AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                 

Qan gölündə üzmək istəməyənlər Güney Azərbaycanın heysiyyatı ilə oynamasın - Heydər Oğuz yazır...
Tarix: 16-03-2026, 11:18 | Çap et

İranda fəaliyyət göstərən bir sıra kürd qruplaşmaları ölkədəki mövcud hakimiyyətə qarşı bəyanatla çıxış ediblər. Bəyanatda İran azərbaycanlılarına müraciət də yer alıb. Kürd qruplaşmaları azərbaycanlıları əməkdaşlığa və dialoqa çağıraraq, kürdlər və azərbaycanlıların birgə yaşadığı bölgələrdə ortaq yerli idarəetmə modeli yaratmağın mümkünlüyündən danışıblar.
Bəs, Cənubi Azərbaycan türkləri bu çağırışa necə cavab verəcək?
Sözsüz ki, bu sualın cavabını vermək hüququna malik deyiləm. Müraciətin ünvanı güneyli soydaşlarımızdır və böyük ehtimalla bu çağırışa lazımi cavabı da onlar verəcək. Mən sadəcə bir Quzey Azərbaycan türkü kimi bəzi təxminlər irəli sürə bilərəm. Mənim təxminimə görə, kürd separatçılarının bu müraciətində güneyli qardaşlarımızı qane etməyən bəzi müddəalar var. Başlıca müddəa isə bəzi Azərbaycan əyalətlərində ortaq idarəetmə sistemi qurulması ilə bağlıdır. İran PKK-nın (PJAK) həmsədri Əmir Kərimi “Sterk TV” kanalına verdiyi müsahibədə də bu arzularını gizlətməyərək deyib: “PJAK olaraq biz hər yerdəyik. Urmiyadan İlama, Zaqros dağlarına, Kirmanşaha qədər hər yerdə varıq və istəyirik ki, hər kəs də bu ərazilərdə mövcud olsun”.
İran kürd separaçı təşkilatlarının ən böyüyü olan PJAK-ın həmsədri deyəsən unudur ki, ilk sırada adını çəkdiyi Urmiyaya iddiaları Azərbaycan türkü ilə İran kürdləri arasında bölünmənin ən başlıca ünsürüdür. Nə vaxta qədər kürd separatçıları bu iddialarından əl çəkməyəcəklər, Azərbaycan türkü ilə onların birgə fəaliyyəti mümkün olmayacaq.
Sözsüz ki, Əmir Kərimi bu fikirləri öz başına demir. Böyük ehtimalla onu danışdıran İsrail və ABŞ yetkililəridir. Mən onun timsalında həm də ağalarına üzümü tutub bildirmək istəyirəm ki, Urmiyədə ortaq idarəçilik fikrini öz proksilərinizə empozə etməklə əslində siz İranın mövcud rejiminin ömrünü uzatmaqla qalmır, həm də o binəva “müttəfiq”lərinizi növbəti dəfə qırğına sürükləyirsiniz. Görünür, Azərbaycan türkünün torpağına, elinə bəslədiyi məhəbbətdən xəbəriniz yoxdur.
Gəlin, o zaman sizə bu mövzuda bir neçə örnək göstərim.
Azərbaycan türkünün milli mentalitetini, dövlətçilik şüurunu anlamaq üçün əsasən iki mənbəyə nəzər salmaq lazımdır. Bunlardan biri minillərin süzgəcindən süzülə-süzülə gələn folklorumuz, digəri isə bizi yaxından tanıyan düşmənlərimizin barəmizdə yazdıqları salnamələr, xatirələrdir. Hər iki mənbəyə nəzər salanda türklərin, o cümlədən Azərbaycan xalqının vətəni, torpağı bütün şəxsi dəyərlərindən üstün tutduğunu, onu kiminləsə paylaşmadığını görə bilərik. Bunun səbəbi isə vətənə, torpağa ümummilli namus kimi baxmağımızdan irəli gəlir. Torpaq ümummilli namus olduğundan onu öz şərəf və ləyaqətimizdən belə üstün tutmuşuq.
“Kitabi-Dədə Qorqud”dakı “Salur Qazanın evinin yağmalanması” boyunda bildirilir ki, Şöklü Məlikin qoşunları ova başı qarışan Salur Qazanın evinə basqın edir. Onun 40 incə bel qızıyla yoldaşı Burla xatunu və oğlu Uruzu əsir edib özləriylə aparır. Salur Qazan bunu eşidib onları xilas etməyə yollanır. Yolda Qaraca Çoban da ona qoşulmaq istəyir. Salur Qazan isə bununla razılaşmır. Deyir ki, el-oba nə fikirləşər. Deməzlərmi ki, Salur Qazan ailəsini, namusunu hansısa bir çobanla bir yerdə qurtardı? Böyük mübahisələr əsnasında Şöklü Məlikin qoşunlarının onun da iki qardaşını öldürdüyü və beləcə qisas almaq hüququnun doğduğunu bildirdikdən sonra Salur Qazan çar-naçar Qaraca çobanın da döyüşə qatılması ilə razılaşır. Bu rəvayət onu göstərir ki, türk mentalitetinə görə, şəxsi namus yalnız həqarətə məruz qalmış tərəfi maraqlandırır. Kiminsə buna qarışmasına xoş baxılmır.
Amma söhbət ümummilli namusa gəlincə, vəziyyət dəyişilir. Vətən, torpaq, ulusun şərəf və ləyaqətinin də yer aldığı ümummilli namus uğrunda türklər son nəfərinə qədər qırılmağı belə gözə alıb döyüşə atılıblar. Qədim Çin salnamələri də bunu təsdiq edir. Məsələn eramızdan 250 il əvvələ aid bir Çin salnaməsinin bildirdiyinə görə, Xan sülaləsinin hökmdarı ondan atını və qadınını istəyir. Güclü düşmənlə döyüşə girib Hun xalqını qırğına vermək istəməyən Mete bu tələbləri yerinə yetirir. Çin hökmdarı Hun ərazilərini istəyəndə isə Mete xan qoşunlarını toplayıb onunla qeyri-bərabər döyüşə girir və qələbə çalır. Saray əyanları ondan əvvəlki qətiyyətsizliyinin səbəbini soruşanda isə belə cavab verir: “At, arvad da mənim idi və mən öz şəxsi dəyərlərim üçün xalqımı güclü düşmən qarşısına ata bilməzdim. Torpaq isə mənim yox, elin namusudur. Onu düşmənə vermək mənə yaraşmazdı”.
Bir-birindən 1000-1500 il əvvəl və sonra qələmə alınan bu iki tarixi hadisə göstərir ki, türklər eyni torpaqda başqaları ilə birgə yaşaya bilərlər. Amma onun sahibliyini kimlərləsə bölüşməzlər. Türkün torpağına göz dikmək istəyənlər mütləq qan gölündə üzməyi gözə almalıdırlar. Ya öz qanlarında, ya da türkün qanında.
Kimsə düşünməsin ki, nəql etdiyim bu hadisələrin üzərindən 1000 və ya 2500 il keçib. Artıq torpaq üstündə qan gölündə çimməyi gözə alan türk yoxdur. Cəmi bundan 120 il əvvəl “Məşrutiyyət” inqilabını başladan Səttar xandan bir misal gətirmək istəyirəm. Azərbaycan türklərinin “Sərdari-milli” adlandırdıqları Səttar xan öz xatirələrində yazırdı: “Səttar xanın xatirələri antologiyası” kitabında bu barədə dəlil var. Kitabda Azərbaycanın Məşrutə Hərəkatının rəhbəri Səttar xan yazırdı:
“Təxminən 9 aya yaxındır ki, mühasirə (Təbrizin mühasirəsi) altındaydıq... Yeməksiz-içməksiz, paltarsız... Düşərgədən çıxdım... Qucağında uşaq olan bir qadınla rastlaşdım. Gördüm ki, uşaq anasının qucağından enib çəmənə doğru getdi. Aclıqdan otu kökündən qoparıb torpaqlı-torpaqlı yeməyə başladı. Öz-özümə dedim ki, indi o uşağın anası məni söyür və fikirləşir: “Allah Səttar xana lənət etsin, bizi bu günə salan yerdə”. Amma ana uşağın yanına gəlib onu qucaqladı və dedi: “Eybi yox, balam. Biz torpaq yeyərik, amma torpaq vermərik”. Elə o zaman həyatımda ilk dəfə gözdən yaş axdı”.
Çox uzağa getməyək, bu gün PKK ünsürlərinin göz dikdikləri Urmunun cəmi 1 neçə il əvvəl dünyasını dəyişmiş imam-cüməsi vardı - Höccətul-İslam Qulamrza Həsəni. İslam inqilabından dərhal sonra kürd separatçıları Güney Azərbaycanın qərb bölgələrində türk qətliamına başlamışdılar. Sulduz şəhərində ən azı 2000 nəfəri öldürüb, soydaşlarımızı öz yurd-yuvalarından didərgin salmağa çalışırdılar. Həmin vaxt Molla Həsəni cübbəsini-əmmaməsini çıxarıb terrorçulara qarşı mübarizəyə atılmış və yerli əhalini təşkilatlandıraraq bölgəni terrorçulardan təmizləmişdi. Adam idealları uğrunda mübarizədə hətta yolunu azan oğlunu belə öz əlləri ilə molla rejiminə təslim etmiş və üzərindən bir neçə il keçəndən sonra mollalar bu gənc oğlanı asmışdılar. Sonralar Həsəni ABŞ media orqanlarına verdiyi müsahibədə həmin hadisəni xatırlayaraq belə demişdi: “İbrahim peyğəmbər belə oğluna qıymamışdı. Mən isə ideyam uğrunda öz oğlumu qurban verdim və bundan peşman deyiləm”.
Qısası, kimlərsə onun-bunun oyununa gəlib Azərbaycan türkünün heysiyyatı ilə oynamağa qalxışmasın. Cənubi Azərbaycan xalqı öz idealları və torpaqları uğrunda mübarizədə lazım gələrsə, oğlunu da qurban verə bilər, lazım gələrsə torpaq da yeyər. Amma milli namus hesab etdiyi torpağının bir qarışını belə kimsəyə verməz.
Heydər Oğuz - "DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Bu gün, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Bu gün, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Bu gün, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Bu gün, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Bu gün, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Bu gün, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Bu gün, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Bu gün, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Bu gün, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Bu gün, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Bu gün, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Bu gün, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Bu gün, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Bu gün, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Bu gün, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Bu gün, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Bu gün, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Bu gün, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Bu gün, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Bu gün, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Bu gün, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Bu gün, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Bu gün, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Bu gün, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Bu gün, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Bu gün, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Bu gün, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Bu gün, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Bu gün, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Bu gün, 10:04
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35
Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru