“Mən Azərbaycan tərəfindən qeyri-qanuni həbs edilmiş 4 mülki erməninin azad edilməsini alqışlayıram, lakin bu kifayət deyil. Ən azı 19 erməni haqsız yerə həbsdədir. Dövlət Departamenti təzyiqləri gücləndirməlidir. Erməni məhbuslar azad olunana qədər mən itələməkdə davam edəcəyəm”.
Gununsesi.info-nun xəbərinə görə, bunu ABŞ Senatının üzvü Edvard J .Markey öz bəyanatında deyib.
Görünür, amerikalı senator bu bəyanatı yayarkən həmin şəxslərin Azərbaycanın ərazi bütövlüyünə qəsd edən, çoxsaylı mülki vətəndaşımızı vəhşicəsinə öldürən separatçı rejimin təmsilçiləri olmasının fərqinə varmayıb.










