Moskvada rekord temperatur qeydə alındı .....                     Arvadının saçını keçəl edən ərə .....                     Rusiya Ermənistana xəbərdarlıq etdi .....                     İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi .....                     Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında .....                     Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı .....                     Moskvanın seçim tələbinə İrəvandan cavab: .....                     Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib .....                     Azərbaycanda daha bir aqropark yaradılıb .....                     Qurultayda qarşıdurma gözlənilir .....                     Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq .....                     Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib .....                     `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub .....                     Tap.az-da saxta torpaq elanları ilə dələduzluq .....                     Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır .....                     Metronun "Həzi Aslanov" stansiyasındakı təmir .....                     Dünyanın ən gözəl şəhərləri açıqlandı .....                     Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? .....                     Sasanilər dövründə Azərbaycan .....                     Nizami küçəsində qalmaqal .....                     Rus ordusu Voloxovkanı işğal etdi .....                     Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir .....                     “Bank Avrasiya”nın səhmdarları toplanır .....                     Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır? .....                     “Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” .....                     TƏBİB-in sistemi yenidən çökdü .....                     Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı .....                     Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb .....                     NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” .....                     Paşinyan erməniləri Qarabağı unutmağa .....                     Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək .....                     “İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB .....                     “Qurban bazarı”nda son vəziyyət: .....                     Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” .....                     112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb .....                     Az yağış yağacağı ehtimalı var .....                     AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? .....                     SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır .....                     “Vəziyyət belə davam etsə, evləri də su basacaq” .....                 

Solovyovun dili ilə!: Moskva nəyə işarə edir? - İNCƏLƏMƏ
Tarix: 16-01-2026, 06:13 | Çap et

Rusiyalı teleaparıcı Vladimir Solovyov Mərkəzi Asiya və Cənubi Qafqazda “xüsusi hərbi əməliyyat”ın mümkünlüyü barədə danışaraq “bomba effekti” yaratması təsadüfi deyil. Solovyov bu açıqlamanı Ermənistanla ABŞ arasında “Tramp marşrutu” ilə bağlı birgə bəyanatdan cəmi bir neçə gün öncə verib (bəyanat artıq imzalanıb - red). Bu barədə “Baraeva” Teleqram kanalı yazır.

Cənab ermənilər rusiyalı teleaparıcı Vladimir Solovyovun qalmaqallı çıxışını düzgün və dəqiq qəbul anlayan yeganə tərəf oldular. Ermənistan Xarici İşlər Nazirliyi Rusiya səfirinə rəsmi etiraz notası təqdim etdi. Bununla da açıq mesaj verildi: bəli, Ermənistan hökuməti Kremlin mesajını alıb və onu diqqətlə öyrənib”, – kanalın müəllifi qeyd edib.

Kanal daha sonra bu cür bəyanatların əhəmiyyətinə diqqət yetirib.

Axı biz yaxşı anlayırıq ki, Solovyov sərbəst fəaliyyət göstərən bloqer deyil və özbaşına danışmaz. Onun monoloqunda ən maraqlı məqam – Mərkəzi Asiya ilə yanaşı, Cənubi Qafqaz regionunun, konkret olaraq isə Ermənistanın Rusiyanın hipotetik təsir zonasına daxil edilməsi idi”, – müəllif vurğulayır.

Onun fikrincə, Orta Dəhliz və onun Ermənistan ərazisindən keçərək Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək məşhur “Tramp marşrutu” ətrafında geniş ictimaiyyət üçün hələ nəzərə çarpmayan, lakin Moskvanı ciddi şəkildə narahat edən müəyyən proseslər gedir.

Amma burada hansı yenilik var? Avqust ayından bəllidir ki, bu əraziyə ABŞ nəzarət edəcək. Görünür, proses artıq fəaliyyət mərhələsinə keçib”, – müəllif yekunlaşdırır.

Qeyd edək ki, Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan 13-14 yanvar tarixində ABŞ-a işgüzar səfərə gedib. O, səfər çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb və tərəflər “TRIPP” təşəbbüsünün icra mexanizmlərinə dair Birgə Bəyanat qəbul ediblər.

Solovyovun Mərkəzi Asiya ölkələrində və Ermənistanda “xüsusi hərbi əməliyyat”ın aparılmasının vacibliyi ilə bağlı bəyanatı Mərkəzi Asiya respublikalarında və İrəvanda kəskin reaksiyaya səbəb olub. Maraqlıdır, bu açıqlamalar niyə məhz indi səsləndirilir? Solovyov müstəqil fiqur deyil və Rusiyanın postsovet məkanındakı qonşu dövlətlərlə münasibətlərini risk altına qoya biləcək çıxışları öz təşəbbüsü ilə etməsi inandırıcı görünmür. Moskva bu ritorika ilə nəyə nail olmağa çalışır?

Pressklub.az-ın suallarına tanınmış xarici ekspertlər cavab veriblər.

Ermənistanlı jurnalist, bloqer və “Diqqət mərkəzində” informasiya platformasının müəllifi Roman Baqdasaryanın fikrincə, Moskva hər zaman olduğu kimi ilk növbədə şantaj taktikasına əl atır.

Bu, Rusiyanın üslubudur. Düşünürəm ki, bu üslub Azərbaycan və azərbaycanlılar üçün də tanışdır. Şantaj, qorxu yaratmaq. Açıq danışaq: bu gün mübaliğəsiz demək olar ki, həm Ermənistan, həm də Azərbaycan faktiki olaraq Rusiyanın “caynağından” qopa bilib.

Və baxın, Ermənistanla Azərbaycanın əməkdaşlığı əslində ölkələrimizin büdcəsini ciddi şəkildə artıra bilər. İnsanlar təsəvvür belə etmirlər ki, qarşılıqlı ticarət və birgə fəaliyyət Azərbaycan və Ermənistanın büdcəsini nə dərəcədə gücləndirə bilər. Biz bir-birimizə düşmənçilik etməklə yox, əməkdaşlıq etməklə milyon dəfə daha çox fayda verə bilərik və bununla düşmənləri sevindirmək əvəzinə, öz maraqlarımıza xidmət etmiş olarıq”, – siyasi icmalçı bildirib.

Onun sözlərinə görə, Rusiya artıq region ölkələrini bir-birinə qarşı qoymaq gücündə deyil. “Rusiya görür ki, strateji əhəmiyyətə malik bu region daxili əməkdaşlığı inkişaf etdirmək və müxtəlif dünya qitələrini bir-birinə bağlamaq yolunu seçib. Bu isə Moskvanı qıcıqlandırır. Çünki o anlayır ki, prosesdən kənarda qalıb və burada heç bir rolu yoxdur. Məncə, bütün bunlar qorxu, şantaj və hədələmə cəhdləridir və əslində faydasızdır. Çünki Azərbaycan ictimaiyyətinə də yaxşı məlumdur ki, Ermənistanın rəhbəri kifayət qədər prinsipial fiqurdur və seçdiyi kursdan geri çəkilməyəcək”, – Roman Baqdasaryan vurğulayıb.

Qırğızıstanlı politoloq Emil Curayev isə öz növbəsində qeyd edib ki, Kremlin təbliğatçısı olan Solovyovun son çıxışı cəmiyyətdə ciddi rezonans doğurub və Mərkəzi Asiya ölkələrinin sosial şəbəkə platformalarında geniş reaksiyalara səbəb olub.

Bununla belə, Mərkəzi Asiya ölkələrinin dövlət qurumları tərəfindən hər hansı rəsmi və konkret reaksiya verilmədi. Məncə, bu, doğru yanaşmadır: həmin şəxsin sözlərinə həddən artıq əhəmiyyət vermək ciddi deyil. Solovyov hər gün saatlarla efirdə böyük həcmdə informasiya axını təqdim edir və əgər onun hər açıqlamasına reaksiya verilsəydi, bu, həddən çox vaxt aparardı.

Digər tərəfdən, onun Ermənistan və Mərkəzi Asiya ölkələri ilə bağlı səsləndirdikləri yeni deyil. Rusiya elitasında və ekspert dairələrində bu tip ideyalar müəyyən dövrlərdə təkrarlanır. Bu baxımdan, deyilənlər Mərkəzi Asiya dövlətləri üçün Rusiyanın mümkün geosiyasi niyyətləri və maraqları barədə əlavə xatırlatma rolunu oynayır”, – analitik hesab edir.

Onun fikrincə, Solovyovun bu açıqlaması böyük ehtimalla ABŞ-ın Venesuelada həyata keçirdiyi əməliyyatdan sonra yaranan qısqanclıq və ya digər emosiyalarla bağlıdır. “Rusiya bu addımı öz üzərinə proyeksiya edib. Lakin təbii ki, Rusiya ilk növbədə özünün Ukraynadakı uğursuz əməliyyatını ciddi analiz etməlidir. Elə Solovyovun özünün də həmin çıxışında dediyi kimi, hazırda Rusiyanın əsas çətinlikləri iqtisadi imkanlarla bağlıdır. Burada yeni “xüsusi hərbi əməliyyatlar”dan söhbət gedə bilməz. Rusiyanın nəinki bunu, ümumiyyətlə, bir çox başqa, daha adi məsələləri həll etmək imlanı yoxdur.

Amma uzunmüddətli perspektivdə Mərkəzi Asiya və Qafqaz ölkələri üçün bu cür riskləri yadda saxlamaq son dərəcə vacibdir”, – Emil Curayev vurğulayıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02
Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Dünən, 17:48
Rusiya Ermənistana xəbərdarlıq etdi
Dünən, 17:44
İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Dünən, 17:16
Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Dünən, 17:09
Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Dünən, 16:59
Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Dünən, 16:53
Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Dünən, 16:49
Azərbaycanda daha bir aqropark yaradılıb
Dünən, 16:47
Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Dünən, 16:43
Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Dünən, 16:35
Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Dünən, 16:27
Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Dünən, 16:22
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 16:11
Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:05
Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Dünən, 15:59
Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Dünən, 15:47
Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Dünən, 15:43
Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Dünən, 15:41
Sasanilər dövründə Azərbaycan
Dünən, 15:33
Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Dünən, 15:10
Rus ordusu Voloxovkanı işğal etdi
Dünən, 15:08
Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Dünən, 15:03
“Bank Avrasiya”nın səhmdarları toplanır
Dünən, 15:00
Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Dünən, 14:59
“Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Dünən, 14:57
TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Dünən, 14:54
Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Dünən, 14:51
Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Dünən, 14:46
NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Dünən, 14:30
Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Dünən, 13:17
Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Dünən, 13:13
“İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB – ZƏRƏRİ 2 DƏFƏ ARTIB
Dünən, 13:06
“Qurban bazarı”nda son vəziyyət: - Ən ucuz və ən bahalı heyvanlar
Dünən, 13:02
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ
Dünən, 12:59
112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb - SİYAHI
Dünən, 12:53
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:51
AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? - CƏDVƏL
Dünən, 12:49
SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 12:47
“Vəziyyət belə davam etsə, evləri də su basacaq” – Niyə tədbir görülmür?
Dünən, 12:32
Ermənistanda gərginlik artır: - Paşinyanın aqibəti necə olacaq?
Dünən, 12:27
Müğənni Nura Suri və bələdiyyə sədri arasında QALMAQAL
Dünən, 12:23
Kannı silkələyən azərbaycanlı aktyor - Şahmar Ələkbərovun nəvəsi Hollivudun diqqət mərkəzində
Dünən, 12:20
Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü - TƏFƏRRÜAT
Dünən, 12:16
Güney Qafqazın taleyi HƏLL OLUNUR... - GƏLİŞMƏ
Dünən, 12:04
2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub - ŞİRKƏT GERİLƏYİR
Dünən, 12:00
Rahidəni PƏRT ETDİLƏR - “Oğlanın qulağına dedi ki, bu, nə günə qalıb”
Dünən, 11:57
Rusiya Pekinin təsiri altına düşür... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:49
İqtisadiyyat Nazirliyi TƏSDİQLƏDİ: "Bakı-Tiflis-Bakı sərnişin qatarları bərpa olunur" - 26 maydan etibarən...
Dünən, 11:42
"Bizi niyə xərcə salırlar?" - NAXÇIVANDA NARAZILIQ
Dünən, 11:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru