Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? .....                     Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... .....                     "Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" .....                     SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... .....                     "Bu sullara cacab verən baba-igid məmur varmı?!" .....                     Burda SAXTA DOLLAR satılır? .....                     Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq .....                     Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb .....                     Təhsilimiz Bağırovlardan qurtula bilmir .....                     “Kontakt Home” camaatla MƏZƏLƏNİR .....                     "Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi .....                     Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! .....                     AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir .....                     "Kim 100-200 manat üçün işləməkdən imtina edər?" .....                     Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? .....                     Bu pulları dəyişsəz, itirə bilərsiniz .....                     "Arvad" sözünü dilimizdən çıxaraq? .....                     "Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" .....                     Masada 3 ssenari var: Hansı ağır gələcək? .....                     Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır .....                     Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir? .....                     Rusiyadan qaçan bankir: .....                     MİDA-nın 250 min manatlıq müqaviləsi 20 manatlıq şirkətə verildi .....                     Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü .....                     Bu gün QURBAN BAYRAMIDIR... .....                     “MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... .....                     Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir .....                     “Vaşinqton sənədini cırıb atmayacağıq” .....                     “Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi .....                     Ermənilər seçim qarşısında .....                     GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: .....                     Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq .....                     PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... .....                     Hafiz Hacıyev cərimələnib .....                     Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı .....                     Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı .....                     “Diadem” şirkəti mənfəətini bölüşdürəcək .....                     Özümüzü buğda ilə necə təmin edək? .....                     “Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir .....                     "TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" .....                 

XƏBƏRDARLIQ: Saxta məktəbli formalarında gənə var! - ARAŞDIRMA
Tarix: 11-09-2015, 09:18 | Çap et
XƏBƏRDARLIQ: Saxta məktəbli formalarında gənə var!
Azərbaycanda yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Bu tarix yaxınlaşdıqca valideynlərin məktəb qayğıları da artır. Övladını sentyabrın 15-də məktəbə yola salmaq üçün başı məktəbli forması və ləvazimatları almağa qarışan valideynlərin çoxu qiymətlərdən narazılıq edir. Ekspertlər isə valideynləri məktəb bazarlığı edərkən diqqətli olmağa səsləyir.

Məktəb ləvazimatlarının qiyməti artıb...

Sentyabrın 15-i yaxınlaşdıqca ticarət obyektlərində satılan məktəbli əşyalarının çeşidi və sayı çoxalsa da, qiymətlərin valideynlərin cibinə elə də uyğun olmadığı üzlərindən hiss olunur. Valideynlərin sözlərinə görə, satış obyektlərində dəftərdən çantaya, ağ rəngli məktəbli köynəklərindən, uşaq ayaqqabılarınadək hər malın qiymətində artım baş verib. Həmsöhbət olduğumuz valideynlərdən Firuzə Məmmədova Aile.lent.az-a deyir ki, ötən il 6 qəpiyə aldığı 12 vərəqli dəftərin qiyməti bu il 10 qəpik olub. Rəngli kağızların, rəsm albomlarının qiyməti isə 50-60 qəpik artıb. Məktəblilərin geyindiyi ağ köynəklərin qiyməti 7 manatdan 10-12 manata qalxıb. Ayaqqabıların qiyməti isə 20 manatdan 35 manatadək bahalaşıb.

