Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı .....                     Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq .....                     “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” .....                     Nazim Bəydəmirlinin yeri dəyişdirildi .....                     Az yağış yağacağı ehtimalı var .....                     ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir .....                     Rəfael Süleymanov işdən çıxarıldı .....                     “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” .....                     Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb .....                     Günay Əliyevaya vəzifə verildi .....                     Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı .....                     Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı .....                     “Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? .....                     Paşinyan Putinə 200 dəfə zəng edib .....                     İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır .....                     Dövlətin yol getdiyi Adam... .....                     Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır .....                     “Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” .....                     Köçəryan seçki sandığını terrorla əvəzləyir: .....                     “Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır .....                     Ermənistanda Rusiya pasportu skandalı: .....                     Türk dövlətləri vahid valyutaya nə vaxt keçə bilər? .....                     Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar .....                     Kremlin geosiyasi dalanı: Ermənistana qarşı sərt ritorika və isterika .....                     Özəl sektorda iş yerlərinin sayı 19,9 min artıb, muzdlu işçilərin sayı 28,8 min azalıb .....                     SSRİ bayrağı, “Georgi lenti” və milyonluq ittihamlar .....                     Ya imtahan Naxçıvanda da təşkil olunmalı, ya da... .....                     Ankaradakı bəzi “qardaşlara” səmərəli təklif: “Arabalarınıza təyyarə qanadı taxın” .....                     “Bunları yığışdırın, hər şeyi bacarırlar, muğam oxumaqda niyə aciz olsunlar ki?” .....                     Mühasib şirkətin vergi borclarının silinməsi adı ilə dələduzluq etdi, .....                     Köçəryan erməni seçiciləri AZƏRBAYCANLA təhdid edir... .....                     Hamlet Musayevin qızı azadlığa buraxıldı .....                     Seçkidən sonra Paşinyanı qələbə münasibətilə ilk Putin təbrik edəcək .....                     Burda ancaq PUL YIĞMAĞI BİLİRLƏR... .....                     Tanışının “Kontakt Home”dan aldığı telefonu başqasına satdı: .....                     Ailə sürücüsü şirkət rəhbərinin otağından oğurladığı pulları kazino oyunlarında uduzdu .....                     Karapetyanın qardaşı oğluna qarşı ikili vətəndaşlığı gizlətməsinə görə cinayət işi qaldırılıb .....                     Məmurlar işini itirir, yoxsa bazar dəyişir? .....                     "İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz" .....                     İcra hakimiyyətlərinə tender qadağası .....                 

Bu həyatda acının hər üzünü görən ailənin dramı... - FOTOLAR
Tarix: 27-11-2014, 11:42 | Çap et
Bu həyatda acının hər üzünü görən ailənin dramı...
İki gün əvvəl “Qafqazinfo”da “Ermənilər anamın başını kəsdi- bu qadın küçədə qalır” adlı yazı dərc olunmuşdu. Yazıda Xocalıda əsir düşdüyünü və orada sağlamlığını itirdiyini deyən Leyla Səyyadova, həyat yoldaşı Tanrıverdi Səyyadov və onun üç azyaşlı övladının acınacaqlı həyatından bəhs olunurdu.

Bu həyatda acının hər üzünü görən ailənin dramı...

Xocalıda 1 il yeddi ay əsirlikdə qaldığını deyən Leyla Səyyadovanın buna görə dövlətdən müavinət ala bilməməsi və bu dərəcədə acınacaqlı həyat tərzi sürdüyünü söyləməsi düşünürəm ki, sual yaradan məsələ idi. Əgər üstəlik onun əri Tanrıverdi Səyyadov Qarabağda döyüşdüyünü və veteran olduğunu iddia edirdisə... Bu yazıya olduqca həssas şərhlər yazıldı, insanlar bu ailənin köməksiz qalmasını pislədi və öz yardımlarını təklif etdilər.

“Qafqazinfo”nun əməkdaşı həmin ailənin dərdini bir daha dinləmək və bəzi sual yaradan məqamlara aydınlıq gətirmək üçün onların məskunlaşdığı əraziyə yollanıb.

Bu bədbəxt ailə Binəqədi rayonu 6- cı mikrorayon ərazisində qaçqınlar üçün nəzərdə tutulmuş binanın kafesində yaşayır.

Həmin ərazini tapmaq çətin olmadı. Çünki yol boyu uzanan villaların düz yanında belə sınıq-sökük bina, əlbəttə, nəzərləri cəlb edirdi. İnsanların orada hansı səfalətin, acınacaqlı vəziyyətdə yaşamalarını görmək üçün mütləq orada olmalısınız. Mən birinci dəfə idi ki, belə bir yaşam tərzinin şahidi olurdum. Və gördüklərimin təsiri altından hələ də çıxa bilmirəm...

Həmin binada məskunlaşan qaçqınların həyatı tamam başqa mövzudur. Bizimsə, hələ ki, əsas məqsədimiz Səyyadovlar ailəsini tapıb problemlərini bir daha dinləmək idi.

Bu həyatda acının hər üzünü görən ailənin dramı...

Leyla Səyyadova 1983-cü il təvəllüdlüdür, Bərdə rayon sakinidir. O, 1992- ci ildə Xocalı soyqırımından biraz əvvəl anası ilə birgə bu şəhərə qonaq gedir. Qohumlarının da əksəriyyəti Xocalıda yaşayırmış. Ermənilər Xocalıya hücum edəndə anası ilə birgə əsir düşür. Düşmən onun anasının başını kəsir və o əsirlikdə ölür. Özü isə başından ağır yaralanır. 1 il yeddi ay əsirlikdə qalır. Sonradan mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə Leyla əsirlikdən xilas edilir. Əvvəl Bərdə rayonuna qayıdan Leyla sonradan Sulutəpədə bacısının yanında məskunlaşır. 2007-cı ildə Tanriverdi Səyyadov ilə ailə həyatı qurur.

Leyla əlildir. Başının bir hissəsi silikondur. Gözünün biri görmür, digərinin isə görmə faizi 70- faizə düşüb.

Anası əsirlikdə öldürülən Leyla Səyyadovanın atası Rusiyada yaşayır. Bu müddət ərzində kimsəsizlik ucbatından heç bir dövlət orqanına Xocalıda əsir düşməsi ilə bağlı müraciət edə bilməyib:

“Halbuki belə bir sənəd dövlətin arxivində var. Çünki mən əsirlikdən xilas edilmişəm. Əlimdə təkcə əlil olmağıma dair həkimdən alınan arayış var. Həmin arayışla pensiya almaq hüququm var. Amma kimsəsizlikdən və kasıblıqdan hələ də pensiya ala bilmirəm. Evimiz yoxdur. 10 il Sulutəpədə kirayədə qalmışıq. Bu müddət ərzində həyat yoldaşım fəhlə işləyirdi. Birtəhər ev kirayəsini verə bilirdik. Son vaxtlar isə həyat yoldaşımın da xəstəliyi artdı və biz ev kirəsini verə bilmədik. Ona görə də ev sahibi bizi çölə atdı. 350 manat borcumuz olduğuna görə də bizim sənədlərimiz hələ də evdə girov saxlanılır.

Dram teatrının yanında 17 gün skameykalarda gecələmişik. Həyat yoldaşım Qobustan rayon sakinidir. Çöldə qalmaq niyyətindən bizi vaz keçdirmək üçün onu bir neçə günlük həbs etdilər”.

Bu yerdə söhbətimizə Qarabağda 4 il vuruşduğunu deyən Tanrıverdi Səyyadovla davam edirik.

Bu həyatda acının hər üzünü görən ailənin dramı...

