“Ermənistanın təhlükənin mənbəyində (Qərbi nəzərdə tutur - red.) müdafiə axtarmaq istəyi təəssüf doğurur”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.
“Bir çox problem var və onları birlikdə həll edəndə daha təsirli olur. KTMT-dəki erməni tərəfdaşlarımızın bunu anlamaması və birbaşa təhlükənin mənbəyində müdafiə axtarması təəssüf doğurur”, - o bildirib.
Şoyqu əlavə edib ki, bu, Ermənistan rəhbərliyinin seçimidir və o ölkəsi və xalqının gələcəyi üçün məsuliyyət daşıyır.









