İranda ABŞ taktiki baxımdan fərqli, strateji cəhətdən Venesueladakına oxşar ssenari həyata keçirən bilər. Məsələn gözlənilir ki, etirazlar fonunda ABŞ İranın dini lideri gizləndiyi bunkerə və teokratik sistemin dayaqlarına (mühüm hərbi obyektlər, Qəyyumlar və Ekspertlər Şurası və Bəsic) həlledici zərbə endirəcək. Prezident Pezeşkiyan ölkənin taleyi ilə bağlı bütün səlahiyyəti və məsuliyyətli öz üzərinə götürür, ölkədə sistemli islahatlar və demokratik seçkilər vəd edərək, etirazçılarla və ABŞ-la danışıqlara gedir.
ABŞ Venesuelada diktatoru devirdi, lakin hakimiyyətin müxalifətin əlinə keçməsinə imkan vermədi, onu Maduro komandasından olan vitse-prezident öz üzərinə götürdü və ABŞ-la faktiki olaraq danışıqlara razılıq verdi.
Cavanşir Həsənli - "DİA-AZ"










