Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                 

Molla rejiminin dəyişməyən xisləti: Tehran regionu xaosa sürükləyir - İNCƏLƏMƏ
Tarix: 6-03-2026, 16:30 | Çap et

Ötən gün Azərbaycanın Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.

İranın bu təxribat-terror əməlinə rəsmi Bakıdan sərt reaksiya verilib. İranın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, ona etiraz notası təqdim olunub. Bununla yanaşı, Prezident İlham Əliyev təcili şəkildə Təhlükəsizlik Şurasının iclasını keçirib. Ölkə başçısı çıxışında Tehranın ünvanına kəskin ifadələr işlədib və hücumlara görə İran qarşısında tələblər qoyub.

Naxçıvana dron hücumları beynəlxalq aləmdə də kəskin reaksiyalara səbəb olub. Əksər ölkə Azərbaycana hücumu pisləyib, bunun regionda gərginliyə xidmət etdiyini bildirib.

ABŞ və İsraillə müharibə aparan İranın Azərbaycana hücumu hadisəsi, bunun səbəbləri və nəticələri ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran analitik Asif Nərimanlı deyib ki, İran rejiminin PUA-larla Naxçıvan hava limanına hücumunun iki hədəfi var:

- Birincisi, İran müharibəni regional müstəviyə yayırlar. Region ölkələrində mülki obyektlərə - hava limanları, enerji infrastrukturu və otellərə hücum edən İran rejimi müharibə arealını genişləndirməklə ABŞ və İsrailin hücumlarına qarşı müxalif mövqeyi gücləndirəcəyini hesab edir. Əsasən Körfəz ölkələrini hədəfə alan İranın bir gün əvvəl Türkiyəyə, dünən isə Azərbaycana hücum etməsi müharibəni Yaxın Şərqdən sonra bizim regionumuza da köçürmək planının tərkib hissəsidir.

İkinci hədəfə gəlincə, Naxçıvan Hava Limanına – strateji nöqtəyə hücum Azərbaycana qarşı birbaşa təhdid xarakteri daşıyır. Bu hücumun Prezident İlham Əliyevin Bakıdakı İran səfirliyini ziyarət etməsi və Ali Lider Xameneyinin ölümünə görə başsağlığı verməsindən bir gün sonra baş verməsi molla rejiminin mahiyyətini ortaya qoyur. Və bir daha əminlik yarandı ki, molla rejimi təkcə İran xalqı üçün yox, həm də bgütün region üçün təhlükə mənbəyidir.

- Prezidentin Təhlükəsizlik Şurasının iclasında verdiyi mesajlar və xəbərdarlıqları necə qiymətləndirmək olar?

- Prezident İlham Əliyev Naxçıvana hücumla bağlı İran qarşısında açıq tələblər qoydu: İran Azərbaycana izahat verməli və üzr istəməlidir, bgu hücumu törədənlər məsuliyyətə cəlb edilməlidir. Bakı ilk addım kimi diplomatik yollarla lazımi addımlar atacaq. Lakin hər şey bununla yekunlaşmır. İran rejimi qarşısında iki seçim var: ya hücuma görə Azərbaycanın tələblərini qəbul etməlidir, ya da adekvat addımla üzləşəcək.

Ali Baş Komandan Silahlı Qüvvələrimizə cavab tədbirlərinin hazırlanması və həyata keçirilməsi ilə bağlı təlimat verib. Ordu bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib. Əliyevin əmri ilə Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr istənilən əməliyyata hazır olmalıdır.

İranın Naxçıvana hücumuna Bakının reaksiyası, xüsusilə ordunun bir nömrəli səfərbərlik vəziyyətinə gətirilməsi “Azərbaycanı İran avantürasına cəlb edəcəklər” iddialarına yol açıb. Bundan təbliğat məqsədilə istifadə edənlər də var.

Təbii ki, Azərbaycanı İran müharibəsinə qoşmaq istəyənlər ola bilər, lakin Əliyevi belə avantüraya çəkə bilməzlər. Təcrübə ilə təsdiqlənib: Bakı nə milli və strateji marağı olmayan prosesə qoşulur, bəzən qoşulmuş kimi görünsə belə, praktiki müstəvidə gedişlər etmir, nə də Azərbaycan əsgərini başqa maraqlara qurban verir. Bunun son nümunəsini Qəzza məsələsində gördük.

İranın Naxçıvana hücumuna – Azərbaycanın suveren ərazisinə müdaxiləsinə diplomatik müstəvidə lazımi cavab verildi. Ordunun bir nömrəli hazırlıq vəziyyətinə gətirilməsi isə mövcud vəziyyətdə “strateji çəkindirmə” məqsədi daşıyır. Çünki İran rejimi “güc dili”ndən anlayır. Ermənistanın müdafiəsi məqsədilə sərhədimizə “ləşkər” toplayanda da Azərbaycanın adekvat reaksiyası qarşısında irəliləyə bilmədilər.

İran rejiminin Naxçıvandan sonra yenidən hücum etməyəcəyinə zəmanət yoxdur, əskinə belə ehtimal daha çoxdur. Azərbaycan ordunu hazırlıq vəziyətinə gətirməklə İrana Əliyevin dediyi kimi, “istənilən cavab əməliyyatına hazırıq” mesajı verir. Gələcək addımlar isə yaxın dövrdə İranda baş verənlərə uyğun ola bilər.

- Yəni ki, İranın bundan sonra da Azərbaycana qarşı addımları istisna edilmir...

- Əlbəttə, istisna deyil. İranın Naxçıvan hücumu rejimin Azərbaycana qarşı təhdidlərin praktiki müstəvidə icrasının başlanğıcı kimi qəbul oluna bilər və təxribatların müxtəlif istiqamətlərdə davam edəcəyi də istisna edilməməlidir.

- Məlumdur ki, Azərbaycan daxilində İranpərəstlər mövcuddur. Bu hücrələrin təxribatları mümkündürmü?

- Əsas istiqamətlərdən biri də İran rejiminin Azərbaycan daxilindəki hücrələridir. SEPAH tərəfindən yaradılmış “Hüseyniyyun” qruplaşmasının koordinasiya etdiyi bu hücrələr 2015-ci il Nardaran, 2018-ci il Gəncə hadisələrindən sonra böyük ölçüdə sıradan çıxarıldı. Rejim Azərbaycanda əvvəlki gücünü bərpa edə bilməsə də, hələ də müəyyən hücrələr qalır, həlledici məqamlarda informasiya müstəvisində aktivləşmələri də bunu deməyə əsas verir. Söhbət inanclı şiələrdən yox, Xomeyniçiliyə biət edənlərdən gedir. İranda ilin əvvəlində başlanan etirazlarda, hazırda davam edən müharibədə və rejimin Naxçıvana hücumuna reaksiyalarda bunu aydın görmək mümkündür.

İrana xidmət edənlər indi heç olmadıqları qədər təhlükə mənbəyinə çevrilib, çünki ölüm-qalım mübarizəsi aparan rejim total müharibə məntiqi ilə bütün regionu xaosa sürükləməyə çalışır. Bunu hava hücumları ilə edirlərsə, qarşıdakı günlərdə hücrələri hərəkətə gətirərək, müxtəlif təxribat planları da həyata keçirə bilərlər. Naxçıvana hücumdan öncə İran rejiminə bağlı olanların “Vatsap” üzərindən yaydıqları “xəbərdarlıq” mesajları – “Azərbaycanın ABŞ-İsrail hücumlarında iştirak edəcəyi, xalqımızı qırğına verəcəyi” iddiaları da bu kontekstdə diqqət çəkir. Cəmiyyət olaraq, daha ayıq olmalıyıq.

- Azərbaycanda bəzi şəxslər İranı “təmizə” çıxarmaq üçün sosial şəbəkələrdə fikirlər bildirirlər. Bu təbliğatda məqsəd nədir?

- İranın Naxçıvana hücumu ilə bağlı Azərbaycan ictimai rəyini yönləndirməyə hesablanmış manipulyativ cəhdlər müşahidə edilir. Əsas iddialar belədir ki, “ABŞ və İsraillə müharibə apardığı vaxt Azərbaycana hücum etmək İranın nəyinə lazımdır”, “Bu hücum Azərbaycanı İranla üz-üzə qoymaq istəyən tərəflərin planıdır” və s. Təbii ki, məqsəd bəllidir, dediyiniz kimi İranı “təmizə” çıxarmaq. Eyni zamanda, bu təbliğatın İrandan göstərişlə həyata keçirilməsi ehtimalı çoxdur.

Amma dörd amil təliğatın reallığı əks etdirmədiyinə əminlik yaradır.

Birincisi, İran rejiminin müharibə məntiqidir. Bütün regionu hədəf seçən İrandakı mövcud rejim daha çox ölkəni müharibəyə qoşmaq, bölgədə xaos yaratmaq prinsipi ilə hərəkət edir və göstərir ki, “ABŞ-ın hücumundan hər kəs əziyyət çəkir”. Bu, həm digər ölkələri də müharibənin hədəfinə çevirmək, həm də ABŞ-ın hücumlarına qarşı etirazları körükləmək məqsədi daşıyır. Hazırda İrana faktiki rəhbrəlik edən SEPAH üçün hədəflərin fərqi yoxdur.

İkincisi, İran müharibədən öncə bu ssenari haqda xəbərdarlıq etmişdi; rejim rəsmiləri “müharibə bütün regiona yayılacaq” açıqlamaları verirdi. Bakıya səfər edən İran xarici işlər nazirinin müavini Vahid Cəlalzadə də “İrana qarşı hücum olarsa, müharibə sərhədləri aşacaq” təhdidini səsləndirmişdi.

Üçüncüsü, İranın mümkün hədəf siyahısına Azərbaycanın adının olduğu haqda məlumatlar vardı. Məlumatlara görə, Xameneyinin ölümündən öncə müharibədə hücum ediləcək ölkələr və hədəflərlə bağlı planlar hazırlanıb. Bu siyahıda region ölkələri – ABŞ-ın hərbi bazalarının olduğu, eləcə də tərəfdaş hesab etdiyi ölkələr yer alıb. Azərbaycanın adı daha çox Qərblə enerji əməkdaşlığı edən ölkə kimi çəkilirdi. 12 günlük müharibədən sonra Azərbaycana düşmən mövqeyi ilə tanınan iranlı ekspert Əhməd Kazeminin dilindən “İsrailə “neft satan” Azərbaycanın enerji strukturları qanuni hədəfdir”, “Azərbaycanın enerji infrastrukturunu vurmaq Hörmüz boğazını bağlamaqdan daha effektivdir” kimi təhdidlərlə hədəflər gündəmə gətirilirdi.

Dördüncüsü, İranın mövcud rejimi Azərbaycana düşmən mövqeyindədir. İranın 44 günlük müharibədə Ermənistana verdiyi dəstək, Azərbaycana qarşı törədilən təxribatlar, müharibədən sonra da bunun davam etməsi uzaq tarixdə baş verməyib. Rəsmi Bakı ilə Tehran arasında münasibətlər normallaşma mərhələsinə keçsə də, mühafizəkarlar, xüsusilə SEPAH Azərbaycanla bağlı siyasətini dəyişdirməyib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Bu gün, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Dünən, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Dünən, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Dünən, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Dünən, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Dünən, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Dünən, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Dünən, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Dünən, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Dünən, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Dünən, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Dünən, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Dünən, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Dünən, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Dünən, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Dünən, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Dünən, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Dünən, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Dünən, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Dünən, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Dünən, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Dünən, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Dünən, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Dünən, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Dünən, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Dünən, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Dünən, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Dünən, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Dünən, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Dünən, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Dünən, 10:04
Azərbaycan nefti bahalaşıb
Dünən, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Dünən, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Dünən, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Dünən, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Dünən, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Dünən, 09:35
Ağzını açdı və... - REPLİKA
Dünən, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Dünən, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Dünən, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Dünən, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Dünən, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Dünən, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Dünən, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Dünən, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Dünən, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Dünən, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Dünən, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Dünən, 05:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru