AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                 

İranda “qara yağış”: Azərbaycana TƏHLÜKƏ qalır? - Görünəni odur ki...
Tarix: 14-03-2026, 08:32 | Çap et

Son günlər İranda müşahidə olunan qeyri-adi hava hadisəsi – “qara yağış” ölkə daxilində və regionda ciddi müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə və mediada yayılan görüntülərdə Tehranda yağan yağışın tərkibində qara çöküntülərin olduğu açıq şəkildə görünür. Mütəxəssislər bildirirlər ki, bu cür yağıntı atmosferdə toplanan tüstü, yanma məhsulları, toz və müxtəlif kimyəvi maddələrin yağış damcıları ilə birlikdə yerə düşməsi nəticəsində yaranır. Ekoloqların sözlərinə görə, belə hallarda yağış suyu adi yağıntıdan fərqli olaraq tərkibində çoxlu zərərli maddələr daşıya bilir. Bu maddələr insan sağlamlığı üçün risk yarada, dəri və tənəffüs yolu xəstəliklərini artıra, eyni zamanda torpağa və su mənbələrinə düşərək ekoloji problemlərə səbəb ola bilər.

“Qara yağış” və ya çirkli yağıntı adlandırılan bu fenomen əslində dünyada yeni hadisə deyil. Bu, adətən böyük yanğınlar, sənaye tullantıları, neft məhsullarının yanması və ya hərbi əməliyyatlar zamanı atmosferə yayılan hissəciklərin yağışla birlikdə yerə çökməsi nəticəsində baş verir. Tarixdə bu tip hadisələr bir neçə dəfə qeydə alınıb. Məsələn, 1991-ci ildə İraqda baş verən Körfəz müharibəsi zamanı yandırılan neft quyularının tüstüsü region ölkələrində qara çöküntülərlə müşahidə olunan yağıntılara səbəb olmuşdu. Həmin dövrdə atmosferə milyonlarla ton tüstü və zəhərli qaz buraxıldığı bildirilirdi. Bu çirklənmə nəticəsində bəzi ölkələrdə havanın sıviyyəsi kəskin pisləşmiş, insanların sağlamlığı üçün təhlükə yaranmışdı.

Bənzər hadisələr sənayeləşmiş ölkələrdə də müşahidə olunub. XX əsrin ortalarında Böyük Britaniyada və Almaniyada ağır sənaye tullantıları səbəbindən tünd rəngli və turşulu yağıntılar qeydə alınmışdı. Hətta 1952-ci ildə Londonda baş verən məşhur “Böyük duman” hadisəsi zamanı havadakı çirklənmə minlərlə insanın həyatına son qoymuşdu. Son illərdə isə belə yağıntılar daha çox böyük meşə yanğınları və ya sənaye qəzası ilə əlaqələndirilir. Məsələn, Avstraliya və ABŞ-da baş verən geniş meşə yanğınları zamanı bəzi ərazilərdə kül və tüstü hissəciklərinin yağış damcıları ilə birlikdə yerə düşməsi qeydə alınmışdı. İranda müşahidə olunan son hadisə də oxşar səbəblərlə izah edilir. Ekoloqlar bildirir ki, Tehranda yağan “qara yağış” şəhərdəki yüksək səviyyəli hava çirklənməsi və yanma məhsullarının atmosferdə toplanması ilə bağlıdır. Bu cür yağıntının tərkibində müxtəlif toksiki maddələr ola bilər. Belə maddələr isə tənəffüs sistemi üçün təhlükə yaradır, dəri xəstəliklərinə səbəb ola və içməli su mənbələrini çirkləndirə bilər. Mütəxəssislərin bildirdiyinə görə, regionda formalaşan hava axınları yaxın günlərdə bu çirklənmiş hava kütlələrinin Mərkəzi Asiya ölkələri, Çin, Pakistan və Əfqanıstan istiqamətində hərəkət etməsinə səbəb ola bilər. Bu isə məsələnin təkcə İran üçün deyil, region ölkələri üçün də diqqətlə izlənilməli bir proses olduğunu göstərir.

Milli Hidrometeorologiya Xidməti rəisinin müavini Gülnarə Abbasova da bildirib ki, hazırda ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti regionda formalaşan sinoptik proseslərlə bağlıdır.
Bəs İranda müşahidə olunan bu hadisənin Azərbaycana təsir etməsi mümkündürmü? Mövcud risk nə qədər realdır və təhlükənin sovuşduğunu nə vaxt demək olar?

Ekoloq, biologiya üzrə fəlsəfə doktoru Fikrət Cəfərov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Təhlükə var. Amma Azərbaycan üçün təhlükə nə qədərdir, bunu demək çox çətindir. Bir neçə il bundan əvvəl İraqda neft quyuları yananda Azərbaycana da böyük təhlükə yarada bilərdi. Lakin monitorinq aparıldı, nəticədə aydın oldu ki, “külək gülü” həmin ərazilərdə birbaşa okean tərəfə, ya da yanan toksiki qazlara qərb tərəfə aparır. İranda da “külək gülü” elə əmələ gəlib ki, Azərbaycana çox cüzi şəkildə nə isə gətirə bilər. Özü də həmin quyular birbaşa Azərbaycandan xeyli uzaqdadır. Fikrimcə, bu böyük ekoloji təhlükədir. İran üçün ekoloji böhrandır. Lakin Azərbaycana bu təsir göstərə bilməz”.

Ekoloq Qorxmaz İbrahimlinin sözlərinə görə, Yaxın və Orta Şərqdə baş verən hər bir hadisə Azərbaycana mütləq təsir edəcək, çünki eyni coğrafiyada yerləşir: “İranda baş verən müharibə, istifadə edilən silahların nəticəsində yaranan ekoloji problemlər mütləq Azərbaycana təsir göstərəcək. Cənub və cənub-şərq, cənub-qərb küləkləri o havanı Azərbaycan ərazisinə gətirir. Bu, bir aksiomadır. Hazırda Tehranda yağan “qara yağışlar”ın səbəbi bəllidir. Orada yanacaq depolarının, anbarlarının vurulması nəticəsində Tehranın üzərini qara dumanlar örtüb. Ancaq bunlar tək həmin ərazi ilə yekunlaşmayacaq. Həmin karbonhidrogen qarışığı havada çirklənmə yaratmaqla yanaşı insanların vücudlarına, tənəffüs orqanlarına zərər verir”. (Pravda.az)

O qeyd edib ki, Tehran özü dünyanın ən çirkli şəhərlərindən biri idi və Amerika, İsrailin hərbi hücumları nəticəsində daha da çirklənib: “Təsiri Azərbaycan ərazisi ilə yanaşı Şimali Qafqaza kimi gedib çıxa biləcək. Hər hansısa qorunma üsulu isə yoxdur. Qorunmaq, qarşısını almaq üçün sadəcə müharibələr dayandırılmalıdır. Müharibələri də dayandıran yoxdur. Çünki güclü olana kimsə etiraz edə bilmir. Bu çirklilik də paralel olaraq mütləq şəkildə xəstəliklər yaradacaq. Dəri xəstəlikləri ilə yanaşı tənəffüs yolu, ağciyər xəstəlikləri də yarana bilər. Orada radioaktiv zəhərlənmə başlasa, o da bizim ərazimizə gəlib çıxacaq və olduqca təhlükəlidir. Nəzərə alsaq ki, bu şübhələr də var...”

Musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Dünən, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Dünən, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Dünən, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Dünən, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Dünən, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Dünən, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Dünən, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Dünən, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Dünən, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Dünən, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Dünən, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Dünən, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Dünən, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Dünən, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Dünən, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Dünən, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Dünən, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Dünən, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Dünən, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Dünən, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Dünən, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Dünən, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Dünən, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Dünən, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Dünən, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Dünən, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Dünən, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Dünən, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Dünən, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Dünən, 10:04
Azərbaycan nefti bahalaşıb
Dünən, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Dünən, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Dünən, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Dünən, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Dünən, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Dünən, 09:35
Ağzını açdı və... - REPLİKA
Dünən, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Dünən, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Dünən, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Dünən, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Dünən, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Dünən, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Dünən, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Dünən, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Dünən, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Dünən, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Dünən, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Dünən, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Dünən, 05:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru