В«MUMВ» ŞEFİNİN İFTAR SÜFRƏSİ QƏZƏBƏ SƏBƏB OLDU
Tarix: 12-08-2012, 12:20 | Çap et
ƏRƏSTUN CAVADOV DÖVLƏTİ RAZI SALIB, İNDİ DƏ ALLAHI ALDATMAQ İSTƏYİR
DİA.AZ: - Məlum olduğu kimi, bir neçə gün əvvəl 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputat, Mərkəzi Univermağın (MUM) rəhbəri Ərəstun Cavadov Ağsuda Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil etdi. Amma deyəsən millət vəkilinin savab qazanma təşəbbüsləri bəziləri tərəfindən qıcıqla qarşılanıb.
DİA.AZ-a daxil olan anonim müraciətin müəllifləri Ərəstun Cavadovun Ağsudakı iftar süfrəsinin savab kimi qəbul olunmayacağını və deputatın onlarla ailənin haqqını yeyərək, bu kimi yollarla Allah qarşısında günahlarını yuduğunu iddia edirlər.
Onu da bildirək ki, neçə müddətdir Ərəstun Cavadovun sahibi olduğu obyektlə “Mərkəzi Univermaq” Açıq Səhmdar Cəmiyyəti ilə bağlı qalmaqal səngimək bilmir. ASC-nin əksər səhmdarları Ərəstun Cavadovun В«Mərkəzi UnivermaqВ»ı ələ keçirərək, şəxsi obyektinə çevirdiyini iddia edirlər ki, bu səbəbdən də onlar arasında ciddi toqquşmalar bir neçə ay əvvəl bütün mətbuatda böyük ajiotaj yaratmış oldu.
Xatırladaq ki, 1998-ci ildə özəlləşdirilən “Mərkəzi Univermaq” ASC hər zaman mənfəətlə işləyib və səhmdarlarını dividentsiz qoymayıb. Elə 2011-ci il də istisna deyil. Səhmdarlar ötən ilin nəticələrinə görə də divident alacaqlar. Yəni, cəmiyyətin fəaliyyətinə xitam verilməsinə səbəb maliyyə çətinlikləri deyil. ASC özəlləşəndən bəri daim ləğv olunacağı və köçürüləcəyi barədə söz-söhbətlər dolaşıb. Amma bu dəfə onun ləğv edilməsi əslində təşkilati-hüquqi formanın dəyişdirilməsindən başqa bir şey deyil. Yəni, əsas səhmdarlar minoritar səhmdarların (kiçik səhmdarlar - red.) səhmlərini razılaşdırılmış qiymətlə almaqla, ticarət mərkəzinin tam sahibi olmaq qərarına gəliblər.
Məlumatlara görə, ASC-nin faktiki sahibləri deputat Ərəstun Cavadov və Cəlal Əliyevdir. Səhmlər onların qızlarına məxsusdur. Cəmiyyətin 500-dən çox səhmdarı var. Nominal dəyəri 2 manat olan səhmlərin minoritarlardan 30 manata alınmasına başladığı bildirilir.
“Mərkəzi Univermaq” ASC-nin nizamnamə kapitalı 1 milyon 461 min 767,8 manatdır. Cəmiyyət illik ümumi yığıncaqlarını müntəzəm keçirib. Lakin illik hesabat və balans göstəricilərini açıqlamaqdan yayınıb.
Univermağın bir qrup işçisinin mətbuatda yayılan şikayət məktubunda deyilirdi ki, Ə.Cavadov müəssisədə şöbələrin aylıq ödənişini 1000 dollardan 5000 dollara qədər qaldırıb. Bazarlaşma nəticəsində 3500-4000 dollara qədər “endirim”lər olur. Yeni tariflərlə razılaşmayanların isə zorla ASC-dəki payı əllərindən alınır.
Son məlumatlar isə bu faktı bir daha təsdiqləyir. İşçilərin ASC-də ümumi payı 5-6 faizdən çox deyil (onların payı 0,1-1 faiz intervalında dəyişir). İndi Ə.Cavadov işçilərini bu simvolik paylardan da məhrum edib. Görünür, deputat ASC-yə heç formal şərikliyi qəbul etmir - o nəhəng ticarət obyektinə təkbaşına sahib olmağa can atır. Aylıq ödənişləri artırmaqla da ASC-nin səhmdarları olan işçilərinə təzyiq edir ki, paylarını satmağa məcbur olsunlar. Bir sözlə, biznesmen deputat mandatından və inzibati rıçaqlarından sui-istifadə etməklə işçilərinin mülkiyyət hüququnu tapdalamaqla məşğuldur.
Bütün bunları redaksiyamıza xatırladan şikayətçilər bildirirlər ki, indi Ağsuda bir-iki nəfər üçün açılan iftar süfrəsi də deputatın haram yolla ələ keçirdiyi obyektdə haqqı tapdanan səhmdarlara qarşı edilmiş günahın yuyulması üçün yetərli ola bilməz: В«Ərəstun Cavadovun imkanları böyükdür. Onun hakimiyyətin nüfuzlu simaları ilə yaxşı əlaqələri var. Yəni dövlət qurumları ilə problemi olmadığından bu günə kimi istədiyini edib. İndii isə yadına düşüb ki, təkcə hakimiyyətlə münasibətlərini yoluna qoymaq yetərli deyil. Əsas Allahdır və Allahın dərgahıdır. Bu gün bizim haqqımızı yeyib, üstündən su içməsinə dövlət göz yumursa, Allah göz yummayacaq və onun sədəqə kimi verdiyi iftar süfrələri də heç nəyi - onu Allah yanında gözləyən cəzanı dəyişə bilməzВ».
Qarşı tərəfi də dinləməyə hazırıq…


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Moskvada rekord temperatur qeydə alındı
Bu gün, 18:02 |
|
|
|
| • Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Bu gün, 17:48 |
|
|
|
| • Rusiya Ermənistana xəbərdarlıq etdi
Bu gün, 17:44 |
|
|
|
| • İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Bu gün, 17:16 |
|
|
|
| • Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 17:09 |
|
|
|
| • Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Bu gün, 16:59 |
|
|
|
| • Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Bu gün, 16:53 |
|
|
|
| • Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Bu gün, 16:49 |
|
|
|
| • Azərbaycanda daha bir aqropark yaradılıb
Bu gün, 16:47 |
|
|
|
| • Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Bu gün, 16:43 |
|
|
|
| • Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Bu gün, 16:35 |
|
|
|
| • Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Bu gün, 16:27 |
|
|
|
| • Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Bu gün, 16:22 |
|
|
|
| • `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Bu gün, 16:11 |
|
|
|
| • Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 16:05 |
|
|
|
| • Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Bu gün, 15:59 |
|
|
|
| • Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Bu gün, 15:47 |
|
|
|
| • Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Bu gün, 15:43 |
|
|
|
| • Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Bu gün, 15:41 |
|
|
|
| • Sasanilər dövründə Azərbaycan
Bu gün, 15:33 |
|
|
|
| • Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Bu gün, 15:10 |
|
|
|
| • Rus ordusu Voloxovkanı işğal etdi
Bu gün, 15:08 |
|
|
|
| • Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Bu gün, 15:03 |
|
|
|
| • “Bank Avrasiya”nın səhmdarları toplanır
Bu gün, 15:00 |
|
|
|
| • Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Bu gün, 14:59 |
|
|
|
| • “Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Bu gün, 14:57 |
|
|
|
| • TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Bu gün, 14:54 |
|
|
|
| • Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Bu gün, 14:51 |
|
|
|
| • Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Bu gün, 14:46 |
|
|
|
| • NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Bu gün, 14:30 |
|
|
|
| • Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Bu gün, 13:17 |
|
|
|
| • Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Bu gün, 13:13 |
|
|
|
| • “İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB – ZƏRƏRİ 2 DƏFƏ ARTIB
Bu gün, 13:06 |
|
|
|
| • “Qurban bazarı”nda son vəziyyət: - Ən ucuz və ən bahalı heyvanlar
Bu gün, 13:02 |
|
|
|
| • Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ
Bu gün, 12:59 |
|
|
|
| • 112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb - SİYAHI
Bu gün, 12:53 |
|
|
|
| • Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:51 |
|
|
|
| • AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? - CƏDVƏL
Bu gün, 12:49 |
|
|
|
| • SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:47 |
|
|
|
| • “Vəziyyət belə davam etsə, evləri də su basacaq” – Niyə tədbir görülmür?
Bu gün, 12:32 |
|
|
|
| • Ermənistanda gərginlik artır: - Paşinyanın aqibəti necə olacaq?
Bu gün, 12:27 |
|
|
|
| • Müğənni Nura Suri və bələdiyyə sədri arasında QALMAQAL
Bu gün, 12:23 |
|
|
|
| • Kannı silkələyən azərbaycanlı aktyor - Şahmar Ələkbərovun nəvəsi Hollivudun diqqət mərkəzində
Bu gün, 12:20 |
|
|
|
| • Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü - TƏFƏRRÜAT
Bu gün, 12:16 |
|
|
|
| • Güney Qafqazın taleyi HƏLL OLUNUR... - GƏLİŞMƏ
Bu gün, 12:04 |
|
|
|
| • 2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub - ŞİRKƏT GERİLƏYİR
Bu gün, 12:00 |
|
|
|
| • Rahidəni PƏRT ETDİLƏR - “Oğlanın qulağına dedi ki, bu, nə günə qalıb”
Bu gün, 11:57 |
|
|
|
| • Rusiya Pekinin təsiri altına düşür... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:49 |
|
|
|
| • İqtisadiyyat Nazirliyi TƏSDİQLƏDİ: "Bakı-Tiflis-Bakı sərnişin qatarları bərpa olunur" - 26 maydan etibarən...
Bu gün, 11:42 |
|
|
|
| • "Bizi niyə xərcə salırlar?" - NAXÇIVANDA NARAZILIQ
Bu gün, 11:31 |
|
|
|
|