'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib .....                     İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı .....                     "Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" .....                     Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR .....                     "Əslində qiymət bundan ucuz olmalıdır..." .....                     Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb .....                     Samuxda təhsil adına OYUNBAZLIQ... .....                     Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? .....                     Nazir müavini Vüqar Kərimova ağır ittihamlar .....                     Məhkəmə Hicran Əyyubovaya qarşı... .....                     "Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" .....                     Kürdəmirdə QOÇULUQ edən məmur kimdir .....                     Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb .....                     Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır .....                     ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib .....                     “ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” .....                     Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır .....                     Qarabağlı “siyasətçiyə” qarşı sərt addım .....                     Moskvada rekord temperatur qeydə alındı .....                     Arvadının saçını keçəl edən ərə .....                     Rusiya Ermənistana xəbərdarlıq etdi .....                     İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi .....                     Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında .....                     Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı .....                     Moskvanın seçim tələbinə İrəvandan cavab: .....                     Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib .....                     Azərbaycanda daha bir aqropark yaradılıb .....                     Qurultayda qarşıdurma gözlənilir .....                     Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq .....                     Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib .....                     `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub .....                     Tap.az-da saxta torpaq elanları ilə dələduzluq .....                     Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır .....                     Metronun "Həzi Aslanov" stansiyasındakı təmir .....                     Dünyanın ən gözəl şəhərləri açıqlandı .....                     Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? .....                     Sasanilər dövründə Azərbaycan .....                     Nizami küçəsində qalmaqal .....                     Rus ordusu Voloxovkanı işğal etdi .....                 

Azərbaycan İrandakı parçalanmaya hazır olmalıdır - Rusiyalı politoloq
Tarix: 10-01-2026, 10:34 | Çap et

İran hazırda son onilliklərin ən dərin struktur böhranlarından birini yaşayır. Kütləvi etirazlar artıq lokal sosial narazılıq mərhələsini keçərək siyasi legitimlik böhranına çevrilib. Bu proses təkcə İranın daxili taleyini müəyənləşdirmir. Yaxın Şərq geosiyasətinin gələcəyini də həll edəcək əsas amillərdən birinə çevrilir.

İranda baş verən etirazların əsas drayveri makroiqtisadi kollapsdır. Milli valyuta olan rialın dəyəri tarixi minimuma enib, inflyasiya 50 faizi aşır, ərzaq, dərman və enerji qiymətləri nəzarətdən çıxıb. Orta sinif deqredasiyaya uğrayıb, yoxsulluq kütləviləşib.

Dövlətlə cəmiyyət arasında mövcud olan legitimlik balansı pozulub. İlk mərhələdə etirazlar iqtisadi tələblərlə başlayıb. Maaşlar, subsidiya, işsizlik və s. kimi şüarlar səsləndirilib. Lakin qısa müddətdə bu proses sistem əleyhinə siyasi mobilizasiyaya çevrildi. İndi əsas tələb rejimin dəyişdirilməsidir.

Təbii ki, baş verənlərə xaricdən müdaxilə də özünü göstərir. ABŞ lideri donald Tramp dəfələrlə etirazçıların yanında olduğunu, onlara atəş açılacağı təqdirdə İrana hücum edəcəyini söyləyib. Görünür, ABŞ İranı nəzarət altına almaq istəyir. İranın isə ən yaxın müttəfiq ölkəsi Rusiyadır. Media İrana bir sıra Rusiya təyyarələrinin uçduğu barədə məlumatlar yayıb.

Rusiyanın İranı necə dəstəkləyəcəyi diqqətçəkən məqamdır.

Modern.az-a açıqlamasında rusiyalı politoloq Sergey Markov bildirib ki, Rusiya İranı dost və siyasi tərəfdaş ölkə kimi dəstəkləyir, lakin bu dəstək ilk növbədə diplomatik müstəvidə özünü göstərir:

"Moskva Qərb ölkələrindən İranın daxili işlərinə müdaxiləni dayandırmağı tələb edir. Bu mövqe İranın maraqlarına da tam uyğundur. Çünki rəsmi Tehranın əsas qorxularından biri məhz xarici qüvvələrin – xüsusilə ABŞ, Avropa ölkələri və İsrail amilinin - İranın daxili işlərinə qarışması, ölkə daxilində iğtişaşlar və üsyanlar yaradaraq rejimi devirməyə cəhd göstərməsidir.

Eyni zamanda, bu yanaşma Rusiyanın xarici siyasətinin əsas prinsiplərinə-dövlətlərin suverenliyinə hörmət prinsipinə uyğundur. Bəziləri Rusiyanın Ukrayna böhranı fonunda bu prinsipə əməl etmədiyini iddia edə bilər, lakin Rusiya baxımından bu, belə deyil.

Rusiya həmçinin İran iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyan sahələrdə Tehrana dəstək göstərməyə hazırdır. Əgər İranda benzin və ya ərzaq qıtlığı yaranarsa və bu, iqtisadi sabitliyi təhdid edərsə, Moskva dərhal iqtisadi yardım göstərməyə hazır olduğunu bildirir. Ümumiyyətlə, İran iqtisadiyyatı kifayət qədər özünütəmin edən sistemdir. Ölkə uzun illərdir sanksiyalar şəraitində yaşayır və bu baxımdan sanksiyalara uyğunlaşma təcrübəsi olan ən uğurlu ölkələrdən biri hesab olunur.

Son illərdə İranın pilotsuz uçuş aparatları sahəsində yaratdığı sistemlər xüsusi diqqət çəkib. Bu dronlar Rusiyada da fəal şəkildə istifadə olunur və öz yüksək effektivliyini sübut edib. Onlar bir çox ölkələr üçün cəlbedici nümunəyə çevrilib".

S.Markov Rusiya və İranın siyasi və hərbi əməkdaşlıq etmələrinə baxmayaraq, aralarında rəsmi hərbi ittifaq olmadığını vurğulayıb:

"Siyasi və hərbi əməkdaşlıq məsələsinə gəlincə, Rusiya və İran bir-birinə dəstək göstərir, lakin aralarında rəsmi hərbi ittifaq mövcud deyil. Rusiya İranın xarici dövlətlər tərəfindən birbaşa hərbi hücuma məruz qalacağı halda, ona hərbi yardım göstərmək öhdəliyinə malik deyil. Bununla belə, İrana göstərilə biləcək yardım daha çox başqa sahələri əhatə edə bilər.

Çünki İranın problemləri yalnız xarici amillərlə bağlı deyil. Əsas problemlərdən biri əhalinin daxili siyasi vəziyyətdən, eləcə də hökumətin bəzi xarici siyasət addımlarından-xüsusilə Suriya və Livandakı fəaliyyətlərdən narazılığıdır. Bir çox iranlı bu addımları milli maraqlardan çox, xarici siyasət ambisiyalarının nəticəsi kimi qiymətləndirir.

Eyni zamanda İranın iri şəhərlərində yaşayan əhali sərt iqtisadi məhdudiyyətlərdən və xüsusilə qadın geyimi ilə bağlı qatı dini normalardan ciddi şəkildə yorulub. 2016-cı ildə qadın geyimi ilə bağlı insident nəticəsində bir qadının ölümü uzunmüddətli və kütləvi etirazlara səbəb olmuşdu.

Rusiya İrana hansı tövsiyələri verə bilər? Daha çox iqtisadi sahədə məsləhətlərin mümkün olduğu düşünülür. Lakin dini normalar məsələsində Rusiya nümunə ola bilməz, çünki Rusiya xristian ölkəsidir, İran isə müsəlman dövlətdir. Buna baxmayaraq, rusiyalı siyasi dairələr hesab edir ki, İran rəhbərliyi sosial gərginliyi azaltmaq üçün bəzi sərt məhdudiyyətləri mərhələli şəkildə yumşaltmalıdır. Ancaq indiyə qədər İran rəhbərliyinin bu tövsiyələrə əməl etdiyi barədə məlumat yoxdur.

Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkün ssenarilər arasında İran rəhbərliyinə, dövlət idarəetmə sisteminə və təhlükəsizlik qüvvələrinə qarşı koordinasiyalı zərbələrin endirilməsi cəhdləri də ola bilər. Məqsəd daxili üsyanları sinxronlaşdırmaq və ölkəni zəiflətməkdir".

Politoloq Güney Azərbaycandakı azərbaycanlılardan da bəhs edib:

"İranda etnik müxtəliflik də xüsusi risk amilidir. Ölkədə əsasən farslar, Cənubi Azərbaycanda yaşayan azərbaycanlılar, eləcə də ərəblər və kürdlər mövcuddur. İranın mümkün parçalanması halında bu etnik qruplar arasında ciddi geosiyasi proseslər baş verə bilər.

Cənubi Azərbaycanda yaşayan azərbaycanlılar üçün bu ssenarilər xüsusilə mürəkkəb seçimlər yarada bilər: İranın tərkibində qalmaq, müstəqil dövlət yaratmaq, Azərbaycan Respublikasına birləşmək və ya Azərbaycanla müvəqqəti siyasi-diplomatik ittifaq qurmaq. Bunlar son dərəcə mürəkkəb və həssas məsələlərdir.

Hadisələrin çox sürətlə inkişaf edə biləcəyi ehtimalı nəzərə alınaraq, Azərbaycanın bu proseslərə hazır olması, müxtəlif siyasi və diplomatik ssenarilər üzərində öncədən düşünməsi məqsədəuyğundur. Əgər İran indiki vəziyyətini qoruyarsa, parçalanarsa və ya daxili qarşıdurmalar dərinləşərsə, Azərbaycan Cənubi Azərbaycanda yaşayan soydaşlarının müdafiəsi məsələsində daha aktiv mövqe tutmaq məcburiyyətində qala bilər.

Bu kontekstdə isə bir məqam aydındır: Rusiya İranın ərazi bütövlüyünü və dövlətçiliyini dəstəkləməyə davam edəcək və mümkün olan bütün vasitələrlə İranın bütöv qalmasına çalışacaq".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib - KİV
Bu gün, 07:58
İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - AY MAŞALLAH...
Bu gün, 07:52
"Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" - NARAZILIQ VAR...
Bu gün, 07:34
Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR - yarımçıq qalan yol və körpülər...
Bu gün, 07:09
"Əslində qiymət bundan ucuz olmalıdır..." - HESABLAYAQ...
Bu gün, 07:02
Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb - "Times"
Bu gün, 06:40
Samuxda təhsil adına OYUNBAZLIQ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:36
Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? - ARAŞDIRMA
Bu gün, 06:25
Nazir müavini Vüqar Kərimova ağır ittihamlar – “Meşə mafiyası”nın başında kim dayanır?
Bu gün, 06:24
Məhkəmə Hicran Əyyubovaya qarşı... QƏRAR VERDİ
Bu gün, 06:16
"Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" - Əməkdar müəllimdən ETİRAZ
Bu gün, 06:12
Kürdəmirdə QOÇULUQ edən məmur kimdir - NARAZILIQ VAR...
Bu gün, 06:10
Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb
Bu gün, 06:00
Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 05:59
ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib - C-SPAN kanalı
Bu gün, 05:57
“ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” - ETİRAZ VAR!
Bu gün, 01:41
Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır - BU NƏDİ BELƏ?
Bu gün, 01:38
Qarabağlı “siyasətçiyə” qarşı sərt addım – iş ağır maddəyə keçirildi
Bu gün, 01:34
Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02
Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Dünən, 17:48
Rusiya Ermənistana xəbərdarlıq etdi
Dünən, 17:44
İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Dünən, 17:16
Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Dünən, 17:09
Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Dünən, 16:59
Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Dünən, 16:53
Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Dünən, 16:49
Azərbaycanda daha bir aqropark yaradılıb
Dünən, 16:47
Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Dünən, 16:43
Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Dünən, 16:35
Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Dünən, 16:27
Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Dünən, 16:22
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 16:11
Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:05
Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Dünən, 15:59
Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Dünən, 15:47
Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Dünən, 15:43
Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Dünən, 15:41
Sasanilər dövründə Azərbaycan
Dünən, 15:33
Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Dünən, 15:10
Rus ordusu Voloxovkanı işğal etdi
Dünən, 15:08
Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Dünən, 15:03
“Bank Avrasiya”nın səhmdarları toplanır
Dünən, 15:00
Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Dünən, 14:59
“Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Dünən, 14:57
TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Dünən, 14:54
Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Dünən, 14:51
Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Dünən, 14:46
NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Dünən, 14:30
Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Dünən, 13:17
Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Dünən, 13:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru