İrandan Türkiyəyə iki raketin atılması turizm sektorunda dalğalanma yaradıb. Belə ki, bəzi Azərbaycan vətəndaşları Novruz bayramına planlaşdırdıqları səfərləri, hətta yay ayları üçün aldıqları aviabiletləri ləğv etməyə başlayıblar.
Globalinfo.az-a danışan turizm üzrə ekspert Ceyhun Aşurov deyib ki, İran, ABŞ və İsrail arasında baş verən müharibə regionda gərginliyi artırır:
Ekspert bildirib ki, bu vəziyyət eyni zamanda daxili turizmin canlanmasına səbəb ola bilər:
“Xaricə səfər etməyi planlaşdıran vətəndaşların bir qismi istirahət üçün rayonlara üz tuta bilərlər. Onsuz da Novruz günlərində daxili turizm bazarında aktivlik ənənəvi olaraq yüksək olur. Son illərdə regionlarda otellərin sayı müəyyən qədər çoxalıb, eyni zamanda kənd evləri, villalar və “A-Frame” tipli istirahət evləri kimi alternativ yerləşdirmə məkanları geniş yayılıb. Bu baxımdan bayram günlərində regionlarda turizm aktivliyinin yüksək olacağı gözlənilir və ciddi narahatlıq üçün əsas görünmür”.









