“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” PHŞ tərəfindən Şuşa şəhərinin D-5 massivində yaşayış binalarının tikintisi ilə bağlı ümumi dəyəri 37 milyon 60 min manatdan çox olan iki satınalma həyata keçirilib.
Banker.az xəbər verir ki, satınalmaların qalibi “Diler İnşaat” QSC olub. Birinci mərhələ çərçivəsində 6 ədəd dördmərtəbəli yaşayış binasının tikintisi üzrə müqavilənin dəyəri 12 milyon 984 min manat təşkil edib.
İkinci mərhələ üzrə isə 8 ədəd yaşayış binası, xidmətedici və yardımçı obyektlər, eləcə də abadlıq işlərini əhatə edən tikinti layihəsi üçün 24 milyon 76 min manat məbləğində satınalma həyata keçirilib.











