Uşaqpulu, yoxsa sosial yardımlar?.. .....                     "Abşeron Tekstil"in külli miqdarda borcu var .....                     "Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu .....                     MDB ölkələrinə şok mesaj: .....                     Merdən Xankəndidən köçmüş ermənilərə: .....                     ABŞ atəşkəsi pozdu, cavab verəcəyik .....                     “PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat .....                     200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi .....                     Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur .....                     Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU .....                     ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir .....                     FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı .....                     Azərbaycan BOKT-unun təsisçisi dəyişib .....                     “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü .....                     Deputatlıq mandat deyil, sözün məsuliyyətidir .....                     "Gazelli Group" yenidən təşkil olunur .....                     “Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” .....                     Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır .....                     "PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub .....                     Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü .....                     Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! .....                     TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub .....                     AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib .....                     Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi .....                     Azərbaycanda “lizinq” anlayışı ləğv edilir .....                     Müstəqillik Günündə əfv gözlənilir? .....                     Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu .....                     Şeyx Əbdül Mahmudovdan sərt ittihamlar .....                     Bu kino rejissorlarına 10 min manat veriləcək .....                     İrəvanda parad hazırlığı .....                     Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi .....                     Əməkdar artistdən Nigar Camala SƏRT REAKSİYA .....                     "Mən özümü öldürsəm də, əvvəlki verilişlərdən olmayacaq" .....                     “AF Hotel” yandı, “Eurohome” bağlandı, Rusiyadakı biznesinin taleyi necə olacaq? .....                     Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq .....                     İdxala son: Yerli istehsalçıların dövranı başlayır? .....                     Əli Həsənovun kadrı Bakı Təhsil İdarəsinə rəhbər gətirilir .....                     Şəki və Şirvan apellyasiya məhkəmələrinə .....                     Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olunub .....                     Polkovnikə vəzifə verildi .....                 

Qardaş olub İngilistan... Azərbaycan... - NƏ BAŞ VERİR?
Tarix: 16-09-2025, 09:05 | Çap et

Bayram deyil, seyran deyil, bu ingilis bizi niyə öpür?
Yeri gələndə heç bizim ənişdəmiz də deyil
İki gündür fikirləşirəm, amma bir türlü “nə etdik ki, birdən-birə Böyük Britaniyanın strateji tərəfdaşı səviyyəsinə yüksəldik” sualına cavab tapa bilmirəm. Bəlkə yaxın zamanlarda ticarət dövriyyəmizi ərşə yüksəltdik ki, ingilis “qardaşlarımız” bizə münasibətlərini bir pillə yuxarı qaldırdı? Baxıram iqtisadi göstəricilərə, fərqli mənzərə görürəm. Son 2 ildə ticarət dövriyyəmiz nəinki göylərə fışqırıb, əksinə azalıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanla Böyük Britaniya arasında ticarət əməliyyatlarının həcmi cəmi 641 milyon ABŞ dolları təşkil edib. Və bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 117,2 milyon ABŞ dolları və ya 15,5% azdır.
Üstəlik, hesabat dövründə Böyük Britaniya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin cəmi-cümlətanı 1,49%-i həcmində olub.
Ötən ilin 11 ayında Azərbaycan Böyük Britaniyaya 401,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 45,2 milyon ABŞ dolları və ya 10,1% azdır. Dövr ərzində Böyük Britaniya ilə ixrac əməliyyatları ölkənin ümumi ixracının 1,65%-ni təşkil edib.
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Böyük Britaniyadan məhsul idxalını illik müqayisədə 72 milyon ABŞ dolları və ya 23,1% azaldaraq, 239,7 milyon ABŞ dollarına çatdırıb. Dövr ərzində Böyük Britaniya ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 1,28%-ni təşkil edib.
İnsafən, 2025-ci ildə ticarət dövriyyəmizdə xeyli artım var. Bu ilin yanvar-mart aylarında Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 4,3 dəfə artaraq 323,3 milyon dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan Böyük Britaniyaya ixrac: 74,59 milyon dollar (+5,9 dəfə)
Böyük Britaniyadan Azərbaycana idxal: 248,7 milyon dollar (+3,9 dəfə)
Cari ilin ilk rübünün nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Böyük Britaniya ilə ticarətin payı 2,68 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 1,91 faiz bəndi çoxdur. Bununla belə, sözügedən artım Böyük Britaniyanın 6-cı ticarət ortağı olmağımızdan o tərəfə keçməyib.
Olmaya, hərbi əməkdaşlıq sahəsində inqilab etmişik? Rəsmi statistikalar bu versiyanı da təsdiqləmir. Məlumata görə, 2024-cü ildə Azərbaycan xarici ölkələrdən 2.2 milyard dollarlıq silah alıb. Ən çox silah aldığımız ölkələr isə belə sıralanıb – Rusiya, Türkiyə, İsrail. Böyük Britaniya bu siyahıda da ən yaxşı halda 4-cü, ən pis halda isə adı ümumiyyətlə bu sırada yoxdur.
Azərbaycan son zamanlar alternativ enerji sahəsinə xarici sərmayədarlar cəlb etməyə üstünlük verir. Günəş enerjisi sahəsinə BƏƏ-nin “Masdar”, külək enerjisi sahəsinə isə Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti öncüllük edir. Böyük Britaniyanın BP şirkəti isə hələ də bu imkanları nəzərdən keçirir.
Qısası, Böyük Britaniyanın adını heç bir siyahıda ön sıralarda görmək mümkün deyil. Bəs onda sözügedən krallıq nəyimizə aşıq olub tərəfdaşlıq dərəcəmizi ən yüksək səviyyəyə çıxarıb? Özü də Rusiya ilə münasibətlərimizin bu qədər kəskinləşdiyi bir zamanda.
Belə çıxır ki, ingilislər bizim əlimizlə arı pətəyinə çöp uzatmaq istəyirlər. Görünür, bu səbəbdən də 25 avqustda Azərbaycana səfər edən Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Stiven Dautinin Bakıda rəsmilərimizlə keçirdiyi görüşləri hardasa 20 gün sonra təzə xəbər kimi böyük təmtəraqla təqdim edib qaşınmayan yerdən qan çıxarmağa çalışır.
Söz yox ki, istənilən dövlətlə münasibətləri hər hansı səviyyəyə qaldırmaq və ya endirmək Azərbaycanın müstəsna hüququdur və kimsənin bu işə qarışmağa haqqı çatmır. Amma Azərbaycan hakimiyyəti onu da nəzərə almalıdır ki, ingilisin ipiylə quyuya enənlər yerin dərinliyində Simruq quşu ilə rastlaşmırlar. Xarici imperializmin ağına da lənət, qarasına da. Elə ingilisinə də.
Heydər Oğuz - "DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Uşaqpulu, yoxsa sosial yardımlar?.. - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar
Bu gün, 16:32
"Abşeron Tekstil"in külli miqdarda borcu var
Bu gün, 16:30
"Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu
Bu gün, 16:22
MDB ölkələrinə şok mesaj: - Rusiya haradan başlayacaq?
Bu gün, 16:19
Merdən Xankəndidən köçmüş ermənilərə: - “Sizi Rusiyaya köçürəcəyik”
Bu gün, 16:18
ABŞ atəşkəsi pozdu, cavab verəcəyik - İran
Bu gün, 16:15
“PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 16:12
200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi - ARAŞDIRMA
Bu gün, 16:07
Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur – Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
Bu gün, 16:00
Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU - BUNDAN SONRA...
Bu gün, 15:57
ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Bu gün, 15:54
FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı - TƏFƏRRÜAT
Bu gün, 15:50
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
Bu gün, 15:41
“OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü
Bu gün, 15:37
Deputatlıq mandat deyil, sözün məsuliyyətidir - REPLİKA
Bu gün, 15:33
"Gazelli Group" yenidən təşkil olunur
Bu gün, 15:31
“Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” - Seyran Səxavətdən ÇAĞIRIŞ
Bu gün, 15:15
Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır - SORĞU
Bu gün, 15:10
"PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub - BUNDAN SONRA...
Bu gün, 15:03
Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü - Dəhşətli cinayətin TƏFƏRRÜATI
Bu gün, 15:01
Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! - Paşinyan
Bu gün, 14:55
TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 14:52
AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib - DİQQƏT!
Bu gün, 14:49
Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
Bu gün, 14:43
Azərbaycanda “lizinq” anlayışı ləğv edilir - TƏFƏRRÜAT
Bu gün, 14:39
Müstəqillik Günündə əfv gözlənilir? - AÇIQLAMA
Bu gün, 14:37
Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu - 4 il şərti cəza alıb
Bu gün, 14:22
Şeyx Əbdül Mahmudovdan sərt ittihamlar - “Saxta qurultaydır”
Bu gün, 14:18
Bu kino rejissorlarına 10 min manat veriləcək - SİYAHI
Bu gün, 14:15
İrəvanda parad hazırlığı – Paşinyanın şousu, yoxsa...
Bu gün, 14:09
Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi – yeni təyinat
Bu gün, 14:04
Əməkdar artistdən Nigar Camala SƏRT REAKSİYA - “Bu, onun İQ səviyyəsini göstərir”
Bu gün, 13:59
"Mən özümü öldürsəm də, əvvəlki verilişlərdən olmayacaq" - Xalq artisti Eldost Bayram
Bu gün, 13:53
“AF Hotel” yandı, “Eurohome” bağlandı, Rusiyadakı biznesinin taleyi necə olacaq? – Azay Möhnətov "Bədəl" ödəyir
Bu gün, 13:51
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq - MƏQALƏ
Bu gün, 13:47
İdxala son: Yerli istehsalçıların dövranı başlayır? - ARAŞDIRMA
Bu gün, 13:33
Əli Həsənovun kadrı Bakı Təhsil İdarəsinə rəhbər gətirilir - İLGİNC İDDİALAR...
Bu gün, 13:29
Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib
Bu gün, 13:24
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olunub - SİYAHI
Bu gün, 13:23
Polkovnikə vəzifə verildi - ƏMR
Bu gün, 13:18
Resurslarımız, pulumuz yoxdur, amma... - Özgür Özəl
Bu gün, 13:13
Ali Məhkəməyə yeni hakimlər təyin olundu - ADLAR
Bu gün, 13:10
“Bilmirəm hansısa səbəbdən bu qurum birləşdirildi” - deputat
Bu gün, 13:09
Vəzifəyə təyin olunan əməkdar artist: - “5 illik saz təhsilim var, muğama gənclərin axını çoxdur”
Bu gün, 12:45
Bəli, azərbaycanlılar ət yeməklərini sevəndirlər... amma tapa bilsələr... - REPLİKA
Bu gün, 12:39
Karapetyanın 300 min azərbaycanlı dərdi - KİV
Bu gün, 12:35
İki yol ayrıcında qalan Paşinyanın vəziyyəti ağırdır - POLİTOLOQ
Bu gün, 12:32
Saleh Məmmədovdan qalma KORRUPSİYA RIÇAQLARI LƏĞV OLUNUR... - SİYAHI
Bu gün, 12:27
Ermənistan təhlükənin mənbəyində dolaşır - Şoyqu
Bu gün, 12:23
Yerli kartof marketlərdə maya dəyərindən 8 dəfə baha satılır – Rəsmi
Bu gün, 12:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru