
AZƏRBAYCANDA BÖLÜCÜ KÜRDLƏRİ HANSI MƏMURLAR HİMAYƏ EDİR?
DİA.AZ: - Məlumdur ki, hər dəfəsində süni şəkildə Azərbaycanda kürd problemi gündəmə gətirilir və əhatəsi günbəgün genişləndirilməkdədir. Buna qarşı yuxarı dairələrin göstərdiyi susqunluq isə vəziyyəti daha da mürəkkəbləşdirir. Buna görə də konkret addımların atılmasını vacib saymışdıq. Yazımızda onu da vurğulamışdıq ki, Azərbaycanda kürd kartından istifadə edənlərin fəaliyyətini təhlil etsək, konkret iki xəttlə belə bir işin həyata keçirildiyini söyləmək olar.
1-ci xətt:
PKK-ya açıq simpatiyası olan və Azərbaycan ərazilərində Kürdüstan dövlətinin yaradılması təşəbbüsü ilə çıxış edənlər. Həmin xətlər isə öz növbəsində həm İraq kürdlərindən, həm də Moskvadan qidalanmaqdadırlar.
2-ci xətt:
Daha çox kapital sahibi olmaq, idarəetmə strukturlarında təmsil olunmaq, kənd yerlərində yaşayan sadə kürdlərin mərkəzə köçürülməsinə nail olmaq.
Hər iki xətt özü-özlüyündə kifayət qədər təhlükəli və milli münaqişələrin yaranmasına təkanverici təsir göstərən amillərdir. Amma aldığımız son məlumat daha maraqlı mənzərələri də ortaya çıxarır.
Bakıda kürd bayramı
DİA.AZ bildirir ki, Novruz bayramını Türkiyədə yaşayan kürdlər özlərinin milli bayramı kimi dəyərləndirir və novruz bayramı ərəfəsində illər boyu Türkiyə ərazisində etiraz aksiyaları keçirməklə bu şənliyi qeyd ediblər. Vəziyyətin belə şəkil aldığını görən Türkiyə hökuməti nəhayət qərar çıxararaq bu bayramın komunistlərə və kürdlərə aid olmadığını, ümummilli bir türk bayram olduğunu təsdiqlədi. Bildirək ki, Türkiyənin dövlət rəsmilərinin sözügedən qərarı verməsinə keçmiş sovetlər birliyindən azad olmuş türk dövlətləri də təsir etmiş oldu. Məlum oldu ki, uzun illər ərzində kürdlərin mənimsəyərək terror aksiyaları ilə qeyd etdikləri bu bayram, əslində türkün Tanrıçılıq dinindən qidalanan və bu günümüzəcən qorunub saxlanan ən möhtəşəm bir ənənədir.
Amma həmin abhava qalmaqda və siyasiləşmiş bu günlər yenə də yaşanmaqdadır. Türkiyə sistemini sevən bir sıra kürd liderləri Bakıda da bunun təkrarlanmasına cəhd göstəriblər. Məlumatlı şəxslərdən aldığımız bilgilərə görə, Bakıxanov qəsəbəsində yerləşən “Həyat yolu” şadlıq evində bu ilin mart ayında novruz bayramının qeyd edilməsini planlaşdırıblar. Və ediblər də. Yalnız kürd mənşəli şəxslərin iştirak etdiyi sözügedən toplantıda müxtəlif bölgələrin, o cümlədən əsasən Laçın, Kəlbəcər, Zəngilan, Naxçıvan və Qərbi Azərbaycan kürdləri iştirak ediblər. Bir neçə qəzet baş redaktorunun və təşkilat sədrinin qatıldığı həmin toplantıda söhbətlər sonluqda siyasi və milli məsələlərlə tamamlanıb. Ən maraqlı və həyacanlı olay da bundan sonra başlayıb.
Kürdlərə qarşı basqı
Toplantıda iştirak edən aktiv qanad təmsilçiləri Laçın bölgəsindən olan kürdləri hədəfə götürüblər. Onları konkret olaraq milli mənsubiyyətlərini danmalarına görə ittiham edib və başlanan kürd hərəkatında aktiv iştirak etməmələrinə görə suçlayıblar. “Siz azərbaycanlıların içində assimiliyasiya olubsunuz” - ittihamı ilə Laçın kürdlərini tənqid edən liderlər onlara hətta hədə-qorxu da gəliblər. Yalnız sonda “Dənge kürd” (Türkcəsi “Kürdün səsi”dir) qəzetinin baş redaktoru işə qarışandan və tədbirin sona çatdığını deməsindən sonra sakitçilik yaranıb.
Nəticəni isə özünüz çıxarın. Bu açıq şəkildə sübut edir ki, bu gün Azərbaycanda kürd mövzusunun gündəmə gəlməsi təsadüfi bir hal deyil. Digər tərəfdən, dünənə qədər Abdulla Öcalanın şəklini yarımqaranlıq kabinetlərdə başlarının üzərindən asanlar indi cəmiyyətin içində açıq fəaliyyət göstərirlər. Sadə, siyasi proseslərdən xəbəri olmayan vətəndaşların bu oyuna cəlb edilməsi isə sözsüz ki, real təhlükədir.
Apardığımız araşdırmalar bir daha təsdiqləyir ki, Laçın və Zəngilan bölgəsindən olan qaçqınların məskunlaşdığı ərazilərdə o cümlədən Gəncədə, Xanlarda, Yevlaxda və Goranboyda da kürdələşmə çağırışı açıq şəkildə aparılır. Biz hansısa millətin öz haqqını tanımasını, öz dilini öyrənməsini pis hal kimi dəyərləndirmirik. Amma bunun ölkənin dövlətçiliyinin və digər millətlərin haqlarının pozulması müqabilində edilməsini pisləyirik. Amma bu gün sadə kürdlər arasında aparılan təbliğat işi sübut edir ki, burda söhbət heç də kürdlərə kürdlüyünü anlatmaqdan getmir. Söhbət kürdün bu dövlətə sahib çıxmasından, Kürdüstan adlı absurd bir dövlətin yaradılmasından gedir. Siyasiləşmiş və konkret ideoloji bazaya malik bu çağrışlar isə real təhlükədir.
Hələ 1947-ci illərdə Türkiyədə başlanan kampaniyanın tam oxşarı olan hazırkı çalxalanmalar ən uzağı Azərbaycanda milli münaqişələrin səviyyəsini Türkiyədə PKK fəaliyyətinin yaratdığı nəticələrə bənzədəcək. Bildiyiniz kimi, Türkiyədə PKK sisteminin tətbiqi üçün və real sosial baza yaratmaq üçün Abdulla Öcalan maraqlı taktikadan bəhrələndi. Sözsüz ki, bu işdə sovetlər birliyinin də ciddi rolu oldu. Yəni Kürdüstan iddiası ilə çıxış edənlərin azlığı səbəbindən nə isə etmək lazım idi. Bunu isə Abdulla Öcalan bacardı. Kürd-komunist ittifaqının yaradılması ilə kütləviliyi təmin etdi. Bu gün də komunistlərlə kürdlərin birgə fəaliyyəti göz önündədir. Azərbaycanda da buna oxşar proseslər sürətlə inkişaf edir. Amma bu dəfə komunist-kürd ittifaqı yox, bir qədər fərqli prinsiplə fəaliyyət göstərilir.
Apardığımız təhlillərdən və araşdırmalardan belə bir nəticə çıxır ki, hazırda kifayət qədər formalaşan PKK-çılarla ciddi kapitala sahib şəxslər arasında bir bağlılıq formalaşmaqdadır. Yalnız hakimiyyətdə təmsil olunmaqla və kapital sahibi olmaqla məqsədin bitdiyini deyən qüvvələr bu gün Kürdüstan ideyası ilə meydana atılanlara tərəf meyl etməkdədirlər. Yeri gəlmişkən, bu gün Kürdüstan yaratmaq ideyası ilə meydana çıxanların hiyləgər addımları da ortaya çıxmaqdadır. Bildiyiniz kimi, Kürdüstan dövlətinin Laçın, Zəngilan və Kəlbəcər ərazisində yaradılacağını iddia edən qüvvələr hətta bir neçə dəfə Yerevanda da toplantılar keçirərək məsələni Ermənistan rəhbərliyinə çatdırıblar. Əsasən, Moskvada yaşayan və PKK-ya bağlılığını gizlətməyən bu şəxslər məsələni Qarabağ probleminin statusunun müəyyənləşməsinə qədər təxirə salıblar. Düzdür, yenə toplantılar, simpoziumlar keçirilir. Amma real addım atmağa tələsimirlər. Fəaliyyətdə olduğunu göstərmək üçün isə real iş olmalıdır. Real iş görmək üçün isə hədəf müəyyənləşməlidir. Bax ən böyük hiyləgərlikdə bu məqamda ortaya çıxır. Bu gün hədəf Azərbaycan cəmiyyəti və dövlətidir. Azərbaycanda yaşayan kürdlərin tam savad almamalırının, dağ yerlərində yaşamalarının günahkarı qismində dövlət göstərilir və bunun aradan qaldırılması tələb edilir. Yaşadıqları Laçın, Zəngilan, Kəlbəcər bölgələrindən qıçqın düşmələri faktoru da nəzərə alınır. Onsuz da bu sakinlərin daha yaxşı yerdə yaşama istəklərinin olduğunu bilən həmin qüvvələr buna görə onların Bakıda, Gəncədə yerləşdirilmələrini tələb edir və bununla da sadə vətəndaşların gözündə milli qəhrəmana çevrilirlər. Amma əsl məqsəd heç də onların sosial problemlərini həll etmək deyil. Əsas məqsəd tərafdarların sayının artırılmasıdır. Maraqlıdır ki, bu gün Azərbaycanda yaşayan türklərə qarşı hələ ki, açıq nifrəti ortaya qoymurlar. Bu bir tərəfdən heç Azərbaycanda yaşayan türklərin özlərini tam olaraq türk hesab etməmələri ilə bağlıdırsa, digər tərəfdən də ehtiyatı əldən verməmək niyyətinə söykənir. Buna görə də əsas hədəf kimi Türkiyə türkləri götürülür. Və Azərbaycanda türkçülük prinsipi ilə çıxış edənləri cəmiyyətdə türkiyəçilər kimi tanıtmağa və onlara qarşı sadə kürdlər arasından nifrət yaratmağa çalışırlar. Başqa cür desək, türklüyünü anlayan və bunu bəyan edənləri cəmiyyətdən kənarda saxlamağa çalışır və bu istiqamətdə təbliğat aparırılar.
Qayıdaq “Həyat yolu” şadlıq evində Laçın kürdlərinin ittiham edilməsi məsələsinə. Bu olay əslində 1986-87-ci illərdə bir qrup erməni millətçisinin “Krunq” təşkilatına pul yığmaları faktına daha çox bənzəyir. Həmin vaxtda böyük Ermənistanın yaradılması, Qarabağın Ermənistana birləşdirilməsi ideyası üçün zor gücünə sadə ermənilərdən pul yığılır və onlardan assimiliyasiya olmamaq tələb edilirdi. Bu ideyaya qarşı çıxanların isə taleyi sonra çox pis oldu. Elə məşhur Sumqayıt hadisələrinin ermənilər tərəfindən yetirilmiş əsas erməni qurbanları da məhz ümumerməni fonduna pul keçirməyənlər idi.
Bir başqa misal. Faktdır ki, Moskvada çalışan bir erməni professoru məhz bu ideyanın əleyhinə çıxdığı üçün qətl edildi. Başqa cür desək, xoş üzlə sıralara qatılmayanlar zor gücünə cəlb edilir, bundan imtina edənlərin isə fiziki məhvinə qərar verilir. Bu addımlarla da kütləviliyi təmin edə bildilər. Bunu hamı bilirdi ki, həmin vaxt “Krunq” təşkilatına nə qədər rəğbət varıydısa, bir o qədər də nifrət və qorxu varıydı. Millətin jandarması rolunda iştirak edən bu qruplaşmalar sonra kifayət qədər ciddi qüvvəyə çevrilə bildilər. Bu gün isə kürd millətinin jandarması formalaşmaqdadır. Bu jandarma kürdlərin qorunması ilə yox, qorxudularaq sıralarına qatılması ilə məşğuldur. Və sabah bunun kifayət qədər total bir şəkil almasına heç kəs qarantiya vermir. Digər tərəfdən, yetərincə kapitala malik şəxslərin kürd mənşəli adamları işlə təmin etmələri və sonra əsas ideyaya şərik qoşmaları da get-gedə aktuallaşır.
Beləliklə, Azərbaycanda süni şəkildə kürd problemi gündəmə gətirilməklə yanaşı, bu işə yox deyənlərin də zorla cəlb prosesi başlandı. İtirən isə həm türklər, həm sadə kürdlər, həm də bütövlükdə Azərbaycan dövlətçiliyi olacaq. Yəqin ki, bunu heç kəs istəmir və “təsir əks təsirə bərabərdir” hərəkətlənməsi də gec-tez ortaya çıxacaq. Müqavimət isə qan deməkdir. Qansız işi həll etmək üçün bu gündən dövlət konkret addımlarını atmalıdır. Bu addımları hamı gözləyir. O cümlədən bizlər də.
Onu da xatırladaq ki, keçən il Tahir Süleyman adlı separatçının bir qrup gənci başına yığaraq kürd gəncliyi adından prezident İlham Əliyevdən imdad diləməsi də bəlli bir ssenarinin tərkib hissəsi idi. Həmin ssenaridə isə hədəf olaraq Azərbaycan dövləti seçilib. Amma nədənsə müvafiq dövlət qurumları bu hadisəyə gərəkən reaksiyanı vermədilər. Tahir Süleyman isə hətta Səməd Vurğunu kürd elan edəcək qədər şişib. Bu isə onun arxasında kifayət qədər ciddi dövlət adamının dayanmasını sbüurlayır. Çünki bu ölkədə dövlətin himayəsi altında olmadan terror belə etmək mümkünsüzdür...