Satıcılar özləri də bahalaşmanın olduğunu təsdiqlədilər. “28 may” metrostansiyası yaxınlığında məktəbli ləvazimatları satılan ticarət obyektlərində ən ucuz çantanın qiyməti 9 manatdan başlayır. 48 vərəqli dəftər 1 manata, 96 vərəqli dəftər 1.20, 100 vərəqli dəftər 1.70 qəpiyə satılır. Rəngli karandaşların qiyməti isə 1 manat 50 qəpikdən 2 manat 50 qəpiyə kimi dəyişir. Satıcı ən bahalı karandaşların Almaniya və Türkiyənin istehsalı olduğunu bildirdi. Bundan başqa, buradan diyircəkli qələmləri 10-40 qəpiyə, plastilini 40 qəpik - 2 manata, pozanı 10 qəpiyə, pərgarı 30 qəpik - 8 manata əldə etmək olar. Yapışqan 1 manat 20 qəpiyə, karandaş yonan isə 60-40 qəpiyə satılırdı. Rəsm dəftərlərinin qiyməti isə vərəqlərinin sayına görə, 60 qəpik 2 manat arasında dəyişirdi. Satıcı məktəb ləvazimatlarının əsasən, Rusiya, Türkiyə və Çinin istehsalı olduğunu bildirdi. Məktəblilərin ən çox işlətdiyi ləvazimat olan dəftərin də qiymətində fərq var. Rusiya istehsalı olan dəftərlər digərlərindən 10-20 qəpik baha satılır. Bu qiymətlər Bakının ən ucuz məktəbli ləvazimatları satan ticarət obyektlərindəki qiymətlərdir.

Keyfiyyətli məhsul almaq istəyirsənsə…

Bakıda brend sayılan mağazalarda isə qiyməti 116, 149 AZN-ə çantalar var. Paytaxtda brend məktəbli ləvazimatları satan mağazalarda Rusiya istehsalı olan məşhur “Alfa” dəftərlərin qiyməti 1 manat 30 qəpikdir. Rəngli karandaşların qiyməti 15-18 manata qədər dəyişir. Belə mağazalarda ən ucuz məktəb ləvazimatı olan pozanın qiyməti 5 manata yaxınlaşır.

Satışda məktəbli ləvazimatlarının çeşidi çox olsa da, geyimə təsadüfi hallarda rast gəldik. Səbəb "Bakı Tikiş Evi”nin istehsal etdiyi məktəbli geyimlərinin yalnız Tikiş evinin satış mərkəzlərində satılmasıdır. Xatırladaq ki, BTE məktəbli formalarının satış qiymətini açıqlayıb. 1-6-cı siniflər üçün məktəbli formasının qiyməti 26 ölçüdən 44 ölçüyədək oğlan və qızlar üçün 34 manat təşkil edir. 7-11-ci siniflər üçün isə 32-54 ölçüdə kostyum 43 manatdır. Amma bununla belə satışda məktəblilər üçün tək pencək, şalvarlar da var. Tək şalvarların qiyməti 10 manata, pencəklər isə 25 manata təklif olunur. Ağ rəngli köynəklərin qiyməti isə 10 manatdan başlayır. Amma qızlar üçün satışda qiyməti 30 manata olan köynəklər də var. Ayaqqabıların qiyməti isə keyfiyyətinə görə 15 manatdan 45 manatadəkdir.

“Qiymətə yox, keyfiyyətə baxın!”

Valideynlərin çoxu xərcin az çıxması üçün qiymətə diqqət etsələr də, ekspertlər valideynləri məktəb bazarlığı edərkən keyfiyyətə də diqqət yetirməyə səsləyirlər. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, ölkədə satılan dəftərxana ləvazimatlarının çoxu Çin istehsalıdır. Birlik sədri Çindən gətirilən məktəb ləvazimatlarının heç birinin keyfiyyət sertifikatının olmadığını da bildirdi. Onun sözlərinə görə, məktəb ləvazimatlarının gigiyenik sertifikatının olmaması, bu malların sağlamlıq üçün təhlükəli olması riskini artırır: "Bazarda satılan məktəb ləvazimatlarının mütləq əksəriyyətinin keyfiyyətsiz olduğu göz qabağındadır. Rəsm çəkmək üçün istifadə olunan karandaşların rəngi elə ələ götürən kimi çıxır. Pozanlara isə toxunan kimi ovxalanır. Ümumiyyətlə, məktəbli ləvazimatlarının keyfiyyətində ciddi problem var. Əslində bu mallar bazara çıxarılmazdan öncə yoxlanılmalıdır. Amma çox təəssüf ki, məktəblilərin istifadə etdikləri malların keyfiyyəti əlaqədar qurumları narahat etmir".

E.Hüseynov deyir ki, ölkədə satılan, məktəblilərin istifadə etdikləri ləvazimatlarda sağlamlığa zərərli maddələr var. Hansı ki, həmin mallarla təmas nəfəs yollarında və dəridə müxtəlif növ xəstəliklərin yaranmasına səbəb olur: "Çantalarda həddən artıq tünd, pis qoxunun gəlməsinin səbəbi bu malların istehsalında müxtəlif kimyəvi maddələrdən istifadə edilməsidir. Bəzi məktəbli ləvazimatlarında hətta tərkibi ağır metallarla qarışıq olan qurğuşundan da istifadə edilir. Bu isə onlarla təmasda olan uşaqların sağlamlığında problemlərin yaranmasına gətirib çıxarır”.

Məktəbli çantasından pis qoxu gəlirsə…

AİB sədri bazarda satılan dərs ləvazimatlarının mütləq əksəriyyətinin gigiyenik sertifikatının olmadığını deyir. E.Hüseynovun sözlərinə görə, belə mallar əksər hallarda ölkəyə əl yüklərində gətirildiyindən gömrükdə gigiyenik yoxlamadan yayınır. Bunun əziyyətini isə azyaşlı məktəblilər çəkməli olur. AİB sədri deyir ki, xarici ölkələrdə məktəbli ləvazimatlarının standartlara uyğun hazırlanıb-hazırlanmadığı yoxlanılır: “Amma bizdə məktəbli ləvazimatları, standartına görə uyğunluq sertifikatı verilən mallar siyahısına aid edilməyib”.

Dermatoloq Azadə Məmmədova keyfiyyətsiz məktəbli ləvazimatları ilə təmas zamanı allergik, dermatik xəstəliklərin yaranma təhlükəsinin olduğunu bildirdi: "Əgər qələmin tərkibində qurğuşun varsa, təmas zamanı dəridə qızartı, qabarma və sulanma yaradır. Həmin yeri qaşıdıqda, infeksiyalaşmış irinli səpgilər yaranır. Bu cür dəri xəstəlikləri ən azı bir ay müalicədən sonra tam sağalır”.

Həmsöhbətimiz deyir ki, məktəbli ləvazimatı alarkən valideynlər tünd qoxu gələn məhsulları almaqdan imtina etməlidirlər: “Məktəbli ləvazimatının tərkibində ağır, zərərli maddələr varsa, mütləq bunu həmin maldan gələn tünd qoxudan bilmək olar. Ümumiyyətlə, alıcılar ələ rəngi çıxan karandaşları, rəngi tez pozulan və qoxusu gələn malları almaqdan çəkinməlidirlər".

Uşaqlarınız zəhərlənə bilər…

Ölkənin baş pediatrı Nəsib Quliyev də tərkibinə ağır metallar qatılan qələm, pozan və digər ləvazimatların təmas zamanı uşaqlarda nəfəs yollarının allergik xəstəliklərini yaratdığını söylədi. Onun sözlərinə görə, uşaq kimyəvi ağır metallarla zəngin maddələrlə boyanmış karandaşı ağzına salarsa, bu zaman zəhərlənmə də baş verə bilər. Baş pediatr eyni zamanda uşaqlara yaşına və çəkisinə uyğun olmayan iri çantaların alınmasının da düzgün olmadığını deyir.

Saxta məktəbli formaları sintetik liftlərdən alınmış parçalardan tikilir

Demə, problem təkcə məktəbli ləvazimatlarının keyfiyyətində deyilmiş. Valideynlər məktəbli forması aldıqda da diqqətli olmalıdırlar. “Bakı Tekstil Fabriki”nin direktoru Səkinə Babayeva deyir ki, bəzən valideynlər ucuz olduğu üçün Çindən gətirilən, yaxud Bakıda gizli sexlərdə tikilən məktəbli formasını almağa üstünlük versələr də, əslində, bununla öz övladlarının sağlamlığını ciddi təhlükə qarşısında qoymuş olurlar.
S. Babayevanın sözlərinə görə, uşaqlar günün bir hissəsini məktəbli formasında keçirdiklərindən, formanın keyfiyyəti şagirdin sağlamlığı üçün çox əhəmiyyətlidir: “Azərbaycanda nəmişlik çox olduğundan, çalışırıq ki, məktəbli formalarının tikildiyi parçaların pambıq qarışığı çox olsun. Pambıq nəmişliyi özünə çəkmək qabiliyyətinə malikdir. Ona görə də mütləq parçaların alt və üst qatında pambıq çox olmalıdır. Məktəbli formalarının tikilməsində istifadə olunan parçalarda isə buna xüsusi diqqət yetirilməlidir. Uşaqlar aktiv olduğundan, hərəkət çox etdiklərindən tez-tez tərləyirlər. Sentyabr ayı isə gah isti, gah soyuq keçir. Ona görə də məktəbli formasının tikildiyi parçada pambıq qarışığı çox olmalıdır ki, təri, nəmi özünə çəksin. Saxta geyimlər isə sintetik liflərdən hazırlandığından nəmi, təri özünə çəkmək qabiliyyətinə malik deyil. O parçanın sellofan torbadan heç bir fərqi yoxdur. Bu cür geyimlərdə uşaq tərləyirsə, həmin tər, nəmişlik onun bədəninə hopur. Belə olduqda ifraz olunan tər dəri vasitəsilə ciyərlərə hopur. Bir müddət sonra uşağın nəfəs almağında problemlər yaranır. Çox təəssüf ki, valideynlər övladları üçün məktəbli forması aldıqda 10-15 manat ucuz olduğu üçün saxta geyimlərə üstünlük verirlər. Fikirləşmirlər ki, aldıqları saxta məhsul onların övladlarının canını xəstə sala, ağciyərində, nəfəs borusunda problem yarana bilər”.

Saxta məktəbli formalarında təhlükəli gənələr var!

Həmsöhbətimiz deyir ki, saxta məktəbli formalarında olan problemlər bununla bitmir. Bu cür geyimlərdə olan istehsalat gənələri, göbələkləri də məktəblilərdə dermatoloji problemlərə yol aça bilər: “Ölkəyə gətirilən parçalar mütləq laboratoriyadan keçirilməlidir. Çünki parçalarda istehsalat gənəsi, göbələkləri olur. İstehsalat gənəsi olan parçadan məktəbli forması hazırlanırsa, mütləq həmin gənələr uşaqların dərialtına keçərək orada yumurta qoyaraq yayıla bilir. Həmin gənələr dərialtı məsaməyə daxil olaraq çoxalır, uşaqların burnunun, ağzının yan hissələrində qırmızı qızartıların yaranmasına gətirib çıxardır. Bu cür parazitlərin məktəbli formasında olmaması üçün biz formanın tikilməsinə başlamazdan öncə parçaları laboratoriyaya göndəririk. O gənələr o qədər kiçikdir ki, onları yalnız laboratoriya şəraitində mikroskop altında görmək mümkündür. Laboratoriyanın nəticəsindən sonra biz məktəbli formasının tikilməsi üçün aldığımız parçanın istehsalına başlayırıq”.

S. Babayeva bu cür fəsadların olmaması üçün laboratoriyalara rüsum ödəyərək parçaları ekspertizadan keçirdiklərini, gigiyenik sertifikat aldıqlarını söylədi: “Biz bu cür laboratoriyalara müraciət etdiyimizdən, rüsum ödədiyimizdən təbii ki, bu, məktəbli formalarının qiymətinə az da olsa təsir göstərir. Amma bilirik ki, istehsal etdiyimiz məhsul gigiyenik baxımdan tam təhlükəsizdir. Sexlərdə tikilən saxta məktəbli formalarında isə bu məqamların heç birinə əməl edilmir. Sintetik liflərdən hazırlanan parçalarla istehsal edilən təhlükəli məktəbli formaları, məhsul çox ucuz başa gəldiyindən aşağı qiymətə də satılır. Valideynlər isə qiyməti beş manat aşağı olduğundan, təəssüf ki, o geyimləri alıb uşaqlarına geyindirirlər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? – Sabiq sədrlə bağlı yeni məlumatlar yayıldı
Bu gün, 09:45
Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:42
"Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" - Nura Suri
Bu gün, 08:18
SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... - NARAZILIQ VAR...
Bu gün, 08:13
"Bu sullara cacab verən baba-igid məmur varmı?!" - ŞƏRH
Bu gün, 07:31
Burda SAXTA DOLLAR satılır? - TƏFƏRRÜAT
Bu gün, 07:18
Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq - Rusiya mediası
Bu gün, 06:52
Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bu gün, 06:45
Təhsilimiz Bağırovlardan qurtula bilmir - MALƏSƏF...
Bu gün, 06:33
“Kontakt Home” camaatla MƏZƏLƏNİR - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:28
"Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi - Araşdırma aparılır
Bu gün, 06:25
Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir -İDDİA
Bu gün, 06:17
"Kim 100-200 manat üçün işləməkdən imtina edər?" - ETİRAZ
Bu gün, 06:13
Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? - İLGİNC
Bu gün, 06:09
Bu pulları dəyişsəz, itirə bilərsiniz – Gözlənilməz problem yarandı
Bu gün, 06:02
"Arvad" sözünü dilimizdən çıxaraq? - Dilçi və psixoloqdan deputata reaksiya
Bu gün, 06:00
"Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" - GƏLİŞMƏ
Bu gün, 05:58
Masada 3 ssenari var: Hansı ağır gələcək? - İNCƏLƏMƏ
Bu gün, 05:55
Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır - AMMA...
Bu gün, 05:53
Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:51
Rusiyadan qaçan bankir: - “Hamı onun ölümünü gözləyir”
Bu gün, 05:48
MİDA-nın 250 min manatlıq müqaviləsi 20 manatlıq şirkətə verildi - TƏFƏRRÜAT
Bu gün, 05:44
Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü - VİDEO
Bu gün, 05:38
Bu gün QURBAN BAYRAMIDIR... - QUTLU OLSUN!
Bu gün, 05:32
“MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... - FOTO
Dünən, 21:00
Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir
Dünən, 20:56
“Vaşinqton sənədini cırıb atmayacağıq” - Köçəryan
Dünən, 17:42
“Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi - FOTO
Dünən, 17:37
Ermənilər seçim qarşısında - İki yol var, ya Paşinyan, ya da...
Dünən, 17:26
GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Dünən, 17:12
Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq - HƏDƏ
Dünən, 17:10
PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... - Ekspert əsas problemləri AÇIQLADI
Dünən, 17:08
Hafiz Hacıyev cərimələnib - SƏBƏB
Dünən, 17:05
Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı - Qadın həbs edildi
Dünən, 17:04
Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı - KİV
Dünən, 17:00
“Diadem” şirkəti mənfəətini bölüşdürəcək
Dünən, 16:57
Özümüzü buğda ilə necə təmin edək? - Professordan təklif
Dünən, 16:52
“Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT
Dünən, 16:47
"TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" - Yücel Karauz
Dünən, 16:46
Uşaqpulu, yoxsa sosial yardımlar?.. - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar
Dünən, 16:32
"Abşeron Tekstil"in külli miqdarda borcu var
Dünən, 16:30
"Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu
Dünən, 16:22
MDB ölkələrinə şok mesaj: - Rusiya haradan başlayacaq?
Dünən, 16:19
Merdən Xankəndidən köçmüş ermənilərə: - “Sizi Rusiyaya köçürəcəyik”
Dünən, 16:18
ABŞ atəşkəsi pozdu, cavab verəcəyik - İran
Dünən, 16:15
“PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:12
200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi - ARAŞDIRMA
Dünən, 16:07
Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur – Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
Dünən, 16:00
Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU - BUNDAN SONRA...
Dünən, 15:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru