, Aİİ və Avropa İttifaqının iqtisadi əlaqələr konsepsiyası, bazara yanaşma prinsipləri bir-birindən fərqlənir. Əgər Rusiya Ermənistanla iqtisadi əlaqələri kəsərsə, ölkənin iqtisadiyyatı iflic olacaq. Bunun qarşısını almaq üçün Avropa indiyə qədər Rusiyanın Ermənistana verdiyi iqtisadi dividendləri qarşılamalıdır. Amma Aİ buna maraqlı görsənmir. Ermənistanın yeganə çıxış yolu, Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələri inkişaf etdirməkdir. Bunun üçün də Paşinyan höküməti Azərbaycanla sülh müqaviləsi imzalamağa tələsməlidir”.

Politoloq vurğulayıb ki, Azərbaycan və Türkiyə tərəfindən Ermənistana çoxsaylı jestlər edilsə də, qarşı tərəf passiv mövqe sərgiləyir:

“Paşinyan alternativ qaz imkanlarının olduğunu açıqlasa da, bu potensiala malik ölkələr yalnız Azərbaycan və İrandır. Ermənistan üçün ən rasional çıxış yolu Azərbaycanla əməkdaşlığa getməkdir. Çünki ölkəmiz Ermənistanın qaz tələbatını qarşılamağa qadirdir. Hələ ki biz, Ermənistandan sülh prosesinə müsbət təsir göstərəcək addımlar görmürük. Fikrimcə, Rusiya ilə Paşinyan höküməti arasında pərdəarxasında müəyyən sahələr üzrə sövdələşmələr gedir. Bunu da gələcək dönəmdə görəcəyik”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni müğənni Paşinyana qarşı çıxdı - "Qarabağ erməniləri ölkədə təqib olunurlar!"
Bu gün, 11:32
Tramp Omanı hədələyib, yeni bəyanat ölkələr arasında diplomatik gərginliyə səbəb olub - TƏFƏRRÜAT
Bu gün, 11:19
9 min manat maaş deputatları qane edirmi? - "Xoşbəxt o insandır ki..."
Bu gün, 11:12
"Şəkillərin silinməsi müəllim fəaliyyətinin məhdudlaşdırılmasıdır" - AÇIQLAMA
Bu gün, 10:55
Ermənistanda seçkilər ikinci tura qala bilər - ÇÜNKİ...
Bu gün, 10:52
"Ermənistan və Azərbaycanda getdikcə daha çox insan sülhün oyun deyil, gerçək olduğuna inanır..." - Paşinyan belə deyir...
Bu gün, 10:51
Əhaliyə bəd xəbər: Bu məhsullar BAHALAŞACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 10:48
Paşinyan iki stulda oturmaq siyasətinin qurbanına çevrilir - İNCƏLƏMƏ
Bu gün, 10:46
Naxçıvanın sertifikasiya sərgüzəştləri... - İLGİNC
Bu gün, 10:37
“Azərbaycanın yerində olsaydım...” – Rusiya təhlükəsi ilə bağlı diqqətçəkən açıqlama
Bu gün, 10:33
“Taleyim belə gətirdi, peşman deyiləm” - Talıb Tale
Bu gün, 10:25
“Turan Tovuz” Konfrans Liqasına buraxılmayacaq? – Klubdan açıqlama
Bu gün, 10:23
SEPAH ABŞ-ın daha bir PUA-sını vurdu
Bu gün, 10:21
"Sərhəd kəndini məhv etmək planınız varmı?" - İrəvanda GƏRGİNLİK
Bu gün, 09:18
Yaponiyada tayfun təhlükəsi səbəbindən təxminən 300 aviareys ləğv edilib
Bu gün, 09:15
Fitsodan çağırış: - Bu, dünya müharibəsinə səbəb ola bilər!
