O daha sonra bildirir: "Doğmalarımın çoxu elə erməni yaraqlıları ilə təmas xəttinə yaxın yerdə-Tərtərdə güllə altında ömürlərini keçiriblər.
Bacım hazırda ağır xəstədir. Ancaq onun üçün də heç yerə ağız açmamışam, açmaram da. Kəndimizdən köçkün düşən 26 ailə bir il bizə sığınıblar.
Sözümün canı odur ki, işğalın fəsadının çox yaxşı bilirəm. Özümüz öz gücümüzə ayaq üstdə qala bildik. Nə Qaçqınkom, nə də başqa təşkilatın yardımını gördük.
İndi şükür ki, qalib ordumuz, müzəffər Ali Baş Komandanımız ərazi bütövlüyümüzü bərpa etdi. Şəhid və qazilərimizin qanı, canı hesabına yurd-yuvalarımıza döndük.
Dövlət bu qayıdışı da öhdəsinə götürüb. Daşı daş üstündə qoymayan düşmənin söküb dağıtdıqlarını indi bərpa edir. Allaha şükür etməkdənsə, bəziləri naşükürlük edir.
Xəzər TV efirində bir reportaja baxdım. Laçınlılardan bir qismi onlar üçün tikilən evləri bəyənmirlər. Bəyənməyən ailələrin icərisində elələri var idi ki, evin birinci mərtəbəsində heyvan üst qatında isə özləri yaşayırdılar.
Biri çıxıb deyir ki, mənim torpaq sahəm indikindən böyük idi.
Adam belələrinə baxıb dəhşətə gəlir. 30 il ərzində bəlkə də heç ağıllarına da gəlmirdi ki, öz evlərinə qayıdarlar. İşğaldan əvvəl deyirdilər kaş yerlərimizə qayıda bilək, quru torpaqda da yaşayarıq. İndi o sözlər unudulub.
Dövlətin onlara verdikləri tam təmirli evlərə köçməyə naz edirlər. Hələ hansısa kiçik qüsuru çəkib ictimailəşdirməkdən utanmırlar. Düşünmürlər ki, bunu ermənilər də görür.
Deməli, düşmən dəyirmanına su tökürsünüz?
Kim bilir, bəlkə bunlar elə düşmən tərəfindən öyrədilmiş adamlardı. Əqidəsi, qanı təmiz olan adam çoxa da, aza da qane olar..."










