Moskvada rekord temperatur qeydə alındı .....                     Arvadının saçını keçəl edən ərə .....                     Rusiya Ermənistana xəbərdarlıq etdi .....                     İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi .....                     Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında .....                     Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı .....                     Moskvanın seçim tələbinə İrəvandan cavab: .....                     Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib .....                     Azərbaycanda daha bir aqropark yaradılıb .....                     Qurultayda qarşıdurma gözlənilir .....                     Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq .....                     Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib .....                     `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub .....                     Tap.az-da saxta torpaq elanları ilə dələduzluq .....                     Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır .....                     Metronun "Həzi Aslanov" stansiyasındakı təmir .....                     Dünyanın ən gözəl şəhərləri açıqlandı .....                     Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? .....                     Sasanilər dövründə Azərbaycan .....                     Nizami küçəsində qalmaqal .....                     Rus ordusu Voloxovkanı işğal etdi .....                     Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir .....                     “Bank Avrasiya”nın səhmdarları toplanır .....                     Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır? .....                     “Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” .....                     TƏBİB-in sistemi yenidən çökdü .....                     Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı .....                     Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb .....                     NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” .....                     Paşinyan erməniləri Qarabağı unutmağa .....                     Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək .....                     “İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB .....                     “Qurban bazarı”nda son vəziyyət: .....                     Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” .....                     112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb .....                     Az yağış yağacağı ehtimalı var .....                     AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? .....                     SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır .....                     “Vəziyyət belə davam etsə, evləri də su basacaq” .....                 

Azərbaycan manatının başı üzərində QARA BULUDLAR... - NƏ BAŞ VERİR?
Tarix: 22-01-2026, 06:28 | Çap et

Xəbər verdiyimiz kimi, ABŞ lideri Donald Trampın ikinci prezidentliyi dövründə dollar təxminən üç faiz ucuzlaşıb. Ağ Ev rəhbəri zəif dolların ABŞ-a fayda verəcəyini, bununla da ölkənin qlobal bazara ixracının artacağını iddia edib.

Ucuzlaşan dolların Azərbaycana və dünya iqtisadiyyatına hansı təsirləri mümkündür?

Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, Donald Trampın dedikləri yerində və əsaslandırılmış açıqlamadır:

“Onun seçildiyi dövrdən bu günədək dollar təxminən 3, hətta 3,2 faiz dəyər itirib. Dolların ucuzlaşması ABŞ bazarında ixrac potensialını artıran amil kimi çıxış edir. Belə ki, mal və xidmətlərin qiymətinin nisbətən ucuzlaşması ABŞ məhsullarının qlobal bazarlarda rəqabət qabiliyyətini yüksəldir. Məlumdur ki, uzun illərdir Vaşinqtonla Pekin arasında iqtisadi rəqabət və ticarət müharibəsi davam edir, bu çərçivədə Çinə qarşı müxtəlif sanksiyalar tətbiq olunur. Belə bir şəraitdə dolların zəifləməsi qlobal iqtisadiyyatda ABŞ üçün Çinlə rəqabətdə əlavə üstünlük yaradır. Bu baxımdan ixracın artacağı ilə bağlı iddia məntiqli və real görünür. Dolların ucuzlaşması ümumilikdə ABŞ iqtisadiyyatı üçün faydalı ola bilər, çünki ixrac imkanlarını genişləndirir”.

İqtisadçı bildirib ki, Azərbaycan və digər inkişaf etməkdə olan ölkələr üçün bu proses riskli xarakter daşıyır:

“Çünki dövlət büdcəsinin əsas hissəsi neft gəlirləri hesabına formalaşır. Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcələri ilə bağlı qərarları, eləcə də ABŞ siyasi rəhbərliyinin açıqlamaları dolların məzənnəsinə və nəticə etibarilə birbaşa gəlirlərə təsir göstərən əsas amillərdir. Bu proseslər qlobal miqyasda məhsul və xidmətlərin qiymətlərinə də təsirsiz ötüşmür. Azərbaycan iqtisadiyyatı üçün bu vəziyyət iki formada tənzimlənə bilər. Ya dolların məzənnəsi yüksəlməli, yəni manat devalvasiyaya uğramalıdır, ya da hazırda müşahidə olunduğu kimi gizli iqtisadi inflyasiya baş verməlidir. Hazırkı mərhələdə Azərbaycanda məhz ikinci variant mövcuddur. Vətəndaşlar üçün dollar məzənnəsi formal olaraq sabit qalır, avro və digər valyutalarda isə cüzi dalğalanmalar müşahidə olunur”.

Ekspert qeyd edib ki, neft gəlirləri hesabına Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta sabitliyini qorusa da, gizli inflyasiya şəraitində pulun real alıcılıq qabiliyyəti azalır:

“Devalvasiya baş verməsə belə, mal və xidmətlərin qiymətinin artması vətəndaşların xərclərinə birbaşa təsir edir. Digər mühüm amil Azərbaycanın idxaldan asılı olmasıdır. Qlobal iqtisadiyyatda qiymət artımları və dolların zəifləməsi idxal olunan məhsulların maya dəyərini yüksəldir ki, bu da daxili bazarda qiymət artımı ilə nəticələnir. Nəticədə manat nominal olaraq sabit qalsa da, real dəyərini itirir. Vətəndaşlar valyuta kursuna baxdıqda sabitlik görür, lakin əvvəl ala bildiyi məhsul həcmini artıq ala bilmir. Bu isə gizli iqtisadi inflyasiyanın açıq göstəricisidir”.

Günay Hüseynovanın sözlərinə görə, əslində Donald Trampın hazırkı açıqlamaları yeni deyil, bu proseslər illərdir müşahidə olunur:

“Xüsusilə 2008-ci il maliyyə böhranından sonra müxtəlif mərhələlərdə bu təsirləri görmək mümkündür. İdxaldan asılı olan ölkələr bu vəziyyəti daha kəskin hiss edir. Bəzi ölkələrdə məsələn, üzən məzənnə rejimi olan Türkiyədə bu, açıq devalvasiya formasında özünü göstərir. Azərbaycan kimi ölkələrdə isə əsas fərq odur ki, proses daha çox gizli iqtisadi inflyasiya şəklində baş verir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskvada rekord temperatur qeydə alındı
Bu gün, 18:02
Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Bu gün, 17:48
Rusiya Ermənistana xəbərdarlıq etdi
Bu gün, 17:44
İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Bu gün, 17:16
Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 17:09
Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Bu gün, 16:59
Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Bu gün, 16:53
Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Bu gün, 16:49
Azərbaycanda daha bir aqropark yaradılıb
Bu gün, 16:47
Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Bu gün, 16:43
Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Bu gün, 16:35
Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Bu gün, 16:27
Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Bu gün, 16:22
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Bu gün, 16:11
Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 16:05
Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Bu gün, 15:59
Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Bu gün, 15:47
Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Bu gün, 15:43
Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Bu gün, 15:41
Sasanilər dövründə Azərbaycan
Bu gün, 15:33
Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Bu gün, 15:10
Rus ordusu Voloxovkanı işğal etdi
Bu gün, 15:08
Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Bu gün, 15:03
“Bank Avrasiya”nın səhmdarları toplanır
Bu gün, 15:00
Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Bu gün, 14:59
“Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Bu gün, 14:57
TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Bu gün, 14:54
Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Bu gün, 14:51
Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Bu gün, 14:46
NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Bu gün, 14:30
Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Bu gün, 13:17
Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Bu gün, 13:13
“İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB – ZƏRƏRİ 2 DƏFƏ ARTIB
Bu gün, 13:06
“Qurban bazarı”nda son vəziyyət: - Ən ucuz və ən bahalı heyvanlar
Bu gün, 13:02
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ
Bu gün, 12:59
112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb - SİYAHI
Bu gün, 12:53
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:51
AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? - CƏDVƏL
Bu gün, 12:49
SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:47
“Vəziyyət belə davam etsə, evləri də su basacaq” – Niyə tədbir görülmür?
Bu gün, 12:32
Ermənistanda gərginlik artır: - Paşinyanın aqibəti necə olacaq?
Bu gün, 12:27
Müğənni Nura Suri və bələdiyyə sədri arasında QALMAQAL
Bu gün, 12:23
Kannı silkələyən azərbaycanlı aktyor - Şahmar Ələkbərovun nəvəsi Hollivudun diqqət mərkəzində
Bu gün, 12:20
Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü - TƏFƏRRÜAT
Bu gün, 12:16
Güney Qafqazın taleyi HƏLL OLUNUR... - GƏLİŞMƏ
Bu gün, 12:04
2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub - ŞİRKƏT GERİLƏYİR
Bu gün, 12:00
Rahidəni PƏRT ETDİLƏR - “Oğlanın qulağına dedi ki, bu, nə günə qalıb”
Bu gün, 11:57
Rusiya Pekinin təsiri altına düşür... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:49
İqtisadiyyat Nazirliyi TƏSDİQLƏDİ: "Bakı-Tiflis-Bakı sərnişin qatarları bərpa olunur" - 26 maydan etibarən...
Bu gün, 11:42
"Bizi niyə xərcə salırlar?" - NAXÇIVANDA NARAZILIQ
Bu gün, 11:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru