Zaxarovadan İrəvana sərt cavab .....                     Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər .....                     Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib .....                     “Paşinyanın seçilməsi Bakının xeyrinədir” .....                     Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı .....                     Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq .....                     “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” .....                     Nazim Bəydəmirlinin yeri dəyişdirildi .....                     Az yağış yağacağı ehtimalı var .....                     ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir .....                     Rəfael Süleymanov işdən çıxarıldı .....                     “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” .....                     Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb .....                     Günay Əliyevaya vəzifə verildi .....                     Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı .....                     Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı .....                     “Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? .....                     Paşinyan Putinə 200 dəfə zəng edib .....                     İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır .....                     Dövlətin yol getdiyi Adam... .....                     Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır .....                     “Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” .....                     Köçəryan seçki sandığını terrorla əvəzləyir: .....                     “Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır .....                     Ermənistanda Rusiya pasportu skandalı: .....                     Türk dövlətləri vahid valyutaya nə vaxt keçə bilər? .....                     Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar .....                     Kremlin geosiyasi dalanı: Ermənistana qarşı sərt ritorika və isterika .....                     Özəl sektorda iş yerlərinin sayı 19,9 min artıb, muzdlu işçilərin sayı 28,8 min azalıb .....                     SSRİ bayrağı, “Georgi lenti” və milyonluq ittihamlar .....                     Ya imtahan Naxçıvanda da təşkil olunmalı, ya da... .....                     Ankaradakı bəzi “qardaşlara” səmərəli təklif: “Arabalarınıza təyyarə qanadı taxın” .....                     “Bunları yığışdırın, hər şeyi bacarırlar, muğam oxumaqda niyə aciz olsunlar ki?” .....                     Mühasib şirkətin vergi borclarının silinməsi adı ilə dələduzluq etdi, .....                     Köçəryan erməni seçiciləri AZƏRBAYCANLA təhdid edir... .....                     Hamlet Musayevin qızı azadlığa buraxıldı .....                     Seçkidən sonra Paşinyanı qələbə münasibətilə ilk Putin təbrik edəcək .....                     Burda ancaq PUL YIĞMAĞI BİLİRLƏR... .....                     Tanışının “Kontakt Home”dan aldığı telefonu başqasına satdı: .....                     Ailə sürücüsü şirkət rəhbərinin otağından oğurladığı pulları kazino oyunlarında uduzdu .....                 

Evli kişilər sevgili saxlamaq üçün bu bazardan keçir - REPORTAJ
Tarix: 28-11-2014, 15:35 | Çap et
Evli kişilər sevgili saxlamaq üçün bu bazardan keçir
Bakının ev bazarındakı əxlaq polisləri, havada uçuşan qiymətlər və ağlagəlməz biznes hiylələri

“Tələbə qızlara ev vermək istəyən çoxdu e, amma bu məbləğə yox da... Sən hansı şəhərdə yaşayırsan a bala?”


Bura Neftçilər metrosundakı məşhur ev bazarıdır. Əslində yaşlıların istirahəti, uşaqların isə əyləncəsi üçün nəzərdə tutulmuş parkın təyinatı artıq dəyişib. Hətta parkın içindən keçib, yolun o biri üzünə adlayanları da “2 otaq, 2 otaq, metronun yanında...” tipli çağırışlar rahat buraxmır. Maklerlər, makler köməkçiləri, ev sahiblərinin şəxsən özləri... Qəribə dünyadır burası.

Ailem.az-ın reportyoru da bu “dünya”nın bir neçə dəqiqəsində olmaq üçün sözügedən bazara yollanıb. Amma jurnalist kimi yox, potensial kirayənişin kimi...

“TƏLƏBƏ QIZ ADI İLƏ BURA ELƏ ADAMLAR GƏLİR Kİ...”

Öncə ondan başlayaq ki, bazardakı maklerlər az qala MTN agenti kimidilər. Səni başdan-ayağa süzmədən, cikinə-bikinə bələd olmadan evə “yaxın buraxmırlar”. Reportyorumuz “özü kimi tələbə olan bir qızla” birgə aylıq kirayəsi 200 manat, metroya yaxın yerlərdən birində 2 otaqlı mənzil istədiyini deyincə... qiyamət qopdu. Sağ olsunlar, elə bütün kartları da onda açdılar.

Adı Tarifə olan “makler köməkçisi” dedi ki, bəs bizim başımıza hava gəlib: “Metronun yanında dediyin kimi ev tapmaq olar? Bura səninçün Yevlax-zaddı, a bala? Bakının göbəyidi ee?”

Az keçmədən onun bu cikkəsinə başqa bir makler də hay verdi. Dedi ki, iki qız uşağı iki otaqlı evi neynir. Bir az da qabağa gedib hirsləndi: “Qız uşağısınız, yanınıza adam zad gələsi deyil ki, ayrı otaqlar istəyirsiniz. Özü də ev yiyəsi hər adama ev verən deyil. Böyüklərinizdən biriylə gələrsiniz, danışarıq”.

Məlum olur ki, ev bazarının “əxlaq polisləri” ilə üz-üzəyik. Adı Məhərrəm olan makler isə vəziyyəti yumşaltmaq üçün bildirdi ki, indi adamlara güvənmək olmur deyə, nəzarət güclənib: “Bir də görürsən, qızlar ev kirayə götürür, sonra oranı bazara çevirirlər. Biz də qalırıq ev sahibinin, maklerin yanında üzüqara. Mən burda 50 manata işləyirəm. Yəni hər evin kirayəsindən mənə 50 manat qalır. Tələbə qız adıyla bura elə adamlar gəlib ki...”

CAMAAT ŞƏHƏRDƏN KƏNARDAKI EVLƏRƏ ÜSTÜNLÜK VERİR

Ümumi gəzişmə zamanı məlum oldu ki, təmirli, yaxud təmiri sovet dövründən qalan bir otaqlı evlərin qiyməti 250-300 manat, 2-3 otaqlı mənzillərin kirayə haqqı isə 300-500 manat arası dəyişir.

Bu rəqəmlər daha çox metrolardan kənarda yerləşən evlər üçün keçərlidir. Amma şəhərin daha “prestijli” bölgələrinə, məsələn, “Gənclik”, “Nəriman Nərimanov”, “Elmlər Akademiyası” metrosu həndəvərinə keçdikcə qiymətlər 500 manata qədər artır. Qiymətlər evin təmirindən və yerləşdiyi ərazidən asılıdır. Dəllallar deyir ki, hazırda insanlarda pul az olduğu üçün əksəriyyət şəhərdən kənarda, həyət evinə üstünlük verir.

100-150 MANATLIQ FƏHLƏ EVLƏRİ VƏ SAATBAŞI KİRAYƏLƏR...

Amma bazarda 100-150 manatlıq ev də tapmaq olar. Buna səbəb həmin evlərin (onlara evdən daha çox iri həyət evinin bir otağı demək olar) olduqca şəraitsiz, heç bir normaya cavab verməməsidir. Sözügedən evlərdə hətta elementar hamam-ayaqyolu sistemi də normal səviyyədə deyil. Makler Faiq deyir ki, bu cür evlərdən daha çox rayondan işləməyə gələn fəhlələr, subay oğlanlar istifadə edir: “Onlar səhər evdən çıxıb axşam yatmağa gəlirlər. Neynəyirlər yüksək şəraitli evləri?!”

Makler söhbət arası onu da bildirir ki, hazırda bazarın ən gəlirli müştəriləri evli kişilərdir. Onun sözlərinə görə, bu şəxslər gözdən uzaq, sevgililəri ilə münasibət yaşamaq üçün ev kirayələyirlər: “Şəhərdə elə maklerlər var ki, belə evləri saatla verirlər. Onların xüsusi müştəriləri də olur. Saatı 5-10 manata yaxşı şəraitli evlər var. Amma bizim bazarda elə söhbət yoxdu. Düzdü, evli kişilər gəlir, ev istəyirlər. Deyirlər ki, rayondan qohumum qalacaq-filan. Sonradan məlum olur, qonşular şikayət edir. Onda aləm dəyir bir-birinə...”

MAKLERLƏ TAKSİ SÜRÜCÜSÜNÜN MARAQLI ƏMƏKDAŞLIĞI

Bazarın daha bir maraqlı detalı. Burada müştəri evə baxmaq istədiyini deyirsə və maşını yoxdursa, deyilən ünvana getmək üçün taksi çağırır. Bu taksilər əsasən parkın yaxınlığında dayananlardır və bazardakı maklerlərlə işgüzar münasibətlər qurublar. Belə ki, müştəri gedəcəyi evi bəyəndiyi halda taksinin pulunu makler, əks halda müştəri ödəyir. Və maklerlər bir qayda olaraq mənzil başına avtobusla getmirlər. Bunu vaxt və əsəb itkisi kimi qiymətləndirirlər.

Bazardakı dəllallar xidmət haqqı üçün 50 manatdan az pul götürmürlər. Hər kirayələdikləri evə görə bu məbləği qazanan maklerlər vəziyyətdən şikayət edir. “Elə bilirsiniz, hər gün elə pul qazanmaq olur? Guya hamı hər gün kirayə ev tutur? Bax bu bloknota (əlini uzadıb göstərir), gör neçə ünvan var? Hamısı ağzı günə durub. Ev bazarı daha çox sentyabrda, avqustun sonunda yaxşı işləyir. Tələbələr gəlir. İlin ortasında kimdir ev axtaran?! Bir söz var e, deyir, uşağım olsun, amma pampers işlətməsin. Camaat istəyir, makler bunlara şəhərin hər yerindən ev tapsın, soraqlasın, bunlar da o adama 10-15 manat pul versinlər. Kim özünə rəva bilər hər gün, yağışda, küləkdə burda dayansın?” Bu nitqin müəllifi də bayaqkı Tarifə xanımdır.

Daha bir detal. Birinci 50 manatı kirayə ev istəyəndən alan dəllal ikinci “əlliliyi” kirayə ev verəndən alır. Əgər ev 200 manatadırsa, dəllal onu birinci ay üçün 250 manata “satır”. 50 manat da buradan qazanır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Bu gün, 13:47
Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Bu gün, 13:45
Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 13:42
“Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Bu gün, 13:27
Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Bu gün, 13:19
Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Bu gün, 13:11
“Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Bu gün, 13:04
Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Bu gün, 12:57
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:38
ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Bu gün, 12:31
Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Bu gün, 12:27
“İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Bu gün, 12:22
Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Bu gün, 12:19
Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:17
Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Bu gün, 12:16
Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Bu gün, 12:14
“Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Bu gün, 12:06
Paşinyan Putinə 200 dəfə zəng edib
Bu gün, 12:02
İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Bu gün, 11:51
Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Bu gün, 11:48
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Bu gün, 11:36
Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Bu gün, 11:28
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Bu gün, 11:25
Ermənistanda Rusiya pasportu skandalı: - Məşhur milyarderin qohumu həbs oluna bilər
Bu gün, 11:23
Türk dövlətləri vahid valyutaya nə vaxt keçə bilər? - AÇIQLAMA
Bu gün, 11:11
Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar - "Xinhua" agentliyi
Bu gün, 11:09
Kremlin geosiyasi dalanı: Ermənistana qarşı sərt ritorika və isterika - Moskva yeni reallığı qəbul etməyə açıq şəkildə hazır deyil
Bu gün, 11:04
Özəl sektorda iş yerlərinin sayı 19,9 min artıb, muzdlu işçilərin sayı 28,8 min azalıb – Rəsmi
Bu gün, 11:03
SSRİ bayrağı, “Georgi lenti” və milyonluq ittihamlar – Saleh Səmədov işi böyüyür
Bu gün, 11:00
Ya imtahan Naxçıvanda da təşkil olunmalı, ya da... - ETİRAZ VAR...
Bu gün, 10:53
Ankaradakı bəzi “qardaşlara” səmərəli təklif: “Arabalarınıza təyyarə qanadı taxın” - BELƏ HARA GEDİRİK?
Bu gün, 10:49
“Bunları yığışdırın, hər şeyi bacarırlar, muğam oxumaqda niyə aciz olsunlar ki?” - xanəndədən ETİRAZ
Bu gün, 10:35
Mühasib şirkətin vergi borclarının silinməsi adı ilə dələduzluq etdi, pulları “Topaz”da uduzdu
Bu gün, 10:34
Köçəryan erməni seçiciləri AZƏRBAYCANLA təhdid edir... - "Zəngəzurda məscid tikəcəklər..."
Bu gün, 10:25
Hamlet Musayevin qızı azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 10:19
Seçkidən sonra Paşinyanı qələbə münasibətilə ilk Putin təbrik edəcək - Sərkisyan
Bu gün, 10:11
Burda ancaq PUL YIĞMAĞI BİLİRLƏR... - Qanunsuzluq, özbaşınalıq və əmək istismarı
Bu gün, 10:09
Tanışının “Kontakt Home”dan aldığı telefonu başqasına satdı: - “Dedi ki, uzun illər türmədə olub, “vor-zakon”dur”
Bu gün, 09:52
Ailə sürücüsü şirkət rəhbərinin otağından oğurladığı pulları kazino oyunlarında uduzdu – HÖKM
Bu gün, 09:46
Karapetyanın qardaşı oğluna qarşı ikili vətəndaşlığı gizlətməsinə görə cinayət işi qaldırılıb - Ermənistan mediası
Bu gün, 09:42
Məmurlar işini itirir, yoxsa bazar dəyişir? - Görünəni odur ki...
Bu gün, 09:37
"İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz" - ÇAĞIRIŞ
Bu gün, 09:35
İcra hakimiyyətlərinə tender qadağası - NƏ BAŞ VERİR?
Bu gün, 09:32
Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ? - İşçilər deyir ki...
Bu gün, 09:30
Bakı “üçüncü İran müharibəsi” hazırlığında - AKTUAL
Bu gün, 09:21
Günün fotosu: - AY BƏRƏKALLAH...
Bu gün, 08:15
'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib - KİV
Bu gün, 07:58
İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - AY MAŞALLAH...
Bu gün, 07:52
"Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" - NARAZILIQ VAR...
Bu gün, 07:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru