Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                     Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? .....                 

Paşinyan "üç vektor" üzrə "rus ruleti"nə başladı... - Ermənistanı dərin təhlükəsizlik böhranı gözləyir
Tarix: 25-03-2026, 13:16 | Çap et

Cənubi Qafqazda geopolitik proseslər inkişaf etdikcə, Paşinyan hakimiyyətinin xarici siyasət kursu da tədricən daha mürəkkəb və çoxvektorlu xarakter alır. Rəsmi İrəvan eyni vaxtda Rusiya ilə kəskin qarşıdurma təhlükəsindən yayınmağa, Avropa Birliyinə yaxınlaşma cəhdlərini intensivlışdirməyə və Türkiyə istiqamətində isə münasibətləri normallaşdırmağa çalışır. Bu isə ilk baxışdan, Ermənistanın xarici siyasətində klassikləşmiş “çoxvektorlu balans” modelini xatırlatsa da, əsl reallıqda daha riskli və ziddiyyətli geopolitik oyunun əlamətlərini sezdirir.

Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvan Kreml ilə siyasi-diplomatik dialoqu davam etdirir. Ancaq eyni zamanda, Rusiyaya yönəlik strateji asılılıqdan idarə olunan şəkildə uzaqlaşma modelini də gücləndirməyə çalışır. Belə ki, baş nazir Nikol Paşinyanın prezident Vladimir Putin ilə son telefon danışığında iki ölkənin əməkdaşlığında enerji, nəqliyyat və ticarət sahələri prioritet kimi vurğulanıb. Bu isə Ermənistanın Rusiyadan asılılığının ciddi şəkildə qoruduğunu göstərir.

Məsələ ondadır ki, Ermənistanın enerji infrastrukturu böyük ölçüdə Rusiyaya bağlıdır. Bu asılılıq isə qısa müddətdə aradan qaldırıla biləcək bir xarakter daşımır. Üstəlik, bu ölkənin nəqliyyat-logistika sisteminin əsas istiqamətlərinə də hələlik məhz Rusiya nəzarət edir. Bununla yanaşı, tərəflərin yaxın gələcəkdə liderlər səviyyəsində görüş barədə razılığa gəlməsi Kremlin Ermənistan üzərində təsir imkanlarını tam itirməmək niyyətini göstərir.

Ancaq mövcud regional proseslərin geopolitik dinamikası onu göstərir ki, Paşinyan hakimiyyəti artıq əvvəlki kimi Rusiyaya tam inteqrasiya olunmuş təhlükəsizlik modelinə güvənmək niyyətində deyil. Bu isə faktiki olaraq, rəsmi İrəvan tərəfindən Rusiyaya münasibətdə “strateji asılılıqdan idarə olunan modeldə uzaqlaşma” siyasətinin həyata keçirildiyini deməyə tamamilə əsas verir.

Maraqlıdır ki, Kremllə siyasi-diplomatik dialoqu qorumağa çalışan Ermənistanın həm də Avropa Birliyi ilə münasibətlərində yeni mərhələyə can atdığı müşahidə olunur. Belə ki, rəsmi İrəvanın Avropa Sülh Fondu çərçivəsində üçüncü maliyyə paketi üçün müraciət edilməsi yalnız maliyyə-iqtisadi və texniki yardım məsələsi deyil. Və geopolitik proseslərin inkişafı onu göstərir ki, bu, əslində, daha geniş geostrateji anlam daşıyır.

Məsələ ondadır ki, bu addım, ilk növbədə, Ermənistanın öz təhlükəsizlik arxitekturasını yenidən qurmağa çalışdığını göstərir. Belə ki, əvvəllər bu ölkənin təhlükəsizlik sistemi əsasən Rusiya faktoruna söykənirdi. Ancaq indi isə Avropa Birliyi tədricən bu sahədə alternativ geopolitik tərəfdaş rolunu oynamağa başlayıb.

Təbii ki, bütün bunlar isə Avropa Birliyinin Ermənistana münasibətdə “yumşaq güc” mexanizmlərindən istifadə etməyə çalışdığını göstərir. Yəni, Brüssel Ermənistan üzərindən Cənubi Qafqaza "giriş pəncərəsi" açmağa cəhd etdiyini biruzə verir. Və bu baxımdan, Avropaya sərbəst gediş-gəliş imkanları Ermənistan cəmiyyətində uzunmüddətli perspektivdə geopolitik orientasiyanın ciddi şəkildə dəyişməsinə səbəb ola bilər.

Digər tərəfdən, Rusiyanı narahat edən daha bir önəmli geostrateji problem məhz Cənubi Qafqazda Türkiyənin təsir dairəsinin sürətlə genişlənməsi ilə bağlıdır. Belə ki, hazırda Rusiyanın hərbi müttəfiqi olan Ermənistanın xarici siyasətində ən həssas və perspektivli istiqamətlərdən biri də məhz Türkiyə ilə münasibətlərin normallaşdırılmasıdır. Hətta son aylarda bu istiqamətdə müşahidə olunan siyasi dinamika artıq simvolik addımları geridə qoyaraq, konkret iqtisadi və infrastruktur layihələri mərhələsinə keçib.

Əslində, hazırda sürətlə inkişaf edən bu proses Ermənistan üçün yalnız Türkiyə ilə münasibətlərin normallaşmasına bağlı imkanlarla məhdudlaşmır. Çünki bu, həm də rəsmi İrəvan üçün Ermənistanı regional iqtisadi təcriddən çıxartmsq şansı deməkdir. Və üstəlik, Türkiyə üzərindən Avropa bazarlarına çıxış perspektivi Ermənistan üçün strateji əhəmiyyət daşıyır.

Ancaq təbii ki, Ermənistanın bu çoxvektorlu siyasəti Cənubi Qafqazın əsas geopolitik iradə sahibi olan Azərbaycanın mövqeyi və maraqlarl nəzərə alınmadan real nəticələr verə bilməz. Çünki Ermənistanın Türkiyə ilə normallaşma prosesi faktiki olaraq, rəsmi İrəvanın Azərbaycan ilə əldə edəcəyi razılaşmalardan birbaşa asılıdır.

Belə ki, regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması, xüsusilə də, Zəngəzur dəhlizi ilə bağlı prosesdə rəsmi Bakı hegemon mövqeyə malikdir. Ona görə də, belə vəziyyət Ermənistanın manevr imkanlarını ciddi şəkildə çərçivələndirir. Və hətta regional proseslər inkişaf etdikcə, Ermənistanı məhz Azərbaycanın geopolitik iradəsindən asılı vəziyyətə salır.

Bununla belə, mövcud reallıqlar onu göstərir ki, Paşinyan hakimiyyətinin “üç vektor” strategiyası qısamüddətli perspektivdə Ermənistan üçün yeni imkanlar da açır. Belə ki, bu siyasət Ermənistana həm iqtisadi-ticari alternativlər, həm də siyasi-diplomatik manevr imkanları qazandıra bilər. Ancaq uzunmüddətli perspektivdə bu modelin davamlılığı ciddi suallar da doğurur. Çünki Rusiya, Avropa Birliyi və Türkiyə kimi, qlobal aktorların maraqları bir-biri ilə kəskin ziddiyyət təşkil edir.

Məsələ ondadır ki, belə bir şəraitdə rəsmi İrəvanın eyni vaxtda bütün bu istiqamətlər üzrə balans yaratmaq cəhdi Ermənistanı daha genişmiqyaslı geopolitik qarşıdurmanın mərkəzinə çevirə bilər. Bu baxımdan, rəsmi İrəvanın Ermənistan üçün yeni geopolitik model qurmağa nail olma ehtimalı hələlik müəyyən suallar doğurur.

Göründüyü kimi, rəsmi İrəvanın çoxvektorlu siyasətində uğursuzluq Ermənistanı nəticə etibarilə təhlükəsizlik boşluğuna sürükləyə bilər. Ona görə də, Paşinyan hakimiyyəti hələlik daha çox üç istiqamət üzrə "rus ruleti"nə başlamış kimi görünür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Bu gün, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Bu gün, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Bu gün, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Bu gün, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Bu gün, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Bu gün, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Bu gün, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Bu gün, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Bu gün, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Bu gün, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Bu gün, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Bu gün, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Bu gün, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Bu gün, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Bu gün, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Bu gün, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Bu gün, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Bu gün, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Bu gün, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Bu gün, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Bu gün, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Bu gün, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Bu gün, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Bu gün, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Bu gün, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Bu gün, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Bu gün, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Bu gün, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Bu gün, 10:04
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35
Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42
Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? - İLGİNC FAKTLAR
Bu gün, 05:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru