"Azadlıq metrosunun "İstanbul" hospital olan tərəfi elə bil Əfqanıstandır". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Ruslan Məmmədli adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Binəqədi rayon icra hakimiyyəti nə vaxt buralara bir əl gəzdirəcək? Vallah, biabırçılıqdı !!! Şəhərin mərkəzi sayılır eee buralar....
Hər yer meyvəsatan, səliqəsizlik və köhnəlmiş obyektlər. Binaların fasadı da it günündə..."










