Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens üçün xərclədiyi məbləğ ortaya çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Bildirilib ki, 9 fevralda Vens və nümayəndə heyətinin digər üzvləri üçün qonaqlıq təşkil edilib.
“Onlar üçün 200 nəfərlik “açıq bufet” təşkil olunub. Qonaqpərvərlik xidmətinə müxtəlif çeşiddə şirniyyatlar, quru meyvələr, mövsümi meyvələr, isti və soyuq yeməklər, o cümlədən balıq, pendir və zeytun çeşidi, təbii və qazlı içkilər və sair daxil olub. Bu xidmətin göstərilməsi üçün büdcədən 11.112.600 dram (təxminən 49- 50 min manat) ödənilib”, – deyə bildirilib.









