ABŞ-nin nüfuzlu beyin mərkəzlərindən “Heritage” Fondunun Xarici Əlaqələr üzrə direktoru Luke Coffey Azərbaycanla bağlı mühüm paylaşımda bulunub.
"DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında müjdələyən tanınmış jurnalist Cavanşir Həsənli olduqca maraqlı reaksiyası ilə də diqqətə gəlib.
Belə ki, Luke Coffey özünün sosial şəbəkə hesabında Azərbaycan bayrağını paylaşaraq "HAZIR OLUN" mesajını verib.
Bunu "Nəyə?" sualı ilə təqdim edən Cavanşir Həsənli ehtimal edib ki, burada söhbət 907-ci düzəlişin ləğvindən gedir.
Amma daha çox diqqət çəkəni isə odur ki, son günlər və hal hazırda İranda baş verənlər fonunda Şimali Azərbaycana yalnız və yalnız Cənubi Azərbaycanla bağlı "HAZIR OLUN" ismarıcı göndərilə bilər. Yoxsa 907-ci düzəlişin ləğvinə nə üçün hazır olmalıyıq ki... Yəni məsələ budursa, hazırlıq tələb olunmur... Hazırlıq həqiqətən də məhz elə İranda baş verəcəklər üçün vacibdir...
BİZ DƏ BU MESAJI ALDIQ....