Bu gün, 09:14
Putin Paşinyana ermənilərlə bağlı nə deyib? – Kremli qarışdıracaq qərar
Bu gün, 09:11
Fars-molla rejimi artıq Tramp hakimiyyətinə inanmır... - KİV
Bu gün, 09:00
Putinin hədəsi işə yarayacaqmı? - GƏLİŞMƏ
Bu gün, 08:42
Səfər Mehdiyevin bacanağı yüksək vəzifəyə gətirilir... - İDDİA
Bu gün, 08:33
ADY sanki sərnişinləri aparmır... UÇURUR... - Di gəl, anla...
Bu gün, 08:25
Hippokrat andını SU KİMİ İÇƏNLƏR... - BU NƏDİ BELƏ?
Bu gün, 08:17
SOCAR rəhbərliyi bir izahat versin, görək... - MÜRACİƏT
Bu gün, 08:01
Paşinyan niyə bir addım öndə görünür... - AKTUAL
Bu gün, 07:48
Doğru-dürüst məlumat almaq da problemdir - NARAZILIQ VAR...
Bu gün, 07:42
Burda müştəri məmnuniyyəti bir xəyaldır... - GİLEY
Bu gün, 07:34
ACI REALLIQLAR... silsiləsindən...
Bu gün, 07:20
"Biz niyə fikirlərimizi nifrət və təhqir olmadan deyə və yaza bilmirik?" - ETİRAZ
Bu gün, 07:14
FAİZSİZ KREDİT FIRILDAĞI... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:03
ADY-də pulu bax, belə qazanırlar... - AXI NİYƏ?..
Bu gün, 06:48
Yeni sorğu Paşinyanın partiyasının inamlı liderliyini göstərir - 65% səs...
Bu gün, 06:31
"Vaxtım gedir, mən bu yaxşılıqdan heç nə qazanmıram" - ONA GÖRƏ DƏ...
Bu gün, 06:19
Rusiya Ermənistana satdığı qazın qiymətini artırmaq istəyir - KİV
Dünən, 17:00
Türkiyə Hörmüz boğazının açılmasını əsas prioritet hesab edir
Dünən, 16:51
“Kəmaləddin Heydərovla bir-birimizi yarım sözdən anlayırıq” – Baba Vəziroğlu
Dünən, 16:44
"SF Azerbaijan" BOKT-un xalis mənfəəti 2 dəfədən çox azalıb
Dünən, 16:41
Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb
Dünən, 15:34
Paşinyan sevərlərə... - Unutmayaq ki...
Dünən, 15:28
Uşaqpulu verilsə... ...sərhəd açılsa, nə olar?!!
Dünən, 15:24
Rasim Balayevin qəbirüstü abidəsi ilə bağlı AÇIQLAMA
Dünən, 15:19
Ermənistan iqtisadiyyatı sanksiyalara tab gətirə biləcəkmi? - GƏLİŞMƏ
Dünən, 15:16
“Babək” yatağı niyə BP-yə verilir - Bakının strateji planı
Dünən, 15:13
ARVAD... - Dəyişək... amma nə ilə?
Dünən, 15:10
Paşinyanın taleyini xarici amillər müəyyənləşdirə bilər? — Deputatdan AÇIQLAMA
Dünən, 15:09
Rus konsul ölkədən çıxarıldı, Zaxarova qəzəbləndi: - NATO-ya PUA çağırışı
Dünən, 15:04
“Səni unutmaq günahdır, amma unuduldun....” - Xalq artisti
Dünən, 15:02
Ermənistan İrandan bu raketləri aldı - Foto
Dünən, 15:00
Ermənistandan Rusiyanı qəzəbləndirəcək şok statistika... - Əhalinin 75 faizi o qərarı verdi
Dünən, 14:54
Karapetyan Ermənistan parlamentin spikerini məhkəməyə verib - BUNA GÖRƏ...
Dünən, 14:48
Moskvanın İrəvana təhdidləri dayanmır – Gərginlik pik həddə
Dünən, 13:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru