Azərbaycanın aparıcı banklarından olan "Unibank" ASC 2025-ci ilin yekun maliyyə göstəricilərini açıqlayıb. Bank ili mənfəətlə başa vursa da, hesabatın detalları iqtisadi analitiklər üçün maraqlı və bir o qədər də düşündürücü mənzərə yaradır.
Əməliyyat Effektivliyi: Gəlir və xərcin mübarizəsi
Bankın xalis mənfəəti artsa da, əməliyyat xərclərinin (qeyri-faiz xərcləri) yüksək olması diqqətdən yayınmır. Aşağıdakı cədvəldə bankın mənfəət strukturunu görə bilərsiniz:
Analiz: Bankın 116 milyon manatdan çox qeyri-faiz xərci (inzibati və digər) var ki, bu da "əməliyyat effektivliyi" sualını ortaya qoyur. Kredit Riski: "Problemli" portfelin analiziBankın ziyanına yazıla biləcək ən böyük faktorlardan biri qeyri-standart (riskli) kreditlərin həcmidir. Hesabata əsasən, vaxtı geçmiş və ümidsiz kreditlərin məbləği kifayət qədərdir:
|
Məfəət və zərər haqqında hesabat (seçilmiş bəndlər) |
Cari dövr (min manatla) |
|---|---|
|
1. Faiz gəlirləri: |
251,232.67 |
|
1.1. Müştərilərə verilmiş kreditlər |
238,049.76 |
|
2. Faiz xərcləri: |
108,141.32 |
|
2.1. Depozitlər üzrə faizlər |
82,033.85 |
|
3. Xalis faiz gəliri/(zərəri) |
143,091.35 |
|
4. Qeyri-faiz gəlirləri: |
146,289.50 |
|
5. Qeyri-faiz xərcləri: |
116,778.69 |
|
6. Əməliyyat mənfəəti/(zərəri) |
172,602.16 |
|
7. Xalis mənfəət (zərər) |
33,356.12 |
|
Kredit portfelinin keyfiyyəti |
Məbləğ (min manatla) |
Xüsusi çəkisi |
|---|---|---|
|
Vaxtı keçmiş kreditlər |
40,692.05 |
3.11% |
|
Qeyri - standart kreditlər (Cəmi) |
65,366.25 |
5.01% |
|
- Qeyri-qənaətbəxş kreditlər |
42,859.52 |
3.28% |
|
- Təhlükəli kreditlər |
7,084.57 |
0.54% |
|
- Ümidsiz kreditlər |
15,422.15 |
Analiz: 15.4 milyon manatlıq "Ümidsiz kredit" birbaşa bankın gələcək mənfəətindən silinməli olan və ya artıq silinmiş vəsaitlərdir. 65 milyon manatlıq qeyri-standart portfel isə bank üçün "saatlı bomba" rolunu oynaya bilər.
Valyuta Həssaslığı: Açıq mövqe riski Unibank-ın xarici valyuta aktivləri və öhdəlikləri arasındakı fərq, manatın sabitliyi pozularsa, ciddi ziyan yarada bilər:
|
İri kredit tələbi |
Məbləğ (min manatla) |
Məcmu kapitala nisbəti |
|---|---|---|
|
İri kredit tələbi (cəmi) |
24,322.42 |
Yekun nəticə bunu göstərir ki ...Bankın rəsmi hesabatlarına söykənən bu rəqəmlər göstərir ki, "Unibank" ASC 2025-ci ili rəqəmsal olaraq uğurla başa vursa da, 81 milyon manatlıq ehtiyat ayırması, 65 milyonluq qeyri-standart kredit portfeli və yüksək inzibati xərclər bankın "yumşaq qarnıdır".
Qeyd edək ki, Hazırda “Unibank” ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti olaraq Heybət Qədirov icra edir. Bankın əsas səhmdarı və Müşahidə Şurasının sədri isə Eldar Qəribovdur. 32gun.az