Tanrıvedi Səyyadov Qobustan sakinidir. 1960-cı il təvəllüdlüdür. O 1985 – ci ildə adam öldürməyə görə 19 il azadlıqdan məhrum edilir. Cəzasının 7 ilini Bişkek həbsxanasında keçirir. 1992-ci ildə cəzasının qalan hissəsini çəkmək üçün Bakıya göndərilir. Bu zaman mərhum prezident Elçibəyin dövründə həbsdə olan şəxslər könüllü olaraq Qarabağ müharibəsində vuruşmağa gedirlərlər:

“4 il Ağdamda Qatırməmməd batalyonunda döyüşmüşəm. 1996- ci ildə isə yenidən cəzamın qalan hissəsini çəkmək üçün həbsxanaya qayıtmışam. 2000-ci il də həbsdən azad olunmuşam.

Ağdamda döyüşdüyümə dair əlimdə arayış da var. Həmin arayış indi Sulutəpədə kirədə qaldığımız evdə girov saxlanılır. Mən bu sənədi bir dəfə Müdafiə Nazirliyinə təqdim etmək istədim. Amma buna imkan vermədilər. Mənə yaxın duran olmadı.

Bu həyatda acının hər üzünü görən ailənin dramı...

Qobustanda ata evim var. Mənim bir bacım var. Bacım mən həbsdə olanda evi sahiblənməyə çalışdı. Baxmayaraq ki sənədlə ev nə onun, nə də mənim adımadır. Ev atamızın adınadır. Səfalət içində yaşadığımızı bilsə də, evdə qalmağımıza imkan vermir.

Uşağın birinin gözündə problem var. Dayanmadan su və çirk axır. Yoldaşımımn başındakı silikon 15 il tamam olduğu üçün çıxarılmalıdır. Amma mən işsiz və evsizəm. Balaları ilə çöllərdə qalan insan onları müalicə etdirə bilərmi?

Sulutəpədə sənədsiz bir sot torpağımız var. Orada heç olmasa vaqon qurub yaşamağımıza imkan versinlər. Bu körpələr yazıqdır”.

Bu sözləri Tanrıverdi gözyaşları içində danışırdı… Bu yerdə yenidən söhbətə qoşulan Leyla həyəcanla bunları deyir:

“Bacı, biz qorxumuzdan səsimizi çıxarda bilmirik. Gördüyünüz kimi, gəlib bura sığışmışıq. Qorxuram ki, birdən gəlib bizi buradan da çıxararlar. Üç körpəm var. Sizə danışandan sonra bunu etməzlər ki? Çünki daha əvvəl bir neçə dəfə mətbuata çıxıb dərdimizi danışmışıq. Sonra bizi kömək etmək əvəzinə sığındığımız yerdən də çıxardıblar”



Mən isə əminliklə onları bu durumdan çıxara biləcək insanların olduğunu dedim. İnanıram ki, Azərbaycanda bunu edə biləcək insanlar vardır. Hər şeydən əvvəl dövlət var, onun müaviq qurumları, bu qurumlara rəhbərlik edən şəxslər var.

Ən azından o üç körpənin xatirinə bu ailəyə sığınacaq vermək və onların haqq etdiyi yardımı etmək lazımdır.

Bu arada umid yaradan məlumatı da çatdırmaq isyətirik. İlk materialdan sonra Əsir və Girovlara Kömək İctimai Birliyindən zəng etmişdilər. Bu ailəni axtarırdlar. Biz əlaqə nömrələrini verdik.

Ancaq oxucular da çoxlu zənglər edirdi. Onlar da kömək etmək istəyirdilər. Onların da təkidlərini nəzərə alıb ailənin əlaqə nömərələri redaksiyamızla əlaqə saxlayaraq əldə edə bilərlər. Ailənin koordinatlarını verərik.

Təkcə bir arzu ilə. Təki insanlar onlara kömək etmək üçün gedəndə Səyyadovlar ailəsini yerində tapa bilməsinlər… Amma bu dəfə dövlətin sahibləndiyini səbəbindən…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Bu gün, 13:19
Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Bu gün, 13:11
“Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Bu gün, 13:04
Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Bu gün, 12:57
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:38
ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Bu gün, 12:31
Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Bu gün, 12:27
“İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Bu gün, 12:22
Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Bu gün, 12:19
Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:17
Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Bu gün, 12:16
Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Bu gün, 12:14
“Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Bu gün, 12:06
Paşinyan Putinə 200 dəfə zəng edib
Bu gün, 12:02
İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Bu gün, 11:51
Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Bu gün, 11:48
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Bu gün, 11:36
Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Bu gün, 11:28
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Bu gün, 11:25
Ermənistanda Rusiya pasportu skandalı: - Məşhur milyarderin qohumu həbs oluna bilər
Bu gün, 11:23
Türk dövlətləri vahid valyutaya nə vaxt keçə bilər? - AÇIQLAMA
Bu gün, 11:11
Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar - "Xinhua" agentliyi
Bu gün, 11:09
Kremlin geosiyasi dalanı: Ermənistana qarşı sərt ritorika və isterika - Moskva yeni reallığı qəbul etməyə açıq şəkildə hazır deyil
Bu gün, 11:04
Özəl sektorda iş yerlərinin sayı 19,9 min artıb, muzdlu işçilərin sayı 28,8 min azalıb – Rəsmi
Bu gün, 11:03
SSRİ bayrağı, “Georgi lenti” və milyonluq ittihamlar – Saleh Səmədov işi böyüyür
Bu gün, 11:00
Ya imtahan Naxçıvanda da təşkil olunmalı, ya da... - ETİRAZ VAR...
Bu gün, 10:53
Ankaradakı bəzi “qardaşlara” səmərəli təklif: “Arabalarınıza təyyarə qanadı taxın” - BELƏ HARA GEDİRİK?
Bu gün, 10:49
“Bunları yığışdırın, hər şeyi bacarırlar, muğam oxumaqda niyə aciz olsunlar ki?” - xanəndədən ETİRAZ
Bu gün, 10:35
Mühasib şirkətin vergi borclarının silinməsi adı ilə dələduzluq etdi, pulları “Topaz”da uduzdu
Bu gün, 10:34
Köçəryan erməni seçiciləri AZƏRBAYCANLA təhdid edir... - "Zəngəzurda məscid tikəcəklər..."
Bu gün, 10:25
Hamlet Musayevin qızı azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 10:19
Seçkidən sonra Paşinyanı qələbə münasibətilə ilk Putin təbrik edəcək - Sərkisyan
Bu gün, 10:11
Burda ancaq PUL YIĞMAĞI BİLİRLƏR... - Qanunsuzluq, özbaşınalıq və əmək istismarı
Bu gün, 10:09
Tanışının “Kontakt Home”dan aldığı telefonu başqasına satdı: - “Dedi ki, uzun illər türmədə olub, “vor-zakon”dur”
Bu gün, 09:52
Ailə sürücüsü şirkət rəhbərinin otağından oğurladığı pulları kazino oyunlarında uduzdu – HÖKM
Bu gün, 09:46
Karapetyanın qardaşı oğluna qarşı ikili vətəndaşlığı gizlətməsinə görə cinayət işi qaldırılıb - Ermənistan mediası
Bu gün, 09:42
Məmurlar işini itirir, yoxsa bazar dəyişir? - Görünəni odur ki...
Bu gün, 09:37
"İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz" - ÇAĞIRIŞ
Bu gün, 09:35
İcra hakimiyyətlərinə tender qadağası - NƏ BAŞ VERİR?
Bu gün, 09:32
Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ? - İşçilər deyir ki...
Bu gün, 09:30
Bakı “üçüncü İran müharibəsi” hazırlığında - AKTUAL
Bu gün, 09:21
Günün fotosu: - AY BƏRƏKALLAH...
Bu gün, 08:15
'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib - KİV
Bu gün, 07:58
İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - AY MAŞALLAH...
Bu gün, 07:52
"Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" - NARAZILIQ VAR...
Bu gün, 07:34
Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR - yarımçıq qalan yol və körpülər...
Bu gün, 07:09
"Əslində qiymət bundan ucuz olmalıdır..." - HESABLAYAQ...
Bu gün, 07:02
Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb - "Times"
Bu gün, 06:40
Samuxda təhsil adına OYUNBAZLIQ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru