" "Pasha Insurance" (Paşa sığorta) kimi qeyri-ciddi sığorta şirkəti yoxdu ölkədə..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Nəriman Zeynalov adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "05.12.25 tarixində yol nəqliyyat hadisəsi olub, müraciət etmişəm ki, icbari sığorta ödənişi olsun. Hələ də bir xəbər yoxdur. Neçə dəfə "qaynar xətt"ə yığmışam, "geri dönüş olacaq" deyirlər, ancaq bir ay yarım keçib... hələ xəbər yoxdur.
Sığorta dəyərləndirməsi də absurd bir rəqəm təklif ediblər. Növbəti icbari sığortanı başqa şirkət seçəcəm..."










